Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-267/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-44/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 26.07.2019-cu il tarixli, 37/Kd-04467 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia belə əsaslandırmışdır ki, iddiaçı ona məxsus olan Balakən rayonu, Qazma kəndində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. 13-14 oktyabr 2012-ci il tarixdə ölkənin şimal-qərb zonasında baş vermiş zəlzələ zamanı bir çox evlər kimi iddiaçıya məxsus ev də tamamilə qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra FHN mütəxəssisləri tərəfindən evə baxış keçirilmiş və rəy tərtib edilmişdir. Lakin hal-hazıradək iddiaçıya həmin rəy açıqlanmamışdır. İddiaçı bununla bağlı müvafiq qurumlara müraciət etsə də, komissiyanın rəylərinin zamanla açıqlanacağı və nəzərdə tutulmuş işlərin mərhləli şəkildə aparılacağı ona bildirilmişdir. İddiaçı 2019-cu ildə cavabdeh orqana müraciət etmiş, lakin ona bildirmişlər ki, onun fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəyməmişdir və bu səbəblə Agentlik tərəfindən köməklik göstərilməsi mümkün deyil. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 17.02.2020-ci il tarixli etirazında qeyd etmişdir ki, 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçıya məxsus evə baxış keçirilmiş və 9 mart 2013-cü il tarixində baxış aktı tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirik ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1-ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Eyni zamanda qeyd edilir ki, İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara, o cümlədən də iddiaçıya yardım edərək, həmin vətəndaşların evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 09.03.2013-cü il tarixli Baxış aktından görünür ki, iddiaçının evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, evinin orta divarlarında, pəncərə üstü tağlarda, yan divarlarda, fasad divarlarında keçici çatlar, suvaq çatları müşahidə edilir. Aktın nəticəsi olaraq evin təmir edilməli olduğu müəyyənləşdirilir. İş materiallarında olan JN-1501A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayonu AİK-nın 08.05.1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. M.Hacıyevanın 050126 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən 05.04.2003-cü ildə vəfat etdiyi müəyyən edilir. Həmçinin ******* nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, M.Hacıyeva İddiaçı anasıdır. Birinci instansiya məhkəmənin 2-1(116)-408/2020 nömrəli, 05.05.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 28.12.2020-ci il tarixli, 10/1175 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, Balakən rayonu, Qazma kəndində yerləşən, İddiaçı məxsus yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyi, tavanda beton örtüyün çatladığı, bəzi yerlərdə qopub töküldüyünü, armatur və katinkaların açıq vəziyyətdə qalaraq paslandığını, döşəmə örtüyünün aşağı doğru çökdüyünü, divarla tavanın və döşəmənin birləşmə yerlərinin bir-birindən aralandığını, divarların bəzi yerlərində hörgü daşlarının yerindən çıxdığını nəzərə alaraq, həmin evin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri, eləcə də iş materiallarında olan məlumatlara əsasən tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazidə 13-14 oktyabr tarixdə zəlzələ baş verdiyini, həmçinin tədqiq olunan evin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 09.03.2013-cü il tarixli akta əsasən zəlzələdən ziyan çəkmiş evlər kimi qeydiyyata alındığını nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan yaşayış evinin konstruktiv elementləri üzrə yaranmış zədələri, eləcə də yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğunu nəzərə alaraq, həmin yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edlir. Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-44/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbin təmin etmiş, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin üzərinə Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X4 Agentliyi Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-44/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Balakən rayon sakini İddiaçı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı zərər dəymiş Balakən rayonu, Qazma kəndində yerləşən və ona məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2-1 (116)-44/2021 saylı qərarı ilə iddiaçının tələbinə uyğun olmayaraq, fərdi evin tikilib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmışdır. Həmin qərar 24 mart 2021-ci il tarixdə Agentliyə daxil olmuşdur. Hesab edirik ki, 1-ci instansiya məhkəməsinin qeyd olunan qərarı aşağıda göstərilənlərə görə ləğv edilməlidir. Məlum olduğu kimi 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. Həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan kəskin qəzalı vəziyyətdə olan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan tədbirlər çərçivəsində iddiaçıya məxsus evə baxış keçirilmiş və 09 mart 2013-cü il tarixində Akt tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmirə ehtiyac olan kimi qeyd olunub. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, zəlzələ nəticəsində ziyan deymiş evlərə maddi vəsaitlərin ayrılması Nazirlər Kabinetinin 07 dekabr 2012-ci il, 17/5732-12/25 nömrəli dərkanarına uyğun olaraq qəzalı və bərpa olunan evlərə şamil olunmuşdur. Təmir üçün maddi vəsaitin ayrılmasına dair heç bir tapşırıq verilməmişdir. Nəzərinizə çatdırırıq ki, vətəndaşların şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı məhkəmə orqanlarında iddiaların qaldırılması kütləvi hal almış və Nazirlər Kabinetinin Sərəncamında təmirlə bağlı işlərin icra olunması Fövqəladə Hallar Nazirliyinə şamil olunmadığı üçün Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2-1(116)-44/2021 saylı qərarın tərəfimizdən icrası mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamı əsasında müvafiq tədbirlər görə bilər. Belə ki, Agentlik icra hakimiyyəti orqanı olduğundan onun saxlanma xərcləri və fəaliyyəti döviət büdcəsindən məqsədli olaraq ayrılan vəsait hesabına maliyyələşdirilir. Agentliyin bundan başqa digər maliyyə mənbəyi və ya fərdi bank hesabı olmadığına görə büdcədən bu məqsədlər üçün dövlət vəsaiti ayrılmadığı təqdirdə həmin vətəndaşlar üçün tərəfimizdən evlərin tikilməsi mümkün deyil. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2- 1(116)-44/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbi təmin edilməməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2- 1(116)-44/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının 18 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nümayəndəsi X7 bildirmişdir ki, Balakən rayon Qazma kənd sakini İddiaçı fərdi yaşayış evinin konstruktiv elemetlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə tərəfimizdən hər hansı bir tədbir görülməmişdir. Məhkəmə kollegiyasının 18 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 26.07.2019-cu il tarixli 37/Kb-04467 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zəlzələdən dağılan Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırki iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-44/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün və mahiyyət etibarilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmış və hazırki tələbə cavab verməli inzibati orqan kimi düzgün olaraq məhz Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəzliyə X8 müəyyən edilmişdir. Belə ki, 07.05.2012-ci il tarixdə Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial infrastruktur obyektlərə dəymiş ziyanın aradan qaldırılması Fövqəladə Hallar Nazirliyinə həvalə edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117 nömrəli sərəncamına əsasən ona vəsait ayrılmışdır. Fövqəladə Hallar Nazirliyi isə bu vəzifələrini Tikintidə Təhlükəzliyə X8nin vasitəsi ilə həyata keçirir ki, bu da işin mübahisəsiz halıdır. Eyni zamanda bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən inzibati orqana müraciət edib-etməməsidir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İş materiallarında olan 09.03.2013-cü il tarixli mütəxəssislər tərəfindən tərtib edilmiş Aktın təsdiq edilmiş surətindən, həmçinin fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür və hal hazırda da qəzalı vəziyyətdədir. Lakin cavabdeh orqanın 26.07.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtina məktubunda bildirilir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş, və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. Beləliklə də, iddiaçı və cavabdeh arasında hazırkı mübahisə yaranmışdır. İddiaçının evinə zəlzələ nəticəsində ciddi ziyan dəyməsi, yaşayış üçün yararsız olmsı və həmin yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu ekspert rəyi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi verilmiş 18 iyun 2021-ci il və 23 sentyabr 2021-ci il tarixli sorğulara cavab olaraq bildirmişlər ki, Zaqatala, Qax və Balakən rayonlarında baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən Nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən Balakən rayonu, Qazma kənd sakini İddiaçı fərdi yaşayış evi mütəxəssislərin rəyinə əsəsən konstruktiv elementlərinə ciddi zərər dəymədiyinə görə təmirə ehtiyacı olan evlər daxil edilmişdir. Həmin aktlara əsasən Balakən rayonu, Qazma kənd sakini İddiaçı fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə tərəfimizdən hər hansı bir tədbirin görülməsinə əsas yoxdur. Nəzərinizə çatdırırıq ki, tərtib olunmuş aktlara əsasən təmir kateqoriyasına aid edilmiş fərdi yaşayış evləri barədə yuxarı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hər-hansı tədbir görülməsi barədə göstəriş verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmıyaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamı ilə baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılmışdır. Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agnetliyin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-44/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-267/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-267/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver