Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-278/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Göyçay rayon filialı) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 iyul 2020-ci il tarixli **********5 nömrəli xidməti məruzəsinə uyğun olaraq əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona 13.12.2017-ci ildən təyin edilmiş 2- ci qrup Əlillik pensiya ödənişlərinin 01.08.2020-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməsi və əlillik pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(116)- 229/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 iyul 2020-ci il tarixli **********5 nömrəli xidməti məruzəsinə uyğun olaraq əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona 13.12.2017-ci ildən təyin edilmiş 2-ci qrup Əlillik pensiya ödənişlərinin 01.08.2020-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməsi və əlillik pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinə 15.09.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. 03.12.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iddiaçıya iddia ərizəsində yol verilən nöqsanların aradan qaldırılaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı həmin tarixli məhkəmə iclasında dəqiqləşdirmə barədə ərizəni qısa müddətdə təqdim edəcəyini bildirmiş və iclas ərizə təqdim edilənədək təxirə salınmışdır. Həmçinin bununla bağlı iddiaçıya 11.12.2020-ci il tarixli yardım məktubu ünvanlanmış və məktubda qeyd edilmişdir ki, işə baxılarkən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən əlillik təyin olunması barədə qərarın ləğv edilməsinin xahiş edildiyi müəyyən olunmuşdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 şəxsin Göyçay rayon filialının 29 oktyabr 2020-ci il tarixli **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 17 iyul 2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən İddiaçı əlilliyi Tibbi-Sosial Ekspertiza və X2 etibarsız hesab edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxs tərəfindən Göyçay rayon filialına ünvanlanan 07.08.2020-ci il tarixli **********9 nömrəli məktuba əsasən iddiaçının əlilliyə görə əmək pensiyası 01.08.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, əlillik pensiyasının bərpa edilməsi üçün ilk öncə əlilliyinin ləğv olunması barədə qərar ləğv edilməlidir. Bununla bağlı o, əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməli və qərarı qəbul etmiş inzibati orqana qarşı müvafiq tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Yardım məktubu 20.12.2020-ci il tarixdə imza edilərək qəbul edilmişdir. İddiaçı tərəfindən yardım məktubuna münasibət bildirilməmişdir. Bu səbəblə iddiaçıya yenidən eyni məzmunlu 09.02.2021-ci il tarixdə yardım məktubu ünvanlanmışdır. Məktub 15.02.2021-ci il tarixdə imza edilərək qəbul edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə 26.02.2021-ci il tarixdə daxil olan ərizəsinə əlavə etdiyi ərizədə cavabdeh orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini, üçüncü şəxs qismində Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsini qeyd edərək, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona 13.12.2017-ci ildən təyin edilmiş 2-ci qrup əlillik pensiya ödənişlərinin 01.08.2020-ci il tarixdən dayandırılması barədə qərarının ləğv edilməsi və əlillik pensiyasının bərpa edilərək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin dəftərxanasına 16.03.2021-ci il tarixdə də ərizə daxil olmuşdur. Ərizəsində iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini, üçüncü şəxs qismində Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsini və DSMF publik hüquqi şəxsinin Göyçay rayon filialını qeyd edərək, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona 13.12.2017-ci ildən təyin edilmiş 2-ci qrup əlillik pensiya ödənişlərinin 01.08.2020-ci il tarixdən dayandırılması barədə qərarının ləğv edilməsi və əlillik pensiyasının bərpa edilərək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 15 aprel 2021-ci il tarixli, 2- 1(116)-229/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Göyçay rayon filialı) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 iyul 2020-ci il tarixli **********5 nömrəli xidməti məruzəsinə uyğun olaraq əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona 13.12.2017-ci ildən təyin edilmiş 2ci qrup Əlillik pensiya ödənişlərinin 01.08.2020-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməsi və əlillik pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(116)-229/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(116)-229/2021 saylı qərardadını ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(116)-229/2021 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişl və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Birinci instansiya məhkəməsi iddiaçının nəzərinə çatdırmışdır ki, onun əlilliyə görə pensiyasının dayandırılmasının səbəbi, onun əlilliyinin etibarsız hesab olunması olmuşdur ki, bununla bağlı da ona yardım edilərək, əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməsi və qərarı qəbul etmiş inzibati orqana qarşı müvafiq tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İddiaçı məhkəmənin yardımında qeyd olunanlara əməl etməmiş, nöqsanları aradan qaldırmamış, cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini qeyd etsə də, axır nəticədə həmin orqanın qəbul etmədiyi və həmin orqana aid olmayan tələblə məhkəməyə ərizələr ilə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(116)-229/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(116)-229/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-278/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-278/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver