Məhkəmə qərarları › İş №2-1(107)-281/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-281/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-281/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri XN və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət etdiyi xx.xx.N011-ci il tarixdən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə pul əlavəsinin ümumilikdə 53 (əlli üç) ay və N011, N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(116)-476/N0N5 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının xidmət etdiyi dövr ərzində N №li hərbi hissənin 3-cü (Laza) sərhəd zastavasının rəisi vəzifəsində və N №li hərbi hissənin 6-cı (Filfili) sərhəd zastavasının rəis müavini vəzifəsində olduğu müddət (N009-N015-ci illər) ümumilikdə 68 ay ona qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki, vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. N. İddiaçı xx.xx.N0N4-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə pul əlavəsinin ümumilikdə 53 (əlli üç) ay və N011, N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 yanvar N0N5-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 15 il müddətdə xidmət etmişdir. N №-li hərbi hissə komandirinin N avqust N018-ci il tarixli müvafiq əmri ilə zastava rəisi vəzifəsindən (mayor rütbəsində) azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliyə görə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Əlavə olaraq bildirir ki, hərbi xidmət dövründə xəsarət almış, N-ci qrup əlildir. Uzun müddətdir ki, müalicə alır. Məlumat üçün bildirir ki, xx.xx.N009-cu il tarixdən xx.xx.N011-ci ilin tarixinədək N №-li hərbi hissənin 6-cı (Filfili) sərhəd zastavasının rəis müavini və xx.xx.N011-ci il tarixindən xx.xx.N018-ci il tarixinədək həmin hərbi hissənin Laza sərhəd zastavasının rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adı qeyd olunan sərhəd zastavaları NK-nin xx.xx.N00N-ci il tarixli 137 №-li qərarına əsasən yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında və DSX rəisinin xx.xx.N006-cı il tarixli 11 №-li və hal-hazırki əmr xx.xx.N0N0-ci il tarixli 041 №-li əmrində (xüsusi şəraitli sərhəd məntəqələrinin siyahısında) olmasına baxmayaraq xidməti müddətində iddiaçıya veriləcək yüksəklik pulu, xüsusi mürəkkəb xidmət şəraitlə bağlı əlavə və əlavə məzuniyyət verilməmişdir. İlkin olaraq bu məsələ ilə bağlı N019-cu ildə Dövlət Sərhəd Xidmətinə müraciət olunmuş, nəticə olaraq ona yalnız N015-N018-ci illər üçün Laza sərhəd zastavasında xidmət etdiyinə görə yüksəkliyə görə pul əlavəsi ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən nəzərdə tutulmuş vəsaitin iddiaçıya hesablanaraq ödənilməsi üçün təkrar ərizə ilə tərəfindən 06 sentyabr N0N3-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Cavabdeh tərəfdən imtina məktubu verilmişdir.

4. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, qoşmaya əlavə olunmuş DSX N006 saylı hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli, 0163 nömrəli nizami hissə üzrə əmrindən çıxarışa əsasən mayor İddiaçı 1-ci sərhəd komendantlığı komendantının təminat üzrə müavini vəzifəsindən azad olunmaqla DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, 16 iyul N018-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş üzrə toplanmış müvafiq sənədlərə əsasən bildiririk ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. İddiaçı istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi tələbinə dair hissədə aşağıdakı nüansları qeyd etmək zəruridir: - «Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: a) növbəti məzuniyyət; b) qısa müddətli məzuniyyət; c) xəstəliyə görə məzuniyyət d) tədris-təlimi zamanı məzuniyyət; e) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; f) tədris məzuniyyəti; g) yaradıcılıq məzuniyyəti; h) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər i) əlavə məzuniyyət. - “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 1N1-ci maddəsinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. - "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının N010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin N010-cu il 10 iyun tarixli N81 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin N8 sentyabr N01N-ci il tarixli, N17 nömrəli qərarına əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qanunvericilikdən də görünür ki, istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi yalnız növbəti məzuniyyətə münasibətdə qeyd olunub, belə olan halda istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi qanunvericiliyə əsasən mümkün deyil. Qoşmaya əlavə edilmiş N006 saylı hərbi hissə komandirinin N dekabr N01N-ci il tarixli, 0N87 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, 07 dekabr N01N-ci il tarixdən NN dekabr N01N-ci il tarixədək 15 (on beş) gün müddətinə xüsusi dağ şəraitinə görə məzuniyyəti Bakı şəhərində keçirməklə, 3cü sərhəd zastavasının rəisi, mayor İddiaçı məzuniyyətə getmiş hesab edilmişdir. Həmin əmrin əsası kimi İddiaçı xx.xx.N01N-ci il tarixli raportu durur. Buradan da aydın olur ki, iddiaçıya N01N-ci il üçün xüsusi mürəkkəb dağ şəraitinə görə əlavə məzuniyyət verilmişdir və iddiaçının bu hissədə iddiası əsassızdır.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.N0N3-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - iddiaçıya məxsus 036961 seriya nömrəli vəsiqənin surəti. - cavabdehin 19 iyul N0N4-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər. - Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N006-cı il tarixli 0NN0 nömrəli əmrindən çıxarışın surəti. - Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N018-cı il tarixli 0163 nömrəli əmrindən çıxarışın surəti. - Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N010-cu il tarixli 076 nömrəli əmrindən çıxarışın surəti. - Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N010-cu il tarixli 010N nömrəli əmrindən çıxarışın surəti. - Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissə komandirinin xx.xx.N010-cı il tarixli 0138 nömrəli əmrindən çıxarışın surəti. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının xx.xx.N0N4-cü il tarixli məktubu. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının xx.xx.N014-cü il tarixli məktubu

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.N0N5-ci il tarixli N- 1(116)-476/N0N5 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı N011, N013-N018ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (müraciət etdiyi vaxtdakı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı iki hissədən ibarətdir: - xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə ümumilikdə 53 (əlli üç) ay pul əlavəsinin ödənilməsi; - N011,N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. - Birinci intansiya məhkəməsi iddia tələbinin xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə ümumilikdə 53 (əlli üç) ay pul əlavəsinin ödənilməsi hissəsini əsassız hesab etmişdir. Belə ki, iddia olunan əlavənin DSX-nin hərbi qulluqçularına ödənilməsi ilə bağlı məsələ Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul N018-ci il tarixli, 0N51 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” əsasında həll edilmişdir. Həmin Əsasnamənin 4.6-cı bəndində qeyd edilir ki, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin əmri ilə təsdiq edilir. Əlavə hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır. - Müvafiq pul əlavəsi Əsasnamənin qüvvəyə mindiyi tarixdən sonra hərbi qulluqçulara ödənilməsinə başlanılmışdır. Əsasnamədə sözügedən əlavələrin əvvəlki dövrlər üzrə xüsusi xidmət şəraitində qulluq etmiş şəxslərə (Əsasnamə qüvvəyə mindiyi tarixədək xidmət etmiş şəxslərə münasibətdə) ödənilməsini nəzərdə tutan, yəni onun retrospektiv qaydada tətbiqini nəzərdə tutan müddəalar yoxdur. Beləliklə, iddiaçı Əsasnaməyə istinadla sözügedən əlavələrin ödənilməsini tələb etmək hüququna malik deyildir. Göründüyü kimi iddiaçının tələb etdiyi (xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək) dövr üçün yüksəkliyə görə aylıq pul əlavəsinin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı özü də bildirir ki, ona N015-N018-ci illər üçün Laza sərhəd zastavasında xidmət etdiyinə görə yüksəkliyə görə pul əlavəsi ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi yuxarıda qeyd olunan hissədə əsassız, cavabdehin imtinası qanuni olmuşdur. - Məhkəmə iddia tələbinin ikinci hissəsinə - “N011, N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər.Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Digər məzuniyyətlərdən fərqli olaraq, növbəti məzuniyyət kimi əlavə məzuniyyətin verilməsi barədə norma imperativ xarakter daşıyır, bununla bağlı şəxsin hər hansı bir əlavə sənəd təqdim etməsinə zərurət yoxdur. Şəxs növbəti məzuniyyətə çıxdıqda ona əlavə məzuniyyət də əlavə edilməklə təqvim ili ərzində bir dəfə vahid ümumi məzuniyyət verilir. Yəni xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı zabit heyətinə təqvim ili ərzində ümumi məzuniyyət 60 gün müddətinə verilir (45 gün növbəti məzuniyyət + 15 gün əlavə məzuniyyət). Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə cəmlənərək birlikdə verilir. Bu zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın hərbi qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 gündən artıq olmamalıdır. Xidmət üzrə yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş hərbi qulluqçulara ötən il üçün növbəti məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir. Odur ki, N011-ci ildən etibarən iddiaçı Əsasnamənin 136-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulan 15 təqvim günü müddətində əlavə məzuniyyət almaq hüququna malik hərbi qulluqçuya aid edilmişdir. Deməli, iddiaçının əlavə məzuniyyət hüququ həmin tarixdən yaranmışdır

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(116)-476/N0N5 nömrəli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialından görünür ki, sonuncu (xx.xx.N0N4-cü il tarixində) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində o, yüksəkliyə və əlavə məzuniyyətə görə pul kompensasiyasının birdəfəlik ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə iddianın təmin edilməyən hissəsində xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsinə münasibət bildirərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası 0N51 nömrəli əmri ilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin əsasnamədə yüksəkliyə və xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı pul əlavəsinin verilməsi ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir: 4.6-cı bəndinə əsasən, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin əmri ilə təsdiq edilir. Pul əlavəsi hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). DSX-nin hərbi qulluqçuların “Pul təminatı haqqında” Əsasnamədə yüksəkliyə görə pul əlavəsi N0 faiz (DSX rəisinin xx.xx.N006-cı il tarixli əmrində xidmət etdiyi 3-cü (Laza) sərhəd zastavasının yerləşmə yeri 1800 metr yüksəklikdə olması qeyd edilmişdir), xüsusi mürəkkəb xidmət şəraitinə görə isə 15 faiz məbləğində ödənilməsini tələb edir. - Qeyd edir ki, ona N015-ci-N018-ci illər üzrə nəyə görə (ƏSASNAMƏ xx.xx.N018-ci il tarixində qəbul edilmişdir) yüksəkliyə görə pul əlavəsi N0 faizlə ödənilmiş, həmçinin əmək pensiyasında da həmin yüksəkliyə N0 faiz əlavəni alır. Birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçının N015-N018-ci illərdə yüksəkliyə görə pul əlavəsinin ödənilməsini qeyd edir, digər tərəfdən qeyd edir ki, Əsasnamənin qüvvəyə mindiyi tarixdən sonra yüksəkliyə görə pul əlavəsi (ƏSASNAMƏ xx.xx.N018-ci il tarixində qəbul edilmişdir) hərbi qulluqçulara ödənilməsinə başlanılmış və N011-ci il tarixindən-N015-ci il tarixədək dövr üçün yüksəkliyə görə aylıq pul əlavəsinin ödənilməsi nəzərdə tutulmamışdır. Halbuki biri digərini istisna edən dəlillərdir. İş materialında olan xx.xx.N006-cı il tarixli 11 №-li əmrə baxsaq görərik ki, yüksəkliyə görə və xüsusi mürəkkəb xidmət şəraitinə görə məntəqələr ayrı-ayrı siyahıdır . 3-cü (“LAZA”) sərhəd zastavası hər iki siyahıda qeyd edilmişdir. Birinci instansiya məhkəməsi yüksəkliyə və xüsusi mürəkkəb xidmət şəraitinə görə faiz əlavələrini eyniləşdirərək (bərabər tutaraq) nəticədə həmin hissədə əsassız qərar qəbul etmişdir. Halhazırki tələbdə yüksəkliyə görə pul əlavəsinin xx.xx.N011-ci il tarixdən-xx.xx.N015-ci il tarixədək ödənilməsi ilə bağlı olduğundan xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsi ilə eyniləşdirməkdən (bərabər tutmaq) söhbət belə gedə bilməz, ona görə də məhkəmə tərəfindən pul əlavələrini eyniləşdirərək (DSX-nin H/Q-nın pul təminatı haqqında Əsasnamənin 4.77.N və 4.6-cı bəndləri) istinad etməklə iddianın təmin edilməməsi ilə bağlı qərarı əsassız sayılmalıdır. - İşdən görünür ki, iddiaçı xx.xx.N018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçının tələb etdiyi dövrdə qüvvədə olan (N011-N015-ci illər nəzərdə tutulur.) Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N00N-ci il tarixli NN0 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 181-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində daimi yerləşdirilmiş hərbi hissələrdə və bölmələrdə xidmət edən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçularına hər ay N0 faizlik əlavə, N000 metr və daha yüksək yerlərdə-əsas və ya müvəqqəti icra olunan vəzifə üzrə vəzilə maaşına 30 faizlik əlavə ödənilir. Göstərilən əlavə məbləğin üstünə pul təminatının heç bir əlavə növü artırılmır. Bütün bu göstərilənlərdən aydın olur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normaları pozulmuşdur. Ümumiyyətlə qeyd etmək istəyir ki, məhkəmə inzibati orqanın etirazına istinad edərək əsassız qərar qəbul etmişdir. Ona görə də, belə qənaətə gəlir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(116)-476/N0N5 nömrəli qərarı ilə məhkəmənin gəlmiş olduğu bu əsassız nəticə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(116)-476/N0N5 nömrəli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. 1N. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X3 və Nümayəndə izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(116)-476/N0N5 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.N. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. xx.xx.N018-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin: 4.6-cı bəndinə əsasən, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan,iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə təsdiq edilir. Əlavə hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). 4.6.1-ci bəndinə əsasən, bu Əsasnamənin 4.6-cı və 4.77-ci bəndində qeyd olunan əlavələrin hər ikisinə (yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi”) hüququ olan hərbi qulluqşulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla qeyd olunan əlavələrdən biri, ən yüksək olanı ödənilir. 4.77-ci bəndinə əsasən, yüksək dağlıq ərazilərində xidmətə görə faiz əlavəsi. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metr hündürlükdə yerləşən DSXnin hərbi hissələrində xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarına əlavə Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” N00N-ci il NN avqust tarixli 137 nömrəli qərarı ilə tənzimlənir: (Bölmə və məntəqələrin siyahısı DSX rəisinin əmri ilə elan olunur). 4.77.1. hündürlük 1N00 metrdən 1500 metrədək olduqda əmək haqqına artım əmsalı-1,1 (10%) 4.77.N. hündürlük 1500 metrdən N000 metrədək olduqda əmək haqqına artım əmsalı-1,N (N0%) 4.77.3. hündürlük N000 metrdən yuxarı olduqda əmək haqqına artım əmsalı -1,3 (30%)

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 56N saylı, 19 oktyabr 199N-ci il tarixli qərarı "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 31 mart 199N-ci il tarixli, 633 nömrəli Fərmanının yerinə yetirilməsi ilə əlaqədar olaraq, müdafiə nazirinin vəsatətini nəzərə alaraq və hərbi qulluqçuların hüquqi-sosial mühafizə bazasını operativ surətdə yaratmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 199N-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir (qüvvədə olan redaksiya). Müdafiə Nazirliyinə tapşırılsın ki, Respublika Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və bu qərarın 1-ci bəndində nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırlasın və müdafiə nazirinin əmri ilə təsdiq etsin (qüvvədən düşmüş redaksiya).

16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

17. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.N və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, N.1, N.N.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. N0. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

N1. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NN. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. N3. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. N4. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. N5. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiyanın qeyd etdiyi kimi iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı iki hissədən ibarətdir. - xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə ümumilikdə 53 (əlli üç) ay pul əlavəsinin ödənilməsi. - N011, N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. N6. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(116)-476/N0N5 nömrəli qərarı ilə İddiaçı iddasının “N011, N013-N018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırki vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi təmin edilmişdir. N7. İddiaçının tələbinin təmin edilən hissəsi mübahisələndirilməmişdir. N8. Hazırda iddiaçının apellyasiya şikayəti verməkdə hüquqi marağı xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə ümumilikdə 53 (əlli üç) ay pul əlavəsinin ödənilməsindən ibarətdir. N9. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin xx.xx.N011-ci il tarixindənxx.xx.N015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə ümumilikdə 53 (əlli üç) ay pul əlavəsinin ödənilməsi hissəsi əsassızdır. İddia tələbini bu hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, iddia olunan əlavənin DSX-nin hərbi qulluqçularına ödənilməsi ilə bağlı məsələ Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul N018-ci il tarixli, 0N51 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” əsasında həll edilmişdir. Həmçinin, həmin Əsasnamənin 4.6-cı bəndində qeyd edilir ki, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin əmri ilə təsdiq edilir. Əlavə hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır.

31. Həmin Əsasnamənin 4.77-ci bəndinə əsasən, yüksək dağlıq ərazilərində xidmətə görə faiz əlavəsi. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metr hündürlükdə yerləşən DSX-nin hərbi hissələrində xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarına əlavə Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” N00N-ci il NN avqust tarixli 137 nömrəli qərarı ilə tənzimlənir. 3N. Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən pul əlavəsi Əsasnamənin qüvvəyə mindiyi tarixdən sonra hərbi qulluqçulara ödənilməsinə başlanılmışdır. Əsasnamədə sözügedən əlavələrin əvvəlki dövrlər üzrə xüsusi xidmət şəraitində qulluq etmiş şəxslərə (Əsasnamə qüvvəyə mindiyi tarixədək xidmət etmiş şəxslərə münasibətdə) ödənilməsini nəzərdə tutan, yəni onun retrospektiv qaydada tətbiqini nəzərdə tutan müddəalar yoxdur. Beləliklə, iddiaçı Əsasnaməyə istinadla sözügedən əlavələrin ödənilməsini tələb etmək hüququna malik deyildir.

33. Məhkəmə kollegiyası iddiaçının şikayətində qeyd etdiyi halın araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu vermiş və kollegiyanın sorğusu əsasında verilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.N0N5-ci il tarixli, 3-38/16-N-4964/N5 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 1.9-cu bəndini nəzərə alaraq, “hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların və işçilərin (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Hərbi qulluqçunun və işçinin hüququ yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir. Məlum olduğu kimi iddiaçı ona ödənilmədiyini hesab etdiyi pul təminatının ödənilməsi məqsədilə 6 sentyabr N0N3-cü il tarixdə Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Dövlət Sərhəd Xidməti rəisinin 14 iyun N018-ci il tarixli, 885 ş/h nömrəli əmri ilə İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bununla da iddiaçı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş "hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların və işçilərin (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Hərbi qulluqçunun və işçinin hüququ yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir.” tələblərini nəzərə almayaraq DSX-nə müraciət edərkən qeyd olunan müddətləri ötürmüşdür. Eyni zamanda, Dövlət Sərhəd Xidməti rəisinin 30 dekabr N018-ci il tarixli, 0395 nömrəli əmrinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 16 oktyabr N0N0-ci il tarixli, DX03/03-N10m nömrəli məktubuna əsasən 31 dekabr N019-cu il tarixədək DSXnin Maliyyə-Plan İdarəsinin arxiv fondunda elmi-tarixi və praktiki əhəmiyyətini itirmiş, saxlanma müddəti başa çatmış iş, kitab və jurnallar 7 aprel N0N5-ci il tarixdə komissiyanın iştirak ilə məhv edilmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyərləndirilməli digər məsələ Əsasnamənin qüvvəyə mindiyi tarixədək qüvvədə olan digər normativ-hüquqi aktlara əsasən iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı məsələdir. Mübahisələndirilən əlavələrə münasibətdə belə normativ-hüquqi aktlar kimi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 56N nömrəli, 19 oktyabr 199N-ci il tarixli qərarı və qüvvədən düşmüş Azərbaycan Respublikası Müdafiə Nazirinin N00N-ci il 05 iyun tarixli, NN0 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə çıxış edir.

35. Nəzərə alınmalıdır ki, "DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin qüvvəyə mindiyi tarixədək DSX-nin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirinin N00N-ci il 05 iyun tarixli, NN0 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə uyğun aparılmışdı və həmin Əsasnamədə də xüsusi mürəkkəb xidmət şəraitinə görə əlavələrin verilməsi təsbit olunmamışdır. Beləliklə, Müdafiə Nazirinin N00N-ci il 05 iyun tarixli, NN0 nömrəli əmri ilə təsdiq edilmiş Əsasnaməyə istinadla da iddiaçının tələbi təmin edilə bilməz.

36. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 56N nömrəli, 19 oktyabr 199N-ci il tarixli qərarına istinadla da iddia tələbi təmin edilə bilməz. İlk növbədə nəzərə almaq lazımdır ki, həmin qərar hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədinə yönəlmişdir. Bunun üçün müxtəlif meyarlar müəyyənləşdirilərək onlardan çıxış etməklə hərbi qulluqçulara əlavə pul təminatının verilməsi məsələsinin həll edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Daha sonra qərardan irəli gələn məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin N00N-ci il 05 iyun tarixli, NN0 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul N018-ci il tarixli, 0N51 nömrəli əmri ilə təsdiq edilmiş "DSXnin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” qəbul edilmişdir.

37. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul N018-ci il tarixli, 0N51 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin qəbulu ilə hərbi qulluqçulara xüsusi xidmət şəraitinə görə verilməyə başlanılan pul əlavəsi hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyinə və həmin hüquq və azadlıqlar olduğu kimi qaldığına görə, həmin əlavələrin alınmağa başlanılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Müvafiq olaraq Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə də istinadla iddia təmin edilə bilməz.

38. Məhkəmə kollegiyası sonda qeyd edir ki, iddiaçının tələb etdiyi (xx.xx.N011-ci il tarixindən-xx.xx.N015-ci il tarixədək) dövr üçün yüksəkliyə görə aylıq pul əlavəsinin ödənilməsi nəzərdə tutulmamışdır.

39. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan hissədə əsassız, cavabdehin imtinası qanuni olmuşdur.

40. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

41. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi tələblə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. 4N. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.N, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(116)-476/N0N5 nömrəli qərarı “iddia tələbinin təmin edilməyən hissəsində” dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar