Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-260/2021 07.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin N3.N3.2N21-ci il tarixli, 2-1(116)-219/2N21 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. İddiaçı 12.N8.1993-cü il tarixdən N7.N6.1995-ci il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində, N7.N6.1995-ci il tarixdən 12.11.2NN1-ci il tarixədək N saylı hərbi hissədə, 12.11.2NN1-ci il tarixdən 14.N8.2N1N-cu il tarixədək N saylı hərbi hissədə, 14.N8.2N1Ncu il tarixdən 26.N7.2N12-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 26.N7.2N12- ci il tarixdən N2.N3.2N13-cü il tarixədək N saylı hərbi hissədə, N2.N3.2N13cü il tarixdən N4.N2.2N14-cü il tarixədək N saylı hərbi hissədə, N4.N2.2N14-cü ildən N7.N5.2N16-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3N.N4.2N16-cı il tarixli N29N nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı 17.N8.2N16-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı cavabdeh orqana dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilir ki, Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral 2N18-ci il tarixli 63 nömrəli əmrilə yaradılmış komissiya tərəfindən sözügedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Cavabdeh orqan N9.1N.2N2N-ci il tarixli, 11/49N4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 12.N8.1993-cü il tarixdən 3N.N4.2N16-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və ümumi xidmət illəri 23 il təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2N11-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2N11-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəbdə odur ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 22.N6.2N15-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin N3.N3.2N21-ci il tarixli, 2-1(116)-219/2N21 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən: «Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.» Həmin məcəllənin 175.1 -ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Həmin məcəllənin 2N4.2.-ci maddəsində göstərilib ki, məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə sübutlar təqdim etməyi təklif edə bilər. Belə ki, İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 12.N8.1993-cü il tarixdən 3N.N4.2N16-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2N11-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2N11-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Gəncə Hərbi Məhkəməsinin 22.N6.2N15-ci il tarixli hökmü ilə, iddiaçı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd edilənlər buna dəlalət edir ki, iddiaçının 2N il ərzində xidməti qüsursuz olmayıb. İPM-nin 73.3.1-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd olunanlar isə qərarın əsassız olması barədə bildirir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13-cü maddəsinə (Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar) əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin N3.N3.2N21-ci il tarixli, 2-1(116)-219/2N21 nömrəli qərarını ləğv edilməsi və iddanın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin N3.N3.2N21-ci il tarixli, 2-1(116)-219/2N21 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 3N gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin iddiaçıya ünvanladığı 23.N7.2N2N-ci il tarixli, 21 nömrəli arayışında qeyd edilir ki, o həqiqətən 12.N8.1993-cü il tarixdən N7.N6.1995-ci il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində həqiqi hərbi xidmətdə olmuşdur. N7.N6.1995-ci il tarixdən 12.11.2NN1-ci il tarixdək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 12.11.2NN1-ci il tarixdən 14.N8.2N1N-cu il tarixdək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 14.N8.2N1N-cu il tarixdən 26.N7.2N12-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında həqiqi hərbi xidmətdə olmuşdur. 26.N7.2N12-ci il tarixdən N2.N3.2N13-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. N2.N3.2N13-cü il tarixdən N4.N2.2N14-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. N4.N2.2N14-cü il tarixdən N7.N5.2N16-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3N.N4.2N16-cı il tarixli N29N nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17.N8.2N16-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin hərbi qeydiyyatındadır. İş materiallarında olan vəsiqələrin surətlərindən müəyyən edilir ki, iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 29.12.2N2N-ci il tarixli Sərəncamı ilə iddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin N8.1N.2N2N-ci il tarixli, 846 nömrəli məktubunda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin hərbi qeydiyyatında olan xx.xx.1976-cı il təvəllüdlü, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.N9.2N2N-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, 29.N9.2N2N-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək 29.N9.2N2N-ci il tarixdə şəxsi işi ilə birgə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Bu səbəbdən ehtiyatda olan polkovnik-leytenant İddiaçı şəxsi işinin surətini Şəki İnzibati Məhkəməsinə təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 1-(N95)-186/2N15 nömrəli, 22.N6.2N15-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7NN (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin iddiaçıya ünvanlanan 14.N7.2N2N-ci il tarixli, 22N nömrəli məktubunda qeyd edilir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 22 iyun 2N15-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsinə əsasən 7NN (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş qəbzdən görünür ki, N6 iyul 2N15-ci il tarixdə təyin olunmuş cərimə dövlət nəfinə tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Hazırkı iş üzrə iddiaçının məhkumluğu ödənilmiş hesab edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2N11-ci il tarixli 569 nömrəli Fərmanı: 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Azərbaycan Respublikasının 17 may 2NN2-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə:
1. Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 1N, 15 və 2N təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: Qüsursuz xidmətə görə” 1- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 2N təqvim ili xidmətə görə; Qüsursuz xidmətə görə” 2ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 1N təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2NN5-ci il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2NN9-cu il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2N14-cü il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 2N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2N11-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 22.N6.2N15-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 22 iyun 2N15-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsinə əsasən 7NN (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş qəbzdən görünür ki, N6 iyul 2N15-ci il tarixdə təyin olunmuş cərimə dövlət nəfinə tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6- cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Hazırkı iş üzrə iddiaçının məhkumluğu ödənilmiş hesab edilmişdir. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.N9.2N2N-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, 29.N9.2N2N-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək 29.N9.2N2N-ci il tarixdə şəxsi işi ilə birgə müvafiq hərbi hissəyə təhvil verilmiş, N günlük vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin 29.12.2N2Nci il tarixli Sərəncamı ilə iddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N2.N6.2N2N-ci il tarixli 2-1(1N2)-1297/2N2N saylı və N6.1N.2N2N-ci il tarixli 2-1(1N2)-1887/2N2N saylı qərarlarında da eyni mövqe ifadə edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 9N.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N3.N3.2N21-ci il tarixli, 2-1(116)-219/2N21 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.