Məhkəmə qərarları › İş №2-1(107)-269/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-269/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-269/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştiraki ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “ilkin planölçü sənədlərinə uyğun olaraq X13 məxsus **********44 saylı çıxarışın iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-11/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X13 verilmiş qeydiyyat nömrəsi ******* saylı çıxarışda və iddiaçıya verilmiş qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda ilkin yerquruluşu sənədləri nəzərə alınmaqla dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1191/2022 nömrəli qərardadı ilə X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir.

4. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “X13 verilmiş **********44 saylı çıxarış iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsi, həmin çıxarışın ilkin plan-ölçü sənədlərinə uyğun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-11/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları Şəki İnzibati Məhkəməsinin qərarı əsasında cavabdeh tərəfindən qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyesterindən çıxarış verilmişdir. Onun həyətyanı sahəsinə bitişik sahəyə mülkiyyət hüququ vətəndaş X13 tanınıb və **********44 saylı çıxarış verilib. Çıxarışlar verilərkən ilkin yerquruluşu sənədləri nəzərə alınmamış, nəticədə ona və vətəndaş X13 verilmiş çıxarışlar ikin yerquruluşu sənədlərinə uyğun tərtib edilmədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Bu səbəbdən də X17 ona qarşı "maneənin aradan qaldırılması tələbinə dair" iddiası əsasında başlanmış 2(035)-352/2020 saylı mülki iş Zərdab rayon Məhkəməsinin icraatındadır. X13 verilmiş, qeydiyyat nömrəsi ********** saylı, ******* saylı "Çıxarış"da və ona verilmiş qeydiyyat nömrəsi ********** nömrəli "Çıxarış"da dəyişiklik edilərək həmin sənədlərin ilkin yerquruluşu sənədləri əsasında yenidən tərtib edilməsinə dair cavabdehin **********80 saylı 16 mart 2022-ci il tarixli məktubu ilə rədd edilmiş, əsas olaraq **********96 saylı Çıxarışda təqdim etdiyi Zərdab rayon Zərdab bələdiyyəsi və Zərdab rayon İcra Hakimiyyəti Başçısının Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş yerquruluşu sənədlərinə istinad edildiyi göstərilmişdir. Yuxarıda göstərildiyi kimi X13 verilmiş qeydiyyat nömrəsi ********** saylı, ******* saylı "Çıxarış"da və ona verilmiş qeydiyyat nömrəsi ********** nömrəli "Çıxarış"da ilkin yerquruluşu sənədləri nəzərə alınmayıb, nəticədə ona və vətəndaş X13 verilmiş çıxarışlar ikin yerquruluşu sənədlərinə uyğun tərtib edilməyib, həmin sənədlərə baxış zamanı bunu asanlıqla müəyyən etmək olar.

7. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, X1 Bayram Arif oğluna və ona verilmiş çıxarışa düzəliş olunaraq, sənədlərinin ilkin yerquruluşu sənədləri əsasında yenidən tərtib edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı sənədlərin qanunamüvafiq qaydada verilməsi müəyyən olunmuş, bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 fevral 2024-cü il tarixli 2- 1(116)-11/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-11/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən müxtəlif vaxtlarda məhkəməyə təqdim olunmuş mütəxəssis rəylərində ziddiyətlər var. Lakin məhkəmə işin hallarını araşdırmamış, iş üzrə müstəqil ekspertiza təyin etmədən formal xarakter daşıyan qərar vermişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş mübahisəli torpaq sahəsinin sxemindən məlum olur ki, sxem üzrə yerlər düzgün müəyyən olunmamışdır. Sxemdə ilk torpaq sahəsi üzrə mülkiyyətçi İddiaçı, sonrakı torpaq sahəsi üzrə mülkiyyətçi X6 və sonuncu torpaq sahəsi üzrə mülkiyyətçi X17 göstərilmişdir. Lakin sxemdə qeyd olunanlar faktiki reallığı əks etdirmir. Belə ki, ilk torpaq sahəsi X4 məxsusdur. Yəni İddiaçı mülkiyyətində olan torpaq sahəsi X6 və X8 mülkiyyətində olan torpaq sahəsinin ortasında yerləşir. Mütəxəssis rəyində torpaq sahələrinin yerinin düzgün göstərilməməsinin səbəbi olaraq mütəxəssis rəyində qeyd olunmuşdur ki, onun adına tərtib edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** (**********96 reyestr nömrəli) qeydiyyat nömrəli çıxarışa əlavə olunmuş A672216 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla uyğun deyildir. Qeyd etmək istəyir ki, mütəxəssis rəy verən zaman X4 məxsus torpaq sahəsi üzərində ölçü-biçi işləri aparmış və buna əsasəndə səhv qənaətə gəlmişdir. Eyni zamanda qeyd edir ki, cavabdehin təqdim etdiyi mütəxəssis rəyindən məlum olur ki, iş üzrə üçüncü şəxs X8 mülkiyyətində 0,06 ha torpaq sahəsi olsa da, o, faktiki olaraq 0.01078 ha torpaq sahəsindən istifadə edir. Bu isə onun sözü gedən torpaq sahəsini zəbt etməsi anlamına gəlir. Lakin məhkəmə qərar verən zaman işin bu hallarını araşdırmamışdır. Bundan əlavə cavabdeh tərəfindən Zərdab Rayon Məhkəməsinə təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində suallara cavab olaraq qeyd olunmuşdur ki, X8 naturada göstərdiyi tikili mülki iş materiallarında təqdim olunmuş RX-0995422 nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin daxilində yerləşdiyi halda X8 naturada hasarladığı torpaq sahəsinin şimal-qərb hissəsində daş hasarın bir hissəsi RX-0995422 nömrəli çıxarışdan kənarda yerləşir. Əlavə olaraq qeyd olunmuşdur ki, X8 naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi mülki iş materiallarında təqdim edilmiş RX-0995422 nömrəli çıxarışa əlavə olunmuş A№114080 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən kordinatlar daxilindəki torpaq sahəsi ilə eyni ərazidə yerləşir lakin sahə və konfiqurasiya fərqi vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-11/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-11/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024cü il tarixli 2-1(116)-11/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi X14 bildirdi ki, qeyd edilən torpaq sahəsələri səndələr əsasında üst-üstə düşmür. İddiaçı məxsus torpaq sahəsi hasarlanıb. Digər tərəfin torpaq sahəsi açıq sahədi hasara alınmayıb.

17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 07.01.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zərdab rayonu Qoşaoba kəndi X23 H.Cavid küçəsi 13A ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - 30.03.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zərdab rayonu X23 ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində X8 tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli xx.xx.2020-ci il tarixli 2-1(116)- 509/2020 nömrəli qərarından çıxarışından görünür ki, Zərdab rayonu Qoşaoba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışdan görünür ki, Zərdab rayonu Bəyimli qəsəbə sakini İddiaçı xx.xx.2006-cı il tarixdə bələdiyyəyə daxil olmuş ərizəsi, həyətyanı sahə üçün ayrılmış 0,10 ha torpaq sahəsinin planı nəzərə alınmış, şəhərin X23 ərazisindən 0,10 ha torpaq sahəsi dəyəri ödənilməklə fərdi ev tikintisi üçün Bəyimli qəsəbə sakini İddiaçı satılmış, ayrılmış torpaq sahəsinin ölçülüb verilməsi Zərdab rayon Qoşaoba bələdiyyəsinin yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri A.Kərimova həvalə edilmiş, müvafiq sənədlərin təsdiqi Respublika Torpaq və Xəritəçəkmə komitəsindən xahiş olunmuşdur. - üçüncü şəxsin, cavabdeh orqanın əməkdaşlarının və Zərdab bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktda qeyd edilmişdir ki, X2in müraciəti və təqdim etdiyi sənədlər əsasında ona məxsus Zərdab şəhəri X23 ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin 28,0 m uzunu, 21,65 m eni (yerdəki maili vəziyyət nəzərə alaraq) olmaqla yerdə ölçüsü qoyuldu. Mərz nişanı vurularaq vətəndaşa tanıtdırıldı və həmin mərz nişanların koordinatları götürüldü. X2 qoyulmuş mərz nişanları ilə heç bir etiraz etmədən razılaşdı. Sözügedən torpaq sahəsinin götürülmüş 1) 730897.435.4456718.745; 2) 730918.955.4456721.114; 3) 730925.871.4456693.981; 4) 730904.351.4456691.613 koordinatlar daxilində Dövlət Reyestri tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. - cavabdeh orqanın xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəylərində aşağıdakılar qeyd edilmişdir: 1.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr (**********) nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi Zərdab rayonu Qoşaoba bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 12 saylı iclas protokolu və ona əlavə olunmuş “Zərdab bələdiyyəsinin xəritəsindən çıxarış” və digər torpaqayırma sənədləri əsas olmaqla Şəki inzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2-1 (116)-509/2020 nömrəli qərarı ilə idarənin üzərinə qoyulan öhdəlik əsasında verilmişdir və “Zərdab bələdiyyəsinin xəritəsindən çıxarış"da koordinatlar mövcud olmadığı üçün dəqiqliklə üst-üstə düşüb-düşməməsini etmək mümkün olmamışdır.

2. Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinin koordinatları qeyd olunmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla X8 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmadı.

3. Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinin koordinatları mövcud olmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Əlavə olaraq bildirilmişdir ki, Zərdab bələdiyyəsinin möhürlə təsdiq etdiyi xx.xx.2017ci il tarixli aktda qeyd edilmiş koordinatlar İddiaçı adına tərtib edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** (**********96 reyestr nömrəli) qeydiyyat nömrəli çıxarışa əlavə olunmuş A672216 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla uyğun deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X13 məxsus **********44 saylı çıxarışın özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsinə (ləğv edilməsinə) nail olmaqdır.

26. Müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli xx.xx.2020-ci il tarixli 2-1(116)-509/2020 nömrəli qərarına əsasən Zərdab rayonu Qoşaoba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır.

27. Bununla belə həmin torpaq sahəsinin yerləşmə vəziyyəti barədə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinin koordinatları mövcud olmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin ilkin sənəddə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil..

28. Eyni zamanda mütəxəssis rəyində üçüncü şəxsə münasibətdə də, Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədinə istinad edilərək qeyd edilmişdir ki, tərtib edilmiş sənədlərin ilkin sənədlərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyil.

29. Bununla belə iş materiallarında mövcud olan üçüncü şəxsin, cavabdeh orqanın əməkdaşlarının və Zərdab bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, üçüncü şəxsə məxsus 0,06 ha həyətyanı torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin 28,0 m uzunu, 21,65 m eni (yerdəki maili vəziyyət nəzərə alaraq) olmaqla naturada yerləşmə vəziyyəti müəyyən edilərək tanıdılmış, sözügedən torpaq sahəsinin götürülmüş 1) 730897.435. 4456718.745; 2) 730918.955. 4456721.114; 3) 730925.871 4456693.981; 4) 730904.351. 4456691.613 koordinatlar daxilində Dövlət Reyestri tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir.

30. Odur ki, üçüncü şəxsə məxsus torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixdə tərtib edilmiş aktda öz əksini tapdığından ilkin yeruquruluşu sənədi olaraq həmin akt qəbul edilməlidir. Belə ki, sözügedən akt torpaq sahəsini ayrıran qurumun və hazırkı cavabdehin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş, bələdiyyə məhz həmin torpaq sahəsinin üçüncü şəxsə satılmasını müəyyən etmişdir.

31. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Zərdab rayon Məhkəməsinin icraatında olan 2(035)-120/2021 nömrəli mülki iş üzrə verilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Zərdab bələdiyyəsinin xx.xx.2017-ci il tarixli aktla təsdiq etdiyi koordinatlar uyğunluq təşkil edir.

32. Mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Zərdab bələdiyyəsinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli aktda qeyd edilmiş koordinatlar iddiaçının adına tərtib edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** (**********96 reyestr nömrəli) qeydiyyat nömrəli çıxarışa əlavə olunmuş A672216 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla uyğun deyildir.

33. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis X14 bildirdi ki, qeyd edilən torpaq sahəsələri səndələr əsasında üst-üstə düşmür. İddiaçı məxsus torpaq sahəsi hasarlanıb. Digər tərəfin torpaq sahəsi açıq sahədi hasara alınmayıb.

34. İşin hallarından göründüyü kimi hər bir halda üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və üçüncü şəxsə məxsus **********44 saylı çıxarış ilkin yerquruluşu sənədinə uyğundur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “ilkin planölçü sənədlərinə uyğun olaraq X13 məxsus **********44 saylı çıxarışın iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-11/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar