Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-266/2021 07.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 02.12.2019-cu il tarixli 427 ş/h nömrəli əmrinin ləğv olunması və xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)- 422/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin müddətinin bərpasına dair ərizəsinə məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(116)-422/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 02.12.2019-cu il tarixli 427 ş/h nömrəli əmrinin ləğv olunması və xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı 28.04.2021-ci il tarixdə həmin qərardaddan аpеllyаsiyа şikаyəti və apellyasiya şikayəti müddətinin bərpasına dair ərizə vermişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(116)-422/2021 saylı qərardadından hüquqi savadı olmadığına görə qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qeyd etmişdir ki, həmin müddətdən çox böyük vaxt ötməmişdir. Bundan başqa savadı olmadığında qanunvericiliklə nəzərdə tutulan şikayət müddətinin axımını dərk etməmiş, anlaya bilməmişdir. Buna görə də ondan asılı olmayan səbəbdən qanunvericiliklə nəzərdə tutulmuş şikayət müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(116)- 422/2021 saylı qərardadından qanunla müəyyən olunmuş buraxılan şikayət müddətini üzürlü hesab etməklə, müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya verilmiş аpellyаsiyа şikаyətinin müddətinin bərpası ilə bağlı 07 iyun 2021ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2- 1(116)-422/2021 saylı qərardadı 19 mart 2021-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən qərarın surəti 29.03.2021-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)- 422/2021 nömrəli qərardadın surətini 24 mart 2021-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi və həmin qərardadan şikayət vermə müddəti 04 aprel 2021-ci il olan tarixədək olan halda həmin qərardadan şikayəti 24 aprel 2021-ci il tarixdə poçta vasitəsi ilə göndərmiş və bununla da qanunla müəyyən edilən 20 gün şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(116)-422/2021 saylı qərardadından hüquqi savadı olmadığına görə qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətini ötürmüşdür.Bundan başqa savadı olmadığında qanunvericiliklə nəzərdə tutulan şikayət müddətinin axımını dərk etməmiş, anlaya bilməmişdir. Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(116)-422/2021 saylı qərardadından qanunla müəyyən olunmuş buraxılan şikayət müddətini üzürlü hesab etməsini xahiş etmişdir. Göründüyü kim,İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(116)-422/2021 nömrəli qərardadından аpеll yаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim etməmişdir. Şəki İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(116)-422/2021 nömrəli qərardadından apellyasiya şikayətinin verilmə müddətini 20 gün ötürmüş, izah edilməsinə baxmayaraq müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)-422/2021 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)-422/2021 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-266/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-266/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver