Məhkəmə qərarları › İş №2-1(107)-27/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-27/2020

21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-27/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Ağsu rayon şöbəsi) qarşı “1972-1973 və 1977-1997-ci illərdə ünvan 2 adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1384/2019 nömrəli qərarından DSMFin Ağsu rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində doğulmuş və hazırda Ağsu rayonu Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, ünvan 2 adına kolxozda 1972-ci ildə 243 adam günü, 1973-cü ildə 245 adam günü, 1977-ci ildə 251 adam günü, 1978-ci ildə 254 adam günü, 1979-cu ildə 266 adam günü, 1980-ci ildə 263 adam günü, 1981-ci ildə 277 adam günü, 1982-ci ildə 275 adam günü, 1983-cü ildə 286 adam günü, 1984-cü ildə 282 adam günü, 1985-ci ildə 268 adam günü, 1986-cı ildə 259 adam günü, 1987-ci ildə 240 adam günü, 1988-ci ildə 241 adam günü, 1989-cu ildə 247 adam günü, 1990-cı ildə 253 adam günü, 1991-ci ildə 279 adam günü, 1992-ci ildə 296 adam günü, 1993-cü ildə 295 adam günü, 1994-cü ildə 264 adam günü, 1995-ci ildə 242 adam günü, 1996-cı ildə 250 adam günü və 1997-ci ildə 241 adam günü işləmişdir. və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. ünvan 2 adına kolxozda kişilər üçün minimum əmək günü norması 1972-1973, 1977- 1997-ci illərdə 240 gün olmuşdur. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçının qeyd olunan illərdə kolxozda işləməsi Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 245 nömrəli arxiv arayışı və kolxozun əmək günü uçotu və hesablaşma kitablarından çıxarışlar, hərbi xidmətdə olması isə adına olan НЗ seriyalı ******* nömrəli hərbi biletlə öz təsdiqini tapır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından həmin illər sosial sığorta stajına daxil edilmir. Faktın təsdiq edilməsi ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyi iddiaçıya tövsiyə etmişlər. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1972-1973 və 1977-1997-ci illərdə ünvan 2 adına kolxozunda işləmiş və onun işləməsi arxiv arayışı ilə təsdiq olunur. Pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də sonuncu bundan imtina edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyi bildirmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1384/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Ağsu rayon şöbəsinin üzərinə İddiaçı 1972, 1973, 1977, 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996 və 1997-ci illərdə ünvan 2 adına kolxozda işlədiyi 23 il müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Ağsu rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ağsu rayonu Ərəbmehdibəy kəndində yaşayan İddiaçı təqdim etdiyi arxiv arayışında 1972-1973 və 1977-1997-ci illərdə işlədiyi haqqında qeydlər vardır.“Əmək pensiyaları haqqında” Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.Odur ki, vətəndaş İddiaçı əmək kitabçası olmadığı üçün ona əmək pensiyası təyin etmək qanuna ziddir.Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilir ki, işə götürən 5 gün müddət ərzində işçiyə əmək kitabçası açmalıdır. Lakin göründüyü kimi İddiaçı 1972- 1973 və 1977-1997-ci illər ərzində əmək kitabçası açılmamışdır. Qanunun 21.1-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.“Əmək pensiyaları haqqında” Azərbacan Respublikası Qanununun3.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarla təsdiq etdiyi Əsasnamədə göstərilən Arayışların Milli Arxiv İdarəsinin arayışlarına heç bir aidiyyəti yoxdur. Həmin arayış nümunələri Əsasnaməyə əlavə olunub və orada Milli Arxiv İdarəsinin arayış nümunəsi yoxdur. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1384/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, DSMF-in Ağsu rayon şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 245 nömrəli arxiv arayışı, kolxozun əmək günü uçotu və hesablaşma kitablarından çıxarışların surəti, iddiaçının adına olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, cavabdeh inzibati orqanın imtina məktubu və sair daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1384/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək DSMF-in Ağsu rayon şöbəsinin üzərinə İddiaçı 1972, 1973, 1977, 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996 və 1997-ci illərdə ünvan 2 adına kolxozda işlədiyi 23 il müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının ünvan 2 adına kolxozda işləməsi, adam günü və əmək haqqı qazanması Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 245 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 2 adına kolxozda işləməsi, adam günü və əmək haqqı qazanması Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 245 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 245 nömrəli arxiv arayışına əsasən, iddiaçı Ağsu rayon Ərəbmehdibəy kəndi “N.Nərimanov” adına kolxozda 1972-ci ildə 243 adam günü, 1973-cü ildə 245 adam günü, 1977-ci ildə 251 adam günü, 1978-ci ildə 254 adam günü, 1979-cu ildə 266 adam günü, 1980-ci ildə 263 adam günü, 1981-ci ildə 277 adam günü, 1982-ci ildə 275 adam günü, 1983-cü ildə 286 adam günü, 1984-cü ildə 282 adam günü, 1985-ci ildə 268 adam günü, 1986-cı ildə 259 adam günü, 1987-ci ildə 240 adam günü, 1988-ci ildə 241 adam günü, 1989-cu ildə 247 adam günü, 1990-cı ildə 253 adam günü, 1991-ci ildə 279 adam günü, 1992-ci ildə 296 adam günü, 1993-cü ildə 295 adam günü, 1994-cü ildə 264 adam günü, 1995-ci ildə 242 adam günü, 1996-cı ildə 250 adam günü və 1997-ci ildə 241 adam günü işləmişdir. ünvan 2 adına kolxozda kişilər üçün minimum əmək günü norması 1972-1973, 1977- 1997-ci illərdə 240 gün olmuşdur. İddiaçı 1972-1973, 1977-1997-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmiş və həmin illərə görə onun 23 il sosial sığorta stajı vardır. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2.11-ci maddəsinə əsasən, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, DSMF-in Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına verilmiş Arxiv arayışına əsasən onun 1972-1973 və 1977- 1997-ci illərdə Ağsu rayonu Ərəbmehdibəy kəndi Nərimanov adına kolxozda kişilər üçün minimum əmək iştirakı norması nəzərə alınmaqla 23 il iş stajı və bu stajın pensiya kapitalına çevrilməsi nəticəsində xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 16617,96 manat pensiya kapitalı vardır. Qeyd olunan müddət sosial sığorta stajına daxil edilərsə vətəndaşın 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 25 il 6 gün sosial sığorta stajı yaranır ki, bu da onun əmək pensiyası hüququnun yaranmasına səbəb olur. İddiaçının ünvan 2 adına kolxozda işləməsi, adam günü və əmək haqqı qazanması Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 245 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1384/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar