Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-266/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı və JN-019F, kod 40901004 saylı şəhadətnamə ilə ona məxsus 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2-1(116)- 434/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı və JN-019F, kod 40901004 saylı şəhadətnamə ilə ona məxsus 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi və həyətyanı sahə üçün 0,05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə 14 saylı Şamaxı Ərazi İdarəsinə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarına və JN-019F, kod 40901004 saylı şəhadətnaməsi ilə ona məxsus 0,05 ha torpaq sahəsinə hüquqi, texniki sənədlərin və məhdudiyyət və yüklülüyə dair arayışın hazırlanmasına dair müraciət etmiş və torpaq sahəsinin planı və ölçüsünü təqdim etmişdir. Lakin iddiaçıya “torpağın mülkiyyətə verilməsinə dair JN-019F, kod 40901004 saylı şəhadətnamənin “verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçü miqyası”ndan görünür ki, ona ayrılmış torpaq sahəsi (19F) iki qonşu tərəfindən - Dostyev Şəmsəddin (sahəsi A-dan B-yə, C-dən D-yə kimi, 3655A) və X6 (B-dən C-yə, D-dən A-ya kimi, 111 A) torpaq sahələri ilə əhatə olunub” cavabı verilmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********24 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının qeydiyyat üçün təqdim etdiyi sənədlər (ləğv edilmiş X8 Komitəsi tərəfindən tərtib edlmiş JN019F, kod 40901004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyi 0,05 ha torpaq sahəsinə dair JN- 019F, kod 40901004 saylı şəhadətnamə elektron baza məlumatlarında və Ərazi İdarəsinin arxiv materiallarında digər şəxsin adına qeyd olunmuşdur. JN-019F, kod 40901004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadnamə”nin kadastr məlumatları və Ərazi İdarəsində saxlanılam arxiv məlumatları arasında uyğunsuzluq olduğuna görə, iddiaçının ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı və sorğusunun icrasının təmin edilməsi məqsədilə məhkəməyə ünvanlanmış cavabdehin xx.xx.2022-ci il tarixli, **********73 nömrəli məktubunda qeyd olunmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-019F nömrəli şəhadətnamə elektron baza məlumatlarında və torpaq islahatı zamanı Ağsu şəhərinin ərazisində torpaq almaq hüququ olan subyektlərin siyahısında vətəndaş X1 adına qeyd edilmişdir. İslahatın xəritəsində JN-019F nömrəli şəhadətnamə X3 məxsus Ağsu şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin (0,12 ha ölçüdə olmaqla) həyətyanı sahəsi kimi qeyd olunmuşdur. İddiaçı əlində olan JN-019F nömrəli şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivinə təhvil verilməsinə baxmayaraq, elektron baza məlumatlarında onun adına işlənilmiş 0,05 ha torpaq sahəsinə dair JN-019F nömrəli şəhadətnamə barədə hər hansı bir məlumat aşkar olunmamışdır. İslahatın xəritəsində sözügedən şəhadətnamə qeyd olunmadığına görə, onun yerini müəyyən etmək mümkün olmamışdır. Bildirilir ki, müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı təmin edilmişdir. Mütəxəssis iddiaçının etibarnamə ilə nümayəndəsi X7 ilə görüşmüş və iddia olunan torpaq sahəsinin naturada göstərilməsini xahiş etmişdir. Lakin iddiaçının nümayəndəsi sözügedən torpaq sahəsinin onların istifadəsində olmadığını və harada yerləşdiyini bilmədiklərini qeyd edərək, torpaq sahəsinin yerini göstərə bilməmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********42 nömrəli məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********42 nömrəli məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-434/2023 nömrəli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2 fevral 2023-cü il tarixli 2- 1(116)-434/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
9. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2-1(116)-434/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 və sonuncu iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2- 1(116)-434/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-019F kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Ağsu rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı ilə 0,05 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. Şəhadətnamədə ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İddiaçı 19 nömrəli xəritə nömrəsi ilə 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdı. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********73 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixdə Ağsu şəhərində 14 saylı Şamaxı ərazi idarəsinin mütəxəssisi Əkrəm Əhmədov və iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Şəfiqə Azayevanın iştirakı ilə tərtib olunmuş Aktın surətində qeyd olunur ki, iddiaçının sözügedən sənəd (JN-019F kod ********) ilə Ağsu rayonu ərazisində faktiki istifadədə olan torpaq sahəsi yoxdur. Bu səbəbdən də sözügedən şəhadətnamə əsasında vətəndaşın istifadəsində olan faktiki torpaq sahəsinin koordinatlarını təyin etmək mümkün olmamışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli, **********83 nömrəli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-019F nömrəli şəhadətnamə elektron baza məlumatlarında və torpaq islahatı zamanı Ağsu şəhərinin ərazisində torpaq almaq hüququ olan subyektlərin siyahısında vətəndaş X1 adına qeyd edilmişdir. İslahatın xəritəsində JN-019F nömrəli şəhadətnamə X3 məxsus Ağsu şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin (0.12 ha ölçüdə olmaqla) həyətyanı sahəsi kimi qeyd olunmuşdur. İddiaçı əündə olan JN-019F nömrəli şəhadətnamənin ikinci nüsxəsi Ərazi idarəsinin arxivinə təhvii verilməsinə baxmayaraq, elektron baza məlumatlarında onun adına işlənilmiş 0.05 ha həyətyanı torpaq sahəsinə dair JN-019F nömrəli şəhadətnamə barədə hər hansı bir məlumat aşkar olunmamışdır. İslahatın xəritəsində sözügedən şəhadətnamə qeyd olunmadığına görə, onun yerini müəyyən etmək mümkün olmamışdır. Məktubda qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı təmin edilmişdir Mütəxəssis iddiaçının anası X7 ilə görüşmüş və iddia olunan torpaq sahəsinin naturada göstərilməsini xahiş etmişdir. Lakin, iddiaçının anası X2 torpaq sahəsinin onların istifadəsində olmadığını və harada yerləşdiyini bilmədiklərin qeyd edərək, torpaq sahəsinin yerini göstərə bilməmişdir. Bu səbəbdən məktubda qeyd edilən sorğulara cavab verilməsi mümkün olmadı.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.4-cü maddəsinə əsasən. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. Torpaq Məcəlləsi: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
19. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
20. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsi: Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, kollegiyanın 23 may 2023-cü il tarixli sorğusuna əsasən verilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, **********83 nömrəli məktubundan müəyyən ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-019F nömrəli şəhadətnamə elektron baza məlumatlarında və torpaq islahatı zamanı Ağsu şəhərinin ərazisində torpaq almaq hüququ olan subyektlərin siyahısında vətəndaş X1 adına qeyd edilmişdir. İslahatın xəritəsində JN-019F nömrəli şəhadətnamə X3 məxsus Ağsu şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin (0.12 ha ölçüdə olmaqla) həyətyanı sahəsi kimi qeyd olunmuşdur. İddiaçı əündə olan JN-019F nömrəli şəhadətnamənin ikinci nüsxəsi Ərazi idarəsinin arxivinə təhvii verilməsinə baxmayaraq, elektron baza məlumatlarında onun adına işlənilmiş 0.05 ha həyətyanı torpaq sahəsinə dair JN-019F nömrəli şəhadətnamə barədə hər hansı bir məlumat aşkar olunmamışdır. İslahatın xəritəsində sözügedən şəhadətnamə qeyd olunmadığına görə, onun yerini müəyyən etmək mümkün olmamışdır. Məktubda qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı təmin edilmişdir Mütəxəssis iddiaçının anası X7 ilə görüşmüş və iddia olunan torpaq sahəsinin naturada göstərilməsini xahiş etmişdir. Lakin, iddiaçının anası X2 torpaq sahəsinin onların istifadəsində olmadığını və harada yerləşdiyini bilmədiklərin qeyd edərək, torpaq sahəsinin yerini göstərə bilməmişdir. Bu səbəbdən məktubda qeyd edilən sorğulara cavab verilməsi mümkün olmadı.
28. Həmçinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi iddiaçının anası X7 ilə görüşmüş və iddia olunan torpaq sahəsinin naturada göstərilməsini xahiş etmişdir. Lakin, iddiaçının anası X2 torpaq sahəsinin onların istifadəsində olmadığını və harada yerləşdiyini bilmədiklərin qeyd edərək, torpaq sahəsinin yerini göstərə bilməmişdir.
29. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Hüquqi marağı onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olmaqla, iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsinin şəhadətnaməsini məhkəməyə təqdim etsə də, həmin torpaq sahəsinin onun faktiki istifadəsində olmadığını müəyyən edilmiş, məhkəmə araşdırması və Şəhadətnaməyə əsasən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı və JN-019F, kod 40901004 saylı şəhadətnamə ilə ona məxsus 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 2-1(116)-434/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.