Məhkəmə qərarları › İş №2-1(107)-282/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-282/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-282/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) 23.10.2007-ci il tarixli müqaviləyə əsasən 0,09 ha, 1,01 ha, 1,20 ha, 2,3619 ha, 1,8137 ha, 2,421 ha, 1,58 ha, 3,4892 ha, 1,21 ha, 8,388 ha və 1,77 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(116)-119/2021 saylı qərarından cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “23.10.2007- ci il tarixli müqaviləyə əsasən 0,09 ha, 1,01 ha, 1,20 ha, 2,3619 ha, 1,8137 ha, 2,421 ha, 1,58 ha, 3,4892 ha, 1,21 ha, 8,388 ha və 1,77 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 23.10.2007-ci il tarixdə iş üzrə üçüncü şəxslə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən 0,09 ha, 1,01 ha, 1,20 ha, 2,3619 ha, 1,8137 ha, 2,421 ha, 1,58 ha, 3,4892 ha, 1,21 ha, 8,388 ha və 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini almışdır. X3 (iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi) cavabdeh orqana müraciət edərək, iddia tələbində qeyd olunan torpaq sahələrinin dövlət qeydiyyatına alınaraq çıxarışların verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 13.07.2020-ci il tarixli **********77 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı tərəfindən alqı-satqı edilmiş Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsinə müvəqqəti nəzarət qoyulduğu müəyyən edildiyindən və müvəqqəti nəzarət aradan qaldırılmadığından vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(116)-119/2021 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 23.10.2007-ci il tarixli müqaviləyə əsasən 0,09 ha, 1,01 ha, 1,20 ha, 2,3619 ha, 1,8137 ha, 2,421 ha, 1,58 ha, 3,4892 ha, 1,21 ha, 8,388 ha və 1,77 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədələr əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı tərəfindən alqı-satqı edilmiş Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması sözügedən toraq sahələrinin özgəninkiləşdirilməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti nəzarət qoyulduğu müəyyən olunduğundan və müvəqqəti nəzarət aradan qaldırılmadığından mümkün olmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 07.04.2021ci il tarixli, 2-1(116)-119/2021 saylı qərarının ləğv etməklə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(116)- 119/2021 saylı qərarını ləğv etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, apellyasiya instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - inventar nömrəsi 280, tərtib edilmə tarixi 17.08.2007-ci il, inventar nömrəsi 277, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 270, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 272, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 273, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 279, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 271, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 278, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 274, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 269, tərtib edilmə tarixi 16.08.2007-ci il, inventar nömrəsi 276, tərtib edilmə tarixi 16.08.2007-ci il olan torpaq sahələrinə dair pasportların, həmçinin MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli, MH seriyalı ******* nömrəli çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələri hazırkı iş üzrə üçüncü şəxs X4 məxsus olmuşdur. Sonradan R.Həmidov qeyd olunan torpaq sahələrini 23.10.2007-ci il tarixli müqavilələr əsasında İddiaçı satmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 19.03.2021-ci il tarixli, 007-3971-1221 nömrəli məktubunda qeyd edilir ki, Nərminə Kərimova "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə cinayət prosesinin iştirakçısı olmamaqla onun adına olan daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi ilə bağlı hər hansı məhdudiyyət tətbiq edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka digər hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.3-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh inzibati orqanın torpaq sahələrinin özgəninkiləşdirilməsinə müvəqqəti nəzarət qoyulması ilə bağlı imtina dəlilinə münasibətdə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları qeyd olunmuşdur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatından imtina edilir. Göründüyü kimi, “müvəqqəti nəzarət” səbəbilə hüquqların dövlət qeydiyyatından imtina edilməsi qanunvericlikdə nəzərdə tutulmamışdır. Ümumiyyətlə müvəqqəti nəzarətin nədən ibarət olması, hansı sənəd əsasında qeydə alınması, həmin sənədin qeydiyyat nömrəsi və digər zəruri məlumatlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 13.10-cu maddəsinə əsasən hüquqa, onun məhdudlaşdırılmasına və daşınmaz əmlak obyekti barədə əqdlərə dair hər bir yazıya (qeydə) ərizə jurnalındakı hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmiş ərizənin qeydiyyat nömrəsi verilir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında kollegiya cavabdehin nümayəndəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı tərəfindən alqı-satqı edilmiş Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsinə müvəqqəti nəzarət qoyulduğuna dair sənədi təqdim etməsini təklif etsə də, o həmin sənədi təqdim etməmiş və belə bir sənədin təmsil etdiyi inzibati orqanda olmadığını bildirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə 23.10.2007-ci il tarixli müqaviləyə əsasən 0,09 ha, 1,01 ha, 1,20 ha, 2,3619 ha, 1,8137 ha, 2,421 ha, 1,58 ha, 3,4892 ha, 1,21 ha, 8,388 ha və 1,77 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(116)-119/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(116)-282/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar