Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-261/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Ödənişlərin X2rşı “Zaqatala rayonu X6 təşkilatında işlədiyi 2004-cü ilin Vİİ-Xİİ ayları ərzindəki müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(116)-563/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh DSMF PHŞ-in Sosial Ödənişlərin X2rşı Bakı İnzibati Məhkəməsinı iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu X6 təşkilatında işlədiyi 2004-cü ilin Vİİ- Xİİ ayları ərzindəki müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11034/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti zrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ИТ-İ ******* №-li əmək kitabçasında və Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 400 №-li arayışında qeyd edilmiş əmək fəaliyyəti müddətini nəzərə almaqla, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin əmək kitabçası və arxiv arayışı ilə sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən 2004-cü ilin 7-12-ci aylarını və əmək kitabçası ilə arxiv arayışda üst-üstə düşən əmək fəaliyyəti müddətlərini mübahisələndirmiş, iddiaçının ümumi sığorta stajının 25 ildən az olduğunu bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, əmək kitabçasına əsasən iddiaçının ümumi sığorta stajı 18 il 5 ay olmaqla tələb olunan 25 il müddətdən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən – xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının arxiv arayışında və əmək kitabçasında qeyd edilən bəzi tarixlər üst-üstə düşür. İddiaçının işlədiyi Zaqatala şəhəri X7 Podratı Təşkilatının əmək haqqı cədvəlləri araşdırılarkən 2004-cü ilin 7-12-ci aylarında ona əmək haqqının hesablanmadığı müəyyən olunmuşdur. Odur ki, iddiaçının sosial sığorta stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. ИТ-İ ******* №-li, 2 iyul 1979-cu ildə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1976 – xx.xx.1978 (2 il 11 ay 21 gün), xx.xx.1986-xx.xx.1987 (1 il, 1 ay, 13 gün), xx.xx.1979– xx.xx.1985 (6 il, 5 gün),xx.xx.1994-xx.xx.2004 (10 il), Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 400 №-li arayışından görünür ki, Yuxarı Tala kənd “Sabir” adına kolxozda 1976-1978-ci illərdə qadınlar üçün minimum adam günü 180 gün olmuş, iddiaçı 1976-cı ildə 209 gün, 1977-ci ildə 277 gün, 1978-ci ildə 176 əmək günü miqdarında işləmişdir. Həmçinin Zaqatala rayon Gözbarax kənd “Azərbaycan” adına kolxozda adam günü minimumu 1986-1995-ci illərdə 180 gün olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron məlumat axtarış sistemindən çıxarışdan görünür ki, “Zaqatala şəhəri X7 Podratı Təşkilatı (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 1irliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala şəhəri X7 Podratı Təşkilatı (VÖEN: **********) Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində D-9/50 saylı şəhadətnamə ilə xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.1998-ci il tarixdə isə 13 saylı ƏVİ-də ********* nömrəli, xx.xx.2005-ci ildə isə ********** VÖEN-lə vergi uçotuna alınmışdır. Təsisçisi Zaqatala şəhəri Kommunal Müəssisələri Kombinatı, rəhbəri isə X5r. xx.xx.2008-ci il tarixdən fəaliyyəti dayandırılmışdır. Zaqatala rayon dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 09 nömrəli məktubunda qeyd edilmişdir ki, Zaqatala şəhəri X7 Podratı Təşkilatının arxiv sənədləri zaqatala arxivində saxlanılmır. DSMF PHŞ-nin 3 saylı X1 xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli yoxlama aktından görünür ki, iddiaçının xx.xx.1994-cü ildə 06 №-li əmrlə camaşırxanaya paltaryuyan vəzifəsinə qəbul edilməsi və xx.xx.2004-cü ildə 10 №-li əmrlə öz ərizəsinə əsasən işdən azad edilməsi əmr kitablarının qarşılıqlı yoxlanılması zamanı müəyyən edilmişdir. Həmçinin müvafiq aktda əmək haqqı cədvəllərində 2004-cü ilin avqust ayınadək iddiaçının əmək haqqı alması faktının aşkar edilmədiyi qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(116)-563/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı Zaqatala rayonu X6 təşkilatında işlədiyi 2004-cü ilin Vİİ-Xİİ ayları ərzindəki müddətin sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(116)-563/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(116)-563/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə izahat verərək qeyd etmişdir ki, iddiaçı X3 məhkəməyə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı X8rşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-563/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, "iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 563/2022 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq hesab edilmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(116)-563/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(116)-563/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). İş materiallarında olan, ИТ-İ ******* №-li, 2 iyul 1979-cu ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 20 il, 1 ay, 17 gün qeyd edilmişdir (həmin dövrün 2 il 11 ay 21 gün kolxoza aiddir). İddiaçının kolxozda işlədiyi müddət isə 9 il 10 gündür. Belə ki, iddiaçı 1976, 1977ci illərdə əmk günü minimumunu tam yerinə yetirib. 1978-ci ildə isə adam günü minimumundan az işləyib və bütövlükdə Yuxarı Tala kənd “Sabir” adına kolxozda əmək fəaliyyəti müddəti 2 il 11 ay 21 günə bərabərdir. Zaqatala rayon Gözbarax kənd “Azərbaycan” adına kolxozda iddiaçı 1986, 1988, 1990-1993-cü illərdə minimum adam günü normasını yerinə yetirmişdir. Həmin illər tam staj olaraq 6 ilə bərabərdir. 1989, 1994, 1995-ci illərdə minimum adam günü normasından az işləmişdir və həmin müddət 1 ay 10 günə bərabərdir. Cavabdehin etirazının dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən staj dövrü ilə kolxozda işlədiyi müddətin bir hissəsi üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının 1986-cı ildə Zaqatala rayon Gözbarax kənd “Azərbaycan” adına kolxozda minimum adam günü normasından artıq işlədiyi 1986-cı il tam iş stajı olaraq qəbul edildiyindən, iddiaçının həmin ildə 2 №-li çamaşırxanada əmək fəaliyyəti müddəti nəzərə alınmır. Yəni, əmək kitabçasında qeyd edilən xx.xx.1986 - xx.xx.1987-ci illər üzrə müddətin (1 il, 1 ay, 13 gün) yalnız 1987-ci il ərzində sentyabr ayının 1-dək olan müddəti (8 ay) nəzərə alınır. Üst-üstə düşən digər dövrlər isə iddiaçının 1994-cü ildə həmin kolxozda işlədiyi 7 gün və 1995-ci ildə işlədiyi 6 gündür ki, olduqca qısa olan həmin müddətlər ümumiyyətlə sığorta stajının hesablanmasına həlledici təsir göstərmir və həmin müddətlər nəzərə alınmadan iddiaçının xx.xx.1994-xx.xx.2004-cü illərdə əmək fəaliyyəti müddətinin üzərinə yuxarıda qeyd edilmiş müddətlər əlavə edildikdə yenə də, 25 ildən çox (25 il 7 ay 26 gün) sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Cavabdehin etirazının digər bir dəlili isə iddiaçıya 2004-cü ilin 7-12-ci aylarında əmək haqqının hesablanmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi cavabdehin həmin etirazını əsassız hesab etməklə yanaşı qeyd etmişdir ki, hətta qeyd edilən həmin müddət (6 ay) nəzərə alınmadığı halda belə iddiaçının sosial sığorta stajı 25 ildən çoxdur. Bununla belə qeyd olunmalıdır ki, iddiaçıya əmək haqqının hesablanmaması ilə bağlı həmin müddətin iş stajına daxil edilməməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqı alıbalmamasının, əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilibödənilməməsinin araşdırılmasına heç bir lüzum yoxdur. Odur ki, 2004-cü ilin qeyd olunan 7-12-ci ayları ərzində iddiaçıya əmək haqqının ödənilməməsi onun ziyanına təfsir oluna və pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. İşəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtından və tam aparılmaması, eləcədə maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərinin dövlət arxiv idarələrinə təhvil verməməsi, işçinin əmək pensiyası hüququnun pozulması üçün əsas ola bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-(102)-1852/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Belə ki, iddiaçının işlədiyi Zaqatala şəhəri X7 Podratı Təşkilatının faktiki olaraq həmin dövrdə mövcud olması və fəaliyyət göstərməsi heç bir şübhə doğurmur. İşdə olan əmək kitabçası və cavabdehin özünün təqdim etdiyi aktla iddiaçının yuxarıda qeyd edilmiş dövr ərzində qeyd olunan müəssisədə əmək fəaliyyəti ilə məşğul olması tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını birinci instansiya məhkəməsi iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab etmişdir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). İddiaçının birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(116)-563/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-261/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-261/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver