Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-263/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “böyrək daşları, böyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyinə görə ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarının ləğv edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-103/2020 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci ildə Göyçay rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra, yaşadığı rayonda əmək fəaliyyətinə başlamışdır. İlk əvvəl bir sıra idarə və təşkilatlarda işləsə də, sonradan müstəqil fəaliyyətlə, yəni vətəndaşların gündəlik istifadə etdiyi məişət avadanlıqlarınını (paltaryuyan, tozsovuran və.s) təmir edib ailəsini dolandırır. Təxminən 2006-ci ilin əvvələrində səhhətində problemlər yaranmış, bu məqsədlə müayinə və müalicə olunmaq üçün həkimə müraciət etmişdir. Müayinə zamanı böyrəklərində daşların olması müəyyən edilmiş və ona “xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur. Həkimlərin məsləhəti ilə bir müddət müalicə olunsa da, xəstəliyi tam sağalmamış, ömrünün sonuna qədər sözügedən xəstəliklə mübarizə aparacağını bildirmişlər. Xəstəliyi ilə əlaqədar xx.xx.2016-cı il tarixdən Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyata alınaraq, ambulator, eləcə də stasionar qaydada müalicə olunmuşdur. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək stasionar qaydada Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, əlillik təzahürlərinin olması müəyyən edilmiş, bu səbəbdən xx.xx.2016-cı il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndəriş vərəqəsi göndərilmiş, həmin göndəriş əsasında cavabdeh qurum “böyrək daşları, börək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyindən əziyyət çəkdiyini təsdiq edərək, ona xx.xx.2016-cı il tarixdən İİ qrup əlillik təyin etmiş və pensiya təyin edilməsi üçün zəruri sənədləri DSMF-nın Göyçay rayon Şöbəsinə göndərmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh qurum xx.xx.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndəriş vərəqəsi əsasında əlillik dərəcəsini təyin etməkdən imtina etmiş, imtinasının səbəbi kimi diaqnozun əlillik əlamətini təyin etməyə imkan vermədiyini göstərmişdir. Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndərişdə əsas diaqnoz kimi böyrək daşları, börək daşı xəstəliyi, ağırlaşma kimi digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ göstərilmişdir. Göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən İİ qrup əliliyin təyin edilməsinə əsas kimi müəyyən edilmişdir. Cavabdeh imtina qərarında qiymətləndirmə tarixini xx.xx.2016-cı il tarix qeyd etsə də, Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndərişindən, eləcə də cavadehin xx.xx.2016-cı il tarixli ona İİ qrup əlillik dərəcəsi təyin etməsi barədə qərarından görünür ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında göndərişin rəsmiləşmə tarixi xx.xx.2016-cı il tarix, etibarlılıq müddəti xx.xx.2016-cı il tarix, göndəriş əsasında qiymətləndirilmənin keçirildiyi tarix isə xx.xx.2016-cı il tarix göstərilmişdir. Göründüyü kimi cavabdeh əsassız və qanunsuz olaraq, Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndərişinin etibarlılıq müddəti bitdikdən sonra, qiymətləndirmə aparmışdır. Cavabdehin etirazı: Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndəriş əsasında X1 qiymətləndirmə aparılmışdır. Qeyd olunan göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2. bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı effektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. Həmin Əsasnamənin 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Əlilliyin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, İddiaçı hüquqlarını məhdudlaşdıracaq heç bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı Azərbaycan Respublikasında aldığı travma ilə bağlı səhhətində ağırlaşma olduğu halda səhiyyə müəssisəsi tərəfində müayinə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi təqdirdə əlillik vəziyyəti iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, 20 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0001 nömrəli məlumatı,0276003AAEYS nömrəli, 0276003AAEWN nömrəli Göndərişləri, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli, xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubları, xx.xx.2019-cu il tarixli Çıxarış, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 61 nömrəli məktubu, ƏƏSMN 20 saylı TibbiSosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli 1 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 103/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini qərara alınmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Göyçay rayon sakini İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı ikinci dərəcə əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 Məhkəməsində 2020-ci ilin 07 may tarixdə İlqar Cabbarovun sədrliyi ilə baxılaraq iddia tələbinin təmin olunması, tibbi-sosial ekspert komissiyasının 17.11,2016-cı il tarixli imtina qərarının ləğvi və “ümumi xəstəlik” səbəbindən təyin edilmiş ikinci dərəcə əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilmişdir. Məhkəmənin qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, Məhkəmə qərar qəbul edərkən iş üzrə materialları tam araşdırmamış və düzgün qərar qəbul etməmişdir və ona görə də Məhkəmənin 2020-ci il 07 may tarixli 2-1 (116)-103/2020 saylı iş üzrə qərarı əsassızdır və ləğv edilməlidir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndəriş əsasında X1 qiymətləndirmə aparılmışdır. Qeyd olunan göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Əlilliyin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, İddiaçı hüquqlarını məhdudlaşdıracaq heç bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı əlilliyinin təyinindən imtina edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə to ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də hesab edirik ki, İddiaçı xx.xx.2016-cı il tarixli imtina qərarının elektron sistemdə ləğv olunması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qanunauyğun deyil, hüquqi prosedur qaydalarının pozulmasına səbəb ola bilər. Ona görə də Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 may tarixli 2-1(116)- 103/2020 saylı iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-103/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarı təqdim edilməmiş, ona bu barədə məlumat verilməmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İşdə olan, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Əsasnamənin 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) zamanı ikinci dərəcə əlillik təyin edilir. İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.1-ci bəndinə əsasən Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bəndinə əsasən Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.3-ci bəndinə əsasən Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.6-ci bəndinə əsasən Göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. 4.7-ci bəndinə əsasən Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. 4.8-ci bəndinə əsasən TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. 4.9-2-ci bəndinə əsasən Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir. 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, İddiaçı verilmiş göndəriş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinin tələbinə cavab verilməmiş və nəticədə əlillik dərəcəsinin müəyyən edilməsini qeyri-mümkün etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı yenidən göndəriş verilməsi istisna edilmir və əlilliyin yenidən müəyyən edilməsi imkanlarından məhrum deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-103/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə iddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “böyrək daşları, böyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyinə görə ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-263/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-263/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver