Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-264/2025 09.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X4 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehdən ona vurulmuş maddi ziyan əvəzi olaraq 10000 manat, mənəvi ziyan olaraq N5000 manat pulun alınıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin N4 dekabr N0N4-cü il tarixli N-1(116)-879/N0N4 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “cavabdehdən ona vurulmuş maddi ziyan əvəzi olaraq 10000 manat, mənəvi ziyan olaraq N5000 manat pulun alınıb ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. N. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, cavabdeh orqan qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeyd edlməsini və sözügedən qurumun Mingəçevir Şəhər Şöbəsinin cavabdehlər siyahısınndan çıxarılaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəmənin xx.xx.N0N4-cü il tarixli N-1(116)-879/N0N4 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
4. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən 13 iyul N0N0-ci ildə hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Mingəçevir şəhər şöbəsi tərəfindən müayinə edilərək “Xəstəliklər cədvəlinin 13d. 47b maddələrinin 1-ci qrafasına əsasən hərbi xidmətə yararlıdır, A-3” qərarı verilmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli 558 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəz Hərbi Poliklinikasının hərbi həkim komissiyasının 17 avqust N0N1-ci il tarixli rəyi ilə şəhadətləndirilərək “hər iki aşıqqayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fasadlaşmış sağ ayağının 3-cü, sol ayağının N-ci dərəcəli boylama yastıayaqlığı” diaqnozu ilə, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı qəbul edilərək tərxis olunmuşdur. 19 yanvar N0N1, 0N fevral N0N1-ci il və 03 avqust N0N1-ci il tarixdə obyektiv müayinə zamanı müəyyən edilmişdir ki, onun hər iki ayağında ayaq tağı qısalıb, pəncələr ön tərəfdə enliləşmiş barmaqların ucu bayıra əyilmişdir, dabanlar içəri tərəfə çevrilmişdir. Ayaq və baldır əzələlərində atrofiya qeyd edilmir. «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Əsasnamənin 7.N-ci maddəsinin e) bəndinə əsasən «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; ona da xəstəliyin səbəb əlaqəsi ümumi xəstəlikdir qərarı çıxarılmışdır. Deməli o, hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olmasınma baxmayaraq, səhvən aparılmışdır. Qeyd edir ki, o, həmin Əsasnamənin Xəstəliklər cədvəlinin 68-ci maddəsinin N-ci qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı diaqnozu ilə tərxis olunmuşdur. O, bu səhv diaqnozun nəticəsində 1 il 1 aydan çox müddət ağrı çəkmişdir. Geyindiyi ayaqqabı nümunəli ayaqqabıya uyğun olmadığından ağrıları artmış və mənəvi iztirab keçirmişdir. Hesab edir ki, onu səhvən hərbi xidmətə aparan inzibati orqanlar buna görə qarşısında maddi və mənəvi məsuliyyət dayışıyırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının yerli özünü idarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünü idarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və hüquqi şəxsə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Təşkilatın məsul şəxslərinin təqsiri nəticəsində xəstə olduğu halda, sağlam hesab olunaraq hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə çağırıldığı vaxtda keçirilmiş tibbi müayinənin nəticəsi (hərbi xidmətə yararlı hesab edilməsi) onda səhhəti barədə yanlış təsəvvürlər yaratmış, onu tam sağlam olduğuna inandırmaqla, hər hansı müalicə tədbirlərinə əl atmaq düşüncələrindən uzaqlaşdırmışdır. Bunun nəticəsi olaraq onun xəstəliyi hərbi xidmət dövründə kəskinləşməsi səbəbi ilə ağrılara, deməli, həm də iztirablara məruz qalmışdır, hansı ki, düzgün aparılmayan müayinə sağlamlığı barədə yaratdığı təsəvvürlərin yanlış olduğunun ona məlum olduğu andan mənəvi sarsıntılar keçirir. Hesab edir ki, o, yanlış olaraq hərbi xidmətə çağırıldığından həmin müddət ərzində müayinə olunub, sağlamlığını qaytara bilməmişdir. Hərbi xidmətdə olduğu müddətdə onun müalicəsi getmədiyindən hazırda zəruri xərcləri də artmışdır. Hərbi xidmətdə olduğu müddətdə orta aylıq qazancından məhrum olmuşdur. Bundan isə o həm maddi, həm də mənəvi əziyyət çəkir. Odur ki, ona vurulmuş ziyan kimi kompensasiya ödənilməlidir. Bu ziyanı mən maddi ziyan kimi 10.000 manat, mənəvi ziyan kimi N5.000 manat qiymətləndirir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı "vurulmuş maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia əsassızdır və təmin oluna bilməz. Belə ki, xx.xx.N000-ci il təvəllüdlü İddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.N0N0-ci il tarixli N/159 nömrəli göndərişlə (İlkin diaqnoz: Sinus taxikardiyası) Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müayinə üçün göndərilmişdir. "Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ına əsasən İddiaçı "Praktiki sağlam" diaqnozu ilə hərbi xidmətə yararlı hesab edilmişdir və xx.xx.N0N0-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.N0N1-ci il tarixə kimi hərbi xidmət keçmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışın keçirilməsi üçün şəhər və rayonlarda çağırış komissiyaları yaradılmışdır. Həmin Qanununun 13.N-ci maddəsinə əsasən, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq) iştirak edir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən rayon və şəhər çağırış komissiyasının fərdi tərkibini müvafiq yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon və şəhər çağırış komissiyası hərbi- həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: - həqiqi hərbi xidmətə yararlılıq haqqında; - səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Şəhər və rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin N.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında" Təlimatın 6N-ci maddəsinə əsasən, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır: - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətiəndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara bundan əlavə elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dərizöhrəvi, cuzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan,digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 1N ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçılarin siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə ğörə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün Xidmətin idarə, şöbə və bölmələri tərəfindən sorğular edilir. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar şəhər və rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınır. İddiaçı X3 qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarınm yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Mingəçevir şəhər şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 10000 manat vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1.1 -ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin N1.N-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədəiənməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.N-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr N008-ci il tarixli 7 nömrəli Qərarın N- ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və XN Haqqında Konvensiya"mn müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. İddiaçı mənəvi ziyana görə N5000 (otuz beş min) manat tələb etsə də, habelə Mülki Məcəlləsinin N1.N-ci maddəsində müəyyən olunan anlamda xərclərə, real zərər və əldən çıxmış faydaya dair məhkəməyə sübut təqdim olunmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) N4 dekabr N0N4-cü il tarixli N-1(116)-879/N0N4 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı cəmi, 57N7 (beş min yeddi yüz iyirmi yeddi) manat pul məbləğinin ödənilməsi öhdəliyi qoyulması qərara alınmışdır.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının sağlamlığı ilə bağlı şikayəti olmadığı üçün onu nə Xidmət, nə də ki Mərkəzi çağırış komissiyası müayinə etməmiş və qərar qəbul etməmişdir. Bu səbəbdən hazırki iş üzrə cavabdeh Xidmət məhkəmə işinə 3-cü şəxs qismində cəlb edilmiş Xidmətin Mingəçevir şəhər şöbəsinin təqdim etdiyi sənədlərə istinad edir. Belə ki, Xidmətin Mingəçevir rayon şöbəsinin təqdim etdiyi sənədlərə müvafiq olaraq, iddiaçı N0N0-ci ilin iyul çağırışına hazırlığı ilə əlaqədar Xidmətin Mingəçevir şəhər şöbəsi tərəfindən məcburi diaqnostik müayinələrdən keçirilmiş, hətta bu müayinələrə daxil olmayan əlavə müayinə göndərilmiş və daxil olmuş tibbi rəyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim” ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasının 13d və 47b maddələrilə Mingəçevir şəhər çağırış komissiyasının qərarı ilə “hərbi xidmətə A-3 yararlıdır” hesab edilmişdir. Bundan başqa, çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərilməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dərizöhrəvi, cuzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 1N ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafıəsi Mərkəzindən (ƏSMM) əliliyə ğörə təqaüd alan vətibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmişçağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafıəsi Mərkəzindən vətibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınır. İddiaçı 1 (bir) il 1 (bir) ay N1 (iyirmi bir) gün hərbi xidmət keçdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilmişdir. Bu isə öz növbəsində iddiaçıda qeyd olunan xəstəliyin sonradan, yəni hərbi xidmət dövründə yaranmasını dəlalət edir. İddiaçıda hərbi xidmət dövründə aşkar olunmuş yastıayaqlıq xəstəliyi hərbi xidmət dövründə fiziki gərginliklə və hərbi çəkmə geyinməsi ilə əlaqədar ayaq tağının hündürlüyü kəskin enməsinə səbəb olmuş və bu da öz növbəsində hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişdirmişdir. İddiaçı Xidmətin Mingəçevir şəhər şöbəsitərəfindən hərbi hissəyə təhvil verildikdən sonra 14 gün ərzində geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal), daxili orqanların USM müayinə nəticəsi və digər zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılaraq qəbul edilməsinə, həmçinin iddiaçının və yaxınlarının Mingəçevir şəhər çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, ən əsası o, hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə hərbi xidmətə yararlı olaraq təhvil verilməsi faktını təsdiqləyir. Şəki İnzibati Məhkəməsi qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki: O, hərbi xidmət keçdiyi zaman xx.xx.N0N1, xx.xx.N0N1 və xx.xx.N0N1-ci il tarixlərdə MN MHP-da müayinə olunmuş, xx.xx.N0N1cü ildə 18415 nömrəli X1yə əsasən “hər iki aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış sağ ayağının 3-cü, sol ayağının N-ci dərəcəli boylama yastıayaqlığı” diaqnozu ilə, Azerbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə’’nin “Xəstəliklər cədvəlinin 68 c maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək ehtiyata buraxılmışdır. Diaqnozun və xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlikdir” qeyd edilmişdir. - Müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Belə ki, icraat materiallarında olan tibbi şəhadətləndirmə vərəqələri ilə müəyyən edilir ki, iddiaçı, hərbi xidmətə aparılanadək üç dəfə 3 ay müddətinə, bir dəfə isə 6 ay müddətinə hərbi xidmətə yararsız hesab edilmiş, sonuncu müayinədə isə sıradan kənar hərbi xidmətə yararlı hesab edilmişdir.MN MHPnın xx.xx.N0N1-cü ildə 18415 nömrəli X1sində iddiaçıya qoyulmuş diaqnozun və xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlik” qeyd edildiyindən cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəliəlaqənin olması aşkardır. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.N0N0-ci il tarixdən - xx.xx.N0N1-ci il tarixədək 1 il, 1 ay, N1 gündən ibarət olduğundan və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməli, maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddia ərizəsinin verildiyi tarixdə, yəni N0N3-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır. (...)” Məhkəmənin qeyd olunan əsaslandırılmaları əsassız və qanunsuzdur. Belə ki, məhkəmə tibb sahəsində xüsusi biliyi olmadığı, belə biliyin olması və onun əsasında qərar verilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığı halda, bir həkimin yastıayaqlığın iddiaçıda anadangəlmə olması barədə elmi mənbələrə əsaslanmayan mülahizəsini əsas götürüb 1 il, 1 ay, N1 gün sonra iddiaçıda aşkar edilən xəstəliyin onun həqiqi hərbi xidmətə çağrılarkən tibbi şəhadətləndirmə zamanı mövcudluğu qənaətinə gələrək səbəb əlaqəsinin olması barədə yanlış nəticə çıxarmış, şəhadətləndirmə zamanı komissiyanın hansı normativ sənədlərin tələblərinin pozduğunu göstərmədən onu iddiaçının sağlam olmadığı halda həqiqi hərbi xidmətə çağrılmasında təqsirli bilmişdir.Belə olan halda iddiaçı həmin tarixdə xəstəliklə əlaqədar ehtiyata buraxılmalı idi. Bununla da məhkəmə iddiaçının MN MHP tərəfindən 13 yanvar N0N1-ci il tarixdə şəhadətləndirilərək hərbi xidmətə yararsız olduğu halda onun 8 ay 4 gün hərbi xidmətdə qalmağına görə cavabdeh Xidməti təqsirli bilmiş və həmin dövr üçün də cavabdehin üzərinə kompensasiya ödənilməsi öhdəliyi qoymuşdur. Habelə iddiaçı məhkəmə gedişatı zamanı müddətli həqiqi hərbi xidmətə çağırıldıqdan əvvəl rəsmi qaydada işlədiyini və bunun müqabilində əmək haqqı aldığını bildirmişdir. Lakin məhkəmə buna məhəl qoymadan ona kompensasiya hesablayarkən iddia ərizəsinin verildiyi tarixdə, yəni N0N3-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablamışdır. Əlavə olaraq bildiririk ki, işin obyektiv və hərtərəfli araşdırılması üçün məhkəmə iclası zamanı tərəfimizdən ekspertiza təyin olunmasına və iddiaçının adına hərbi hissədə tərtib edilmiş “tibb kitabçası”nın alınmasına dair vəsatət verilmişdir. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, əlavə müayinəyə göndərilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da Xidmət çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Hazırki iş üzrə cavabdeh Xidmət tərəfindən çağırış zamanı iddiaçıya münasibətdə hüquqa zidd və təqsirli hərəkətləri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən, cavabdeh Xidmət maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(116)-879/N0N4 qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin N4 dekabr N0N4-cü il tarixli N- 1(116)-879/N0N4 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli N-1(116)-879/N0N4 qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 1N. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 6N.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.N0N3-cü il tarixli imtina cavabı, - xx.xx.N0N1-ci il tarixli, 18415 nömrəli X1, - SX ******* nömrəli hərbi biletin surəti, - İddiaçı barəsində tərtib edilmiş çağırışçının qeydiyyat kartası, - Tibbi şəhadətlanirilmə kartı və tibbi şəhadətlanirilmə vərəqləri, - SX seriyalı, ******* nömrəli hərbi biletin qeydiyyat kartası.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.N. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.N. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.N. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.N. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.N. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.N-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.N. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.N. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.N. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.N.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.N.N. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.N.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.N.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.N.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
16. Mülki Məcəllənin N1.N-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.N və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyildir, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. N0. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, N.1, N.N.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. N1. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
NN. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəli-əlaqənin olması aşkardır. N3. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. N4. İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə aparılması ilə əlaqədar əlaqədar cəmi 35.000 ( otuz beş min) manat pul məbləğinin ödənilməsindən ibarətdir. İddiaçı, həmin məbləğin 10 000 (on min) manat hissəsini maddi ziyan, N5000 (iyirmi beş min) manat hissəsini mənəvi ziyan olaraq tələb edir. İddiaçı, xx.xx.N0N0-ci il tarixdə Xidmətin Mingəçevir şəhər şöbəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə məhdudiyyətlə yararlı sayılaraq həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.N0N1-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. O, hərbi xidmət keçdiyi zaman xx.xx.N0N1, xx.xx.N0N1 və xx.xx.N0N1ci il tarixlərdə MN MHP-da müayinə olunmuş, xx.xx.N0N1-cü ildə 18415 nömrəli X1yə əsasən “hər iki aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış sağ ayağının 3-cü, sol ayağının N-ci dərəcəli boylama yastıayaqlığı” diaqnozu ilə, Azerbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə’’nin “Xəstəliklər cədvəlinin N b maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək ehtiyata buraxılmışdır. Diaqnozun və xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlikdir” qeyd edilmişdir. N5. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Belə ki, icraat materiallarında olan tibbi şəhadətləndirmə vərəqələri ilə müəyyən edilir ki, iddiaçı, hərbi xidmətə aparılanadək üç dəfə 3 ay müddətinə, bir dəfə isə 6 ay müddətinə hərbi xidmətə yararsız hesab edilmiş, sonuncu müayinədə isə sıradan kənar hərbi xidmətə yararlı hesab edilmişdir. MN MHP-nın xx.xx.N0N1-cü ildə 18415 nömrəli X1sində iddiaçıya qoyulmuş diaqnozun və xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlik” qeyd edildiyindən cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəli-əlaqənin olması aşkardır. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.N0N0-ci il tarixdən - xx.xx.N0N1-ci il tarixədək 1 il, 1 ay, N1 gündən ibarət olduğundan və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməli, maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddia ərizəsinin verildiyi tarixdə, yəni N0N3-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar N0N3-cü il tarixli, 3708№-li Sərəncamının 1-ci bəndinə əsasən minimum aylıq əməkhaqqının məbləği N0N3-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə olan halda iddiaçının hərbi xidmətdə olduğu 1 il, 1 ay, N1 günə münasibətdə məhkəmə maddi ziyanın məbləğini 47N7 manat məbləğində müəyyən edilir. İddiaçı, mənəvi ziyanla bağlı tələbini xəstəliyinin hərbi xidmət dövründə kəskinləşməsi səbəbi ilə ağrılara, iztirablara məruz qalması ilə əsaslandırmışdır. N6. Bununla yanaşı nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı, tələbində N5000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz N5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. N7. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyətini nəzərə alaraq hərbi xidmətə yararsız olduğu halda xidmətə aparıldığı üçün mənəvi zərərə məruz qalması ilə və mövcud vəziyyət iddiaçının xəstəliyinin ağırlaşmasına, əlavə stress və psixoloji gərginliyə, hərbi xidmətin fiziki və psixoloji çətinlikləri ilə bağlı iztirab çəkməsinə səbəb olmasını inandırıcı hesab edilsədə də lakin kollegiya qeyd edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Belə ki, iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamış və müvafiq sübutlar təqdim edilməmişdir. Belə olan halda iddiaçının hərbi xidmət dövründə mənəvi sarsıntı keçirməsi qəbul edilsə də, bu sarsıntının onun sosial statusunda və həyat tərzində uzunmüddətli kəskin dəyişikliklərə səbəb olması müəyyən edilmir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq tələbin bu dəlilini qismən əsaslı hesab edərək mənəvi ziyan məbləğinin 1000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. N8. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr N008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və XN Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və XN Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. N9. Kollegiya onuda qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində iddia tələ üzrə İddiaçı cəmi, 57N7 (beş min yeddi yüz iyirmi yeddi) manat pul məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçıya qərara aldı hissəsində maddi və mənəvi zərərin ödənilməsini ayrıayrılıqda qeyd etməmişdir. Buna görədə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı nəticəsi hissəsi dəyişdirilməlidir.
30. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual NNN.N-ci maddəsində pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
31. Yuxarıda qeyd olunan işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 47N7 (dörd min yeddi yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan, 1000 ( bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. 3N. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N4 dekabr N0N4-cü il tarixli, N-1(116)-879/N0N4 nömrəli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı 47N7 (dörd min yeddi yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan, 1000 (bir min) manat məbləğində mənəvi ziyanın ümumilikdə 57N7 (beş min yeddi yüz iyirmi yeddi) manat ödənilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.