Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-272/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddia-işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, sosial sığorta stajının hesablanması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(116)-762/2020 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “23.09.1974-cü il tarixdən 28.10.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, 07.05.1976-cı il tarixdən 14.03.1978-ci il tarixədək Bakı şəhəri, X1, 11.05.1978-ci il tarixdən 19.10.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, 08.02.1982-ci il tarixdən 28.10.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, 03.11.1986-cı il tarixdən 20.04.1999-cu il tarixədək X3 Birliyinin Həmkarlar Komitəsində, 03.01.2000-ci il tarixdən 23.11.2004-cü il tarixədək X11 Avtonəqliyyat işçiləri X4 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 12 avqust 2020-ci il tarixli, 21(116)- 762/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 23.09.1974-cü il tarixdən 28.10.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, 07.05.1976-cı il tarixdən 14.03.1978-ci il tarixədək Bakı şəhəri, X1, 11.05.1978-ci il tarixdən 19.10.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, 08.02.1982-ci il tarixdən 28.10.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, 03.11.1986-cı il tarixdən 20.04.1999-cu il tarixədək X3 Birliyinin Həmkarlar Komitəsində, 03.01.2000-ci il tarixdən 23.11.2004-cü il tarixədək X11 Avtonəqliyyat işçiləri X4 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Yevlax rayon şöbəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2-1(107)- 436/2020 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2- 1(116)-762/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. DSMF-in Yevlax rayon şöbəsi həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2021-ci il tarixli 2-1(102)-407/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2-1(107)-436/2020 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 12 avqust 2020-ci il tarixli, 21(116)- 762/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 23.09.1974-cü il tarixdən 28.10.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, 07.05.1976-cı il tarixdən 14.03.1978-ci il tarixədək Bakı şəhəri, X1, 11.05.1978-ci il tarixdən 19.10.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, 08.02.1982-ci il tarixdən 28.10.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, 03.11.1986-cı il tarixdən 20.04.1999-cu il tarixədək X3 Birliyinin Həmkarlar Komitəsində, 03.01.2000-ci il tarixdən 23.11.2004-cü il tarixədək X11 Avtonəqliyyat işçiləri X4 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmək pensiyası almaq hüququ yarandıqdan sonra rəsmi qaydada cavabdehə müraciət etmişdir. Təqdim etdiyi sənədlərdə əmək kitabçasının olmasına baxmayaraq cavabdeh orqan müəssisələrin hüquqi ünvanlarının olmadığını, sənədlərin arxiv idarələrində saxlanılmadığını və beləliklə əmr kitabları və əməkhaqqı cədvəllərinin əldə edilə bilməməsi səbəbindən pensiya təyin edilməsindən imtina etmişdir. Müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 10.03.2020-ci il tarixli 06/11 nömrəli iddiaçının işlədiyi müəssisələrin əmr kitabları və əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 11.03.2020-ci il tarixli 216 nömrəli arxiv arayışı ilə iddiaçının 07.05.1976-cı il tarixli, 78 nömrəli əmrlə 07.05.1976-ci il tarixdən TBO-ya 1-ci dərəcəli parçatəmizləyici vəzifəsinə işə qəbul olunması və 14.03.1978-ci il tarixdən öz ərizəsi ilə işdən azad olunması, 1976-cı ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1977-ci il və 1978-ci ilin yanvar, fevral, mart aylarına dair əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatların olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 18.03.2020-ci il tarixli Ə-16 nömrəli arxiv arayışı ilə “Azərbaycan respublikası Əli Bayramov adına tikiş istehsalat birliyi”nin arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında və işdən azad olunanların şəxsi kartoçkalarında İddiaçı (əmr 422 ş/h, 02 oktyabr 1974-cü il) tikişçi-şagird vəzifəsinə işə qəbul edildiyi, ( əmr 540 ş/h, 17 dekabr 1974-cü il) 1-ci dərəcəli tikişçi vəzifəsinə keçirildiyi, (əmr 437, 29 oktyabr 1974-ci il) işdən azad olunduğu müəyyən edilmişdir. İddiaçının əmək kitabçasının təsdiq edilmiş surətində onun iddia tələbində qeyd etdiyi müəssisələrdə işlədiyi və əmək kitabçasında iş dövrü barədə qeydlərin düzgün və dəqiq aparıldığı müəyyən edilmişdir. DSMF-nin Yevlax şəhər şöbəsinin 01.07.2020-ci il tarixli **********4 nömrəli məktubundan iddiaçının həmin müəssisələrdə işləməsi, 03.02.2020-ci il tarixdən əmək pensiyası hüququnun yaranması qeyd edilmiş, həmin müəssisələrdə iş stajının 28 il 4 ay 8 gün təşkil etdiyi, ümumilikdə isə iş stajının əmək kitabçasında 28 il 10 ay 8 gün olduğu müəyyən olunmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının tələbində qeyd olunan müəssisələrdə işlədiyi müddətlər onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 23.09.1974-cü il tarixdən 28.10.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, 07.05.1976-cı il tarixdən 14.03.1978-ci il tarixədək Bakı şəhəri, X1, 11.05.1978-ci il tarixdən 19.10.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, 08.02.1982-ci il tarixdən 28.10.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, 03.11.1986-cı il tarixdən 20.04.1999-cu il tarixədək X3 Birliyinin Həmkarlar Komitəsində, 03.01.2000-ci il tarixdən 23.11.2004-cü il tarixədək X11 Avtonəqliyyat işçiləri X4 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndi, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci, 46.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 38-ci maddələri, 71-ci maddəsinin 1-ci hissəsi, Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzasları ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində qeyd etdiyi müəssisələrdə işləmişdir, lakin hazırda həmin müəssisələrin hüquqi ünvanı məlum olmadığına, sənədlər Dövlət Arxivində saxlanılmadığına görə ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Vətəndaşın mübahisələndirilməyən iş stajı olmamışdır. Müəssisə əmək pensiyasını təyin edərkən bu önəmli hallara diqqət yetirir. Şəxsin nə arxiv sənədi, nə də ki, həmin illərdə işləməsini alternativ qaydada müəyyən edən heç bir sənəd mövcud deyildir. Bu səbəbdən də pensiyanın müəyyən olunması mümkün deyildir. Şəki İnzibati Məhkəməsi qərarı qəbul edərkən əsassız olmuşdur. Bu səbəbdən də hesab edilir ki, qərar düzgün tərtib edilməmişdir. Qərarın apellyasiya qaydasında ləğv edilməsində israrlıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1ci bəndində əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Bu səbəbdən də onlara aydın deyildir ki, məhkəmə hansı sənəd çərçivəsində iddianı təmin etmiş, real həqiqəti əks etdirməyən qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(116)762/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(116)- 762/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2- 1(116)-762/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir - 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər ( konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu nun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam şəkildə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(116)-762/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı əmək pensiyası almaq hüququ yarandıqdan sonra rəsmi qaydada cavabdehə müraciət etmişdir. Təqdim etdiyi sənədlərdə əmək kitabçasının olmasına baxmayaraq cavabdeh orqan müəssisələrin hüquqi ünvanlarının olmadığını, sənədlərin arxiv idarələrində saxlanılmadığını və beləliklə əmr kitabları və əməkhaqqı cədvəllərinin əldə edilə bilməməsi səbəbindən pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 10.03.2020-ci il tarixli 06/11 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının işlədiyi müəssisələrin əmr kitabları və əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 11.03.2020-ci il tarixli 216 nömrəli arxiv arayışı ilə iddiaçının 07.05.1976-cı il tarixli, 78 nömrəli əmrlə 07.05.1976-ci il tarixdən TBO-ya 1-ci dərəcəli parçatəmizləyici vəzifəsinə işə qəbul olunması və 14.03.1978-ci il tarixdən öz ərizəsi ilə işdən azad olunması, 1976-cı ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1977-ci il və 1978-ci ilin yanvar, fevral, mart aylarına dair əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatların olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 18.03.2020-ci il tarixli Ə-16 nömrəli arxiv arayışı ilə “Azərbaycan respublikası Əli Bayramov adına tikiş istehsalat birliyi”nin arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında və işdən azad olunanların şəxsi kartoçkalarında İddiaçı (əmr 422 ş/h, 02 oktyabr 1974-cü il) tikişçi-şagird vəzifəsinə işə qəbul edildiyi, ( əmr 540 ş/h, 17 dekabr 1974-cü il) 1-ci dərəcəli tikişçi vəzifəsinə keçirildiyi, (əmr 437, 29 oktyabr 1974-ci il) işdən azad olunduğu müəyyən edilmişdir. İddiaçının əmək kitabçasının təsdiq edilmiş surətində onun iddia tələbində qeyd etdiyi müəssisələrdə işlədiyi və əmək kitabçasında iş dövrü barədə qeydlərin düzgün və dəqiq aparıldığı müəyyən edilmişdir. DSMF-nin Yevlax şəhər şöbəsinin 01.07.2020-ci il tarixli **********4 nömrəli məktubunda iddiaçının həmin müəssisələrdə işləməsi, 03.02.2020-ci il tarixdən əmək pensiyası hüququnun yaranması qeyd edilmiş, həmin müəssisələrdə iş stajının 28 il 4 ay 8 gün təşkil etdiyi, ümumilikdə isə iş stajının əmək kitabçasında 28 il 10 ay 8 gün olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr ( baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında İddiaçı əmək kitabçasına baxış keçirilməli olması, eyni zamanda əmək stajına dair qeydlərin Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının göstərişinə uyğun olaraq, kollegiya tərəfindən İddiaçı əmək kitabçasına baxış keçirilmiş, əmək kitabçasının əsli iş materiallarındaki təsdiq edilmiş kserosurətlə müqayisə olunmuş və əsli ilə düz olduğu müəyyən edilmişdir. Həmçinin, əmək kitabçasının rus dilində yazılmış hissəsi Azərbaycan dilinə tərcümə edilmiş, notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir. Sənədlərdə hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı əmək kitabçası hazırkı inzibati iş üzrə mötəbər sübut növü kimi tanınmalıdır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-c Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(116)-762/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2-1(107)-272/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-272/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver