Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-273/2020 11.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1968-ci il tarixdən xx.xx.1971-ci il tarixədək işlədiyi dövrün iş stajına əlavə olunmaqla, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada hesablanmaqla pensiyasının artırılması və yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-693/2020nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçının xx.xx.2001-ci il tarixli müraciəti əsasında qazanılmış iş stajı və orta əmək haqqına müvafiq qaydada hesablanmaqla 51 yaşı tamam olduğu üçün xx.xx.2001-ci il tarixdən yaşa görə ona əmək pensiyası təyin edilmişdir. Lakin pensiya təyin olunan zaman Qəbələ rayon Dövlət Arxivindən verilmiş xx.xx.2016-ci il tarixli, 325 saylı arayışda qeyd olunmuş xx.xx.1968-xx.xx.1971-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxıl edilməmişdir. Bundan başqa xx.xx.2016-cı il tarixdə işdən azad olunmasına görə pensiyasının məbləği xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada yenidən hesablanmaqla artılırsa da, həmin hesablama düzgün olmamışdır. İddiaçının cavabdeh tərəfinə etdiyi müraciətlərə göndərilən cavab məktublarında da bu barədə qeyd olunmuşdur. Həmçinin sığorta stajı 33 il 7 ay müəyyən olunduğu xx.xx.2019cu il tarixli müraciətinə xx xxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir. Cavabdehin etirazının dəlilləri: ünvan 1 mənzil 26 ünvanında yaşayan İddiaçı xx.xx.2001-ci il tarixli müraciətinə əsasən onun iş stajı və orta aylıq əmək haqqı müvafiq qaydada hesablanmaqla, 51 yaşının tamam olduğu xx.xx.2001-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericilikdə baş vermiş dəyişikliklərə müvafiq olaraq təyin edilmiş pensiyanın məbləği bir neçə mərhələdə yenidən hesablanaraq artırılmış və bu zaman vətəndaşa məxsus əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətinin xx.xx.2006-cı il tarixədək olan bütün dövrü (33 il 7 ay) nəzərə alınmışdır. İş stajı hesablanarkən, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 325 saylı arayışda qeyd olunmuş xx.xx.1968-ci il tarixdən xx.xx.1971-ci il tarixədək olan dövr əmək kitabçasında qeyd olunmadığı üçün, «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.1.1-ci bəndinə əsasən, həmin dövr ümumi iş stajına daxil edilməmişdir. Vətəndaş xx.xx.2016-cı il tarixdə işdən azad edilmiş və onun müraciəti əsasında xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınaraq pensiyanın məbləği artırılmışdır. Vətəndaşın növbəti müraciəti əsasında 01 01.2016-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı da nəzərə alınmaqla, pensiyanın ümumi məbləği yenidən hesablannmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli X1 surəti, Əmək və X2 Nazirliyi yanında Cavabdeh xx.xx.2018-ci il tarixli **********1 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 78 nömrəli arxiv arayışı, xx.xx.2020ci il tarixli aktın təsdiqlənmiş surəti, 011313 nömrəli DSMF-nin Uçot Vərəqəsinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-693/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və X2 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1971-ci il tarixədək işlədiyi illərin iş stajına əlavə olunmaqla, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada hesablanmaqla pensiyasının artırılması və yenidən hesablanması öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 693/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 02 iyun tarixli 2-1(116)-693/2020 saylı qərarı ilə ərizəçi İddiaçı iddia ərizəsi təmin edilmiş, Dövlət X5 Qəbələ rayon şöbəsinin üzərinə, iddiaçının xx.xx.1968-ci il tarixdən xx.xx.1971-ci il tarixədək işlədiyi müddətin iş stajına əlavə olunmaqla, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada hesablanmaqla pensiyanın artırılması və yenidən hesablanması öhdəliyi qoyulmuşdur. Aşağıdakı səbəblərdən, Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Qəbələ rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin 2020-ci i! 02 iyun tarixli 2-1(116)- 693/2020 saylı qərarının ləğv edilməsini zəruri hesab edir. Qəbələ şəhər sakini İddiaçı, xx.xx.2001-ci il tarixli müraciətinə əsasən, 51 yaşının tamam olduğu xx.xx.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qanunvericilikdə baş vermiş dəyişikliklərə müvafiq olaraq pensiyasının məbləği bir neçə mərhələdə yenidən hesablanaraq artırılmış və bu zaman xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətinin əmək kitabçasında qeyd olunmuş bütün dövrü - 33 il 7 ay nəzərə alınmışdır. İş stajı hesablanarkən, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 325 saylı arayışda qeyd olunmuş - xx.xx.1968 -xx.xx.1971-ci illərdə iş dövrü, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunua əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1 -ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. 01.01,2006-cı il tarixdən, işdən azad olunduğu xx.xx.2016-cı il tarixədək olan dövr üzrə fərdi hesabında toplanmış pensiya kapitalı isə, pensiyanın hesablanmasında tam nəzərə alınmışdır. Hesab edirik ki, İddiaçı xx.xx.1968 xx.xx.1971-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajınna daxil edilməsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunua əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1 ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 02 iyun tarixli 2-1(116)-693/2020 saylı qərarının əsaslandırma hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 38- ci maddəsinə istinad edilərək hər kəsin sosial təminat hüququnun olduğu bildirilir. Fikrimizcə, bu, hər kəsin istisnasız və məhdudiyyətsiz şəkildə istənilən sosial təminat haqqına sahib olması anlamına gələ bilməz və hazırkı halda iddiaçı pensiya almaq hüququndan istifadə etməkdədir.Bütün bunları nəzərə alaraq Şəki inzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-693/2020nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apelyasiya şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-693/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçı xx xxxxxx 1968-ci ildən xx xxx 1971-ci ilə qədər RİK-in aparatına makinaçı vəzifəsinə təyin edilmiş, xx xxx 1971-ci il tarixli, 26 saylı əmrlə vəfizəsindən azad edilmişdir. İddiaçıya xx.xx.2001-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. (cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məlumatı) İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə pensiyasında artım olmasından ibarətdir. (cavabdehin xx.xx.2020-ci il tarixli nömrəli **********4 məlumatı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının xx xxxxxx 1968-ci ildən xx xxx 1971-ci ilə qədər RİX-in aparatında makinaçı vəzifəsində işləməyi xx.xx.2019-cu il tarixli 78 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “X3” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1968ci il tarixdən xx.xx.1971-ci il tarixədək işlədiyi illərin iş stajına əlavə olunmaqla, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada hesablanmaqla pensiyasının artırılması və yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-693/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-273/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-273/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver