Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-268/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh yanında X2rşı “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların xx xxxxxx 2009-cu il təvəllüdlü nəvəsi Sadıqov Ömər Zülfüqar oğlu və xx xxxxxx 2015-ci il təvəllüdlü nəvəsi X1 üzərində qəyyum təyin edilmələri haqqında qətnamə qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1049/2020 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların xx xxxxxx 2009-cu il təvəllüdlü nəvəsi Sadıqov Ömər Zülfüqar oğlu və xx xxxxxx 2015-ci il təvəllüdlü nəvəsi X5 üzərində qəyyum təyin edilmələri” haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki,oğulları X8 ilə X7 birgə nikahından xx xxxxxx 2009-cu il tarixdə nəvələri Sadıqov Ömər Zülfuqar oğlu və xx xxxxxx 2015-ci il tarixdə nəvələri X9 dünyaya gəlmişlər. Oğulları Zülfüqar və gəlinləri Mahinur Şəki rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə boşanmış elan edilmiş və uşaqlar anaları Mahinurun himayəsinə verilmiş, ataları Zülfüqara isə hər ay aliment ödəmək öhdəliyi qoyulmuşdur. Bundan iki ay sonra Mahinur Gəncə şəhərində yaşayan başqa bir şəxslə ikinci dəfə ailə həyatı qurmuş, uşaqları da onlara verərək çıxıb ərinin yanına getmiş və hal-hazırda da Gəncə şəhərində yaşayır. Daha iki ay sonra Zülfüqar da başqa qadınla ikinci dəfə ailə həyatı qurmuş və hazırda Şəki rayonu Qayabaşı kəndində yaşayır. Beləliklə, nəvələri Ömər və Dürrə doğulduqlarından onların yanlarında və himayələrində olduqları kimi bu gün də onlarladır. Faktiki olaraq ortalıqda olan məhz bu münasibəti rəsmiləşdirmək üçün Zülfuqarın və Mahinurun notarial qaydada təsdiqlənmiş razılıq ərizələrini də alaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə cəmi 21 hüquqi sənəd təqdim etməklə Cavabdeh yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə onlar komissiyaya çağırılmış və nəvələri də daxil onları son dərəcə məyus edib yola salmışlar. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 1049/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya həmin qərardaddan apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edirlər. Qərardad bununla əsaslandırılır ki, sitat gətirirlər. “ Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır.” Sitatın sonu. Bu “əsas” qanunvericiliyin ifadəsi deyil, hakimin işdəki öz maddi marağının ifadəsidir ! Ona görə ki, onlar qanunvericiliyin tələb etdiyi qaydada ilk öncə Cavabdeh Başçısının adına ərizə ilə müraciət etmişik və Başçı onların ərizələrini Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasına yönəltmişdir! Vətəndaşların sözügedən Komissiyaya birbaşa müraciət etməsi qanunvericilikdə nəzərdə tutulmayıb ! Məhkəmə hazırkı Qərardadla nə demək istəyir, məgər Cavabdeh inzibati orqan deyil ? Əlbəttə inzibati orqandır ! Deməli, səhv və qanunsuz olan hazırkı Qərardaddır ! Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin ( İPM ) 1.2 maddəsinə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin (MPM ) müddəaları tətbiq oluna bilər. Ona görə hazırkı şikayətlərində hər iki məcəllənin müddəalarına istinad etməkdə haqlı olduqlarını hesab edirlər. İPM-nin 15.1 maddəsində göstərilir ki, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. MPM-nin də 9.1 maddəsində göstərilir ki, ədalət mühakiməsi çəkişmə , tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bəs mövcud qanunvericilik məhkəmələrin qarşısında belə bir mühüm tələb qoyduğu halda necə ola bilir ki, hazırkı məhkəmə bu tələbi kobud şəkildə pozaraq cavabdeh inzibati orqanın məhkəmədə iştirakını təmin etmədən və hazırlıq iclası keçirmədən tez-tələsik, onların haqq səsini boğaraq hazırkı Qərardadı çıxarmışdır? Bu sualın cavabı üzərində onların çox fikirləşməyinə ehtiyac da yoxdur, ən azı ona görə ki, onların qərarından və davranışından şikayətçi olduqları Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Ə.Bəşirov eyni zamanda Şəki şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiridir və yenə eyni zamanda X10 şöbəsinin müdiridir ! Yəni bu şəxs məhkəmələrlə və hakimlərlə mütəmadi işgüzar təmasdadır deyə onların haqq səsini elə yerindəcə boğulmalıdırmı və iki körpə nəvələri yiyəsizlik şəraitində yaşamalıdırlarmı ? Hər halda Ə.Bəşirovun çıxardığı qanunsuz və əsassız qərar göz qabağındadır və qanunvericiliyin əsasında bundan şikayət etmişlər ! Göründüyü kimi, hakimin qeyri-obyektiv və onlara qarşı qərəzli mövqeyi göz qabağında olan açıq faktdır ! Əgər həmin hakimdə hazırkı cavabdehə qarşı ümumi rəğbət hissi qabaqcadan formalaşıbsa ən azından o özü-özünə qarşı etiraz etməli idi, bu işə baxmamalı və qərardad çıxarmamalı idi, baxılması üçün başqa hakimə verməli idi. Necə ki, MPM-nin 19.2.3 maddəsində göstərilir ki, hakim şəxsən , bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa , ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa 21.1 maddəsinə görə hakim özü-özünə etiraz etməyə borcludur. Qərardadın yuxarıda sitat gətirdikləri yerində göstərilir ki, Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı inzibati akt deyil. Əgər belədirsə , bu qərar inzibati akt deyildirsə bəs nədir, Nə üçün çıxarılır və bu qərardan inzibati məhkəməyə deyildirsə, başqa hansı məhkəməyə müraciət edilməlidir ki ?! Ölkə Prezidenti hörmətli cənab İ.Əliyev bir çox çıxışlarında məmurları xalqa xidmət etmələri üçün vəzifəyə təyin etdiyini bildirir. Bu əlbəttə ki, təqdirəlayiqdir ! Bəs Ə.Bəşirovun onlar və körpə nəvələri də daxil başlarına açdığı bu oyunlar “xalqa xidmətdirmi “ ? Onlar əmindirlər ki bu qanunsuz Qərardadın da arxasında dayanan elə Ə.Bəşirovun özüdür ! onlaronda gördüklərini görmüşlər ki, necə deyərlər, bu adam qışın ortasında qar istəyənə yoxdur deyir. Yəni onlar ondan başqa adamların nəvələrini istəmirlər. Elə doğulduqlarından özlərinin baxdıqlarız öz doğma nəvələrimizə rəsmən qəyyum təyin edilmələrini istəyirlər axı ! Ə.Bəşirov isə hələ də onlara pislik etməkdə davam edərək indi də şikayətlərini yerindəcə boğdurur, onun xalqa xidməti budurmu?! MPM-nin 82.1 maddəsində göstərilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının əlahiddə bir təşkilat olmadığını və məhz inzibati orqan olan Cavabdeh tərkibində Qəyyumluq və Himayəçilik Komissiyası olduğunu bir daha onlar sübut etməli deyildilər. İş üzrə çıxarılmış hazırkı Qərardadın qüsurlarını və nöqsanlarını sadalamaqla qurtaran deyil, lakin onlar sadaladıqlarını kifayət hesab edir. Odur ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2, 13, 14.1, 15.1, 49-cu və Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 19.2.3, 21.1, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin İ.Cabbarovun sədrliyi ilə çıxardığı xx xxxx 2020- cu il tarixli Qərardadının ləğv edilməsi və Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxx 2020-ci il tarixli 7/S- 20/2-099 saylı qərarının ləğv edilərək onların xx xxxxxx 2009-cu il təvəllüdlü nəvəmiz Sadıqov Ömər Zülfüqar oğlunun və xx xxxxxx 2015-ci il təvəllüdlü nəvəmiz X6 üzərində qəyyum təyin edilmələri haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Şəki Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bu səbədən də iddiaçılara Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah olunmuşdur ki, Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Şəki İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Şəki Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçılara Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların xx xxxxxx 2009-cu il təvəllüdlü nəvəsi Sadıqov Ömər Zülfüqar oğlu və xx xxxxxx 2015-ci il təvəllüdlü nəvəsi X5 üzərində qəyyum təyin edilmələri” haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisənin məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edərək göstərir ki, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Normaların məzmumunundan görünür ki, inzibati mübahisələrin dairəsi inzibati mübahisələrin çərçivəsində inzibati hüquq münasibətləri ilə baglı yaranan (publik hüquq münasibətləri) mübahisələrdə dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan cıxış edir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli qərarından görünür ki, Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqan deyildir. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların xx xxxxxx 2009-cu il təvəllüdlü nəvəsi Sadıqov Ömər Zülfüqar oğlu və xx xxxxxx 2015-ci il təvəllüdlü nəvəsi X5 üzərində qəyyum təyin edilmələri” haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Belə olan halda iddiaya subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçılara Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi məhkəməyə müraciət edərək Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların xx xxxxxx 2009-cu il təvəllüdlü nəvəsi Sadıqov Ömər Zülfüqar oğlu və xx xxxxxx 2015-ci il təvəllüdlü nəvəsi X1 üzərində qəyyum təyin edilmələri haqqında qətnamə qəbul edilməsi” tələbinə dair iddianı mülki qaydada mübahisələndirə bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1049/2020 nömrəliqərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1049/2020 nömrəliqərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-268/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-268/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver