Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-270/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Zaqatala rayon şöbəsinə qarşı "1971-1973, 1984-1985, 1988-1991-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)- 155/2020nömrəli qərarından cavabdeh Dövlət X4 Zaqatala rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, 1971-1973-cü illərdə Zaqatala rayonu K.Marks adına kolxozda işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuş və xidmətdən qayıtdıqdan sonra 1997-ci ilədək yenə də Zaqatala rayonu K.Marks adına kolxozda işləmişdir. İddiaçı xx.xx.2019-cu ildə pensiya yaşına çatmışdır. O, yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh DSMF-nin Zaqatala rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu özünün xx.xx.2019-cu il tarixli **********2 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, Zaqatala Rayon Dövlət Arxivində saxlanılan şəxsi hesablarda 1971, 1972, 1973, 1984, 1985, 1988, 1989, 1990, 1991-ci illərdə qaralama və düzəlişlər olduğundan həmin illər nəzərə alınmamış və iddiaçının yalnız 15 il iş stajının düzgünlüyü təsdiq edilmişdir. İddiaçının iş stajına dair təqdim etdiyi sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyü təsdiq edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. İddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, 1971-ci ildə Zaqatala rayonu K.Marks adına kolxozda işə girmiş, 1997-ci ilə qədər həmin kolxozda işləmişdir. Lakin ona əmək kitabçasının verilməsi təmin edilməmişdir. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilən arayışda 19711973, 1984-1985, 1988-1991-ci illərə dair qeydlərdə düzəliş olunması səbəbilə ona yaşa görə əmək pensiyası təyin olunmamışdır. Cavabdeh iddiaya yazılı münasibətində bildirmişdir ki, "X3" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək 64 yaşı tamam olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Bununla bağlı iddiaçıya əmək pensiyası təyin olunması mümkün deyildir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 297 nömrəli arxiv arayışından görünür ki, iddiaçı Osmanov X1 rayonu K.Marks adına kolxozda 1971-ci ildə 111 adam/gün, 1972-ci ildə 245 adam/gün, 1973-cü ildə 344,67 adam/gün, 1975-ci ildə 47 adam/gün, 1976-cı ildə 461 adam/gün, 1977-ci ildə 482 adam/gün, 1978-ci ildə 409 adam/gün, 1979-cu ildə 268 adam/gün, 1980-cı ildə 198 adam/gün, 1981-ci ildə 252 adam/gün, 1982-ci ildə 346 adam/gün, 1983-cü ildə 269 adam/gün, 1984-cü ildə 281 adam/gün, 1985-ci ildə 242 adam/gün, 1986-cı ildə 259 adam/gün, 1987-ci ildə 349 adam/gün, 1988-ci ildə 261 adam/gün, 1989-cu ildə 340 adam/gün, 1990-cı ildə 360 adam/gün, 1991-ci ildə 184 adam/gün, 1992-ci ildə 395 adam/gün, 1993-cü ildə 323 adam/gün, 1994-cü ildə 396 adam/gün, 1995-ci ildə 211 adam/gün, 1996-cı ildə 258 adam/gün, 1997-ci ildə 78 adam/gün işləmişdir. İşdə olan, Dövlət X4 Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli etirazından görünür ki, "X3" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ildən xx.xx.2019cu il tarixinədək 64 yaşı tamam olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Bununla bağlı iddiaçıya əmək pensiyası təyin olunması mümkün deyildir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxx 2020-ci il tarixli 2- 1(116)-155/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı Zaqatala rayonu K.Marks adına kolxozda 1973, 1976-1979, 1981-1984, 1986-1990, 1992-1996-cı illərdə işlədiyi müddətin tam (cəmi 19 il), 1971, 1972, 1980, 1985, 1991, 1997-ci illərin isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla (cəmi 4 il 5 ay) onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Zaqatala Rayon Şöbəsinin üzərinə qoyulması, iddianın 1975-ci il ilə bağlı hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Dövlət X4 Zaqatala rayon şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-155/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ərizəçi İddiaçı «X3» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. «X3» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 64 yaşı tamam olmuş kişilər 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Onun şöbəyə Zaqatala rayon keçmiş Nizami kolxozunda işləməsinə dair təqdim etdiyi iş stajını təsdiq edən arayışlar təqdim edilmişdir. İddiaçı C. Osmanov Zaqatala rayonu Dövlət Arxivi tərəfindən verilmiş 1971- 1973, 1975-1981, 1975-1997ci illərdə keçmiş K. Marks kolxozda kolxozçu işləməsinə dair xx.xx.2019-cu il tarixli 297 saylı arxivi arayışı təqdim etmişdir. Bildiririk ki, «X3» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndində deyilir. Qanunun qüvvəyə mindiyi günədək sığota olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən həmin stajın qarşılıqlı yerində yoxlanması tələb olunur. Yoxlama zamanı 1971, 1972, 1973, 1984, 1985, 1988, 1989, 1990, 1991 -ci illərin iş stajının düzgünlüyü təsdiq edilməmişdir.Odur ki, Dövlət X4 Zaqatala rayon şöbəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2- 1(116)-155/2020 saylı Qərarının ləğv edilməsinin sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Zaqatala rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-155/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. "X3" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Cavabdehin imtinasının səbəbi bu olmuşdur ki, iddiaçının iş stajını təsdiq edən sənədlərin rayon arxivində qarşılıqlı yoxlanması zamanı 1971-1973, 1984, 1985, 1988- 1991-ci illərin iş stajının qaralama və düzəlişlərlə yazıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin dəlilinin yoxlanılması üçün qeyd olunan staj kitablarının surətləri tələb edilərək alınmış və məhkəmədə araşdırılmışdır. Lakin həmin sənədlərdə onların məzmununu şübhə altına almaq üçün əsas verən hər hansı düzəlişin, yaxud qaralamanın olması müəyyən edilməmişdir. Ona görə də məhkəmə qeyd olunan dəlili əsaslı hesab etməmişdir. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçı Osmanov X1 rayonunun Danaçı kəndindəki K.Marks adına kolxozda 1971-ci ildə 111 adam/gün, 1972-ci ildə 245 adam/gün, 1973-cü ildə 344,67 adam/gün, 1975-ci ildə 47 adam/gün, 1976-cı ildə 461 adam/gün, 1977-ci ildə 482 adam/gün, 1978-ci ildə 409 adam/gün, 1979-cu ildə 268 adam/gün, 1980-cı ildə 198 adam/gün, 1981-ci ildə 252 adam/gün, 1982-ci ildə 346 adam/gün, 1983-cü ildə 269 adam/gün, 1984-cü ildə 281 adam/gün, 1985-ci ildə 242 adam/gün, 1986-cı ildə 259 adam/gün, 1987-ci ildə 349 adam/gün, 1988-ci ildə 261 adam/gün, 1989-cu ildə 340 adam/gün, 1990-cı ildə 360 adam/gün, 1991-ci ildə 184 adam/gün, 1992-ci ildə 395 adam/gün, 1993-cü ildə 323 adam/gün, 1994-cü ildə 396 adam/gün, 1995-ci ildə 211 adam/gün, 1996-cı ildə 258 adam/gün, 1997-ci ildə 78 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1971-1988-ci illərdə 250 adam/gün, 1989-cu ildə 240 adam/gün, 1990-1997-ci illərdə isə 210 adam/gün olmuşdur. Göründüyü kimi, iddiaçı 1973, 1976-1979, 1981-1984, 1986-1990, 1992-1996-cı illərdə (cəmi 19 il) müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmiş, 1971, 1972, 1980, 1985, 1991, 1997-ci illərdə isə yerinə yetirməmişdir. Onun minimum əmək iştirakı normasını yerinə yetirmədiyi illərdə faktiki işlədiyi müddətin cəmi 4 il 5 ay təşkil edir. Bu hesabla iddiaçının kolxozda iş stajının cəmi 23 il 5 ay müəyyən olunmuşdur. İddiaçının 1975-ci ildə olan iş stajı onun hərbi xidmətdə olduğu müddətlə üst-üstə düşdüyünə görə nəzərə alınmamışdır. Bundan başqa, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək (2 il 1 ay 3 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "X3" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Zaqatala rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-155/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-1(107)-270/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-270/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver