Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-279/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2-1(116)-1437/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarının yoxlanılması zamanı müəyyən edilmişdir ki, o, Laçın rayonu, Qağayı qəsəbə ərazi dairəsi, Qağayı qəsəbəsində qeydiyyatdadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarının 18.12ci bəndinə əsasən Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Göstərilənlərə əsasən iddiaçıya işin ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi məsələsinə 3 gün müddətində yazılı şəkildə münasibət bildirməsi təklif olunmuşdur. Eyni zamanda iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia tələbi məhkəmə qərarının məcburi icra edilməsinin təmin edilməsi ilə bağlı olduğundan həmin tələbə ayrıca icraat qaydasında baxıla bilməz. Belə ki, iddia ərizəsinə və ərizəyə əlavə etdiyi sənədlərə əsasən müəyyən edilir ki, tələbinə üç məhkəmə instansiyası tərəfindən baxılmış və iddiası təmin edilmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Birinci instansiya məhkəməsinin yardım məktubu xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, lakin iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 09 avqust 2022-ci il tarixli, 2- 1(116)-1437/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2-1(116)-1437/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2-1(116)-1437/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçı Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş arayışda onun Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi ev 15 mənzil 48-də yaşadığı görünür. O, Laçın rayonunda qeydiyyatda olsa da hal-hazırda Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Qasımov küçəsi ev 15 mənzil 48-də yaşayır. Qanunverici mübahisələndirmə haqqında iddia növü üzrə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(102)-1012/2022 nömrəli qərarından görünür ki, İddiaçı Rafil oğlu ərizəsi ilə müraciət edərək iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən (İş №2-1(112)- 3029/2021) İddiaçı Rafil oğlunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-885/2022 nömrəli 3 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(102)-1012/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-855/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyat qaydalarının tələbini pozaraq işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərməli olduğu halda Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2-1(116)-1437/2022 nömrəli qərаrdadı ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2-1(116)-1437/2022 nömrəli qərаrdadı ləğv edilsin və iş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-279/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-279/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver