Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-282/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X10 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-938/2024 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-3365/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçının vəkili 04 dekabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3365/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinə əsasən bildilir ki, iddiaçılar ata oğul olmaqla Balakən rayonu Qazma kəndində yaşayırlar. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılara məxsus olan torpaq sahələri əvvəllər də onların istifadəsində olmuş və həmin ərazidə fındıq ağacları əkmişlər. Lakin həmin sənədlərdə onların faktiki istifadələrində olan ərazinin koordinatları işlənməmişdir. İddiaçı1 və İddiaçı2 faktiki istifadələrində olan əraziyə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatların dəyişdirilməsinə köməklik edilməsi və yeni torpaq sahəsinin plan və ölçüsü sənədlərinin verilməsi ilə bağlı X14 Xidmət Mərkəzində Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu gəlmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh etirazında bildirmişdir ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən, iddiaçıların mülkiyyətində olan 1.40 ha torpaq sahəsinin naturada müəyyən edilməsi məqsədilə mütəxəssislər tərəfindən iddiaçıların iştirakı ilə sözügedən ərazidə ölçmə işləri aparılmışdır, iddiaçılara məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında’’ 07.10 2021-ci il tarixli, 1455 nömrəli Fərmanına uyğun olaraq, Balakən rayonunda torpaq islahatı nəticəsində ayrılmış pay torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işlərinə başlanılmışdır. Bu məqsədlə hazırda pay torpaqlarında faktiki vəziyyətin dürüstləşməsi işləri aparılır və torpaqların elektron kadastr uçotu informasiya sistemində müvafiq düzəlişlərin aparılması üçün tədbirlər görülür. Əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra onların müraciətinə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya məktub ünvanlanmışdır. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Daanov X9 rayonu Qazma kəndində yerləşən, iddiaçıların mülkiyyətinidə olan 1.40 ha və 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan-ölçü sənədindəki koordinatların faktiki istifadə vəziyyətinə uyğun dəyişdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərazidə mübahisəli hal olduğu üçün və hal-hazırda Balakən Rayon Məhkəməsində iddiaçı X2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı torpaqdan çıxarılma tələbinə dair e-2(019)- 644/2023 saylı iş üzrə icraatda olduğundan, ərizəyə tərəfimizdən baxılması mümkün olmamış və Balakən Rayon Məhkəməsində olan e-2(019)-644/2023 saylı iş üzrə məhkəmə prossesi yekunlaşdıqdan sonra ərizəyə qanunamüvafiq qaydada baxılacağı barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-Ə-005535/2023 (**********70) nömrəli məktub ünvanlanmışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 6 mart 2024-cü il tarixli 2- 1(116)-938/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-938/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-938/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-938/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2- 1(116)-938/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir.
15. Məhkəmə kollegiyası iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
16. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. A seriyalı 816749 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iddiaçı X5 Balakən rayonu Qazma kəndi ərazisində 1.2685 ha torpaq sahəsi ayrılmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1.2685 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1.40 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.
5. AN ******* seriya nömrəli xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X3 və digərləri özlərinə məxsus olan torpaq sahəsini iddiaçı X1.
6. AN ******* seriya nömrəli xx.xx.2018-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X12 və digərləri özünə məxsus olan torpaq sahəsini İddiaçı2 satmışdır.
7. AN ******* seriya nömrəli xx.xx.20221-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 və digərləri özünə məxsus olan torpaq sahəsini İddiaçı2 satmışdır.
8. RX seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 0.3350 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir.
9. JN-152 kod 40103018 saylı Dövlət Aktının surətindən görünür ki, 0.39 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 06 saylı qərarı ilə X12 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
10. JN-151 kod 40103018 saylı Dövlət Aktının surətindən görünür ki, 1.63 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 06 saylı qərarı ilə X3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.
24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçıların nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
25. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçıların hüquqi marağı X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və yekun nəticədə torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir.
26. İş materiallarında olan cavabdehə ilkin müraciətdən görünür ki, iddiaçılar cavabdehə ilkin müraciət edərkən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi tələbi qeyd olunsa da, üçüncü şəxsə məxsus çıxarışın ləğvi tələbini göstərməmişdir. İndiki halda cavabdehdən çıxarışın ləğvi tələb edilmədiyi halda həmin tələblə məhkəməyə müraciət edilmişdir. Bu zaman iddia tələbi bu növ iddialara məxsus xüsusi mümkünlük şərtinə cavab vermir. Yəni,iddiaçılar iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün ilkin olaraq qeydə alınmış hüququ mübahisələndirə bilərlər.
27. Belə olan halda iddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Hazırkı iddia cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır.
28. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Lakin, iddiaçının həmin tələblə bağlı cavabdehə müraciət etməsini təsdiqləyən hal iş materiallarına əsasən müəyyən edilmir.
29. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
30. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)- 938/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-938/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.