Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-279/2024 03.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X14, X12, X20, X21, X22 və X15 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə (Açar sözlər: şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X13 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxslər X8 və X15 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X14, X12, X20, X21, X22 və X15 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarından üçüncü şəxslər X14, X20, X22 və X23 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********29-10302 reyestr nömrəli çıxarışa əsasən Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “Elektron notariat” X3 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, üçüncü şəxslər iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. İddiaçı onların qeydiyyatdn çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X14, X12, X20, X21, X22 və X15 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsinin əsaslarına görə, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı fərdi yaşayış evi ilə bağlı sənədləşmə işlərinə görə notariat kontoruna müraciət edərdən ona məlum olmuşdur ki, Cavadova Şölə Hicran qızı, X14, X12, X20, X21, X22 və X23 ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. İddiaçı cavabdehə müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022ci il tarixli 196- 26589M-3222 nömrəli imtina məktubunda qeyd etmişdir ki, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmə orqanlarının səlahiyyətindədir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 196-37621-1222 nömrəli məktubunda qeyd etmişdir ki, Cavadova Şölə Hicran qızı, X14, X12, X20, X21, X22 və X5 şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 saylı ünvanda qeydiyyatda olmaqla Göyçay RPŞ-nin Q və ŞVQ tərəfindən şəxsiyyət vəsiqəsi almışlar. Vətəndaşlardan yığılan sənədlər 5 ilin tamamında akt tərtib edilərək komissiya üzvlərinin iştirakı ilə məhv edilir. Odur ki, həmin şəxslərin şəxsiyyət vəsiqəsi aldıqları vaxtdan 5 il keçdiyi üçün qeydiyyata alınmalarına əsas olmuş sənədlər məhv edilmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2137/2022 nömrəli qərardadı ilə Cavadova Şölə Hicran qızı, X14, X12, X20, X21, X22 və X23 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir.
7. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir.
8. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə, onun razılığı olmadan, iddiaçı mülkiyyət hüququ əldə edənədək qeydiyyata alınmış, həmçinin hər hansı qanunla qorunan hüquqların sahibi olmayan üçüncü şəxslər Cavadova Şölə Hicran qızı, X14, X20, X21, X22 və X15, həmçinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 qeydiyyatdan çıxarılması tələbindən ibarət iddası əsaslıdır və təmin olunmalıdır.
9. Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarı ilə (hakim Fərid İsmayılzadə) iddia tələbi təmin edilmiş, Üçüncü şəxslər Cavadova (Məmmədova) Şölə Hicran qızı, X14, X20, X21, X22 və X15, həmçinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
10. Qərardan nаrаzı qаlаn üçüncü şəxslər X14, X20, X22 və X23 аpellyаsiyа şikаyəti vermiş, qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-413/2023 nömrəli qərardadı ilə üçüncü şəxslərin apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(112)- 371/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 403/2024 nömrəli Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023cü il tarixli, 2-1(107)-413/2023 saylı qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Üçüncü şəxslər X14, X20, X22 və X23 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki İnzibati Məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri puplik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********19 nömrəli məktubuna əlavə olunmuş 3509 inventar nömrəli, 675 reyestr nömrəli texniki pasporta əsasən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış evi əvvəlcə X7 mülkiyyətində olmuş, daha sonra X2 onun xüsusi mülkiyyətinə keçmiş və sonuncu tərəfindən isə İddiaçı satılıraq xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən cavab məktubunda Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnun X9 hansı əsaslarla, nə vaxtdan keçməsi qeyd edilməmişdir. Lakin işə baxan məhkəmə təqdim edilən cavab məktubuna əsaslanmaqla kifayətlənmişdir. Yenə həmin qərərda göstərildiyi kimi mübahisə predmeti olan yaşayış sahəsinin ünvanının Göyçay rayonu olduğu qeyd edildiyi halda, həmin ünvana dair sənədlər 17 saylı Yevlax rayon ərazi idarəsi tərəfindən təqdim olunmuşdur. Bəhs edilən yaşayış evi Göyçay rayonunda yerləşdiyindən evə dair hüquqmüəyyənedici sənədlərdə həmin rayonda aiddiyatı üzrə əlaqəli olduğu 16 saylı Ucar Ərazi İdarəsindən və ya Göyçay ərazi şöbəsindən, yəni müvafiq orqan tərəfindən təqdim edilməli idi. Belə olan halda yaşayış evinin Mehriban Kərimovaya məxsus olduğunu təsdiqləyən sənədlərin qanuniliyinə və düzgünlüyünə əsaslı şübhələr yaranmaqdadır. Göyçay rayon XDS İcraiyyə Komitəsinin 08 avqust 1990-cı il tarixli 16 saylı iclas protokolundan çıxarışdan aydın olur ki, Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşən 22,4 kv.m yaşayış sahəsi, həyətyanı torpaq sahəsi ilə birgə Göyçay rayon XDS İcraiyyə Komitəsinin qərarına əsasən, X10 mülkiyyət hüquqi ilə verilmişdir. Bundan əlavə, Azərbaycan SSRİ tərəfindən təqdim olunan qeydiyyat şəhadətnaməsindən (rayonlararası texniki invertarlaşdırma bürosu tərəfindən) göründüyü kimi Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşən yaşayış sahəsi 22,4 kv.m fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. Sözügedən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında X6 və eləcə də onu ailə üzvləri kimi pnları qeydiyyata alınmağı müvafiq “Ev Kitabı”dan görmək mümkündür. Həmin sənədə əsasən, Sabir Cavadov 1983-cü ildən qeyd edilən ünvanda yaşayır. Yuxarıda göstərilən məlumatlar və şikayətə əlavə edilən sənədlər Sabir Cavadova mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşdiyini təsdiq edir. Mərhum ataları X12 vəfat etdiyi günədək, onlar isə bu günədək həmin ünvanda, ünvan 8yırlar. Sabir Cavadovun, həmçinin onun qohumları kimi onların Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatda olmaqları qanuna uyğundur və onların qeydiyyatdan çıxarılması ilə bağlı edilmiş hər hansı hərəkət mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Hal-hazırda Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşən yaşayış evində faktiki yaşayan X14, X20, X21, X22 şəxsiyyət vəsiqələrinin istifadəsinə məhdudiyyət qoyulduğundan həmin ünvanda qeydiyyatdan çıxmaq məcburiyyətində qalmışlardır.
14. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X14 və X23 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
22. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən üçüncü şəxslər X14 və X17 aid hissədə gəldiyi nəticə ilə razılaşmır.
24. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən ləğv edilməklə, iddia qeyri-mümkün hesab edilmiş, Ali Məhkəmənin İnzibati kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
22. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-403/2024 nömrəli qərarında qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdə üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması ilə əlaqədar müxtəlif, bu və ya digər formada bir birinə zidd olan çoxsaylı sənədlər mövcuddur. İş materiallarında ziddiyyət təşkil edən sənədlər olmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri aradan qaldırmamışdır.
23. “Elektron notariat” X3 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatdan olan şəxslərə dair məlumatdan çıxarışda (xx.xx.2022-ci il tarixdə Göyçay rayon notariat ofisi, X19 tərəfindən çap edilmişdir) Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında Cavadova Şölə Hicran qızı, X12, X20, X21, X22 adlı şəxslərin “Aktiv” statusunda olduğu və X23 və X8 isə “qüvvədən düşmüş” statusunda olduğu göstərilmişdir (cild 1, iş vər. 5). Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən üçüncü şəxslərin vəkillərinin sorğusuna əsasən xx.xx.2023-cü il tarixdə bildirmişdir ki, Cavadova Şölə Hicran qızı xx.xx.2012-ci il, X21 xx.xx.2017-ci ildən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatdadırlar. X22 xx.xx.2011-ci il tarixdən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında, xx.xx.2023-cü il tarixdən Göyçay rayonu Potu kəndində qeydiyyatdadır. X23 xx.xx.2005-ci il tarixdən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında, xx.xx.2019-cu il tarixdən Göyçay rayonu Potu kəndində qeydiyyatdadır. X12 xx.xx.2005-ci il tarixdə Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir (cild 1, iş vər. 94). Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ünvanlanmış məktubda isə Məmmədova Şölə Hicran qızı, X20, X21, X22, X15 Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarı əsasında Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatdan çıxarıldığı qeyd edilmişdir. Həmin ziddiyyətlər, o cümlədən Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda hazırki iş üzrə üçüncü şəxslərin hamısı haqqında məlumat qeyd olunmadığı nəzərə alınaraq, hazırki apellyasiya baxışında kollegiya tərəfindən Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yenidən sorğu göndərilmiş və həmin idarənin 20 aprel 2024-cü il tarixli cavab məktubu əldə edilmişdir. Həmin məktubda qeyd edilir ki, “xx.xx.1990-cı il təvəllüdlü Məmmədova (Cavadova) Şölə Hicran qızı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Göyçay şəhəri, M.Əzizbəyov küçəsi, ev 37-də, xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixdək ünvan 13də, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək ünvan 11 ünvanında qeydiyyatdadır xx.xx.1957-ci il təvəllüdlü X16 xx.xx.1977-ci il tarixdən, xx.xx.1980-cı il təvəllüdlü X20 xx.xx.2001-ci il tarixdən, xx.xx.2011 -ci il təvəllüdlü X21 xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək ünvan 12 ünvanında qeydiyyatdadırlar. xx.xx.1985-ci il təvəllüdlü Cavadlı (Cavadov) Elşən Sabir oğlu xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 13-də, xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək Göyçay rayonu, Potu kəndində qeydiyyatdadır. xx.xx.1948-ci il təvəllüdlü X12 xx.xx.1992-ci il tarixdən 11,09.2005-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ev 7/19-da, xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ünvan 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, vəfat etdiyi üçün xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir.” Qeyd edilən sənədlərin əlaqəli təhlilindən kollegiya belə qənaətə gəlir ki, X16 və Cavadlı (Cavadov) Elşən Sabir oğlu hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı çıxarılan vaxt ünvan 13-də qeydiyyatda olmamışdır. Belə ki, X16 xx.xx.1977-ci il tarixdən ünvan 12 ünvanında qeydiyyatdadır. “Elektron notariat” X3 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatdan olan şəxslərə dair məlumatdan çıxarışda da X8 qeydiyyatının “qüvvədən düşmüş” statusunda olduğu görünür. Cavadlı (Cavadov) Elşən Sabir oğlu isə xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək Göyçay rayonu, Potu kəndində qeydiyyatdadır. Elektron notariat” X3 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatdan olan şəxslərə dair məlumatdan çıxarışda da Cavadlı (Cavadov) Elşən Sabir oğlunun qeydiyyatının “qüvvədən düşmüş” statusunda olduğu görünür. Digər üçüncü şəxslər isə, ölmüş X12 istisna olmaqla, birinci instansiya məhkəməsinin qərarı çıxarılan vaxt mübahisəli ünvanda qeydiyyatda olmuşlar. X10 münasibətdə isə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 403/2024 nömrəli qərarında həmçinin qeyd edilmişdir ki, üçüncü şəxslər tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş hesabat pasportunda (səh. 120) üçüncü şəxslərdən biri X6 tikdiyi fərdi yaşayış evinin ünvanı ünvan 14yyat vəsiqəsində fərdi yaşayış sahəsinin ünvanı qismində ünvan 15adi küçəsi, dalan 4, ev 4 kimi qeyd edilmişdir. Həmin məsələnin aydınlaşdırılması məqsədilə hazırki apellyasiya baxışında kollegiya tərəfindən DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə sorğu verilmiş və həmin idarənin 15 may 2024-cü il tarixli cavab məktubu əldə edilmişdir. Həmin məktubda qeyd edilir ki, “İddiaçı cavabdeh Cavadova Şölə Hicran qızı, X16, X20, X21, X22 və X15 mülkiyyətində olan fərdi yaşayış evlərinin ünvanları fərqlidir. Əlavə olaraq qeyd edirik ki, İddiaçı mülkiyyətində olan, fərdi yaşayış evinin ünvanı “Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1, Cavadova Şölə Hicran qızı, X16, X20, X21, X22 və X15 istifadəsində iki fərdi yaşayış evi olduğu üçün ünvanlar dalan 4 ev 3 və dalan 4 ev 3A-dır. Həmçinin qeyd edirik ki, üçüncü şəxslərdən biri X10 Kommunal Təsərrüfat Naziriliyi tərəfindən tərtib edilmiş 4516 nömrəli texniki pasportda ünvan dalan 4 ev 3A, Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1411 nömrəli Qeydiyyat Vəsiqəsində ünvan dalan 4 ev 4 qeyd edilməsinə baxmayaraq naturada ünvan dalan 4 ev 3A-dır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi ilə üçüncü şəxslərdən biri X10 məxsus fərdi yaşayış evləri ayrı-ayrı evlərdir.” Mülki işin 1-ci cildinin 107-ci vərəqində olan “Texniki pasport”dan görünür ki, evin ünvanı “Vidadi küç. 4 ev 3a” olmuş, “3a” sözlərinin üzərindən xətt çəkilməklə “4” yazılmışdır. O cümlədən, X1 iclasında məhkəməyə təqdim etdiyi “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da evin ünvanı “Vidadi döngə 4 ev 3a” göstərilmişdir. Göründüyü kimi, üçüncü şəxslərin mübahisələndirilən iddiaçıya məxsus Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə heç bir istifadə və ya mülkiyyət hüquqları mövcud deyildir və üçüncü şəxslərin apellyasiya şikayətinin bu barədə dəlilləri əsassızdır.
26. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarı qəbul edilərkən üçüncü şəxslərdən X16 və Cavadlı (Cavadov) X24 şəhəri, Vidadi küçəsi, D 4, ev 4-də qeydiyyatda olmadığından məhkəmə iddia tələbini həmin hissədə təmin etməkdə səhv, X10 aid hissədə icraata xitam verilməsi nəzərə alındıqda, qalan üçüncü şəxslərə münasibətdə isə iddia təmin etməkdə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən üçüncü şəxslər X14 və X17 aid hissədə düzgün nəticəyə gəlmədiyindən və qərar həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qərarın həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğuna görə üçüncü şəxslər X14, X20, X22 və X23 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarı iddianın üçüncü şəxslər X14, X12 və X17 aid təmin olunmuş hissəsində ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X14, X20, X21, X22 və X15 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üçüncü şəxslər X14 və X17 aid hissədə rədd edilməli, Şəki Apellyasiya Məhkəməsinin 3 iyul 2024 tarixli 2-1(107)-279/2024 nömrəli qərardadı ilə iddia tələbinin X10 aid təmin olunmuş hissəsində icraat xitam verilməsi nəzərə alınmalı, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Üçüncü şəxslər X14, X20, X22 və X23 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarı iddianın üçüncü şəxslər X14, X12 və X17 aid təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X14, X20, X21, X22 və X15 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üçüncü şəxslər X14 və X17 aid hissədə rədd edilsin. Şəki Apellyasiya Məhkəməsinin 3 iyul 2024 tarixli 2-1(107)-279/2024 nömrəli qərardadı ilə iddia tələbinin X10 aid təmin olunmuş hissəsində icraat xitam verilməsi nəzərə alınsın. Qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Tural Həsənov
Mahir Əsədli