Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-264/2021 04.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X1rşı “JN-0084 saylı Dövlət Aktı üzrə mülkiyyətində olan 1.03 ha pay torpaq sahəsində buğda bitkisinin əkilib becərilməsi və yığılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na uyğun olaraq onun 2019-cu ilin payızında 1.03 ha torpaq sahəsində buğda əkininə və 2020-ci il yaz və yayında torpağın becərilməsi və taxılın biçilməsi ilə əlaqədar subsidiyaların hesablanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(116)-363/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və İsmayıllı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-0084 saylı Dövlət Aktı üzrə mülkiyyətində olan 1.03 ha pay torpaq sahəsində buğda bitkisinin əkilib becərilməsi və yığılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na uyğun olaraq onun 2019-cu ilin payızında 1.03 ha torpaq sahəsində buğda əkininə və 2020-ci il yaz və yayında torpağın becərilməsi və taxılın biçilməsi ilə əlaqədar subsidiyaların hesablanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 02.12.2020-ci il tarixli məktub ilə bildirmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi qeydiyyatdan keçirilmiş və 1,03 hektar buğda əkininə dair məlumatlar EKTİS-ə daxil edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin əsli təqdim olunmadığına görə torpaq sahəsinə dair məlumatların X5 İnkişaf Mərkəzi tərəfindən təsdiqi mümkün olmamış və 2020-ci il 12 aprel tarixində düzəliş statusuna qaytarılmışdır. Qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin torpaq sahəsinə dair məlumatlar X5 İnkişaf Mərkəzi tərəfindən 2020-ci il 22 oktyabr tarixində təsdiq olunmuş və 2020-ci il 27 oktyabr tarixində subsidiyaya müraciət olunmuşdur. Əkin bəyanlarının məlumatlarına və X4 müvafiq qərarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına 206,0 manat məbləğində İddiaçı hesablanmış əkin subsidiyası onun kart hesabına köçürülmüş və nəticəsi barədə Agentliyin 2020-ci il 10 noyabr tarixli 22/03/09- 3015 nömrəli məktubu ilə vətəndaşa məlumat verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X5 İnkişaf Mərkəzi 02.12.2020-ci il tarixli məktub ilə bildirmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində əkdiyi 1,03 hektar (JN-0084, kod ********) buğda əkininə dair məlumatlar EKTİSə daxil edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin əsli təqdim olunmadığına görə torpaq sahəsinə dair məlumatların X5 İnkişaf Mərkəzi tərəfindən təsdiqi mümkün olmamış və 2020-ci il 12 aprel tarixində düzəliş statusuna qaytarılmışdır. Qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin torpaq sahəsinə dair məlumatlar X5 İnkişaf Mərkəzi tərəfindən 2020-ci il 22 oktyabr tarixində təsdiq olunmuş və 2020-ci il 27 oktyabr tarixində subsidiyaya müraciət olunmuşdur. Əkin bəyanlarının məlumatlarına və X4 müvafiq qərarına uyğun olaraq İddiaçı məxsus 1,03 hektar əkin sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 206,0 manat məbləğində hesablanmış əkin subsidiyası onun kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X5 İnkişaf Mərkəzi 30.11.2020-ci il tarixli məktub ilə bildirmişdir ki, 2019-cu ildə 1.03 ha torpaq sahəsində buğda əkininə görə 92 manat 70 qəpik subsidiya hesablanmış və iddiaçının aqro kartına köçürülmüşdür. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 06 aprel 2021-ci il tarixli, 2- 1(116)-363/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X1rşı “JN-0084 saylı Dövlət Aktı üzrə mülkiyyətində olan 1.03 ha pay torpaq sahəsində buğda bitkisinin əkilib becərilməsi və yığılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na uyğun olaraq onun 2019-cu ilin payızında 1.03 ha torpaq sahəsində buğda əkininə və 2020-ci il yaz və yayında torpağın becərilməsi və taxılın biçilməsi ilə əlaqədar subsidiyaların hesablanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(116)-363/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(116)-363/2021 saylı qərardadını ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X5 İnkişaf Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Sadalananlardan göründüyü kimi iddiaçının tələbində qeyd etdiyi 2019-cu ilin payızında 1.03 ha torpaq sahəsində buğda əkininə və 2020-ci il yaz və yayında torpağın becərilməsi və taxılın biçilməsi ilə əlaqədar subsidiyalar onun kart hesabına ödənilmiş, beləliklə hazırki tələb üzrə tərəflər arasında yaranmış mübahisəyə son qoyulmuşdur. İnzibati orqanın failiyyətindən irəli gələn hərəkət və hərəkətsizliyindən iddiaçının hüquqi müdafiəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(116)-363/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(116)-363/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-264/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-264/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver