Məhkəmə qərarları › İş №2-1(107)-276/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-276/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-276/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, vəkili Vəkil və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarından İddiaçı ASC-nin idarə heyyətinin sədri Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1713/2022 saylı qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(116)-225/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.

4. İddia ərizəsinə əsasən iddiaçı hazırkı iş üzrə X2 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konsturktiv uyğunsuzluqlar olduğunu və faktiki olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitişik olduğunu, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cu il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğunu iddia edir. Odur ki, qanunvericiliyin tələblərini pozmaqla tikilmiş Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına reyestr nömrəsi 40401 1005254-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması tələbi ilə 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 23 iyun 2022-ci il tarixli **********40 saylı məktubu ilə müraciətin müsbət həll edilməsindən imtina edilmişdir.

5. Cavabdeh iddiaya münasibət bildirilməsi barədə xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri Nümayəndə1 Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı silməklə, xx.xx.2019-cu il tarixli, **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. İddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binasına X1 adına verilmiş **********54-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxs birinci instansiya məhkəməsinin iclasında iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 fevral 2023-ci il tarixli, 2- 1(116)-225/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı ASC-nin idarə heyyətinin sədri Nümayəndə1 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli 10/198 saylı rəyi ilə cavabdeh X2 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konsturktiv uyğunsuzluqlar olduğu və faktiki olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitişik olduğu nəzərə alınaraq, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikili ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyat aparıla bilməz və qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikiliyə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilə bilməz. Buna baxmayaraq, Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla, reyestr nömrəsi **********54-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli 10/198 saylı rəyini görməzdən gəlmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3- 39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyini ekspert rəyindən üstün tutaraq, iş üzrə qanunsuz və ədalətsiz nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2- 1(116)-225/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və **********54-06301 reyestr nömrəli Texniki pasportun təsdiqlənmiş surətindən görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 1678.90 kv. metr sahəsi olan qeyri-yaşayış binası və tikilinin yerləşdiyi 0,1588 ha torpaq sahəsi İddiaçı ASC-nin mülkiyyətindədi. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən 10.6 kv. Metr sahəsi olan qeyri-yaşayış binası X1 mülkiyyətindədir.Həmin tikilinin yerləşdiyi 0,0015 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki:

1. Üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir və qeyri-yaşayış binasının tikintialtı sahəsi 15.4 kv.m-dir.

2. üçüncü şəxsin mülkiyyətində olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üsdə düşmür.

3. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin ümumi sahəsi 2.7 kv.m. tikintialtı sahəsi 4.1 kv.mdir və sözügedən tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında məlumat vermək mümkün deyil.

4. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının ön, arxa və yan divarları iddiaçıya məxsus qeyri-yaşayış binasının divarları ilə kəsişmir.

5. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin onlara bitişik özünəməxsus yan divarları mövcud deyil.

6. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası faktiki vəziyyətdə texniki pasporta uyğundur.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

20. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

22. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir və qeyri-yaşayış binasının tikintialtı sahəsi 15.4 kv.m-dir. Üçüncü şəxsin mülkiyyətində olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üsdə düşmür. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin ümumi sahəsi 2.7 kv.m. tikintialtı sahəsi 4.1 kv.mdir və sözügedən tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında məlumat vermək mümkün deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının ön, arxa və yan divarları iddiaçıya məxsus qeyri-yaşayış binasının divarları ilə kəsişmir. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin onlara bitişik özünəməxsus yan divarları mövcud deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası faktiki vəziyyətdə texniki pasporta uyğundur.

26. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd etdiyi X1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış iddiaçının maraqlarına toxunmur və onun hüquqlarını pozmur. Beləliklə iddiaçının hazırkı iddia tələbinə dair subyekttiv hüququ yaranmır.

27. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.

29. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.».

30. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.

31. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı ASC-nin idarə heyyətinin sədri Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar