Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-270/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X12, X10, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi) “X3 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və X6 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-16/2021 nömrəli qərarından iş üzrə cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsi, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X12, X10, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayon Havarlı bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 368 və və 379 saylı qərarları və həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin dəftərxanasına 31.05.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və “X3 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və X6 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarlarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdi. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X12, X10, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi) “X3 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və X6 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.10.2020-ci il tarixli, **********58 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində və birinci instansiya məhkəməsinin 2-1(116)-58/2020 nömrəli, 19.06.2020-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertizası əsasında verilmiş 29.12.2020-ci il tarixli, 10/1742 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilir:
1. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaq sahələrinin ünvanları ünvan 1 və ölçüsü” sənədlərindəki koordinatlara əsasən Havarlı kənd ərazi vahidinin deyil, Mingəçevir şəhər inzibati ərazi vahidinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindəki koordinatlar daxilində yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddirlər.
2. Torpaq sahəsinin faktiki koordinatları müəyyən edildi. Həmin torpaq sahələri üzərində başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmamışdır.
3. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələrinin ünvanları Havarlı kəndi göstərilməsinə baxmayaraq həmin sənəddəki koordinatlara əsasən Mingəçevir şəhərinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. Xəritə materiallarına əsasən "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahələri üzərində halhazırda **********88 və **********73 reyestr nömrələri ilə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
4. Torpaq sahəsinin ayrılması haqqında Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli, 433 nömrəli qərarından çıxarışa əsasən Mingəçevir şəhərinin həmin torpaqlar yerləşən ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir.
5. İş materiallarında olan “Mingəçevir şəhərinin baş planından çıxarış”da “İlkin" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinin sxemi göstərilmişdir. İddiaçı adı yazılmamışdır. Bununla belə "İlkin" fərdi kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması barədə Mingəçevir XDS İK-nın 14.11.1991-ci il tarixli, 606 nömrəli qərarında torpaq sahəsinin İddiaçınə verilmiş ərazidən ayrılması bildirildiyindən baş plandan çıxarışa əsasən "Tacir” kooperativinə ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkündür (bax 6-cı sualın cavabına).
6. “Qönçə" kooperativinə ayrılmış torpaq sahəsinin planında İddiaçınə ayrılmış torpaq sahəsinin sərhədləri göstərilmişdir. Həmin torpaq sahəsinin 3 tərəfdən canlı sərhəddi vardır. 4-cü tərəfinin sərhəddi qırıq-qırıq xəttlə göstərilmişdir. Mingəçevir şəhər XDS İK-nın 27.12.1990-cı il tarixli, 433 nömrəli qərarı ilə "Tacir” kooperativinə ayrılmış torpaq sahəsinin ümumi sahəsi məlum olduğundan ayrılmış torpaq sahəsinin 4-cü sərhəddini də müəyyən etmək mümkündür.
7. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisində yerləşir.
8. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Havarlı bələdiyyəsinin inzibati ərazisində yerləşmir.
9. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri ilə iddiaçı "Tacir” kooperativinə ayrılmış torpaq sahəsi üst-üstə düşür (sxem əlavə olunur). Həmin qərardan cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsi, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və X10 apellyasiya şikayəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
Cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, qanunla müəyyən olunmuş qaydada torpaq sahələri bələdiyyədən alındıqdan sonra üçüncü şəxslər tərəfindən dövlət reyestrində həmin şəxslərin adına qeydə alınmışdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş məktubla müəyyən olunmuşdur ki, cavabdeh Havarlı Bələdiyyəsi tərəfindən torpaq sahələri satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin rəylərini almışdır. Həmin rəylərlə müəyyən olunur ki, Havarlı Bələdiyyəsinin torpaq sahələrinin Mingəçevir şəhərinin ərazisinə aid edilməsi müəyyən olunmamışdır. Məhkəməmə yanlışlığa yol verərək qeyd etmişdir- hətta həmin torpaq sahələri cavabdehin inzibati ərazisində yerləşməklə onun mülkiyyətində olduğu halda belə üçüncü şəxslərin mülkiyyətinə verilə bilməzdi. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin kənd təsərrüfatına yaralı olması qeyd edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, Havarlı Bələdiyyəsinin mülkiyyətində olan bütün torpaq sahələri kənd təsərrüfatına yararlı sahələrdir. Məhkəmə Havarlı Bələdiyyəsinin torpaq sahələrinin satılması ilə bağlı qərarlarına münasibət bildirərkən həmin torpaq sahələrinin kənd təsərrüfatına yararlı olmasına dair mütəxəssis rəyinə istinad etsə də, nədənsə İddiaçı Kooperativə ayrılmış 10.0 ha kənd təsərrüfatına yararlı torpaq sahələrinin İddiaçı və “İlkin” kiçik müəssisəsinin rəhbərliyi tərəfindən ayrı-ayrı şəxsə fərdi yaşayış evlərinin tikintisi məqsədilə ayrılması və həmin kənd təsərrüfatı üçün yararlı torpaq sahəsində tkinti altında olmayan torpaq sahələrinin qalmadığını nəzərə almamışdır. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 2 (051)-90/2019 saylı iş üzrə, 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Kooperativnin sədri X7 cavabdehlər X12, X11, Yevlax rayon Havarlı Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Yevlax rayon Havarlı Bələdiyyəsi ilə X12 arasında bağlanmış 700 kv.m torpaq sahəsinin satılmasına dair aktının etbarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən X4 adına verilmiş 29 noyabr 2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi, Yevlax rayon Havarlı Bələdiyyəsi ilə X11 arasında bağlanmış 600 kv.m torpaq sahəsinin satılmasına dair aktının etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş 14 iyun 2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbləri rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019cu il tarixli, 2(107)-2239/2019 saylı qətnaməsi ilə İddiaçı Kooperativnin sədri X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-90/2019 saylı iş üzrə, 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Kooperativnin sədri X13 tərəfindən verilmiş kassasya şikayəti təmin edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-16/2021 nömrəli qərarını ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, "Tacir” kooperativi tərəfindən Yevlax rayon Havarlı Bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 368 nömrəli və 379 nömrəli qərarlarının ləğvi ilə bağlı iddia etdiyi torpaq sahələri Yevlax rayonu Havarlı kəndində yerləşən Tərəvəzçilik-Südçülük sovxozuna məxsus olmuşdur. Bununla bağlı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı mövcuddur. Tərəvəzçilik-Südçülük sovxozu Dövlət aktı ilə təhkim edilmiş torpaq sahəsindən 1998-cı ilədək təsərrüfat kimi istifadə etmişdir. 1998-ci ildə Respublika ərazisində aparılan torpaq islahatı ilə əlaqədar dövlət aktındakı torpaqların mülkiyyət növləri dəqiqləşdirilmiş və Aqrar İslahat Komissiyasının qərarları ilə təsdiqləndikdən sonra torpaq payı almaq olan vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin ərazidə sonradan Havarlı Bələdiyyəsi yaradılmış və bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi bələdiyyəyə təhvil verilmişdir. Torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilməsinə baxmayaraq yenə də Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələridir. Qeyd edilən mübahisəli ərazidən əvvəllər da fərdi yaşayış evinin tikintisi məqsədilə vətəndaşların mülkiyyətinə torpaq sahələri verilmiş və DT və XK tərəfindən torpaq sahələrinə dair plan və ölçülər verilmişdir. Torpaq mülkiyyətçiləri həmin ərazidə yaşayış evləri inşa etmiş və həmin əmlaklar müxtəlif vaxtlarda vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda da həmin ərazidən həyətyanı torpaq sahəsi almış, lakin maddi vəziyyəti ilə əlaqədar işləmək üçün Rusiyaya səfər etmiş subyektlərin qərarları dövlət reyestrində qeydiyyata alınmamışdır. 10 hektar torpaq sahəsi “Tacir" kooperativinə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 17 dekabr 1990-cı il tarixli, 433 nömrəli qərarı ilə ayrılmışdır. Sözügedən torpaq sahəsinin istifadəsinə verilməsinə baxmayaraq, Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən hansı səbəbdənsə, torpaq üzərində mülkiyyət forması müəyyən edilməmişdir, halbuki, islahat zamanı kooperativə verilmiş torpağın dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi müəyyən edilməli, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqları təmin edilməli, müvafiq torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı” və ya torpaqdan müvəqqəti istifadəyə dair Şəhadətnamə verilməli idi. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqları dövlət qeydiyyatına alınmamış hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Ona görə də "Tacir” kooperativinə ayrılmış olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmədiyindən Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən Havarlı Bələdiyyəsinin istifadəsində olan ərazidən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olduğunun iddia edilməsi, həmçinin Yevlax rayon Havarlı Bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 368 nömrəli və 379 nömrəli qərarlarının və həmin qərarların hüququ nəticələrinin iəğv edilməsi barədə iddia qaldırılması əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Məmmədovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Yevlax şəhər İcra Hakimiyyətinin Başçılarına ünvanladığı 27.05.2005-ci il tarixli, 17-9/154 nömrəli məktubunda qeyd olunduğu kimi Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının rayonun Havarlı, Hürüuşağı, X1 şəhərinin torpaqları ilə sərhəd mübahisəsi barədə 02.02.2005-ci il tarixli, 185 saylı və eyni zamanda bu məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 14.04.2005-ci il tarixli 353 saylı məktubları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər və Yevlax rayon şöbələrinin mütəxəssisləri, aidiyyəti bələdiyyə sədrlərinin və İcra Hakimiyyəti Başçılarının inzibati ərazi vahidliyi üzrə nümayəndələrinin iştirakı ilə keçmiş Azərbaycan SSRİ X20 Heyətinin 24.03.1960-cı il tarixli və 06.06.1962-ci il tarixli fərmanları ilə təsdiq olunmuş növbətçi xəritələrə əsasən yerində araşdırılmış, Mingəçevir şəhəri ilə Yevlax rayonunun inzibati sərhəd xətti yer üzərinə keçirilərkən məlum olmuşdur ki, əvvəlki illərdə keçmiş Mingəçevir şəhər XDS İKnın və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müvafiq qərar və sərəncamları ilə Yevlax rayonunun inzibatı ərazisindən fiziki və hüquqi şəxslərin istifadələrinə (icarələrinə) müxtəlif ölçüdə torpaq sahələri verilmişdir. Havarlı Bələdiyyəsi torpaq sahələrinin satılması barədə qərarlar qəbul edərkən DT və XK-nin Yevlax rayon şöbəsinin rəyləri alınmış, Havarlı Bələdiyyəsi icra qaydalarına əməl etməklə satmaq istədiyi torpaq sahələrinin onun mülkiyyətinə aid olub-olmamasını yoxlamış və bununla bağlı müvafiq səlahiyyətli dövlət orqanının rəylərində satılması nəzərdə tutulmuş torpaq sahələrinin Havarlı Bələdiyyəsinə aid olması göstərildiyindən bələdiyyə qərar qəbul edərkən hər hansı səhvə yol verməmişdir. Havarlı Bələdiyyəsinin torpaq sahələrinin Mingəçevir şəhərlərinin ərazisinə aid edilməsi müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır. Sözügedən torpaq sahəsinin hansı mülkiyət növü kimi xəritələşdirilmədiyi üçün torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələrinin həlli məqsədilə yerquruluşu işlərinin təşkil edilməsi, Bələdiyyənin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin, habelə bələdiyyənin hüdudları daxilində dövlət bələdiyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklərin müəyyən olunmasının, bütün koteqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə informasiya sisteminin yaradılması Xidmətin fəaliyyət istiqamətlərinə aid olduğundan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsi fəaliyyət səlahiyyətlərindən sui istifadə edərək bununla artıq üçüncü fərqli rəy tərtib etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-16/2021 nömrəli qərarını ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdeh Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 368 nömrəli qərarına əsasən Havarlı Bələdiyyəsinin mülkiyyətində olan 600 kv.m olan torpaq sahəsi mənə satılmış və həmin alqı-satqı müqaviləsi əsasında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənim adıma 14 iyun 2017-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, mənə torpaq sahəsi satılmamışdan əvvəl alqı-satqı ilə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı DTXK-nın rəyi alınmışdır. Həmin torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A sariyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Məhkəmə işə baxarkən cavabdeh və 3-cü şəxs DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş sənədləri ətraflı və obyektiv araşdırmadığından iddianı təmin etməyərək qanuna zidd qərar çıxarmışdır. "Tacir” kooperativi tərəfindən Yevlax rayon Havarlı Bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 368 nömrəli və 379 nömrəli qərarlarının ləğvi ilə bağlı iddia etdiyi torpaq sahələri Yevlax rayonu Havarlı kəndində yerləşən Tərəvəzçilik-Südçülük sovxozuna məxsus olmuşdur. Bununla bağlı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı mövcuddur. Tərəvəzçilik-Südçülük sovxozu Dövlət aktı ilə təhkim edilmiş torpaq sahəsindən 1998-cı ilədək təsərrüfat kimi istifadə etmişdir. 1998ci ildə Respublika ərazisində aparılan torpaq islahatı ilə əlaqədar dövlət aktındakı torpaqların mülkiyyət növləri dəqiqləşdirilmiş və Aqrar İslahat Komissiyasının qərarları ilə təsdiqləndikdən sonra torpaq payı almaq olan vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin ərazidə sonradan Havarlı Bələdiyyəsi yaradılmış və bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi bələdiyyəyə təhvil verilmişdir. Torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilməsinə baxmayaraq yenə də Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələridir. Qeyd edilən mübahisəli ərazidən əvvəllər da fərdi yaşayış evinin tikintisi məqsədilə vətəndaşların mülkiyyətinə torpaq sahələri verilmiş və DT və XK tərəfindən torpaq sahələrinə dair plan və ölçülər verilmişdir. Torpaq mülkiyyətçiləri həmin ərazidə yaşayış evləri inşa etmiş və həmin əmlaklar müxtəlif vaxtlarda vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda da həmin ərazidən həyətyanı torpaq sahəsi almış, lakin maddi vəziyyəti ilə əlaqədar işləmək üçün Rusiyaya səfər etmiş subyektlərin qərarları dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də "Tacir” kooperativinə ayrılmış olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmədiyindən Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən Havarlı Bələdiyyəsinin istifadəsində olan ərazidən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olduğunun iddia edilməsi, həmçinin Yevlax rayon Havarlı Bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 368 nömrəli və 379 nömrəli qərarlarının və həmin qərarların hüququ nəticələrinin iəğv edilməsi barədə iddia qaldırılması əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Məmmədovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Yevlax şəhər İcra Hakimiyyətinin Başçılarına ünvanladığı 27.05.2005-ci il tarixli, 17-9/154 nömrəli məktubunda qeyd olunduğu kimi Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının rayonun Havarlı, Hürüuşağı, X1 şəhərinin torpaqları ilə sərhəd mübahisəsi barədə 02.02.2005-ci il tarixli, 185 saylı və eyni zamanda bu məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 14.04.2005-ci il tarixli 353 saylı məktubları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər və Yevlax rayon şöbələrinin mütəxəssisləri, aidiyyəti bələdiyyə sədrlərinin və İcra Hakimiyyəti Başçılarının inzibati ərazi vahidliyi üzrə nümayəndələrinin iştirakı ilə keçmiş Azərbaycan SSRİ X20 Heyətinin 24.03.1960-cı il tarixli və 06.06.1962-ci il tarixli fərmanları ilə təsdiq olunmuş növbətçi xəritələrə əsasən yerində araşdırılmış, Mingəçevir şəhəri ilə Yevlax rayonunun inzibati sərhəd xətti yer üzərinə keçirilərkən məlum olmuşdur ki, əvvəlki illərdə keçmiş Mingəçevir şəhər XDS İK-nın və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müvafiq qərar və sərəncamları ilə Yevlax rayonunun inzibatı ərazisindən fiziki və hüquqi şəxslərin istifadələrinə (icarələrinə) müxtəlif ölçüdə torpaq sahələri verilmişdir. Bundan başqa İddiaçı tərəfindən eyni iddia ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırılmış, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-90/2019 saylı iş üzrə, 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(107)- 2239/2019 saylı qətnaməsi ilə İddiaçı Kooperativnin sədri X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-90/2019 saylı iş üzrə, 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra Ali Məhkəmənin Mülki Kollegiyasının 02.12.2019-cu il tarixli 2(102)-7480/2019 saylı qərarına əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Lakin bunlara baxmayaraq Şəki İnzibati Məhkəməsi qanuna zidd qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)- 16/2021 nömrəli qərarını ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə və üçüncü şəxs X10 ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-16/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilləri X8 və X9 ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-16/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi
Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - X5 filialının Mingəçevir şəhər XDS İK-nın 27.12.1990-cı il tarixli 433 nömrəli qərarından çıxarışında görünür ki, qərara əsasən İddiaçınə Havarlı arxının cənub hissəsindən 10.0 ha torpaq sahəsi ayrılmışdır. - Mingəçevir Şəhər XDS-nin İK-nın 14.11.1991-ci il tarixli, 606 nömrəli qərarı ilə İddiaçı ərazisindən 1.0 ha torpaq sahəsi ayrılaraq “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadəsi üçün verilmişdir. - 17 saylı Ərazi İdarəsinin etiraz məktubuna əlavə edilən sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 368 nömrəli qərarı ilə X3 0.06 ha torpaq sahəsi ayrılmış, DTXK-nın rəyi alınmış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A seriyalı 170416 nömrəli 14.06.2017-ci il tarixli və RX seriyalı ******* nömrəli 14.06.2017-ci il tarixli çıxarış tərtib edilərək torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Həmçinin müəyyən edilir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 379 nömrəli qərarı ilə X6 0.07 ha torpaq sahəsi ayrılmış, DTXK-nın rəyi alınmış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A seriyalı 216503 nömrəli 29.11.2017-ci il tarixli və RX seriyalı ******* nömrəli 29.11.2017-ci il tarixli çıxarış tərtib edilərək torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.10.2020-ci il tarixli, **********58 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaq sahələrinin ünvanları ünvan 1 və ölçüsü” sənədlərindəki koordinatlara əsasən Havarlı kənd ərazi vahidinin deyil, Mingəçevir şəhər inzibati ərazi vahidinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindəki koordinatlar daxilində yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddirlər. Torpaq sahəsinin faktiki koordinatları müəyyən edildi. Həmin torpaq sahələri üzərində başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələrinin ünvanları Havarlı kəndi göstərilməsinə baxmayaraq həmin sənəddəki koordinatlara əsasən Mingəçevir şəhərinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. Xəritə materiallarına əsasən "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahələri üzərində halhazırda **********88 və **********73 reyestr nömrələri ilə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Torpaq sahəsinin ayrılması haqqında Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli, 433 nömrəli qərarından çıxarışa əsasən Mingəçevir şəhərinin həmin torpaqlar yerləşən ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. İş materiallarında olan “Mingəçevir şəhərinin baş planından çıxarış”da “İlkin" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinin sxemi göstərilmişdir. İddiaçı adı yazılmamışdır. Bununla belə "İlkin" fərdi kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması barədə Mingəçevir XDS İK-nın 14.11.1991-ci il tarixli, 606 nömrəli qərarında torpaq sahəsinin İddiaçınə verilmiş ərazidən ayrılması bildirildiyindən baş plandan çıxarışa əsasən "Tacir” kooperativinə ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkündür “Qönçə" kooperativinə ayrılmış torpaq sahəsinin planında İddiaçınə ayrılmış torpaq sahəsinin sərhədləri göstərilmişdir. Həmin torpaq sahəsinin 3 tərəfdən canlı sərhəddi vardır. 4-cü tərəfinin sərhəddi qırıq-qırıq xəttlə göstərilmişdir. Mingəçevir şəhər XDS İK-nın 27.12.1990-cı il tarixli, 433 nömrəli qərarı ilə "Tacir” kooperativinə ayrılmış torpaq sahəsinin ümumi sahəsi məlum olduğundan ayrılmış torpaq sahəsinin 4-cü sərhəddini də müəyyən etmək mümkündür. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisində yerləşir. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Havarlı bələdiyyəsinin inzibati ərazisində yerləşmir. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri ilə iddiaçı "Tacir” kooperativinə ayrılmış torpaq sahəsi üst-üstə düşür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153-cü maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada): 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iddia ərizəsində göstərilənlərə görə iddiaçı cavabdehin qərarlarının etibarsız hesab edilməsini xahiş edir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan biri, yəni müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hazırkı işdə mövcud olduğundan qərarların etibarsızlığına dair tələb əsaslı hesab edilməlidir.İddiaçının etibarsızlığını tələb etdiyi bələdiyyə qərarları yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməməklə qəbul edilmiş, qeyd olunan torpaq sahələri bələdiyyənin mülkiyyətində olmamışdır. Bələdiyyə heç bir səlahiyyəti olmadan iddiaçının mülkiyyətində olan torpaq sahələrini qərar əsasında 3-cü şəxslərə satmışdır. Kollegiyanın iclasında işə əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində aydın olunur ki, Mingəçevir şəhər XDS İK-nın 27.12.1990-cı il tarixli, 433 nömrəli qərarı ilə "Tacir” kooperativinə şəhər əhalisinin meyvətərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10.0 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçı Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) «İlkin» kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Torpaq sahəsinin ayrılması haqqında Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli, 433 nömrəli qərarından çıxarışa əsasən Mingəçevir şəhərinin həmin torpaqlar yerləşən ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Cavabdehin mübahisəli qərarları ilə ayrılması nəzərdə tutulan torpaq sahələrinin DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh öz inzibati ərazi hüdudlarında yerləşməyən, özünün mülkiyyətində olmayan, iddiaçıya məxsus olub Mingəçevir şəhərinin inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini 3-cü şəxslərə satmışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hətta həmin torpaq sahələri cavabdehin inzibati ərazisində yerləşməklə onun mülkiyyətində olduğu halda belə 3-cü şəxslərin mülkiyyətinə verilə bilməzdi. DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. Bundan başqa işin faktiki halları ilə müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İKsi iddiaçıya şəhərin inzibati ərazi vahidinə daxil olan torpaq sahəsindən bağçılığın inkişafı üçün torpaq sahəsi ayırmış və hal-hazırda torpaq sahəsi kooperativin istifadəsindədir və qeyd edilən torpaq sahəsinin kooperativdən geri alınması və eləcə də XDS İK-nin bu barədə olan qərarının ləğv edilməsi müəyyən edilməmişdir. Yəni, sözügedən qərar ümumiyyətlə mübahisələndirilməmiş və hal hazırda da qüvvədədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 2-ci bəndinə görə bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. 2-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24.12.1999cu il tarixli 237 saylı Fərmanı ilə müəyyən edilmişdir ki, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli İcra Hakimiyyəti orqanları həyata keçirirlər. Buna baxmayaraq cavabdeh tərəf Yevlax rayon Havarlı bələdiyyəsinin mülkiyyətinə müvafiq aqrar islahat komissiyası tərəfindən konkret olaraq hansı torpaq sahəsinin verilməsi barədə qərarı, yerquruluşu sənədlərini, bələdiyyəyə verilməli olan torpaqların sərhədlərini göstərən və ya torpaqların bələdiyyəyə naturada konkret olaraq hansı ərazilərin təhvil verilməsini təsdiq edən sənədləri-sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, habelə bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun*: 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin hüquqi əsaslarını, eləcə də Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir. 2.4-cü və 2.5-ci maddələrinə görə ərazi vahidimüəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd). İnzibati ərazi vahidihüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (rayon, şəhər, şəhər rayonu). 4.0.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirilməsi prinsipinə əsaslanır. 7.2-ci maddəsində təsbit olunur ki, Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. 8.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. 3-cü şəxslərə satılmış torpaq sahələri Mingəçevir şəhər ərazisinin hüdudları daxilindədir, həmin torpaq sahələri Havarlı bələdiyyəsinin mülkiyyətində deyildir və müvafiq ərazi vahidi qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisi tərəfindən alınıb Yevlax rayonuna verilməmişdir. Məhkəmənin qənaəti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.10.2020-ci il tarixli, **********58 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 2ci hissəsinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Həmin maddənin 2006-cı ildə qüvvədə redaksiyasında da bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqlarının kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verildiyi təsbit olunmuşdur. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, ekspert rəyinə əsasən **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələrinin ünvanları Havarlı kəndi göstərilməsinə baxmayaraq həmin sənəddəki koordinatlara əsasən Mingəçevir şəhər inzibati ərazi vahidinin ərazisinə və iddiaçı "Tacir” kooperativinə ayrılmış torpaq sahəsi üst-üstə düşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddirlər. Həmin torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-16/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh Yevlax rayon Havarlı Bələdiyyəsi, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
Nəticəvi hissə
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Yevlax rayon Havarlı Bələdiyyəsi, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və üçüncü şəxs X10 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-16/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.