Məhkəmə qərarları › İş №2-1(107)-280/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-280/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-280/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 yanvar N3-cü il tarixli 2-1(116)-138/N3 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2014-cü il tarixdən etibarən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2016-cı il aprel döyüşlərinin və N0-ci ildə Vətən müharibəsinin (44 günlük müharibənin sonunadək) iştirakçısı olmuşdur. 8 ildən artıq qüsursuz xidmət etmiş, rəhbərlik tərəfindən dəfələrlə “Təşəkkür" almışdır. İddia ərizəsinə əlavə etdiyi çavuş İddiaçı aid “Xidmət vərəqəsi”ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0160t xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. N0-ci il Vətən müharibəsindən əvvəl və sonra da hərbi təlimlərdə fəal iştirak etmişdir. N1-ci ilin may ayının 18-də xidmət etdiyi N saylı hərbi hissəsinin hərbi qulluqçuları, həmçinin iddiaçı da daxil olmaqla Müdafiə Nazirliyinin “Papanin” adlanan Hərbi Qospitalına narkotik tipli vasitələrdən istifadə edilib-edilməməsini müəyyən etmək üçün analiz nümunələri götürülməsi üçün göstəriş verilmişdir. İddiaçıdan və digər hərbi qulluqçulardan Hərbi qospitalda qan və digər analiz nümunələri götürülmüşdür. İddiaçıdan götürülmüş analiz nümanələri neqativ cavablandırılmış, yəni hər hansı narkotik mənşəli təsir edici vasitələrdən istifadə olunma müəyyən edilməmişdir. Belə analizlərin götürülməsinə iddiaçı etirazını bildirmişdir. Belə ki, o, heç bir vaxt narkotik vasitələrdən istifadə etməmişdir. N1- ci ilin noyabr ayının 26-da iddiaçı yenidən xidmət etdiyi N saylı hərbi hissəsinin hərbi qulluqçuları, həmçinin iddiaçı da daxil olmaqla Dövlət Təhlükəsizliyi Xidmətinin (Müdafiə Nazirliyinin Hərbi Qospitalına deyil) Hərbi qospitalına narkotik tipli vasitələrdən istifadə edilib-edilməməsini müəyyən etmək üçün analiz nümunələri götürülməsi üçün göstəriş verilmişdir. İddiaçı yenə də öz etirazını bildirmiş və etirazını belə əsaslandırmışdır ki, onun böyrəklərində narahatlıq var və müalicə götürür. Hərbi hissə komandanlığı tərəfindən xx.xx.N2-ci il tarixdə iddiaçıya bildirmişlər ki, analizin cavabları məlumdur, onun sidik və qan nümunəsində “marixuana” THC narkotik maddəsi aşkar edilmişdir. Bununla bağlı iddiaçı barəsində Şərəf məhkəməsi keçirilmişdir. İddiaçı şərəf məhkəməsində Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin sidik və qan nümunələrindən götürülmüş analizin “neqavit” cavabını, həmçinin xəstəliyi və müalicəsi ilə bağlı sənədləri təqdim etmiş və bildirmişdir ki, yəqin ki, DTX HTBİ Mərkəzi laboratoriyasının analizləri səhv salınmışdır. Lakin ona bildirilmişdir ki, o narkotik vasitədən istifadə etmişdir. İddiaçıya xx.xx.N2-ci il tarixdə bir aylıq məzuniyyət verilmiş, məzuniyyətdən xx.xx.N2-ci il tarixdə qayıtdıqdan sonra xidmətə davam etmişdir. Fevral ayının ortalarından etibarən onun müəyyən söhbətlər aparılmış və tərxis olunduğuna dair iddiaçıya xəbərdarlıq edilmişdir. İddiaçı məzuniyyətdə olduğu müddətdə, xx.xx.N2-ci il tarixdə onun barəsində aparılmış araşdırma ilə bağlı raport daxil olmuşdur. İddiaçı xidmətini xx.xx.N2-ci il tarixədək davam etdirmişdir. Həmin tarixdə, yəni xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissənin Şəxsi heyət uçot bölməsinin rəisinin köməkçisi, baş leytenant Sənan Əliyev iddiaçıya təyinat vərəqəsini təqdim edərək bildirmişdir ki, o, artıq ordudan tərxis olunmuşdur. İddiaçı təyinat vərəqəsini SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinə təqdim edərək qeydiyyata düşmüşdür. Bundan sonra iddiaçı işdən çıxarılmasına dair əmrin ona təqdim edilməsi üçün ərizə ilə müraciət etmiş, xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli 87 nömrəli əmrindən çıxarışı almışdır. İddiaçı hesab edir ki, Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrləri qanunsuz və əsassızdır və qeyd olunanlara əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.N2-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi deyil, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya və iddiaçının nümayəndəsi və vəkilinə iddia ərizəsində və tələbin xahiş etdi hissəsində cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd olunmaqla iddia ərizəsinə dəqiqləşmə təqdim etmək təklif olunmuşdur.

4. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vaitəsilə xx.xx.N2-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia tələbinin xahiş etdi hissəsində cavabdeh kimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.N2-ci il tarixli, 2-1(116)-1282/N2 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

5. Cavabdeh xx.xx.N2-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş xx.xx.N2-ci il tarixli, 7459 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı hərbi xidmətdə olduğu dövrdə 26 noyabr N1-ci il tarixdə narkotik tipli vasitələrdən istifadə edilib-edilməməsini müəyyən etmək üçün ondan Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində analiz nümunələri götürülmüşdür.

6. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasında 26 noyabr N1-ci il tarixdən 30 noyabr N1-ci il tarixədək İddiaçı götürülmüş nümunələr üzərində tədqiqat aparılmışdır.

7. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriya rəisinin xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinin nəticəsində çavuş İddiaçı sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar olunması göstərilmişdir.

8. N nömrəli hərbi hissənin komandanlığı çavuş İddiaçı sidik və qan nümunələrində marixuana (THC) narkotik maddəsi aşkar edilməsi barədə yazılı məlumat aldıqdan sonra İddiaçı hərbi qulluqçuların şərəf məhkəməsində dinləməyə çıxarılmışdır. Şərəf məhkəməsində çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmasına dair qərar qəbul olunmuş və bununla əlaqədar yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bundan sonra Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmri ilə çavuş İddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır.

9. Bundan əlavə çavuş İddiaçı qan və sidik nümunələrinin tədqiqatı nəticəsində marixuana (THC) narkotik maddəsinin aşkar olunduğu üçün N nömrəli hərbi hissədə fakt üzrə xidməti araşdırma təyin olunmuşdur. Toplanmış material prosessual qərar qəbul olunması üçün hərbi hissənin təhqiqatçısı, ədliyyə baş leytenantı Təbriz Adıyeva tapşırılmışdır. Təhqiqat araşdırması zamanı İddiaçı saxlancda saxlanılan qan və sidik nümunələri təkrar prosessual qərarla ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə tapşırılmışdır. xx.xx.N2-ci il tarixli, 1194 nömrəli ekspert rəyində görünür ki. İddiaçı Kannabinoiddən istifadə etmə halı olduğu göstərilmişdir. 10 iyun N2-ci il tarixdə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Prosessual qərar Tərtər hərbi prokurorluğunda öyrənilərək qanuni qüvvədə saxlanılmışdır. Odur ki, göstərilən fakt Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığına, nizam-intizamına mənfi təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən isitifadə edən şəxs Ordu sıralarında xidmət edə bilməz.

10. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 26 yanvar N3-cü il tarixli 2- 1(116)-138/N3 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı hərbi xidmətdə olduğu dövrdə 26 noyabr N1-ci il tarixdə narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyən etmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində analiz nümunələri götürülmüşdür. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasında 26 noyabr N1-ci il tarixdən 30 noyabr N1-ci il tarixədək İddiaçıdan götürülmüş analiz nümunələri üzərində tədqiqat aparılmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriya rəisinin 30 noyabr N1-ci il tarixli mütəxəssis rəyinin nəticəsində çavuş İddiaçı sidik və qan nümunələrində Marixuana (THC) narkotik maddəsi aşkar edildiyi qeyd edilmişdir. Bu barədə yazılı məlumat aldıqdan sonra çavuş İddiaçı hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilməyə cəlb etmişdir. Şərəf məhkəməsinin qərarı ilə çavuş İddiaçı Fikrət oğlunun “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmasına dair qərar qəbul edilmiş və bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bundan sonra Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 15 əç nömrəli əmri ilə çavuş İddiaçı Fikrət oğlu Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. Bundan əlavə çavuş İddiaçı Fikrət oğlunun sidik və qan nümunələrində Marixuana (THC) narkotik maddəsi aşkar olunduğu üçün N nömrəli hərbi hissədə fakt üzrə araşdırma təyin edilmişdir. Toplanmış material prossesual qərar qəbul edilməsi üçün ədliyyə baş-leytenantı Təbriz Adıyevə həvalə edilmişdir. Araşdırma zamanı çavuş İddiaçı Fikrət oğlunun saxlancda saxlanılan sidik və qan nümunələri təkrar prossesual qərarla ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzininin 10 mart N2-ci il tarixli 1194 nömrəli rəyində çavuş İddiaçı Fikrət oğlunun “Kannabinoiddən” istifadə etməsi qeyd edilmiş və təsdiqini tapmışdır. 10 iyun N2-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi qulluqçusu çavuş İddiaçı barəsində Azərbaycan Republikası CM-nin 234.1ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Republikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin prossesual qərar Tərtər Hərbi prokurorluğunda öyrənilməsi üçün prokurorluğa göndərilmiş və nəticədə qərar qanuni qüvvədə saxlanılmışdır. Azərbaycan Republikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrinin siyahısı və məhdudiyyət müddətinə əsasən müdafiə, təhlükəsizlik məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə xidmət etməsinə yol verilmir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlar əlaqəli şəkildə araşdırmamış, hərbi hissə tərəfindən irəli sürülmüş sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin çavuş İddiaçı Fikrət oğlunun analiz nümunələrinin tədqiqi haqqında yekun rəyi nəzərə alınmamış və əsasız olaraq iddianı təmin etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 26 yanvar N3-cü il tarixli 2-1(116)-138/N3 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati məhkəməsinin 26 yanvar N3-cü il tarixli 2-1(116)-138/N3 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 yanvar N3-cü il tarixli 2-1(116)-138/N3 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X4 bildirdi ki, 25 noyabr N1-ci il tarixdə İddiaçı Fikrət oğlu ilə birgə bir neçə hərbiçinin müayinədən keçirilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinə göndərilməsinə dair teleqram gəlmişdir. 26 noyabr N1-ci il tarixdə həmin şəxslər DTX-nın Hərbi-Tibb Baş İdarəsinə göndərilmişlər. 29 dekabr N1-ci il tarixdə hərbi hissəyə məktubla protokol və rəy daxil olmuşdur. Bölük komandiri isə bunun əsasında raport yazaraq təhqiqat aparılmasını xahiş edmişdir. Təhqiqat onun tərəfindən aparılmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir.

19. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin etiraz məktubuna əlavə olunmuş: N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli təqdimatında qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, N nömrəli hərbi hissə, səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komandaqərargah maşınları manqasının sürücü-elektriki, xx.xx.N0-ci il tarixdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Təqdimatda həmçinin qeyd olunur ki, Narkotik maddə istifadəçisi olmasından şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya mərkəzinə müayinə olunması üçün göndərilmiş və dövriyyəsi qadağan olan narkotik maddə istifadə etməsi aşkarlanmışdır. Narkotik maddə istifadəçisi olduğuna görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı barəsində komandanlıq tərəfindən “Xidməti uyğunzuluğa görə” ehtiyata buraxılması üçün qərar qəbul edilmişdir. Söhbət vərəqəsindən görünür ki, həm birinci söhbətdə, həmçinin ikinci söhbətdə iddiaçı narkotik maddələrin istifadəçisi olmadığını və buna qarşı etiraz etdiyini bildirmişdir. Birinci söhbətdə iddiaçı ilkin analizin cavabının negativ gəldiyini, ikinci dəfə yenidən yoxlanılması üçün DTX-nin qospitalına müayinəyə göndərilməsinə etiraz etdiyini qeyd etmişdir. İkinci söhbətdə iddiaçı ilkin analizin nəticəsini yenidən təqdim etmiş və araşdırma aparılmasını xahiş etmişdir. 1721 nömrəli arayışdan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 444 nömrəli göndərişi ilə xx.xx.N2-ci ildə N nömrəli hərbi hissənin qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: “sol böyrəyin kiçik ölçülü (3 və 4 mm) mikrolitləri, vegetativ damar distoniyası. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Mingəçevir regional hospitalının xx.xx.N2-ci il tarixli rəyindən görünür ki, iddiaçının analizində marixuana aşkar edilməmiş və nəticə “negativ” olmuşdur. DTX-nin Hərbi-tibb baş idarəsinin xx.xx.N1-ci il tarixli, rəyində qeyd olunur ki, şöbəyə tədqiqat üçün təqdim olunan İddiaçı məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. “CLİA WAİVED” ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə vermişdir. Yekun rəy: “LCMS-8030 cihazının xromotoqrafik analizinin nəticəsinə əsasən müayinə olunan sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Daxili Təhlükəsizlik İdarəsinin N nömrəli hərbi hissənin komandirinə ünvanladığı 7/1357 nömrəli, xx.xx.N1-ci il tarixli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuların narkotik vasitələrdən istifadə etmələrinə dair Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumat müvafiq qaydada araşdırılmışdır. Araşdırma çərçivəsində MAHHXHQ əsgər İddiaçı Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Mərkəzində qan və sidik nümunələri götürülərək, məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Ekspertiza nəticəsində İddiaçı qan və sidik nümunələrinin tərkibində THC (marixuana) aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq müvafiq tədbirlərin görülməsinə və nəticələri barədə Daxili Təhlükəsizlik İdarəsinə məlumat verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. İddiaçının şərəf məhkəməsinin xx.xx.N2-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışda qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı məhkəmədə çıxışında qeyd etmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məktubda göstərilən analizin cavabının nəticələri ilə razılaşmır. Heç bir narkotik vasitələrdən istifadə etmədiyini məhkəmə iştirakçılarına bildirmişdir. Çıxışında bildirdi ki, mülki xəstəxanada həkimlərin məsləhəti ilə səhhətində yaranan problemlərlə bağlı iki ilə yaxındır ki, psixoloji dərmanlardan istifadə edərək müalicə alır. Ona göstərilən iradlarla razılaşmır. İddiaçının şərəf məhkəməsinin xx.xx.N2-ci il tarixli, 1 nömrəli qərarından çıxarışda qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.N1-ci il tarixli 7/1357 nömrəli məktubuna əsasən Məhkəmə Tibbi-Ekspertiza və X1 və sidik nümunələri götürülərək məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Müayinə nəticəsində qan və sidik nümunələrinin tərkibində marixuana (THC) maddəsi aşkarlandığını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təhqiqatçısının iddiaçı barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.N2-ci il tarixli 27 nömrəli qərarında qeyd olunur ki, araşdırma zamanı izahatı alınmış N nömrəli hərbi hissənin Səyyar rabitə qovşağının rəisi vəzifəsində xidmət edən kapitan Tahir İsmayılov izahatında çavuş İddiaçı ilə aralarında normal xidməti münasibətin olduğunu yə sonuncunun narkotik maddə qəbul etdiyinin şahidi olmadığını, İddiaçı narkotik maddə qəbul etdiyini narkotik vasitə və ya psixotrop maddə istifadə etməsi şübhəsi ilə bağlı analiz üçün ekspertizaya göndərildikdən sonra rəyinin müsbət gəldiyini öyrəndikdə sonuncunun narkotik maddədən istifadə etdiyindən xəbərinin olduğunu bildirmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1-ci il tarixli mütəxəssis rəyindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. "CLİA WAİVED" ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə verərək sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş, xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Kannabinoiddən istifadə etmə halı olub. Hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı narkotik vasitədən istifadə etsə də, onun əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə ətmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin tərkibi əlamətləri yoxdur. Odur ki, çavuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. - Tərtər Hərbi Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 6(098)-04/N2 nömrəli qərarından görünür ki, İddiaçı onun barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.N2-ci il tarixli 27 nömrəli qərardan narazı qalaraq həmin qərarın ləğv olunması və yenidən araşdırma aparılması üçün təhqiqata göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı ərizəsində hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyi özlüyündə ziddiyyətlidir, mötəbər hesab edilə bilməz və qərəzli verilmiş rəylərdir. Bəlkə də kiminsə analiz cavabı ilə səhv salınmışdır. - Tərtər Hərbi Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 6(098)-04/N2 nömrəli qərarı ilə İddiaçı tərəfindən onun barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.N2-ci il tarixli 27 nömrəli qərarından verilmiş şikayət rədd edilmişdir. - N nömrəli hərbi hissənin Səyyar rabitə qovşağının rəisi Tahir İsmayılovun İddiaçı barəsində tərtib etdiyi xidməti xasiyyətnamədə qeyd olunur ki, MAHHXHQ çavuş İddiaçı N nömrəli hərbi hissənin Səyyar komanda məntəqəsində xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən göstərmişdir. Öz xidməti vəzifələrini bilir və onları vicdanla yerinə yetirir. Xidmətə münasibətdə məsuliyyətlidir, xidmət ərzində nalayiq hərəkətlərə yol vermir və öz yoldaşlarını da pis vərdişlərdən yayındırır. Hərbi nizamnamələrin tələblərini bilir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları dəqiq, vaxtında yerinə yetirir. Hərbi texnikanı dərindən mənimsəyir, geyim qaydasını pozmur, daim təmiz və səliqəli olmasına diqqət edir və ona tapşırılmış texnikanı saz, döyüşə hazır vəziyyətdə saxlayır. Hərb peşəsini sevir. Bilik və əməli vərdişlərini artırmaq üçün daima öz üzərində işləyir. Hərbi kollektiv arasında hörməti qənaətbəxşdir, ünsiyyətdə nəzakətlidir. Hərbi və dövlət sirlərini qorumağı bacarır. Fiziki cəhətdən sağlamdır. - Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N2-ci il tarixli, 015əç nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə çavuş İddiaçı, 952-ci zenit raket briqadasının (N nömrəli hərbi hissə) səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 87 nömrəli nizami hissə üzrə əmrindən çıxarışda qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə taqımının komanda-qərargah maşınları manqasının sürücüelektriki, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbəriik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilsin. - Əmrdə onun tərtib olunmasına əsas olaraq Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmri göstərilmişdir. - Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ekspert komissiyası tərəfindən N nömrəli hərbi hissənin təhqiqatçısının xx.xx.N2-ci il tarixli qərarına əsasən aparılmış müayinənin nəticəsi olaraq tərtib edilmiş xx.xx.N2-ci il tarixli, 1194 nömrəli rəyində qeyd olunur ki, N nömrəii hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Kannabinoiddən istifadə etmə halı olub. Halhazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.N2-ci il tarixli, xx/xx-16423 nömrəli məktubunda qeyd olunur ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, Sumqayıt Şəhər Narkoloji Dispanseri, Gəncə Şəhər Narkoloji Dispanseri, Mingəçevir Şəhər Narkoloji Dispanseri, Lənkəran Şəhər Narkoloji Xəstəxanası tibbi müayinə aparmaq səlahiyyətinə malik dövlət narkoloji tibb müəssisələridir. Tibbi müayinə həkim-narkoloq tərəfindən aparılır. “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi, Sumqayıt Şəhər Narkoloji Dispanseri, Gəncə Şəhər Narkoloji Dispanseri, Mingəçevir Şəhər Narkoloji Dispanseri, Lənkəran Şəhər Narkoloji Xəstəxanası qanunvericiliyin tələbləri baxımından dövlət narkoloji tibb müəssisələri hesab olunur. Tibbi müayinənin nəticəsi "Ambulator Məcburi Narkoloji Tibbi Yoxlama”nın rəyi rəsmiləşdirilərək təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb Baş İdarəsinin mütəxəssis rəyi dövlət narkoloji tibb müəssisəsinin rəyini əvəz edə bilməz.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 161-İİQ nömrəli Qanunun: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir; ... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; ... 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir... 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibbi müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir... 20.1. İnsan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir... 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməs” Qaydasının:

1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.

2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. ...

5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibb yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli isə işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibi yoxlama) keçməsi təmin olunmalıdır

6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən: İ. Peşə növlərinin və vəzifələrin siyahısı ...

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələ: İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər.

25. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanunun: 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Maddə 26. Hərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); ...

26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 24-cü maddəsinə əsasən:

1. Hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər.

2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qulluqçular aşağıdakıları etməyə borcludurlar: Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq; Azərbaycan Respublikasına sadiq olmaq barəsində hərbi and içmək; Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan başqa vəzifələri yerinə yetirmək.

3. hərbi qulluqçuların vəzifələri və bu vəzifələri yerinə yetirməsi qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri, habelə Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının qərarları əsasında qəbul olunmuş normativ aktlarla müəyyən edilir.

27. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ... b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimata əsasən:

62. Əmr şərh və sərəncam hissələrindən ibarət olur (6 nömrəli əlavə). Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.

63. Əmrin sərəncam hissəsi mətn dayandırılmadan “əmr edirəm” sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.

64. Əmrin mətni əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər.

29. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

31. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

32. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

33. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhz DTX Hərbi-tibb Baş İdarəsinin xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinə əsaslanılaraq Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N2-ci il tarixli, 015əç nömrəli əmri ilə iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmış, sonradan isə iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 87 nömrəli nizami hissə üzrə əmri ilə xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilməsinə qərar verilmişdir. Cavabdeh tərəfindən öz mövqeyini əsaslandırmaq üçün mübahisəli xx.xx.N2-ci il tarixli 015əç nömrəli əmrin verilməsindən sonra əldə edilmiş Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin xx.xx.N2-ci il tarixli 1194 nömrəli rəyi məhkəməyə təqdim edilsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin rəy məhz iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından sonra alınmış və onun alınması iddiaçıya münasibətdə başlanmış cinayət təqdibinin həyata keçirilməsi çərçivəsi ilə bağlı olmuş, iddiaçıya münasibətdə cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə mübahisə üzrə mühüm əhəmiyyətə malik olan işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamış və qiymətləndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının barəsində verilmiş xidmətdən ehtiyata buraxılmaya dair Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmrində onun verilməsinə əsas qeyd olunmasa da, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, əmrin əsasını iddiaçının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasında tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Cavabdehin etiraz məktubuna və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, 28 fevral N2-ci il tarixli, 015əç nömrəli əmr verilərkən əsas olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasının xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuşdur. Həmin rəyə əsasən iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində marixuana (THC) aşkar edilmişdir.

37. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ekspert komissiyası tərəfindən N nömrəli hərbi hissənin təhqiqatçısının xx.xx.N2-ci il tarixli qərarına əsasən aparılmış müayinənin nəticəsi olaraq tərtib edilmiş xx.xx.N2-ci il tarixli, 1194 nömrəli rəyində qeyd olunur ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Kannabinoiddən istifadə etmə halı olub. Hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

38. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Kannabinoiddən istifadə etmə halının aşkar edilməsi barədə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ekspert komissiyası tərəfindən verilmiş rəy iddiaçının ehtiyata buraxılmaya dair əmrindən sonra əldə edilsə də, o, əmrin verilməsinə əsas olmuş Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasından əldə olunan nəticəni təkzib etməmişdir.

39. Məhkəmə isə yuxarıda qeyd edilən maddi hüquq normalarının işin hallarına tətbiqində səhvə yol vermiş, mübahisəni qanunvericiliyin qüvvədə olan normalarına uyğun həll etməmiş və məhkəmə tədqiqatını lazımi qaydada və istiqamətdə aparmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı xidmətə uyğunsuzluğa görə xx.xx.N2-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış və buna səbəb müvafiq test üsulu ilə hərbi qulluqçudan götürülmüş sidik analizinin müayinəsi zamanı iddiaçının sidik nümunəsinin “marixuana” (THC) narkotik qrupuna pozitiv nəticə verməsi olmuşdur.

40. Göstərilən nəticə ilə razılaşmayan iddiaçı narkotik maddələrin istifadəçisi olmadığını və buna qarşı etiraz etdiyini, heç bir narkotik vasitələrdən istifadə etmədiyini, mülki xəstəxanada həkimlərin məsləhəti ilə səhhətində yaranan problemlərlə bağlı iki ilə yaxındır ki, psixoloji dərmanlardan istifadə edərək müalicə aldığını, ona göstərilən iradlarla razılaşmadığını bildirmişdir.

41. İş materiallarıına əlavə olunmuş Mingəçevir regional hospitalının xx.xx.N2-ci il tarixli rəyindən görünür ki, iddiaçının analizində marixuana aşkar edilməmiş və nəticə “negativ” olmuşdur.

42. Həmçinin, N nömrəli hərbi hissənin hərbi qulluqçuların narkotik vasitələrdən istifadə etmələrinə dair Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumat müvafiq qaydada araşdırılmışdır. Araşdırma çərçivəsində MAHHXHQ əsgər İddiaçı Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Mərkəzində qan və sidik nümunələri götürülərək, məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Ekspertiza nəticəsində İddiaçı qan və sidik nümunələrinin tərkibində THC (marixuana) aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq müvafiq tədbirlərin görülməsinə və nəticələri barədə Daxili Təhlükəsizlik İdarəsinə məlumat verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarından müəyyən olunur ki, araşdırma zamanı izahatı alınmış N nömrəli hərbi hissənin Səyyar rabitə qovşağının rəisi vəzifəsində xidmət edən kapitan Tahir İsmayılov izahatında çavuş İddiaçı ilə aralarında normal xidməti münasibətin olduğunu yə sonuncunun narkotik maddə qəbul etdiyinin şahidi olmadığını, İddiaçı narkotik maddə qəbul etdiyini narkotik vasitə və ya psixotrop maddə istifadə etməsi şübhəsi ilə bağlı analiz üçün ekspertizaya göndərildikdən sonra rəyinin müsbət gəldiyini öyrəndikdə sonuncunun narkotik maddədən istifadə etdiyindən xəbərinin olduğunu bildirmişdir.

43. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1-ci il tarixli mütəxəssis rəyindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. "CLİA WAİVED" ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə verərək sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş, xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Kannabinoiddən istifadə etmə halı olub. Hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı narkotik vasitədən istifadə etsə də, onun əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə ətmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin tərkibi əlamətləri yoxdur. Odur ki, çavuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

44. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan müəssisədir. Həmin idarə tərəfindən aparılan tibbi müayinənin yalnız narkoloji tibbi müəssisəsi tərəfindən aparılması insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsinə aid edilmişdir. Baş İdarənin mütəxəssis rəyində İddiaçı narkotik maddə aşkar edilməsi faktının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş, xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyi ilə təsdiq edilməsi halı, yəni İddiaçı Kannabinoiddən istifadə etməsinin aşkar edilməsi halı ekspert rəyinin mütəxəsis rəyini bir daha təsdiq etməsinin göstəricisidir.

45. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində aparılan müayinə zamanı marixuana (THC) narkotik maddəsi aşkar edilməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1-ci il tarixli mütəxəssis rəyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş, xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyi ilə təsdiq olunduğundan cavabdeh orqanın iddiaçının xidmətə uyğunsuzluğa görə xx.xx.N2-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmasına dair hərəkəti qanunauyğun olmuşdur.

46. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmamasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamaqla iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuşdur, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

47. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 yanvar N3-cü il tarixli 2-1(116)-138/N3 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar