Məhkəmə qərarları › İş №2-1(107)-280/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-280/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-280/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göyçay rayonu Təhsil Şöbəsinə qarşı "məktəbin hüquqi şəxs kimi mövcudluğunun təsdiqi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılma günlərinə görə əmək haqqı, maddi və mənəvi zərərin, təhqirə görə təzminatın, mənəvi zərərin ödənilməsi" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-1115/2022 nömrəli qərardadından İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 12 may 2022-ci il tarixli, 2- 1(116)-1115/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Göyçay rayonu Təhsil Şöbəsinə qarşı "məktəbin hüquqi şəxs kimi mövcudluğunun təsdiqi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılma günlərinə görə əmək haqqı, maddi və mənəvi zərərin, təhqirə görə təzminatın, mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-1115/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, аpellyаsiyа şikаyəti məhkəmə qərardadından şikayət verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmiş, şikayətə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 1 sentyabr 2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2- 1(116)-1115/2022 nömrəli qərardadı xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)- 1115/2022 nömrəli qərardadından şikayət verilmə müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı mübahisələndirilən qərardadın surətini xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi halda həmin qərardaddan şikayəti 05 avqust 2022-ci il tarixdə göndərmiş və bununla da qanunla müəyyən edilən 09 gün şikayət vermə müddətini ötürmüşdür. Apellyasiya şikayəti verən İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazmı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ona görə də müəyyən edilir ki,, iddiaçı Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-1115/2022 nömrəli qərardadından apellyasiya şikayətinin verilmə müddətini ən azı 09 gün ötürmüş, izah edilməsinə baxmayaraq müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayətinin əsli deyil kreso surətini məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. -87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-1115/2022 nömrəli qərardadından İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılması barədə ərizə və ya müvafiq sübutlar təqdim edilmədiyindən həmin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-1115/2022 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar