Məhkəmə qərarları › İş №2-1(107)-265/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-265/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-265/2025 23.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X8 və X5 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İsmayıllı rayon Zeyvə bələdiyyəsinə qarşı “xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə ona ayrılmış 2000 kv.metr torpaq sahəsinə eyni nömrə və tarixlə hazırlanmış X4 2000 kv.metr torpaq sahəsi ayrılması barədə cavabdehin qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-cü il tarixli 2-1(116)-856/2025 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh İsmayıllı rayon Zeyvə bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə ona ayrılmış 2000 kv.metr torpaq sahəsinə eyni nömrə və tarixlə hazırlanmış X4 2000 kv.metr torpaq sahəsi ayrılması barədə cavabdehin qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını aşağıdakı kimi əsaslandırmışdır. - İsmayıllı rауоnu Zеуvə Bələdiууəsinin xx.xx.2006-cı il 10 saylı Qərarı ilə İddiaçı 2000 kv.m torpaq sahəsi ayrılmış və həmin sahə dövlət torpaq kadastr kitabında xx.xx.2007-ci il 96 nömrə ilə qeydiyyata alınmışdır. Keçmiş DTXK İsmayıllı rayon şöbəsi tərəfindən bütün sənədlər rəsmi möhürlənmişdir. Müvafiq alqı-satqı aktı və rəylər vardır. Torpaq sahəsinin planı və ölçüsü mövcuddur. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edilərək özünə İsmayıllı rayonu Zeyvə kəndində ayrılmış torpaq sahəsinə reyestr çıxarış verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli **********37 və **********38 saylı məktublarla sözügedən torpaq sahəsi digər şəxslərin həyətyanı sahəsi kimi istifadəsində olduğu və həmin torpaq sahələrinə reyestr çıxarışı verilməsindən imtina olduğu bildirilmişdir. Vəkil olaraq eyni zamanda həmin torpaq sahəsinin üst üstə düşən hissədə kimlərin istifadəsində olması və bu barədə hər hansı istifadə, icarə və mülkiyyət hüququnun qeydiyyatı barədə, elektron baza məlumatlarında meşə fondu (DMF) və DTXK kadastr planları və qeydiyyata alınmış digər torpaq sahələri barədə məlumatın (arayışın) verilməsi xahiş edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixli sorğuya cavab verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə reyestr çıxarışı almaq üçün müraciət edilmiş və DƏDRX 9 saylı Ərazi İdarəsindən də, çıxarış verilməsi üçün müraciətindən imtina edilmişdir. İmtina səbəbi kimi torpaqların meşə torpağı və başqa şəxslərin həyətyanı sahəsinin olması qeyd olunmuşdur. Eynizamanda həmin torpaq sahəsinin elektron məlumat bazasında meşə mülkiyyətinə aid torpaq shəsi kimi göstrildiyi qeyd olunmuşdur. Elektron məlumat bazasında sonradan kiminsə həmin torpaq sahəsini meşə mülkiyyətinı aid torpaq kimi göstərilməsi onun mülkiyyət hüququnun imtinası əsasını təşkiledə bilməz və bu məlumatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti özü aradan qaldırılmalıdır və imtinanın əsasını təşkil edə bilməz. Həmçinin torpağının digər şəxslər tərəfindən zəbt edilərək həyətyanı kimi istifadə edilməklə ev tikilməsi də yolverilməzdir və imtinaya əsas hesab edilmir. Həmin torpaq sahəsinin kadastr plan ölçüsü də təqdim olunmaqla üst üstə düşən hissədə kimlərin istifadəsində olması və bələdiyyənin vergi və sair təsərrüfata dair kitablarında həmin tikilinin, təsərrüfatın, həyətyanı torpaq sahəsinin kimin adında, istifadəsində olması barədə, torpaqdan istifadəyə dair vergi ödənilib ödənilməməsi barədə məlumatların (arayışların) verilməsini İsmayıllı rayon Zeyvə bələdiyyəsindən xahiş etmişik və sorğuya cavab verilməmişdir. Eyni zamanda Həmin torpaq sahəsinin kadastr plan ölçüsü də təqdim olunmaqla üst-üstə düşən hissədə kimlərin istifadəsində olması və Nümayəndəliyin təsərrüfatbaşına hesab kitabında həmin təsərrüfatın kimin adında olması barədə məlumatların (arayışların) verilməsini İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısının Xankəndi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən sorğu edilmiş və nümayəndəlik həmin şəxslərin kim olması barədə məlumat verə bilmədiklərini qeyd etmişdir. Buna görə tərəfindən Şəki İnzibati məhkəməsində iddia qaldırıldı və keçirilmiş ekspertiza nəticəsində müəyyən edildiki həmin torpaq sahəsinə eyni nömrə və tarixdə saxta yolla İsmayıllı rауоnu Zеуvə Bələdiууəsinin xx.xx.2006-cı il 10 saylı Qərarı ilə X4 20000 kvm torpaq sahəsi ayrılmış və həmin sahə dövlət torpaq kadastr kitabında xx.xx.2007-ci il 533 nömrə A № 030576 say ilə qeydiyyata alınmışdır. xx.xx.2008-ci ildə həmin saxta yolla hazırlanmış 2 ha torpaq sahəsinə MH ******* seriya nömrəli ********* qeydiyyat nömrəli çıxarış alınmışdır. Daha sonra həmin yer xx.xx.2008-ci ildə Seriya RX ******* nömrəli ********* qeydiyyat nömrəsi ilə 0,5 ha X1, xx.xx.2015-ci ildə Seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəsi ilə 0,8 ha X6, xx.xx.2020-ci ildə Seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəsi ilə 0,70 ha X2 adına reystr çıxarışıalınmışdır. Həmin bu qeyd olunan torpaq sahələrinə dair ilkin sənədlərə özündədir və həmin bu sənədlər saxta yolla hazırlanmışdır. Şəki İnzbati Məhkəməsinin təyin etdiyi qərardada əsasən bu hal yerində mütəxəssis tərəfindən araşdırılmış və müvafiq rəy verilmişdir. Həmin rəydən də görünür ki, onun sənədlərilə bu qeyd olunan yer üst-üstə düşür. Mübahisəli həmin sahə dövlət torpaq kadastr kitabında Zeyvə bələdiyyəsinin Qərarına əsasən xx.xx.2007-ci il tarixli 533 nömrə A № 030576 say ilə qeydiyyata alınmış olsada İsmayıllı rayon Dövlət arxivindən təqdim olunmuş sənədlər əsasında yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin ayrılmış sahə İddiaçı Abas oğluna ayrılmış sahə ilə üst-üstə düşmür. Amma xx.xx.2007-ci il tarixli 533 nömrə A № 030576 say ilə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün əsas istənilən halda Zeyvə bələdiyyəsidir. Tərəfindən cavabdehə İsmayıllı rауоnu Zеуvə Bələdiууəsinin xx.xx.2006-cı il 10 saylı Qərarı ilə ona ayrılmış 2000 kv.m torpaq sahəsinə eyni nömrə və tarixlə hazırlanmış İsmayıllı rауоnu Zеуvə Bələdiууəsinin xx.xx.2006-cı iltarixli 10 saylı Qərarı ilə X4 20000 kv.m torpaq sahəsi ilə üst üstə düşdüyündən və onun hüquqları kobud şəkildə pozulduğundan qərarın ləğv edilməsini və bu barədə ona məlumat verilməsini xahiş etmişdir. Bugün qədər müraciətinə cavab verilməmişdir. Odur ki, Məhkəmədən İsmayıllı rауоnu Zеуvə Bələdiууəsinin xx.xx.2006-cı iltarixli 10 saylı Qərarı ilə mənə ayrılmış 2000 kv.m torpaq sahəsinə eyni nömrə və tarixlə hazırlanmış X4 20000 kv.m torpaq sahəsi ayrılması barədə İsmayıllı rауоnu Zеуvə Bələdiууəsinin xx.xx.2006-cı il 10 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

3. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 yanvar 2025-ci il tarixli 2- 1(116)-856/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə iddiaçıya 2000 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda sözügedən qərar əsasında X4 20000 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Ayrılmış torpaq sahələrinə dair tərtib edilmiş ilkin yerquruluşu planlarına adi visual baxışla müəyyən edilir ki, həmin torpaq sahələri qonşu ərazilər olsalar da, üstüstə düşmürlər. Amma məhkəməyə qanunvericiliklə hansi səlahiyyət verilmişdir ki, vizual olaraq toqpaq sahəsinə dair tərtib edilmiş ilkin yerquruluşu planlarina baxiş keçiurməklə qərar qəbul etsin bunu qəti şəkildə əsaslandirmamişdir. Belə ki torpaq sahəsinin üst üstə düşməsi yalniz mütəxəssis və ekspert tərəfində yerində baxiş keçirməklə mümkündür ki, bunu ekspert və ya mütəxəssis yerinə məhkəmə özü etmişdir. İddiaçı, özü də fərqindədir ki, X3 adına hazırlanmış A030576 №-li plan-ölçü sənədi ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edir ki, “mübahisəlisahə dövlət torpaq kadastr kitabında Zeyvə bələdiyyəsinin qərarına əsasən xx.xx.2007-ci il tarixli 533 nömrəli A030576 say ilə qeydiyyata alınmış olsa da, İsmayıllı rayon Dövlət Arxivindən təqdim edilmiş sənədlər əsasında yeruquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin ayrılmış sahə İddiaçı ayrılmış sahə ilə üst-üstə düşmür”. Bununla belə iddiaçı, sözügedən plan-ölçü sənədinin Zeyvə bələdiyyəsinin qərarıəsasında tərtib edilməsi faktına istinad edərək həmin qərarın ləğv edilməsini xahiş edir. İddia ərizəsində isə göstərilir ki, buna görə tərəfindən Şəki İnzibati Məhkəməsində iddia qaldırıldı və keçirilmiş ekspertiza nəticəsində müəyyən edildiki həmin torpaq sahəsinə eyni nömrə və tarixdə saxta yolla İsmayıllı rауоnu Zеуvə Bələdiууəsinin xx.xx.2006-cı il 10 saylı Qərarı ilə X4 20000 kv.m torpaq sahəsi ayrılmış və həmin sahə dövlət torpaq kadastr kitabında xx.xx.2007-ci il 533 nömrə A № 030576 say ilə qeydiyyata alınmışdır. xx.xx.2008-ci ildə həmin saxta yolla hazırlanmış 2 ha torpaq sahəsinə MH ******* seriya nömrəli ********* qeydiyyat nömrəliçıxarış alınmışdır. Daha sonra həmin yer xx.xx.2008-ci ildə Seriya RX ******* nömrəli ********* qeydiyyat nömrəsi ilə 0,5 ha X1, xx.xx.2015-ci ildə Seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəsi ilə 0,8 ha X6, xx.xx.2020-ci ildə Seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəsi ilə 0,70 ha X2 adına reystr çıxarışıalınmışdır. Həmin bu qeyd olunan torpaq sahələrinə dair ilkin sənədlərə məndədir və həmin bu sənədlər saxta yolla hazırlanmışdır. Şəki İnzbati Məhkəməsinin təyin etdiyi qərardada əsasən bu hal yerində mütəxəssis tərəfindən araşdırılmış və müvafiq rəy verilmişdir. Həmin rəydən də görünür ki, onun sənədlərilə bu qeyd olunan yer üst-üstə düşür. - Yuxarıda qeyd edildiyi kimi, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X7 və İddiaçı ayrılmış torpaq sahələrinə dair ilkin yerquruluşu sənədlərinə əsasən həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq, X4 müvafiq torpaq sahəsinin ayrılması barədə İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarını yox, həmin qərar əsasında hüquqların dövlət qeydiyyatınıaparmış qeydiyyat orqanının hərəkətlərini özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-856/2025 sayli xx.xx.2025-ci il tarixli qərardadi ləğv edilməsini, inzibati iş Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-856/2025 nömrəli qərardadını ləğv edərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəsis X9 izahatında qeyd etmişdir ki, İsmayıllı rayon Zeyvə bələdiyyəsində torpaq sahəsi həm X3 həmdə İddiaçı adına kadastr var və hər ikisidə üst-üstə düşür. Onu demək istəyirəm ki, mütəxəssis rəyində qeyd edildiyi kimi sözügedən İsmayıllı rayon Zeyvə bələdiyyəsinin xx.xx.2006- cı il tarixli 10 saylı qərarı ilə ayrılmış, DT və XK tərəfindən X3 adına tərtib edilmiş AN№ 030576 nömrəli plan-ölçü sənədində göstərilən həmin 2,0 ha torpaq sahəsi dövlət reyestrində xx.xx.2008-ci il tarixli **********78 saylı çıxarışla qeydiyyata alınmışdır. Sonradan sözügedən torpaq sahəsi həmin çıxarışla 3 hissəyə bölgü planı ilə bölünüb. Həmin bölünmüş torpaq sahələri 0,80 ha, 0,70 ha və 0,50 ha torpaq sahəsi kimi başqa şəxslərin adına qeydiyyata alınmışdır.

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.

18. Belə ki, hazırki inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İş materiallarından görünür ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə iddiaçıya 2000 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda sözügedən qərar əsasında X4 20000 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Ayrılmış torpaq sahələrinə dair tərtib edilmiş ilkin yerquruluşu planlarına adi visual baxışla müəyyən edilir ki, həmin torpaq sahələri qonşu ərazilər olsalar da, üst-üstə düşmürlər.

19. Bundan başqa X3 adına hazırlanmış A030576 №-li plan-ölçü sənədi ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edir ki, “mübahisəli sahə dövlət torpaq kadastr kitabında Zeyvə bələdiyyəsinin qərarına əsasən xx.xx.2007-ci il tarixli 533 nömrəli A030576 say ilə qeydiyyata alınmış olsa da, İsmayıllı rayon Dövlət Arxivindən təqdim edilmiş sənədlər əsasında yeruquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin ayrılmış sahə İddiaçı ayrılmış sahə ilə üst-üstə düşmür”. iddiaçı, sözügedən plan-ölçü sənədinin Zeyvə bələdiyyəsinin qərarı əsasında tərtib edilməsi faktına istinad edərək həmin qərarın ləğv edilməsini xahiş edir.

20. Bundan başqa, qeyd olunmalıdır ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X7 və İddiaçı ayrılmış torpaq sahələrinə dair ilkin yerquruluşu sənədlərinə əsasən həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq, X4 müvafiq torpaq sahəsinin ayrılması barədə İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarını yox, həmin qərar əsasında hüquqların dövlət qeydiyyatını aparmış qeydiyyat orqanının hərəkətlərini özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməlidir.

21. Məhkəmə kollegiya qeyd edir ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsi iddiaçıya ayrımış torpaq sahəsini həm də, Ziba Xəlilovaya satmamış, mübahisələndirilən qərar iddiaçının subyektiv hüquqlarına müdaxilə etməmişdir. İddiaçı yalnız, bələdiyyə tərəfindən eyni torpaq sahəsinin həm özünə, həm də Ziba Xəlilovaya satılması halında həmin qərarın onun subyektiv hüquqlarına müdaxilə etdiyini iddia edə bilər. Əgər iddiaçı hesab edirsə ki, bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır, bu zaman qeydiyyat orqanının hərəkətlərini mübahisələndirməlidir. Məhz həmin icraat çərçivəsində iddiaçıya bələdiyyə tərəfindənayrılmış torpaq sahəsinin naturada yeri ilkin yerquruluşu planına uyğun müəyyən edilməklə adına hazırlanmış A006592 saylı plan-ölçü sənədinin cizgisi və koordinatları ilə müqayisəli yoxlanacaq (plan-ölçü sənədinin bələdiyyənin ayırdığı torpaq sahəsinə uyğunluğu), daha sonra isə iddiaçıya bələdiyyə tərəfindən ayrılmış, naturada yeri müəyyən edilən torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılıb-aparılmaması ilə bağlı cavabdeh orqanın hərəkətlərinə hüquqi qiymət veriləcəkdir. Göründüyü kimi hazırkı vəziyyətdə iddianın predmeti düzgün müəyyən edilməmişdir. Faktiki mübahisələndiriləməli olan məsələ bələdiyyə qərarının qanunsuzluğu yox, qeydiyyat orqanının hərəkətləri olmalıdır.

22. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, İddiaçı hazırda onun qaldırdığı iddiası onun çatmaq istədiyi məqsəd baxımından əlverişli məhkəmə müdafiəsi kimi dəyərləndirilmir. Bu səbəbdən də iddia mümkün sayıla bilməz.

23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7).

24. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)- 856/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-856/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar