Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-260/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (İddiaçı ilə iddiaçının keçmiş əri-iş üzrə üçüncü şəxs X5 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət “03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (İddiaçı ilə iddiaçının keçmiş əri-iş üzrə üçüncü şəxs X5 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmiş, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, 1998-ci ildə iddiaçı X17 ilə X12 qeyri-rəsmi evlənmiş və 24 may 2000-ci il tarixdə onların arasındakı nikah rəsmiləşdirilmişdir. 1998-cı ildə qeyri-rəsmi evləndikdən sonra İddiaçı, X5 atası X9 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1960-cı ildə inşa olunmuş fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasmm 18 iyul 1996-cı il tarixli, 38 saylı qərarına əsasən İddiaçı qaynatası - X7, qaynanası - X10 və baldızı - X2 mülkiyyətinə verilmişdir. İddiaçının qaynatası - X13 1999-cu ildə, qaynanası - X16 isə 2002-ci ildə ölmüşlər. Sonuncuların ölümündən sonra onlardan miras qalmış fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının keçmiş əri - X12 tərəfindən faktiki olaraq qəbul olunmuşdur. 2015-ci ilin mart ayında İddiaçı ilə iddiaçının keçmiş əri X12 qeyd olunan torpaq sahəsində birgə vəsaitləri hesabına yeni fərdi yaşayış evinin inşasına başlamış və 2015ci ilin oktyabr ayından həmin fərdi yaşayış evinin 1(bir) otağını hazır edərək, ora köçmüşlər. Hal-hazıradək də iddiaçı uşaqları ilə birgə həmin fərdi yaşayış evində yaşayır. İddiaçı ilə X12 arasında 24 may 2000-ci il tarixdə bağlanmış nikah Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(033)-95/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra iddiaçının keçmiş baldızı - X6 iddiaçıya Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq, sonuncunun həmin evə olan istifadə hüququna kompensasiya verməklə xitam verilməsini xahiş etmiş və məhkəmənin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-880/2018 iş nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçıya məlum olmuşdur ki, iddiaçı ilə iddiaçının keçmiş əri - X5 birgə vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 03 may 2018-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. Sözügedən fərdi yaşayış evi 2014-cü ildə inşa edilməsinə baxmayaraq çıxarışın verilməsinə əsas olan sənədlərdə fərdi yaşayış evinin tikildiyi il 2018-ci il olaraq qeyd edilmişdir. Həmin fərdi yaşayış evinin tikilməsində iddiaçının da rolunun olması Zaqatala Rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli qətnaməsində qeyd edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi və onun yerləşdiyi 1988 kvm torpaq sahəsinə dair iş üzrə 3-cü şəxs X2 və digərlərinin adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 38 saylı qərarı ilə bağlı Ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş AN 118447 nömrəli plan və ölçü sənədi, Bəhmətli kənd İnzbati ərazi dairəsinin xx.xx.2018-ci il tarixli, 241 nömrəli arayışı, memarlıq planlaşdırma layihəsi, Zaqatala Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2018-ci il tarixli, 9/545 nömrəli məktubu və digər sənədlərə əsasən verilmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı iddiası ilə razı deyil. İddiaçı eyni məzmunlu iddia ilə Şəki İnzibati-lqtisadi Məhkəməsinə müraciət etmişdir. X23 sədrliyi ilə iddiaya baxılmış və xx.xx.2019-cu il tarixli 2- 1(84)-220/2019 nömrəli qərardad ilə iddia mümkün sayılmamış, İddiaçı iddiası təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-300/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-220/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X18 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Müvafiq qətnamə hazırda qüvvədədir və Zaqatala RİPŞ-nin icraatındadır. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı qıznın iddiaçı X2 mülkiyyətində olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun, kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X18 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1217/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X12 və X4 qarşı fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli SDS-979 №-li məktubundan görünür ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1217/2019 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Zaqatala rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli mülki iş xx.xx.2018-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halhazırda həmin mülki iş Şəki Apellyasiya Məhkəməsinin arxivində saxlanılır. ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan (seriya RX 1278130№-li) görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi X2 tam xüsusi mülkiyyətindədir. 0.1988 ha həyətyanı torpaq sahəsi X6, X13 və X10 ümumi birgə mülkiyyətindədir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş, 747 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ümüumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evinin (Liter A) 2014-cü ildə inşa edilməsi ilə bağlı qeydiyyat aparılmışdır. xx.xx.2008-ci il tarixdə tərtib edilmiş, A118447 №-li torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38 №-li qərarı ilə X11 Zaqatala rayonu Bəhmətli kəndində 1988.92 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Zaqatala rayonu Bəhmətli kəndində inşa ediləcək 1 mərtəbəli fərdi yaşayış evinin memarlıq-planlaşdırma layihəsindən görünür ki, X1 əsasənda "xxxx" MMC-də 2018-ci ildə 0.1988 ha həyətyanı torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir. Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 9/545 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən Zaqatala rayonunun Bəhmətli kəndində tikintisi başa çatdırılmış fərdi yaşayış evinə yerində baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Fərdi yaşayış evində tikinti quraşdırma işləri başa çatdırılmış, daxili və xarici suvaq işləri tamamlanmış, tavanı, döşəməsi, qapı və pəncərə blokları quraşdırılmış, daxili bəzək işləri aparılmışdır. Yaşayış evi istismara qəbul edilməsi üçün hazırdır. M.Babayeva tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşaat norma və qaydalarına uyğun tikildiyini nəzərə alaraq RİHBA-nın Memarlıq və tikinti şöbəsi onun qeydiyyata alınmasına etiraz etmir. Cavabdehin xx.xx.2018-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bəhmətli kənd İƏD-nin xx.xx.2018-ci il tarixli 241 №-li arayışında qeyd edilmişdir ki, Bəhmətli kənd İƏD-nin 7 nömrəli təsərrüfatbaşına kitabın 19-cü səhifəsində mərhum X7 adına 1960-cı ildə tikilmiş, 1 mərtəbəli 2 otaqlı, 60 kv.m ümumi 40 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evin və 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. daşınmaz əmlak üzərində ailə üvləri və vərəsələr arasında mübahisə var. Həyətyanı sahədə eyni zamanda 2014-cü ildə tikilmiş yaşayış evi vardır. Ümumi sahəsi 88 kv.m. Bəhmətli kənd İƏD-nin xx.xx.2018-ci il tarixli 1008 №-li arayışında qeyd edilmişdir ki, İddiaçı hal-hazırda yaşadığı ev ümumi sahəsi 88 kv.m olmaqla 2014-cü ildə tikilmiş, həyətyanı sahəsi isə mərhum Babayev Sadəddinin adına olmuşdur. Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38/79 nömrəli qərarından və torpaq payı almaq hüququ olan subyektlər siyahısından görünür ki, rayonun “Bəhmətli” kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmiş, torpaq payı almaq hüququ olan subyektlər siyahısında X6, X13 və X8 adları qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 may 2022-ci il tarixli, 2- 1(116)-399/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (İddiaçı ilə iddiaçının keçmiş əri-iş üzrə üçüncü şəxs X5 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahat verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin tədqiqatı zamanı əsassız olan sübutlara istinad edərək iddia tələbini təmin etməmişdir. Belə ki, 1998-ci ildə iddiaçı X17 ilə üçüncü şəxs X12 qeyri-rəsmi evlənmiş və 24 may 2000-ci il tarixdə onların arasındakı nikah rəsmiləşdirilmişdir. 1998-cı ildə qeyri-rəsmi evləndikdən sonra İddiaçı, üçüncü şəxs X5 atası X9 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1960-cı ildə inşa olunmuş fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 saylı qərarına əsasən İddiaçı qaynatası X7 qaynanası X10 və baldızı X2 mülkiyyətinə verilmişdir. 2015-ci ilin mart ayında İddiaçı ilə iddiaçının keçmiş əri iş üzrə üçüncü şəxs X12 qeyd olunan torpaq sahəsində birgə vəsaitləri hesabına İddiaçı ilə iş üzrə üçüncü şəxs X12 arasında 24 may 2000-ci il tarixdə bağlanmış nikah Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(033)-95/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra İddiaçı keçmiş baldızı X6 İddiaçı qarşı Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq sonuncunun həmin evə olan istifadə hüququna kompensasiya verməklə xitam verilməsini xahiş etmiş və məhkəmənin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-880/2018 iş nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçıya məlum olmuşdur ki, İddiaçı ilə iddiaçının keçmiş əri - iş üzrə üçüncü şəxs X5 birgə vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 03 may 2018-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişlər. İşin vəkil tərəfindən araşdırılması zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi qanunsuz olaraq qeyd olunan fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquq dövlət qeydiyyatına alınmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. İddia tələbi əsassızdır. İddiaçı tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 2013-cü ildən sonra inşa edilmiş fərdi yaşayış evinə dair hissədə mübahisələndirildiyindən həmin fərdi yaşayış evinin üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilməli və həmin sənədlərin əsaslılığı nəzərə alınaraq cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Həmin qeydiyyat cavabdeh inzibati orqan tərəfindən publik hüquqdan irəli gələn vəzifələrin icrası qaydasında aparılmışdır. İş materiallarından görünür ki, sözügedən qeydin aparılması və çıxarışın verilməsi məsələlərini tənzimləyən ayrıca inzibati akt qəbul edilməmiş, mübahisəli çıxarışın verilməsinə dair hərəkətlər inzibati orqanın faktiki xarakterli fəaliyyəti ilə bağlı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd - Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən edilir ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququnun qeydə alınmasına əsas - həmin torpaq sahəsinin yerləşdiyi 0.1988 ha torpaq sahəsi üzərində Mətanət Babayevanın mülkiyyət hüququnu təsdiq edən sənədin (torpaq sahəsi onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala RAİK-nın xx.xx.1996-cı il tarixli 38/79 nömrəli qərarı ilə verilib), tikinti layihəsinin memarlıq-planlaşdırma layihəsinin olması, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (Zaqatala RİH) bilavasitə məlumat verilməsi və iddiaçının müraciətinə əsasən sonuncu tərəfindən həmin fərdi yaşayış evinə yerində baxış keçirilərək müvafiq tikinti quraşdırma işlərinin başa çatdırılmasının təsdiq edilməsi olmuşdur. İddiaçı tərəf mübahisələndirilən tikilinin 2014-cü ildə inşa edildiyi halda müvafiq memarlıq-planlaşdırma layihəsində tikilinin 2018-ci ildə tikildiyinin qeyd edilməsini bildirir. Hər bir halda fərdi yaşayış evinin 2013-cü ildən sonra yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilməsi işin mübahisəsiz halıdır. Belə olan halda tikilinin inşa edilmə ilinin 2014-cü il və 2018-ci il olaraq olaraq qeyd edilməsi Mətanət Babayevanın həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun itirilməsinə səbəb olmur. Eyni zamanda iddiaçı həmin fakta istinad edərək sözügedən fərdi yaşayış evi üzərində özünün mülkiyyət hüququnun mövcud olmasını iddia edə bilməz. İşdə olan Zaqatala rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2019-cu il tarixli 2(033)-1217/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X12 və X4 qarşı fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-880/2018 nömrəli qətnaməsində isə həmin fərdi yaşayış evində iddiaçının mülkiyyət hüququnun mövcud olduğu qeyd edilməmişdir. Qətnamənin məzmununda iddiaçının həmin fərdi yaşayış evinin tikintisində və təmiri işlərində rolunun olduğu nəzərə alınaraq kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun olmaması Zaqatala rayon Məhkəməsinin yuxarıda istinad olunan qətnamələrində birmənalı olaraq qeyd edilmişdir. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən çıxarışın ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin çıxarışın ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş mübahisəli yaşayış sahəsi ilə bağlı qeydiyyatın ləğvi üçün əsaslar olmadığından, cavabdehin - iddiaçının müraciətini təmin etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.2 və 8.0.3-cü maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(116)-399/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-260/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-260/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver