Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-282/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X13 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində İddiaçı və X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-86/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X13 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində İddiaçı və X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1961-ci ildə Ağdaş rayonunun Əmirarx kəndində X18 ilə X4 ailəsində anadan olmuşdur. Doğulduğu 1961-ci ildən bu günə qədər orada 0,3426 ha torpaq sahəsi üzərində atası tərəfindən tikilmiş fərdi yaşayış evində qeydiyyatda olaraq yaşayır. İki il bundan əvvəl Ağdaş rayon məhkəməsinin iddiaçıya göndərdiyi məhkəmə bildirişinə əlavə edilmiş qardaşı oğlu X6 “Süni maneələrin aradan qaldırılması barədə” iddia ərizəsindən iddiaçıya məlum olub ki, Torpaq islahatı zamanı iddiaçının mərhum anasına məxsus təsərrüfatda anası ilə birgə iddiaçı və həmçinin həyat yoldaşı X3, qızı X9, oğlu X14 və oğlu X10 qeydiyyatda olaraq yaşamalarına və iddiaçının təsərrüfatı idarə etməyinə, həmin ev və torpaq sahəsində Mülki qanunvericiliyə və Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanununa əsasən mülkiyyət hüquqları olmasına baxmayaraq Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli Qərarı ilə yuxarıda qeyd edilən torpaq sahəsinə dair Şəhadətnamə əsasında verilmiş Çıxarışda torpağın mülkiyyətçisi kimi iddiaçının mərhum anası ilə yanaşı iddiaçının adı deyil, Torpaq islahatı keçirilən zaman Ağdaş rayonunun Əmirarx kəndində pasport qeydiyyatında olmayan və faktiki olaraq yaşamayan mərhum qardaşı X19 qeyd edilmişdir. - Məsələ ilə bağlı Ağdaş rayonunun Güvəkənd Bələdiyyəsinə etdiyi müraciətə rəsmi cavab olaraq bildirilmişdir ki, Torpaq islahatı zamanı X29 Komissiyası tərəfindən torpaq almaq hüququ olan subyektlərin siyahısı tərtib olunarkən, orada qeydiyyatda olaraq yaşadığına görə qeyd edilən həyətyanı torpaq sahəsi Komissiya üzvlərinin və sədrinin yekdil qərarına görə əslində anası ilə ona verilmiş, lakin texniki səhv ucbatından torpağın sənədində iddiaçının yox, buna heç bir haqqı olmayan qardaşı Əliyev Aydının adı düşmüşdür. Əslində bu sənədə İddiaçı Alcan oğlunun adı qeyd olunmalı idi. X7 Güvəkənd bələdiyyəsi Torpaq qeydiyyat kitabında adına heç bir torpaq sahəsi olmayıb və hal-hazırda yoxdur. - Bundan sonra iddiaçı Ağdaş rayon Dövlət Arxivinə müraciət edərək arxivdə saxlanılan təsərrüfatbaşına kitablardan məsələ ilə bağlı məlumat verilməsini xahiş etmişdir və onda arxivdə saxlanılan Güvəkənd kənd nümayəndəliyinin Əmirarx kəndinə aid olan 1991-1992- 1993-1994-1995-ci illərin 05 №-li təsərrüfatbaşına kitabının 266/159 №-li təsərrüfatı X4 adına olmaqla təsərrüfatında ailə üzvü kimi oğlu X19 və adına 0.25 ha torpaq sahəsinin olması ilə birgə Əliyev Aydının adında qaralama olması faktı aşkar olunub. - Eyni zamanda Ağdaş rayon Dövlət arxivinin məlumatına görə arxivdə saxlanılan Ağdaş rayon Güvəkənd kənd nümayəndəliyinin Əmirarx kəndinə aid olan 2001-2002- 2003-2004-2005-ci illərin 07 №-li təsərrüfatbaşına kitabının 476/159 №-li təsərrüfatı X4 adına olmaqla təsərrüfatında X15 (ailə başçısı) və ailə üzvü oğlu X7 olması və onun adına heç bir torpaq sahəsinin olmaması göstərilmişdir. Qeyd edilən fakt Ağdaş rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 229 nömrəli arayışı, ona əlavə və həmçinin arxivin eyni tarixli 231 nömrəli arayışları ilə təsdiqlənir. - İddiaçının mərhum qardaşı X19 1979-cu ildə bizim rayonda qeydiyyatdan çıxaraq 2008-ci ilədək öz ailəsi ilə birlikdə Yevlax şəhərində onlara məxsus olan fərdi yaşayış evində qeydiyyatda olaraq yaşayıb. 2008-ci ildə o, həyat yoldaşı ilə mübahisə edərək ailəsini tərk edib və bizim kənddə qeydiyyata düşərək faktiki olaraq Ağdaş rayonunun Malay kəndində yaşayıbdır. - Torpaq İslahatı zamanı iddiaçının mərhum qardaşının anası ilə iddiaçının yaşadığı təsərrüfatda yaşamaması Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışı, Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 8/132 nömrəli vəkil sorğusuna cavab məktubu, Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 38 nömrəli arayışı, Güvəkənd kənd sakinləri İldırım Paşayev, Teymur Qasımov, Möhübbət Qasımov, Pənah Gümüşov və Yaqub Sadiqov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktla sübut olunur. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir.
3. Cavabdeh orqan iddiaya etirazında göstərmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq sözügedən dövlət reyestrindən çıxarış ləğv edilmiş DTXK-nin Ağdaş şöbəsi tərəfindən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verildiyi üçün çıxarışda hər hansı bir düzəlişin və həmin çıxarışın ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 21 iyul 2023-ci il tarixli, 3-21-3-35/2-Ə-0099-8/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ********** qeydiyyat, **********46 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağdaş rayonu Əmirarx kəndi ərazisində olan 0.3426 ha torpaq sahəsi X15 və X5 ümumi birgə mülkiyyətindədir. - Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Arayışının təsdiq edilmiş surəti; - Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 27 nömrəli Arayışı və ona əlavə olunmuş X29 Komissiyası tərəfindən Ağdaş rayon Aqrar İslahat Komissiyasına təqdim olunmuş və həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlərin siyahısı; - Ağdaş RİHBA-nın Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli Arayışı; - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 229 nömrəli Arayışı və ona əlavə; - Ağdaş rayon Dövlət Arxivinin 24.11. 2021-ci il tarixli 231 nömrəli Arayışı; - Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 8/132 nömrəli vəkil sorğusuna cavab məktubunun təsdiqlənmiş surəti; - Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Arayışı; - Ağdaş rayonu Güvəkənd kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Akt; - AZ-İİ 203401 seriya nömrəli ölümü haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. - A 183566 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Ağdaş rayonu Əmirarx kəndi ərazisində olan 0.3426 ha torpaq sahəsinin hüquqi subyekti X8r. - Ağdaş rayon Məhkəməsinin 2(014)-1158/2017 nömrəli qətnamənin surəti; - JN-104A kod 90304028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 0.34 ha torpaq sahəsi X15 və X5 adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X22 filialının xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996-2000-ci və 2001- 2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X15, X16 və ailə üzvlərinə dair məlumat aşkar edilmişdir. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-367/2024 nömrəli məktubuna əlavə olunmuş, Ağdaş rayonu Əmirarx kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, X15, X16 və ailə üzvləri ilə birlikdə torpaq sahəsinin verilməsi barədə məlumat qeyd olunmuşdur. - Yevlax rayon Məhkəməsinin 2(039)-2605/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadın surəti; - İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli 237946/2017 nömrəli qərarın surəti; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5636/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı; - Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-703/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 14 yanvar 2025-ci il tarixli 2- 1(116)-86/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X13 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində İddiaçı və X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı iki hissədən ibarətdir: 1. Ağdaş rayonu Əmirarx kəndi ərazisində yerləşən 0,3426 hektar həyətyanı torpaq sahəsinin X13 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi 2. Həmin torpaq sahəsi üzərində İddiaçı və X4 ümumi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi. - Məhkəmə araşdırmasına əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat JN-104A kod 90304028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin əsasında aparılmışdır. Hazırkı iddia tələbinə əsasən müvafiq Şəhadətnamə mübahisələndirilmədən qeydiyyatın, onun rəsmiləşdirilməsi forması olan Çıxarışın mübahisələndirilməsi iddianın mümkünlük şərtinə cavab vermir. - Bununla bərabər Məhkəmənin yardım etmək vəzifəsi və prosessual qənaət prinsipləri baxımından verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, sözügedən Şəhadətnamə Aqrar islahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş “subyektlər siyahısı” əsasında verilmişdir. Həmin Siyahı əldə edilmiş, iş materiallarına əlavə edilmişdir. Siyahıdan müəyyən edilir ki, 104 xəritə nömrəsi ilə X13 və X4 adları qeyd edilmiş, ailə tərkibi iki nəfərdən ibarət olmaq göstərilmişdir. Həmin siyahının 147 sıra sayı ilə əks olunan hissəsində İddiaçı və ailə üzvləri (cəmi beş nəfər) qeyd edilmişdir. Eyni əsas Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında da təsbit edilmişdir. Belə ki, Milli Arxiv İdarəsi Respublika X22 filialının xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996-2000-ci və 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X15 və X5 adları eyni təsərrüfatda qeyd edilmişdir. Eləcə də iddiaçı və ailə üzvləri eyni təsərrüfatda rəsmiləşdirilmişdir. Göründüyü kimi, müvafiq Şəhadətnamə iddiaçının mərhum anası və qardaşının adına tərtib edilməklə sözügedən 0,3426 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. İddia tələbinin birinci hissəsi mümkünlük şərtinə cavab vermədiyindən, ikinci hissəsi isə birincidən asılı tələb olduğundan həmin tələbə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. - Hazırkı iddia tələbi cavabdeh inzibati orqanın faktiki hərəkətinin mübahisələndirilməsi kimi qiymətləndirildiyi halda da iddia mümkünlük şərtinə cavab vermir. Belə ki, Şəhadətnamənin tərtibindən uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. İddia tələbinin “hüquqmüəyyənedici sənədin ləğvinə dair” hissəsi mümkün hesab edilmədiyindən iddianın “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” hissəsi də qeydə alınmış hüquqi qüvvədə olduğundan mümkün deyildir.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-86/2025 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılaraq iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman Ağdaş rayonunun Əmirarx kəndində mərhum anasına məxsus təsərrüfatda anası ilə birgə faktiki olaraq o və 1987-ci ildən onun həyat yoldaşı X3, 1988-ci ildə doğulduğu andan qızı X11, 1990-cı ildə doğulduğu andan oğlu X14 və 1993-cü ildə doğulduğu andan oğlu X10 qeydiyyatda olaraq yaşamışlar. Təsərrüfatı o idarə etmişdir. Deməli həmin torpaq sahəsi Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanununa əsasən onların mülkiyyətinə verilməli idi. Məhkəmə onu da nəzərə almamışdır ki, onun və ailə üzvlərinin adına Torpaq islahatı zamanı verilmiş digər həyətyanı torpqaq sahəsi yoxdur. - Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-367/2024 nömrəli məktubuna əlavə olunmuş Ağdaş rayonu Əmirarx kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, X15, X16 və ona ailə üzvləri ilə birlikdə torpaq sahəsinin verilməsi barədə məlumat qeyd olunmuşdur. - Məhkəmə onu da nəzərə almamışdır ki, Ağdaş rayonunun Əmirarx kəndi ərazisində onun adına 0.34 ha torpaq sahəsinin verilməsi və olması faktını özündə əks etdirən 2005- 2024-cü illərə dair Güvəkənd kənd bələdiyyəsinin şəxsi hesab kitablarının 202 nömrəli səhifələrinin va Ağdaş rayon Aqrar İslahat Komissiyasına təqdim olunmuş va həmin Komissiya tərəfindən təsdiq olunmuş X29 Komissiyası tərəfindən Əmirarx kəndi ərazisində şəxsi mülkiyyət hüququ əsasında torpaq sahəsi veriləsi subyektlərin siyahısının təsdiqlənmiş surətlərini göndərərək mübahisəli torpaq sahəsinin ona verilməsi və torpağa dair qanunvericiliklə nəzərdə tutulmuş bütün vergilərin indiyədək tərəfindən ödənildiyini təsdiq etmişdir. Çıxarışın mübahisələndirilməsinin mümkün olmadığından iddianın mümkün olmaması qənatinə gələn məhkəmə onu da nəzərə almayıb ki, o, iddia ərizəsində belə bir şəhadətnamənin olmasından yalnız 2 (iki) il bundan əvvəl Ağdaş Rayon Məhkəməsinin ona göndərdiyi məhkəmə bildirişinə əlavə edilmiş qardaşı oğlu X6 “Süni maneələrin aradan qaldırılması barədə” iddia ərizəsindən xəbər tutmuşdur. Şəki İnzibati Məhkəməsi işə baxarkən mühüm əhəmiyyəti olan bütün faktiki halları tam və hərtərəfli araşdırmamış və nəticə etibarı ilə iddianın təmin edilməməsi haqqında əsassız, eləcə də, ədalətsiz hesab etdiyi qərardad qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X29 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
12. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
17. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
18. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
21. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X13 və X4 ümumi birgə mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsi üzərində özünün və X4 ümumi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsindən ibarətdir .
24. İş materiallarından görünür ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış JN-104A kod 90304028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında tərtib edilmişdir. Mübahisələndirilən qeydiyyatın aparılmasına əsas da JN-104A kod 90304028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə olduğundan, torpaq sahəsinin yerləşmə vəziyyəti və mülkiyyətçilərin siyahısı həmin Şəhadətnaməyə uyğun olduğundan hazırkı mərhələdə sözügedən Şəhadətnamə ləğv edilmədən onun əsasında aparılmış qeydiyyatın mübahisələndirilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz. Belə olan halda iddia tələbinə əsasən müvafiq Şəhadətnamə mübahisələndirilmədən qeydiyyatın, onun rəsmiləşdirilməsi forması olan Çıxarışın mübahisələndirilməsi iddianın mümkünlük şərtinə cavab vermir.
25. Həmçinin, sözügedən Şəhadətnamə Aqrar islahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş “subyektlər siyahısı” əsasında verilmişdir. Siyahıdan müəyyən edilir ki, 104 xəritə nömrəsi ilə X13 və X4 adları qeyd edilmiş, ailə tərkibi iki nəfərdən ibarət olmaq göstərilmişdir. Həmin siyahının 147 sıra sayı ilə əks olunan hissəsində İddiaçı və ailə üzvləri (cəmi beş nəfər) qeyd edilmişdir. Eyni əsas Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında da təsbit edilmişdir. Belə ki, Milli Arxiv İdarəsi Respublika X22 filialının xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayonu Əmirarx kəndi üzrə 1996-2000-ci və 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X15 və X5 adları eyni təsərrüfatda qeyd edilmişdir. Eləcə də iddiaçı və ailə üzvləri eyni təsərrüfatda rəsmiləşdirilmişdir. Göründüyü kimi, müvafiq Şəhadətnamə iddiaçının mərhum anası və qardaşının adına tərtib edilməklə sözügedən 0,3426 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir.
26. Həmçinin kollegiya qeyd edir ki, hazırkı iddia tələbi cavabdeh inzibati orqanın faktiki hərəkətinin mübahisələndirilməsi kimi qiymətləndirildiyi halda da iddia mümkünlük şərtinə cavab vermir. Belə ki, Şəhadətnamənin tərtibindən uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. İddia tələbinin “hüquqmüəyyənedici sənədin ləğvinə dair” hissəsi mümkün hesab edilmədiyindən iddianın “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” hissəsi də həmin sənəd hüquqi qüvvədə olduğundan mümkün deyildir.
27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4–li qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir... Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
28. Bundan başqa, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).
30. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
31. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.
32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin faktiki istifadəsində olmasını, ona vəsiyyət edilməsini bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçı, 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Həmçinin iddiaçı, apellyasiya şikayətində də qeyd etmişdir ki, o, belə bir şəhadətnamənin olmasından yalnız 2 (iki) il bundan əvvəl Ağdaş Rayon Məhkəməsinin ona göndərdiyi məhkəmə bildirişinə əlavə edilmiş qardaşı oğlu X6 “Süni maneələrin aradan qaldırılması barədə” iddia ərizəsindən xəbər tutmuşdur.
33. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
34. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.
36. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
37. Daha sonra iddiaçı apelyasiya şikayətində iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir.
38. Bununla bağlı isə qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
39. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
40. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-86/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-86/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.