Məhkəmə qərarları › İş №2-1(107)-276/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-276/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-276/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2003-cü il tarixdə doğulmuş oğlu Bayramov Elariz Elçin oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi zamanı ödənilməmiş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin və baxım pulunun təkrar müayinə aparılması üçün ilkin müraciət etdiyi xx.xx.2019-cu il tarixdən “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edildiyi xx.xx.2020-ci il tarixədək hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(116)-1344/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2003cü il tarixli doğulmuş oğlu Bayramov Elariz Elçin oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi zamanı aylıq 150 manat sosial müavinət və 50 manat baxım pulu olmaqla cəmi 200 manat məbləğində pulun, ötürülmüş 1 ilə düşən 2400 manat məbləğdə pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının 30 noyabr 2003-cü il tarixdə X1 adında oğlu doğulmuşdur. Həmin uşaq anadangəlmə epilepsiya diaqnozu ilə xəstə doğulmuşdur. İddiaçı uşağı həkimə aparmışdır. Komissiyalardan keçərək AR Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 16 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 2016-cı il tarixli sənədə əsasən "epilepsiya" dioqnozu ilə uşağa sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq pensiya təyin olunmuşdur. Növbəti müayinə xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Göstərilən tarixdə uşaq müayinəyə olunmuş, Dövlət Tibbi Sosial Ekspertizası işi süni maneələrlə uzadaraq nəticədə xx.xx.2020-ci il tarixdə uşağın sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq yenidən pensiya təyin olunmuşdur. Lakin buna baxmayaraq 2019-cu ilin sentyabr ayında heç bir əsaslı səbəb olmadan uşağa ödənilmiş sosial müavinət və baxım pulu 2020-ci ilin oktyabr ayınadək dayandırılmışdır. Bəllidir ki. anadangəlmə sağlamlıq imkanı məhdud olan uşaq sosial müavinət və baxım pulunun dayandırıldığı 2019-cu ilin sentyabr ayından 2020-ci din oktyabrınadək sağlam olmamışdır. Həmin dövrdə də uşağın sağlamlıq imkanları məhdud olmuş və dövlət tərəfindən ödənilən sosial müavinət də davam etdirilməli idi. Fondun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********8 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı oğlu Bayramov Elariz Elçin oğlunun xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmin tarixədək sağlamlıq imkanlarının məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət və ona qulluğa görə anası İddiaçı Prezident təqaüdü təyin edilmişdir. Sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və təyin olunan sosial müavinətin və təqaüdün ödənişi dayandırılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə Bayramov Elariz Elçin oğlunun sağlamlıq imkanlarının məhdudluğu yenidən qiymətləndirilərək sosial müavinət və ona qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı ödənilməmiş aylar üzrə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********8 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Bayramov Elariz Elçin oğlunun əlillik dərəcəsi xx.xx.2020-ci il tarixdə müəyyən edildiyi üçün sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli müayinə aktından görünür ki, Bayramov Elariz Elçin oğluna sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsindən onun əlavə müayinə və müalicəyə ehtiyacı olması səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli müayinə aktından görünür ki, Bayramov Elariz Elçin oğluna sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsindən onun ixtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülərək stasionar müalicənin müddətinin yetərli olmaması səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli müayinə aktından görünür ki, Bayramov Elariz Elçin oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın birinədək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3- cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildirilir ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixindən qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən Bayramov Elariz Elçin oğlunun əlilliyi xx.xx.2020-ci il tarixdə müəyyən olunduğu üçün sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgündür. Sağlamlıq imkanları məhdudluğunun müəyyən edilmədiyi dövrlər üzrə isə sosial müavinətin və təqaüdün ödənilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin ediləməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “xx.xx.2003-cü il tarixdə doğulmuş oğlu Bayramov Elariz Elçin oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi zamanı ödənilməmiş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin və baxım pulunun təkrar müayinə aparılması üçün ilkin müraciət etdiyi xx.xx.2019-cu il tarixdən “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edildiyi xx.xx.2020-ci il tarixədək hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icrata qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun ziahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: TSEK Alt Sistemindən çıxarışdan görünür ki, iddiaçının oğlu xx.xx.2019-cu ildə müayinə olunmuş, ona “G40.3 generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 9-14 dəfə)” diaqnozu qoyulmuş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasından imtina edilmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubuna əlavə olunmuş TSEK-in sənədindən görünür ki, iddiaçının oğlunun sağlamlıq imkanları xx.xx.2020-ci il tarixdə təkrar müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il olaraq qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli müayinə ilə Bayramov Elariz Elçin oğlunun sağlamlıq imkanları məhdud uşaq olması müəyyən edilmişdir. Müddət olaraq xx.xx.2021-ci il tarixin müəyyən edilməsi isə E.Bayramovun həmin tarixdə yetkinlik yaşına çatması ilə bağlı olmuşdur. Müayinə nəticəsində qoyulmuş diaqnoza görə, “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, gündə 4-5 dəfə tutur, 5 dəqiqə davam edir. Xəstədə əqli gerilik sürətlə davam edir. Xəstədə psixi gerilik sürətlə inkişafı o dərəcəyə çatıb ki, heç bir şeyə bələdliyi qalmayıb. Narahatdır, kontakta girmir, heç nə anlamır, hərf tanımır, intellekt yoxdur, emosional ləbildir, əsəbidir...”. Buna baxmayaraq 3 ay əvvəl aparılmış xx.xx.2020-ci il tarixli müayinə nəticəsində “əlavə müayinəyə ehtiyacının olması, stasionar müalicə müddəti yetərli deyil əsası ilə” imtina cavabı verilmişdir. xx.xx.2019-cu il tarixli müayinə nəticəsində də “G40.3 generazilə olunmuş ideopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanır, qıcolma tutmaları (ayda 914 dəfə)” diaqnozu qoyulmuş, lakin “əlavə müalicəyə ehtiyacın olması – səbəb: xəstənin əlavə müayinə və müalicəyə ehtiyacı var” əsası ilə imtina verilmişdir. Göründüyü kimi, E.Bayramova təyin edilmiş diaqnozlar ümumi olaraq eyni xarakter daşımaqla, müalicə olunaraq sağalmaq ehtimalı olmasa da, əsassız olaraq müxtəlif əsaslarla imtina cavabları verilmiş, son nəticədə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə, təyinat və ödəniş ilkin müraciət etdiyi tarixdən deyil sonuncu müayinə tarixindən aparılmışdır. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(116)-1344/2022 saylı qərarı ilə (hаkim Fərid İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı xx.xx.2003-cü il tarixdə doğulmuş oğlu Bayramov Elariz Elçin oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi zamanı ödənilməmiş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətinin və baxım pulunun təkrar müayinə aparılması üçün ilkin müraciət etdiyi xx.xx.2019-cu il tarixdən “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edildiyi xx.xx.2020-ci il tarixədək hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(116)-1344/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətin də qey etmişdir ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı oğlu Bayramov Elariz Elçin oğlunun xx.xx.2016-cı il tarixdən 11,09.2019-cu il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmin tarixədək sağlamlıq imkanlarının məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət və ona qulluğa görə anası İddiaçı Prezident təqaüdü təyin edilmişdir. Sağlamlıq imkanlarının məhdudluğu müddəti 11,09.2019-cu il tarixdə bitmiş və təyin olunan sosial müavinətin və təqaüdün ödənişi dayandırılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə Bayramov Elariz Elçin oğlunun sağlamlıq imkanlarının məhdudluğu yenidən qiymətləndirilərək sosial müavinət və ona qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı ödənilməmiş aylar üzrə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********8 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Bayramov Elariz Elçin oğlunun əlillik dərəcəsi xx.xx.2020-ci il tarixdə müəyyən edildiyi üçün sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir Tibbi Sosial Ekspert Komissiyasının 18.11,2019-cu il tarixli müayinə aktından görünür ki, Bayramov Elariz Elçin oğluna sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsindən onun əlavə müayinə və müalicəyə ehtiyacı olması səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli müayinə aktından görünür ki, Bayramov Elariz Elçin oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Belə ki, Bayramov Elariz Elçin oğlunun əlilliyi xx.xx.2020-ci il tarixdə müəyyən olunduğu üçün sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgündür. Sağlamlıq imkanları məhdudluğunun müəyyən edilmədiyi dövrlər üzrə isə sosial müavinətin və təqaüdün ödənilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(116)-1344/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2- 1(116)-1344/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(116)-1344/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Qanunun 4.0-cü maddəsinin ə görə bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; (https://eqanun.az/framework/48106xx.xx.2021ci il tarixli 349-VİQD nömrəli qanunla ləğv edilənədək qüvvədə olan norma). 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının xx.xx.2018ci il tarixli 1153-VQ nömrəli Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müayinə aktlarından görünür ki, Bayramov Elariz Elçin oğluna sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsindən onun əlavə müayinə və müalicəyə ehtiyacı olması, ixtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülərək stasionar müalicənin müddətinin yetərli olmaması səbəbindən həkim komissiyası tərəfindən imtina edilmiş, daha sonra səhhətində heç bir dəyişiklik baş verməyən E.Bayramovun xx.xx.2020-ci il tarixli müayinə aktına əsasən sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının tələbində qeyd etdiyi şərtlər daxilində verilmiş imtinalar əsassız və formal xarakter daşımışdır. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması ilə sübut olur ki, E.Bayramova təkrar müayinə nəticəsində sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildikdən sonra ona ilkin müraciət etdiyi tarixdən müavinət hesablanaraq ödənilməli olduğu halda, inzibati orqanlar tərəfindən formal tələblərə istinad edilməklə iddiaçının və onun sağlamlıq imkanı məhdud övladının hüquqları pozulmuş, pozulmuş hüquqlarının bərpası məqsədilə cavabdehə etmiş olduğu müraciət isə əsassız olaraq təmin edilməmişdir. Cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Cavabdehin imtinası əsassızdır. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(116)-1344/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar