Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-28/2025 31.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “A437045 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-1083/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3514/2023 nömrəli qərardadı ilə İsmayıllı bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) tələbini dəqiqləşdirərək “A437045 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 iyun 2024-cü il tarixli 2-1(116)- 1083/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. İş üzrə qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-1083/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək bildirdi ki, hazırkı iş üzrə iddia ərizəsini özü imzalamamış, və baxılan işdən xəbəri olmamışdır. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının qeyd olunan iddia tələbindən məlumatının olmaması və iddia ərizəsini özü imzalamamasını bildirməsi onun qeyd olunan tələbdən imtinası kimi qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiadan imtina ilə bağlı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənаətə gəlir ki, İddiaçı iddia tələbindən imtinaya dair ərizəsi qəbul olunmаlı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddia tələbindən imtinaya dаir ərizəsi qəbul edilsin. Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-1083/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “A437045 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla ismayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-28/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-28/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver