Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-269/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Cavabdehnə qarşı “mərhum həyat yoldaşı x1 hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına uyğun olaraq 80 faizlə 01.02.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(116)-654/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Cavabdeh apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 01.07.1942-ci il tarixdə anadan olmuşdur. 01.07.1997-ci il tarixdən yaşa görə əmək pensiyası almışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.05.2018-ci il tarixli 2- 1(84)-524/2018 saylı, Şəki Apellyasiya Məhkəməsinin 19.09.2018-ci il tarixli 2-1(107)- 407/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2019-cu il tarixli 2-1(102)-284/19 saylı qərarlarına əsasən 01.02.2015-ci il tarixdən əmək pensiyası mərhum hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə yenidən hesablanmış və ödənilmişdir. Lakin pensiya hesablanarkən ancaq əmək haqqı və 10% staj əlavəsi nəzərə alınmışdır. DSMF-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət edərək «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hakimlərə verilən mükafatlar, maddi yardım, müalicə pulu nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin şöbə bu barədə arayış təqdim etmədiyini əsas gətirərək imtina cavabını vermişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdehin etirazının dəlilləri: Vətəndaş İddiaçı mərhum həyat yoldaşı x1 hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması üçün ərizə ilə şöbəyə müraciət etmişdir. Vətəndaşın ərizəsində qeyd etdiyi birdəfəlik yardım, müalicə pulu və müavinətləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanılması üçün mərhum ərinin həmin əlavələri alması barədə arayış təqdim etməsi vacibdir. Lakin mərhum hakim işlədiyi müddətdə həmin əlavələri almadığı üçün bu barədə arayış təqdim olunmadığından iddiaçının əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.05.2018-ci il tarixli 2-1(84)- 524/2018 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin 19.09.2018-ci il tarixli 2-1 (107)- 407/2018 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2019-cu il tarixli 2- 1(102)-284/19 nömrəli qərarlarına əsasən iddiaçıya 01.02.2015-ci il tarixdən mərhum hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hesablanmış və ödənilmişdir.Vətəndaşın Əmək pensiyasının məbləği Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli Qərarının 3.1 Maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasına istinadən aşağıdakı kimi hesablanmışdır: 01.02.2015-ci il tarixdən Hakimin əmək haqqı - 1159,20 manat 10% qulluq əlavəsi - 115,92 manat Cəmi – 1275.12 manat x 80% = 1020.10 manat x 80% = 816.08 manat 01.05.2018-ci il tarixdən Hakimin əmək haqqı – 1276.80 10% qulluq əlavəsi - 127,68 manat Cəmi – 1404.48 manat – 1275.12 manat (əvvəlki hesablanmış məbləğ) = 129.36 Manat x 70 ay (qulluq stajı) x 50 % / 180 = 25.15 manat x 80 % = 20.12 manat (artım məbləgi) + 816.08 manat (köhnə məbləğ) = 836.20 manat. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 10 iyun 2020-ci il tarixli, 2-1(116)- 654/2020 nömrəliqərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh Əmək və x4 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı mərhum həyat yoldaşı x1 hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-cı il tarixli Qərarına uyğun olaraq 80 faizlə 01.02.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Qəbələ rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Əmək və x4 Nazirliyi yanında Cavabdeh 16.01.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, 20.02.2020-ci il tarixli 01 nömrəli etirazı, DSMF-nin 07.10.2008-ci il tarixli 04/05/-3613 nömrəli məktubu 17.10.1963-cü il tarixli A3 seriyalı 002678 nömrəli evlənmək haqqında şəhadətnamənin surəti, İ-ЖГ seriyalı 424380 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14.02.2019-cu il tarixli 8/5-126 nömrəli arayışı, 21.09.2017-ci il tarixli 10/111 nömrəli məktubu, 21.09.2017-ci il tarixli 10/111 nömrəli arayışı, DSMF-nin Şəki şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 23.03.2019-cu il tarixli 76 nömrəli qərarı, Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 05.2019-cu il tarixli sərəncamının təsdiqlənmiş surəti, 015433 nömrəli Pensiyaçının uçot vərəqinin təsdiqlənmiş surəti aiddir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət x8 Şəki şəhər şöbəsi Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(116)- 654/2020 nömrəli qərarının ləğv olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Vətəndaşın iddia ərizəsində qeyd etdiyi birdəfəlik yardim, müalicə pulu və müavinətləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün mərhum ərinin qeyd etdiyi həmin əlavələri alması barədə arayış təqdim etməsi vacibdir. Lakin mərhum hakim işlədiyi müddətdə həmin əlavələri almadığı üçün bu barədə arayış təqdim olunmamışdır. Qeyd olunan əlavələrin alınması barədə arayış təqdim olunmadığı halda, nəzərə alınması və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul olunmuşdur. Bu isə mövcud Qanunvericiliyə ziddir. Həmçinin Məhkəmə Qərarında əmək pensiyasının 01.12.2015-ci il tarixdən yenidən hesablanması və və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsində deyilir: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yenidən hesablanmalı olduğu halda, Məhkəmə qərarında 01.12.2015-ci il tarixdən qeyd olunmuşdur. Bu isə yuxarıdakı maddənin tələblərinin pozulmasıdır. Həmçinin Məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ'olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı) Qeyd edilənlərə əssən Şəki İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(116)- 654/2020 nömrəli iş üzrə Qərarın ləğv edilməsini və iddia tələbinin apellyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apelyasiya instansiyasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: DSMF-in Şəki şəhər şöbəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçının mərhum əri x2 26.09.1972-ci il tarixdən 15.08.1978-ci il tarixdək hakim vəzifəsində işləməsi, 01.02.2015-ci il tarixdə isə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin üzərinə iddiaçıya mərhum həyat yoldaşı x1 hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-cı il tarixli Qərarına uyğun olaraq 80 faizlə 01.02.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Belə ki, hazırkı mübahisə “həyat yoldaşı x1 hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına uyğun olaraq 80 faizlə 01.02.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi”nin mümkünlüyü ilə bağlıdır. Məhkəmə kollegiyası ilk öncə olaraq onu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa əlavə dəyişikliklər edilməsi barədə 8 oktyabr 2010-cu il tarixli 1092-111 QD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna 12 iyul 2019-cu il tarixli düzəliş edildikdən sonra 107-ci maddə yeni redaksiyada verilmiş və mətninə əsasən Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt və iki aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sadlanan və iddiada qeyd edilən ödənişlər iddiaçıya yalnız o vaxt əmək pensiyasına əlavə ödənişlər hesablana bilərdi ki, iddiaçının mərhum əri x3 26.09.1972-ci il tarixdən 15.08.1978-ci il tarixədək əmək haqqındakı sonrakı artımlar, vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı, il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım, müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində pul təminatı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti artımları şəxsin vaxtilə aldığı əmək haqqı ilə həmin ödənişləri almış olsun. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən“Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə kollegiyasl belə nəticəyə gəlir ki, iddiaçının mərhum əri x2 26.09.1972-ci il tarixdən 15.08.1978-ci il tarixdək hakim vəzifəsində işlədiyindən iddiada qeyd edilən həyat yoldaşı x1 hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının 01.02.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi yenidən hesablanarkən xidmət etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmadığı üçün və həmçinin 2010-cu ildən əvvəlki hüquq münsibətlərinə aid olduğu üçün nəzərə alına bilməz. Yuxarıda sadalanan hüquq normalarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən iddiaçının hüququ o vaxt yarana bilərdi ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun”.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş 16.01.2020-ci il tarixli **********7 saylı imtina məktubundan görünür ki, inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Qəbələ rayon şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x7 Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(116)-654/2020 nömrəliqərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Cavabdehnə qarşı “mərhum həyat yoldaşı x1 hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına uyğun olaraq 80 faizlə 01.02.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-269/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-269/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver