Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-260/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbi barədəiş üzrə aidiyyət məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının yaşayış yeri ünvan 1 ünvanında yaşayır. Göyçay rayonu isə Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Şəki İnzibati Məhkəməsi iş materialları ilə tanış olaraq aşağıdakı nəticəyə gəlmişdir. Şəki İnzibаti Məhkəməsinin (hаkim İlqar Cabbarov) xx xxxx 2020-ci il tаrixli qərаrdаdınа əsаsən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək bu qənaətə gəldi ki, iş üzrə İddiaçı ünvan 3 nömrəli yaşayış ünvanında qeydiyyatda olsa da, işdə olan 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin 114 nömrəli arayışdan görünür ki, həqiqətən iddiaçı Bakı şəhəri, Təbriz küçəsində yerləşən 105/35 nömrəli ev 18 mənzildə xx xxxxxx 2015-ci il tarixindən qeydiyyatsız yaşayır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qeydiyyatda olduğu yer ünvan 3 nömrəli yaşayış ünvanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi iddiaçı İsmayıl Sərkarov hərbi xidməti başa vurmuşdur. Onun adətən yaşadığı yer Göyçay şəhəridir. Lakin Bakı şəhərində müvəqqəti yaşayır. Qeydiyyat AR-da olduğu yeri təyin etmək üçün mövcud olan əsaslardan biridir. Qeydiyyatda olduğu yer dedikdə şəxsin olduğu yer və ya yaşayış yeri fərqləndirilir. Yaşayış yeri şəxsin olduğu yerdən fərqli olaraq nisbətən sabit davamlı hesab olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2017-ci il tarixli 2 nömrəli qərarı ilə Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası təsdiq edilmişdir. Qeyd olunan qərar üzrə təsdiq edilmiş yurisdiksiyada iddiaçının qeydiyyatda olan yer Göyçay şəhəri Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən hazırki mübahisəyə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbi barədə iş Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 80-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbi barədə iş Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-260/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-260/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver