Məhkəmə qərarları › İş №2-1(107)-271/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-271/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-271/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdaş Rayon X6rşı “Ağdaş Rayon X10 xx.xx.2001-ci il tarixli 18 nömrəli qərarının etibarsız hesab olunması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-382/2023 nömrəli qərarından iş üzrə iddiaçınn nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Ağdaş Rayon X10 xx.xx.2001-ci il tarixli 18 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli JN1331 saylı Kod 90315018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək “Ağdaş Rayon X10 xx.xx.2001ci il tarixli 18 nömrəli qərarının etibarsız hesab olunması” barədə qərar qəbul edilməsi olaraq iddia tələbinin dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2150/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi təmin edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2150/2022 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2150/2022 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə İddiaçı vəsatətinin təmin olunmasından imtina edilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2150/2022 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

6. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.1995-ci tarixdə Ağdaş rayon X8 Rəyasət Heyətinin 10/15 nömrəli qərarı ilə sahibkarlıq məqsədi ilə 0,002 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət sənədini almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərək döngə nöqtələrinin koordinatları yerində təyin edilmişdir. İdarənin arxiv materiallarına və elektron kadastr məlumat bazasına əsasən sözügedən ərazinin X3 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması bildirilmişdir. Bu səbəbdən də İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasından imtina edilmişdir.

7. İddia ərizəsində göstərilir ki, iddiaçının nümayəndəsi B.Cəfərovun Ağdaş rayon Orta Ləki kənd Bələdiyyəsinə rəsmi müraciətindən sonra, Ağdaş rayon Orta Ləki kənd Bələdiyyəsinin 10 may 2022-ci il tarixli, 101 nömrəli məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Ağdaş rayon X8 Rəyasət Heyətinin 10/15 nömrəli qərarı ilə sahibkarlıq məqsədi ilə ayrılmış 0.002 ha torpaq sahəsinin yerləşdiyi mübahisəli torpaq sahəsi Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli 18 nömrəli Qərarına əsasən X2 adına sənədləşdirilmişdir. Bundan sonra 05 oktyabr 2005-i il tarixdə həmin sahəyə dair dövlət aktı verilmişdir.

8. Cavabdeh etirazında qeyd etmişdir ki, Ağdaş rayon Orta Ləki kənd sakini İddiaçı Ağdaş rayon X14 xx.xx.1995-ci il tarixli 4 saylı iclasının qərarı ilə 4*5=20 kv.m mağaza tikilməsi məqsədilə Bakı-Qazax magistral yolu ilə Ləki-Pirəzə yolunun kəsişməsində qrunt suları axan kollektorun kənarında torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində kiçik ticarətlə məşğul olmaq üçün səyyar köşk qoyulmuş və həmin köşkdə İddiaçı və qohumları bir neçə il ticarətlə məşğul olmuşlar. Respublikada kolxozların islahatından sonra bələdiyyələr yarandıqdan iki il sonra İddiaçı istifadəsində olan 20 kv m torpaq sahəsinin qonşuluğunda olan boş sahədən 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq Ağdaş rayonu X10 xx.xx.2001-ci il tarixli 18 saylı iclas qərarı ilə Ağdaş rayon Yuxarı Ləki kənd sakini X4 alqı-satqı yolu ilə verilmişdir. İddiaçı ona istifadə üçün ayrılmış torpaq sahəsində qoyduğu səyyar ticarət köşkündən bir neçə il istifadə etdikdən sonra koşk fəaliyyətini dayandıraraq ailəsi ilə birgə Rusiyaya getmişdir. 2012-2015-ci illərdə Bakı-Qazax yolu yenidən bərpa olunaraq İ dərəcəli yol tikilən zaman yolun altından keçən qrunt suları axan kollektorun keçidinin yeri mövcud layihə əsasında dəyişdirildi. Kollektorun keçidi dəyişdirilən zaman yem çəkilən kollektorun keçidi İddiaçı istifadə uçün ayrılmış 20 kv m torpaq sahəsindən keçmişdir.

9. Cavabdeh etiraz ərizəsində iddiaçıya ayrılmış 20 kv m torpaq sahəsinin Bələdiyyə tərəfindən X1 550 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir.

10. Üçüncü şəxs X7 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Bələdiyyə tərəfindən ona satılan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşmədiyini bildirmişdir. Üçüncü şəxs İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 fevral 2023-cü il tarixli 2- 1(116)-382/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

16. İddiaçınn nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-382/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınn nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-382/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-382/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X7 və X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-382/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

23. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Ağdaş Rayon X14 xx.xx.1995-ci tarixli 4 nömrəli ümumi iclas protokolundan çıxarışdan görünür ki, Ağdaş-Pirəzə yolunun Yuxarı Ləki qəbiristanlığının yanında sahibkarlıq məqsədi ilə 0,002 ha torpaq sahəsi ayrılmışdır.

2. Ağdaş Rayon X10 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarının surətindən görünür ki, Bakı-Tbilisi yolunun Ləki qəbiristanlığının əks tərəfində olan istifadəsiz ərazidən 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə alqı-satqı yolu ilə X4 verilmişdir.

3. Ağdaş RİH Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2001-ci il tarixli 118 nömrəli məktubundan görünür ki, Şöbə 550 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə satılmasına etiraz etməmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubuna əlavə edilmiş JN-1331 KOD 90315018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Ağdaş Rayon X10 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarı əsasında 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X2 adına verilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 0.055 ha torpaq sahəsini X5 bağışlamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağdaş rayon Orta Ləki kəndi ərazisində 0.055 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Ağdaş Rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli 10/15 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.002 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından iddia olunan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.002 ha torpaq sahəsi **********49 reyestr nömrəli çıxarışla X3 xüsusi mülkiyyətinə verilmiş 0.0055 ha torpaq sahəsinin daxilində yerləşir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsində deyilir ki,bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47.7-ci maddəyə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə); Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.(4-cü hissə)

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. İddiaçınn nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış müəyyən etmə və ya tanınma haqqında iddia (İPMin 36.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.5 və 36.1-ci maddələri) aid olan müəyyən etmə və ya tanınma haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Ağdaş Rayon X10 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarı ilə Bakı-Tbilisi yolunun Ləki qəbiristanlığının əks tərəfində olan istifadəsiz ərazidən 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə alqı-satqı yolu ilə X4 verilmişdir. Ağdaş RİH Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2001-ci il tarixli 118 nömrəli məktubuna əsasən, Şöbə 550 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə satılmasına etiraz etməmişdir. JN-1331 KOD 90315018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktı ilə Ağdaş Rayon X10 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarı əsasında 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X2 adına verilmişdir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 0.055 ha torpaq sahəsini X5 bağışlamışdır. xx.xx.2020-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağdaş rayon Orta Ləki kəndi ərazisində 0.055 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə Ağdaş Rayon XDS İK-nin xx.xx.1995ci il tarixli 10/15 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.002 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından iddia olunan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamış, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.002 ha torpaq sahəsinin **********49 reyestr nömrəli çıxarışla X3 xüsusi mülkiyyətinə verilmiş 0.0055 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

33. Bundan əlavə Ağdaş Rayon Orta Ləki Bələdiyyəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan da göründüyü kimi, halhazırda X2 mülkiyyətində olan 0,055 ha torpaq sahəsi notarial qaydada digər vətəndaşın mülkiyyətinə verilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırda iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir. İddia olunan torpaq sahəsi Ağdaş Rayon X10 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarı əsasında 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin hüduqdları daxilində yerləşir. Lakin İddiaçı torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçıya torpaq ayrılmasına dair sənəddə torpağın yeri “Ağdaş- Pirəzə yolunun Yuxarı Ləki qəbiristanlığının yanı”, üçüncü şəxsə torpaq ayrılmasına dair sənəddə torpağın yeri “Bakı-Tbilisi yolunun Ləki qəbiristanlığının əks tərəfində olan istifadəsiz ərazi” kimi göstərilmişdir ki, bu da həmin ərazilərin fərqli koordinatlarda olmasını deməyə əsas verir.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Ağdaş Rayonu X10 xx.xx.2001-ci il tarixli 18 saylı iclas qərarı ilə X4 torpaq sahəsinin satılmasının qanunsuz olmasını iddia etməkdə haqlı deyildir. Ona görə də iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi Ağdaş Rayonu X10 xx.xx.2001-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün də əsas yoxdur.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-2100/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının Ağdaş Rayon X6rşı “Ağdaş Rayon X10 xx.xx.2001-ci il tarixli 18 nömrəli qərarının etibarsız hesab olunmasına dair iddiası əsassız olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçınn nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-382/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar