Məhkəmə qərarları › İş №2-1(107)-267/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-267/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-267/2024 10.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-2296/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və DSMF-nin 1 saylı X2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “DSMF-nin 1 saylı X1 cavabdehlər siyahısından çıxarılmasını və “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı, tələb hüququnu onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1958-ci ildə Kəlbəcər rayonu Zar kəndində doğulmuşdur. 1974-1977-ci illərdə atası vəfat etdikdən sonra məcbur qalaraq Ermənistan respublikasının ərazisində yerləşən “Zod” qızıl çıxarma mədənlərində yeraltı tuneldə (şaxtada) işləmişdir. 1977-1979- cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən də sonra 1979-cu ildən 1988-ci ilədək həmin müəssisədə işləmişdir. 1988-ci ildə əmək fəaliyyəti zamanı tuneldə uçqun hadisəsi baş vermişdir. Torpağın altında qalaraq kəllə-beyin travması almış, aldığı zədə nəticəsində əmək qabiliyyətini itirmişdir. Müraciəti əsasında Mingəçevir şəhər Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(051)- 1882/2016 saylı qətnaməsi əsasında 08 sentyabr 1988-ci il tarixdə “Zod" qızıl çıxarma mədənində yeraltı tuneldə torpaq uçqunu zamanı əmək xəsarəti almağı nəticəsində əmək qabiliyyətinin 75-100 faizini itirməyi faktı təsdiq edilmişdir Bundan sonra 202 -ci ilə qədər 2-ci qrup əlilliyə görə hər ay kompensasiya almışdır. Ödənilən kompensasiya xx.xx.2022- ci il tarixdən dayandırılmışdır. Buna görə də iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ərizəinin təmin olunmasından imtina etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçıya xx.xx.2016-cı ildə müəssisələrdə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya təyin edilmişdir. İddiaçı əlilliyinin müddətinin bitməsi ilə əlaqədar ona təyin edilmiş aylıq kompensasiya xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçıya təyin edilmiş bu kompensasiya qrupu Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə verilən kompensasiyadır. İddiaçı əlilliyinin bərpası səbəbilə inzibati orqana müraciət edərək ona təyin edilmiş kompensasiyanın bərpasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda bildirmişdir ki, qeyd edilən kompensasiyanın verilməsi üçün tələb edilən şərtlərdən biri də kompensasiya alan şəxsin qaçqın olmasıdır, iddiaçı isə məcburi köçkündür. Beləliklə, iddiaçıya haqlı olaraq cavabdeh orqan tərəfindən kompensasiyanın bərpa edilməsi ilə bağlı imtina verilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

6. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2-ci bölməsində qeyd edilmişdir ki, Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: 1. Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; 2. Ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. Həmin Qaydaların ümumi müddəasında bildirilmişdir ki, bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir.

7. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qaçqın və məcburi köçkün ifadələrinin anlayışları belə verilmişdir: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İddiaçıya məxsus xx.xx.2011-ci il tarixli AZE0******* seriya nömrəli vəsiqədən aydın olur ki, iddiaçının doğulduğu yer və yaşayış yeri Kəlbəcər rayonu, Zar kəndidir. Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 1541 nömrəli arayışına əsasən iddiaçı məcburi köçkün kimi 1992-ci il tarixdən Qəbələ rayonunda məskunlaşmışdır. Kompensasiya isə qaçqınlara verilir, iddiaçı isə qaçqın deyil məcburi köçkündür, iddiaçı Azərbaycan Respublikasına aid olan torpaqlarda doğulub yaşamış, hərbi təcavüz səbəbilə yaşayış yerini tərk edərək yenə Azərbaycan Respublikasının ərazisində - Qəbələ rayonunda məskunlaşmışdır. Bu isə məcburi köçkün ifadəsinin anlayışına uyğun gəlir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 noyabr 2023-cü il tarixli, 2- 1(116)-2296/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-2296/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)- 2296/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023cü il tarixli, 2-1(116)-2296/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 65 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonu sakini AZE 0******* nömrəli vəsiqənin sahibi İddiaçı məcburi köçkün olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-1882/2016 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin olunmuş, İddiaçı 1974-cü ilin iyul ayından 1988-ci ilin sentyabr ayına qədər Ermənistan Respublikasının “Zod” qızıl çıxarma mədənində yeraltı tuneldə 08 sentyabr 1988-ci il tarixdə torpaq uçqunu zamanı əmək xəsarəti alması nəticəsində əmək qabiliyyətinin 75-100 faizinin itirilməsi faktı müəyyən edilmiş hesab olunmuşdur. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1016/2015 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin olunmuş, İddiaçı 1974-cü ilin iyul ayından 1988-ci ilin sentyabr ayınadək Ermənistan Respublikasının “Zod” qızıl çıxarma mədənində yeraltı tuneldə fəhlə işləməsi və 08 sentyabr 1988-ci il tarixdə torpaq uçqunu nəticəsində əmək xəsarəti alması haqqında hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaları:

1. Ümumi müddəa Bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir.

2. Qaydaların tətbiq dairəsi Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə

18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qaçqın və məcburi köçkün ifadələrinin anlayışları belə verilmişdir: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın ödənilməsinə nail olmaqdır.

26. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir;

27. Həmin Qanununa əsasən məcburi köçkün isə (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

28. Yuxarıda sadalanan Qaydalara istinad olunmaqla cavabdeh orqandan aylıq kompensasiyanın ödənilməsini tələb etmək üçün iddiaçının qaçqın statusu olmalıdır.

29. Lakin, iş materiallarından göründüyü kimi iddiaçı, Kəlbəcər rayonu sakini olmaqla (AZE0*******) məcburi köçkün kimi ünvan 1 ünvanında qeydiyyatdadır.

30. Belə olan halda məhkəm kollegiyası hesab edir ki, iddiaçı, məhz qaçqın statuslu zərərçəkənlərə münasibətdə Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə verilməsi nəzərdə tutulan kompensasiyanın ödənilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmamışdır.

31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-2296/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar