Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-264/2022 08.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 Qələndər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşı “X1 məxsus olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 nömrəli qərarından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət “X6 qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)- 5658/2020 nömrəli qərardadı ilə Oğuz rayonu Baş Daşağıl bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “X1 məxsus olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1321/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1321/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)2289/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)1321/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 nömrəli qərardadı ilə Oğuz rayonu Baş Daşağıl bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, mülkiyyətində olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin X6 qoşulması üçün xx.xx.2020-ci il tarixində ASAN Kommunal xidməti vasitəsi ilə "xxxx" ASC-yə müraciət etmiş, müraciəti qeydiyyata alınaraq bu barədə ona bildiriş verilmişdir. Həmin bildirişdə məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə (0.4 kV-luq şəbəkədən 1 fazalı 5 kVt gücündə) 24 gün müddətində qoşulması məbləğinə uyğun olaraq 160 manat, yük hesabatının hazırlanması üçün 7,50 manat, ümumilikdə 167,50 manat rüsum hesablanmışdır. Daha sonra "xxxx" ASC tərəfindən yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən iddiaçıya AXM20/0954 saylı cavab məktubu ünvanlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 saylı qərarının 1.2.6-cı bəndinə istinad olunaraq həmin ərazidə "xxxx" ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması əsas gətirilərək elektrik enerjisi təchizatının mümkünsüzlüyü bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 6-cı maddəsinin tələbləri vurğulanmışdır. Eyni zamanda şifahi şəkildə iddiaçının yaşayış evinin 0.4 kV-luq 235 saylı transformatordan 750 metr, sonuncu işıq dirəyindən isə 500 metr məsafədə yerləşməsi göstərilmişdir. Cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 saylı qərarının 1.3-cü və xx.xx.2013-cü il tarixli 234 saylı qərarının 1.6-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, həmin bəndlərdə hər bir sifarişçinin X6 (ETŞ-yə) qoşulma hüququnun olması göstərilmişdir. "xxxx" ASC-nin istinad etdiyi 326 saylı qərarın 1.2.6cı maddəsində qeyd edilən 400 metr məsafə mövcud 0.4 kV-luq şəbəkənin olduğu yerdir, qoşulma nöqtəsi deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 326 saylı qərarının 1.2.12 və 3.2-ci, 234 nömrəli qərarının 2.26.1 və 2.27.3-cü maddələrində qoşulma nöqtəsi kimi yarımstansiya, transformator, paylayıcı lövhə və elektrik xəttləri göstərilmişdir. Buna görə də yalnız transformator yaşayış evinə qoşulma nöqtəsi kimi qəbul edilə bilməz. İddiaçının yaşayış evinə ən yaxın məsafədə (500 metr) elektrik xətti, ən uzaq məsafədə isə (750 metr) transformator yerləşir. Buna görə də qoşulma nöqtəsi kimi ən yaxın məsafə elektrik xətti qəbul ediməlidir. Texniki şərtlərin tələbləri ilə razılaşmadıqda Nazirlər Kabinetinin 326 saylı qərarının 1.6-cı maddəsinə əsasən məsələyə məhkəmə qaydasında baxılması qeyd edilmişdir. İddiaçının yaşadığı ərazidə 60-a yaxın yaşayış evi elektrik enerjisi təchizatı ilə təmin edilməmişdir. Bununla bağlı dəfərlərlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı xx.xx.2021-ci il tarixli etirazında bildirmişdir ki, "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunu və bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 187 nömrəli fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 158 nömrəli qərarına əsasən yeni salınmış yaşayış massivlərinin kommunikasiya xətləri, o cümlədən elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün 100,4 kV-luq şəbəkənin quraşdırılması yerli bələdiyyə və icra strukturları tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası şəhərsalma və tikinti məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, bələdiyyələr bələdiyyə ərazisində ərazi planlaşdırılmasını təşkil etməli, həmin ərazilərin sosial, mühəndis-kommunikasiya sisteminin yaradılmasında və inkişafında iştirak etməli, tələb olunan maliyyə vəsaitlərini müəyyən etməli və ayırmalıdır. Odur ki, bələdiyyələr torpaq sahələrini ayırarkən, həmin ərazilərdə məskunlaşacaq sakinlərin normal həyat şəraitlərinin yaradılmasını təmin etmək üçün mühəndiskommunikasiya xətlərinin təminatına dair layihə və tikintisi üzrə texniki-normativ sənədlərin hazırlanmasını təmin etməlidir. "X4 Qaydaları"nın 2-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 234 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na uyğun olaraq, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi və sayğacın quraşdırılması üçün Texniki Şərt alınması məqsədilə müvafiq sənədlər ilə İddiaçı tərəfindən "6 saylı ASAN Xidmət" mərkəzinə ATS**********9490 saylı, xx.xx.2020-ci il tarixli müraciət edilmişdir. Müraciət əsasında X7 nümayəndəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş və baxış zamanı İddiaçı məxsus fərdi yaşayış evi ilə X7 balansında olan ******* kodlu 250 kVA gücündə 10/0,4 kVluq KTM arasındakı məsafənin 733 metr olması müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 326 saylı qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün Texniki Şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasının 1.2.6. saylı bəndinə (mövcud 0,4 kV-luq şəbəkə - tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir)" əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 234 saylı qərarı ilə təsdiq edilmiş 'İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün Texniki Şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nı rəhbər tutaraq, "xxxx" ASC-nin "ASAN Xidmətlə İş və Elektron İdarəetmə Departamenti Elektron Xidmətlər İdarəsi tərəfindən İddiaçı AXM- 20/0954 saylı, xx.xx.2020-cı il tarixli rəsmi cavab verilmişdir. "xxxx" ASC tərəfindən regionlarda aparılan yenidənqurma işləri istiqamətində görülən işlər çərçivəsində Oğuz rayonunun yaşayış 1 məntəqələrinin 10-0,4 kV-luq şəbəkəsinin yenidən qurulması (istismara yararsız dayaqların yeni dəmir-beton dayaqlarla əvəz olunması, dayaqların həyətyanı sahələrdən çölə çıxarılması, 0,4 kV- uq elektrik veriliş xətlərinin yeni ÖİN tipli kabellərlə əvəz olunması, yem güc transformator məntəqələrinin quraşdırılması, sayğacların "SMART-Kart" tipli sayğaclarla əvəz olunması və s.) stiqamətində 2015-2021-ci illərdə xeyli işlər görülmüşdür. Bu görülən işlər çərçivəsində Oğuz rayonu Baş Daşağıl kəndini elektrik enerjisi ilə təchiz edən 35/10 kV-luq "Oğuz" Y/stdan çıxan Baş Daşağıl hava xətti 2018-ci ildə layihə əsasında yenidən qurulmuşdur. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış AXM-20/0954 saylı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən İddiaçı məxsus tikinti obyektinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə "xxxx" ASCyə məxsus 0.4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 saylı qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0.4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.2.6 bəndinə əsasən). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq bələdiyyələr bələdiyyə ərazisində ərazi planlaşdırılmasını təşkil etməli, həmin ərazilərin sosial, mühəndis-kommunikasiya təminatı sisteminin və infrastrukturun yaradılmasında və inkişafında iştirak etməli, tələb olunan maliyyə vəsaitlərini müəyyən etməli və ayırmalıdır. Odur ki, bələdiyyələr torpaq sahələrini ayırarkən, həmin ərazilərdə məskunlaşacaq sakinlərin normal həyat şəraitlərinin yaradılmasını təmin etmək üçün mühəndis-kommunikasiya xətlərinin təminatına dair layihə və tikintisi üzrə texniki-normativ sənədlərin hazırlanmasını təmin etməlidir. Fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə yuxarıda göstərilən Qaydaların 1.3 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq orta gərginlik şəbəkəsindən enerji təchizatı şəbəkəsinə qoşulmanı təmin etmək üçün 10 iş günü müddətində texniki şərtlə veriləcəkdir. Verilən texniki şərtləri Asan Kommunal Mərkəzlərindən götürə bilərsiniz. Seriya RX 128873 nömrəli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. Oğuz rayonu Baş Daşağıl bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 25 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı evi kəndin evlərindən kənarda yerləşir. Həmin yerdə bir çox evlər mövcuddur. Bələdiyyənin həmin 16 ha həyətyanı məqsədlə ayrılmış yerə işıq çəkmək imkanı yoxdur. İddiaçı tərəfindən də bələdiyyəyə rəsmi müraciət daxil olmamışdır. X5 X8 xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki - vətəndaş İddiaçı tərəfindən Oğuz rayonu, Baş Daşağıl kəndi ərazisində öz mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yaşayış evi yerləşən əraziyə tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı inşa etdiyi ev ilə enerji təchizatı müəssisəsinə (bundan sonra - ETM) məxsus ******* inventar nömrəli 250 kVA gücündə komplekt transformator yarımstansiyası (bundan sonra - KTYS) arasındakı məsafə (elektrik xəttinin çəkilməsi mümkün olan ən optimal trassa üzrə) təqribən 720 metr, həmin KTYS-dən çıxan 0,4 kV-luq mövcud fiderin ən yaxın dayağı ilə məsafə isə təqribən 524 metrdir. Sözügedən ərazidə ETM-ə məxsus digər transformator yoxdur. Tikinti obyektlərinin ETŞ-yə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerj təchizatı şəbəkəsinə qoşulması Qaydalar”ına (bunda sonra - Qaydalar) və 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası’na (bundan sonra - Qayda) əsasən həyata keçirilir. Qaydanın 1.2.6-cı bəndində qeyd olunmuşdur ki, mövcud 0,4 kV-luq şəbəkə - tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Qaydaların 1 6-cı bəndinə əsasən bu Qaydalara uyğun olaraq hər bir sifarişçinin ETŞ- yə qoşulma hüququ vardır. Qaydaların 1.7-ci bəndinə əsasən ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ-yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Qaydaların 2.3-cü bəndinə əsasən texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Qaydaların 1.11 -ci bəndinə əsasən texniki şərtlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməlidir. Qaydaların 1.2.4-cü bəndinə əsasən sifarişçi - ETM-in ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi sözügedən ərazidə mövcud 0,4 kV-luq şəbəkə olmadığından həmin tikinti obyektinin (evin) ETŞ-yə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasına əsasən həyata keçirilə bilməz. Odur ki, həmin evin ETŞ-yə qoşulması üçün tələb olunan sənədlər sifarişçi tərəfindən aidiyyəti üzrə təqdim edilməklə ETM tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” na uyğun olaraq texniki şərtlərin verilməsi təmin edilməlidir. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə iddiaçı X1 məxsus olan Oğuz rayonu Baş Daşağıl kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən xx.xx.2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Bildiririk ki, "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunu və bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 187 nömrəli fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 158 nömrəli qərarına əsasən yeni salınmış yaşayış massivlərinin kommunikasiya xətləri, o cümlədən elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün 10-0,4 kV-luq şəbəkənin quraşdırılması yerli bələdiyyə və icra strukturları tərəfindən həyata keçirilməlidir Belə ki, Azərbaycan Respublikası şəhərsalma və tikinti məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, bələdiyyələr bələdiyyə ərazisində ərazi planlaşdırılmasını təşkil etməli, həmin ərazilərin sosial, mühəndis-kommunikasiya sisteminin yaradılmasında və inkişafında iştirak etməli, tələb olunan maliyyə vəsaitlərini müəyyən etməli və ayırmalıdır. Odur ki, bələdiyyələr torpaq sahələrini ayırarkən, həmin ərazilərdə məskunlaşacaq sakinlərin normal həyat şəraitlərinin yaradılmasını təmin etmək üçün mühəndis-kommunikasiya xətlərinin təminatına dair layihə və tikintisi üzrə texniki-normativ sənədlərin hazırlanmasını təmin etməlidir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavadehin imtinası əsaslı olmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı "X4 Qaydalarının 2-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 234 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydalarfna uyğun olaraq, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi və sayğacın quraşdırılması üçün Texniki Şərt alınması məqsədilə müvafiq sənədlərlə "6 saylı ASAN Xidmət" mərkəzinə ATS**********9490 saylı. 19 06.2020-ci il tarixli müraciət etmişdir. Müraciət əsasında X7 nümayəndəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş və baxış zamanı iddiaçıya məxsus fərdi yaşayış evi ilə X7 balansında olan ******* kodlu 250 kVA gücündə 10/0,4 kV-luq KTM arasındakı məsafənin 733 metr olması müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 326 saylı qərarı ilə təsdiq edilmiş 'Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün Texniki Şərtlərin, layihə sənədlərinin hazırlanması və verilinəsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasının 1.2.6. saylı bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 234 saylı qərarı ilə təsdiq edilmiş "istehlakçıların elektrik enerjisi (gücü) alması üçün Texniki Şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydalarfm rəhbər tutaraq, "xxxx" ASC-nin "ASAN Xidmət"lə İş və Elektron idarəetmə Departamenti Elektron Xidmətlər İdarəsi tərəfindən İddiaçı AXM- 20/0954 saylı, xx.xx.2020-ci il tarixli rəsmi (imtina) cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın tələblərindən də göründüyü kimi, mövcud 0,4 kV-luq şəbəkə - tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tikilinin yerləşdiyi ərazidə "xxxx" ASC-yə məxsus 0 4 kV-luq şəbəkə mövcud deyildir. Belə olan halda iddiaçıya məxsus tikinti obyektinin elektrik enerjisi ilə təchiz edilməsi qeyd olunan normaların tələblərinə əsasən mümkün deyildir. Ona görə də İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Fərdi yaşayış evinin X6 qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 Qələndər oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, bu sahədə yeni texnologiyaların tətbiqini, madditexniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək cəmiyyətin əsas məqsədləri olaraq qeyd edilmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, cavabdeh "xxxx" ASC inzibati orqan sayılmasa da, hazırki mübahisənin yaranmasına səbəb cavabdehin təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki hərəkətsizliyi olmuşdur. Həmçinin cavabdehlə iddiaçı arasında müqavilə münasibətləri yoxdur. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması” Qaydalarının 1.12-ci bəndinə əsasən texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11- ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ən yaxın məsafədə müəyyən edilən enerji mənbəyi digər ETM-in xidmət etdiyi ərazidə olarsa, texniki şərtlər almaq üçün müraciət edilən ETM bu müraciəti texniki şərtlər verilməsi üçün dərhal həmin ETM-ə göndərir və bu barədə sifarişçiyə məlumat verir. 2.6. Tikintisinə icazə tələb olunmayan, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri üçün texniki şərt sifarişçinin bilavasitə müraciəti əsasında tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM tərəfindən verilir. 2.10. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin təqdim etdiyi ərizədə aşağıdakı məlumatlar göstərilir: 2.10.1. fiziki şəxsin – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar; 2.10.2. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı; 2.10.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri. 2.11. Texniki şərt verilərkən bu Qaydalarda nəzərdə tutulmayan məlumatlar və sənədlər sifarişçidən tələb edilə bilməz. 2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1.bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda. Həmin Qaydaların 2.22-ci bəndinə əsasən ETM texniki şərtlərin hazırlanması məqsədi ilə elektrik qurğularının gücü 800 kVt-dan yuxarı olan sifarişçinin ərizəsini və ya tikintiyə icazə verən orqandan (qurumdan) ETM-ə daxil olan sorğunu, habelə təqdim edilmiş sənədləri ərizənin daxil olduğu gündən 3 (üç) iş günü müddətində dövlət elektroenergetika müəssisəsinə göndərir. Dövlət elektroenergetika müəssisəsi enerji təchizatı müəssisəsi ilə güc həddini ərizə alındığı gündən 10 (on) iş günü müddətində razılaşdırmalıdır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən sifarişçi aktiv istehlakçı olduqda, texniki şərtlər bu obyektin tikintisi üçün ixtisaslaşdırılmış institutlar tərəfindən hazırlanmış X2 tələbləri nəzərə alınmaqla verilir. Həmin Qaydaların 2.27-ci bəndinə əsasən qoşulma nöqtəsi aşağıdakı yerlərdə olmalıdır: 2.27.1. yaşayış binasında olan mənzillər üçün yaşayış binasının həmin mənzillərin yerləşdiyi mərtəbədə ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhədə; 2.27.2. yaşayış binasının daxilində yerləşən qeyri-yaşayış sahələri üçün yaşayış binasının ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhədə; 2.27.3. tikinti obyektləri üçün ən yaxın məsafədə yerləşən gücə malik olan yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində (mövcud güc imkan verərsə). Beləliklə iş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Oğuz rayonu Baş Daşağıl kəndində, mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən tikinti obyektinin (fərdi yaşayış evinin) elektrik təchizat şəbəkəsinə qoşulmasına və texniki şərtin verilməsinə nail olmaqdır. İstinad olunan Qaydalarda texniki şərtlərə (1.2.1) belə anlayış verilmişdir: – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd. İstinad olunan Qaydalarda sifarişçiyə (1.2.4) belə anlayış verilmişdir: – ETM-in ETŞ– yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı. İstinad olunan Qaydalarda yaşayış evinə (1.2.8) belə anlayış verilmişdir: – otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş ev. Hazırkı iş üzrə iddiaçı Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0.12 ha torpaq sahəsinin mülkiyyətçisidir və Qaydaların tələbləri baxımından sifarişçidir. Odur ki, iddiaçı yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş evinin elektrik təchizat şəbəkəsinə qoşulmasını və texniki şərtin verilməsini tələb etməkdə haqlıdır. X5 X8 xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki - iddiaçının öz mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yaşayış evi yerləşən əraziyə baxış keçirilərkən inşa edilmiş evlə enerji təchizatı müəssisəsinə (bundan sonra - ETM) məxsus ******* inventar nömrəli 250 kVA gücündə komplekt transformator yarımstansiyası (bundan sonra - KTYS) arasındakı məsafə (elektrik xəttinin çəkilməsi mümkün olan ən optimal trassa üzrə) təqribən 720 metr, həmin KTYS-dən çıxan 0,4 kV-luq mövcud fiderin ən yaxın dayağı ilə məsafənin isə təqribən 524 metr olduğu, Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” na uyğun olaraq texniki şərtlərin verilməsi təmin edilməlidir. Cavabdeh orqan iddia tələbinə etirazında iddiaçının müraciətinin təmin edilməsinin mümkünsüzlüyünü əsaslandırmamış, fərdi yaşayış evi ilə X7 balansında olan ******* kodlu 250 kVA gücündə 10/0,4 kV-luq KTM arasındakı məsafənin 733 metr olmasının və həmin ərazidə "xxxx" ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmamasının bildirilməsi ilə kifayətlənmişdir. Lakin, qeyd edilən əsasların heç biri texniki şərtin verilməsindən və sifarişçinin elektrik təchizat şəbəkəsinə qoşulmasından imtina əsası kimi qiymətləndirilə bilməz. İstinad olunan Qaydaların 1.6-cı maddəsində qeyd edilmişdir ki, bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. Odur ki, texniki şərtin verilməsindən imtina yalnız bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda) və təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda verilə bilər. Hazırkı işdə isə Qaydaların 2.16cı bəndində nəzərdə tutulmuş imtina əsaslarının heç biri mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-458/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-264/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-264/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver