Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-282/2020 11.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X5 Balakən rayon Şöbəsinə qarşı “1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-193/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayon Sarıbulaq kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. İddiaçı 1972-ci ildən 1997-ci ilədək Sarıbulaq kəndində yerləşən S.Vurğun adına kolxozda, 1977-ci ildə Gərəkli kəndində yerləşən 28 May kolxozunda, 1979-1980-ci illərdə Mahamalar kəndində yerləşən Musabəyov adına kolxozda işləmişdir. xx.xx.2019-cu ildə 64 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmişdir. Lakin onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Bildirmişlər ki, kolxozda işlədiyi illər əmək kitabçası olmadığına görə həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Ə.Hacıyevin təqdim etdiyi arxiv arayışlarına əsasən Balakən rayon təsərrüfatları üzrə o, 1 ildə minimum adam gün norması 200 a/g və ya 1400 a/saat nəzərə alsaq, 21 il tam və 4 il yuxarıda göstərilən minimum a/g normalarını doldurmayan illəri 2 il 2 ay nəzərə aldıqda cəmi arxiv arayışına əsasən onun iş stajı 23 il 2 ay təşkil edir. Hərbi xidmət dövrü də əlavə edilsə, ümumi iş stajı 25 il 2 ay təşkil etmişdir. İddiaçının kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilmədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunauyğun olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini müdafiə edib iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, Balakən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 160 saylı arxiv arayışları, Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu, xx.xx.2019-cu il tarixli aktın təsdiqlənmiş surəti, xx.xx.1972-ci il tarixli 1612 nömrəli attestatın təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarxili arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-193/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət X5 Balakən rayon Şöbəsinə üzərinə İddiaçı 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon Şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-193/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ərizəçi İddiaçı məhkəməyə müraciət edərək, 1972- 1997-ci illərdə “S.Vurğun” adına kolxozda, 1977-ci ildə “28 May” kolxozunda,və 1979- 1980-cı illərdə “Q.Musabəyov” adına kolxozda işlədiyi illərin iş stajına daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 12.06..2020-ci il tarixli 2-1(116)-193/2020 №-li qərarı ilə ərizəsi təmin edilmiş, onun 1972-1997 illərdəki kolxozlarda işlədiyi müddəti sığorta stajına daxil edilmişdir. Aşağıdakı səbəblərdən Fondun Balakən rayon şöbəsi Şəki inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-193/2020№-li qərarının ləğv edilməsini zəruri hesab edir. Belə kı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı 1972-1997ci iləərdə “S.Vurğun” adına kolxozda, 1977-ci ildə “28 May" kolxozunda, 1979-1980-ci illərdə “Musabəyov” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Bu səbəbdən həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2-1(116)- 193/2020 №-li qərarının ləğv edərək iddiaçının tələbinin təmin olunmaması barədə yeni qərar çıxarasınız. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon Şöbəsinin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-193/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək qeyd etmişdir ki, apelyasiya şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-193/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İşdə olan Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 160 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarxili arayışına əsasən iddiaçının kolxozda iş stajı 22 il 9 ay olmuşdur. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı kolxozlarda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə xx.xx.2019-cu il tarixindən yaşa görə pensiya almaq hüququnun reallaşmasından ibarətdir. x xxxxxx 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda 1977-ci ildə 28 May kolxozunda 1979-1980-ci illərdə Musabəyov adına kolxozdaişləməsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 160 saylı arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. “X4” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət – 2 il 13 gün, təhsil – 11 ay 26 gün və arxiv arayışlarına əsasən kolxozda 22 il 9 ay, cəmi 25 il 8 ay 26 gün sığorta stajının olması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-193/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-282/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-282/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver