Məhkəmə qərarları › İş №2-1(107)-283/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-283/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-283/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon Şöbəsinə qarşı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-299/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Balakən rayon şöbəsi tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1962-ci il tarixdə Balakən rayon Qaysa kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2001 ci il tarixədək Bakı şəhərində yerləşən X1, xx.xx.2002-ci ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işləmişdir. xx.xx.2019-cu ildə ona 2 qrup əlillik dərəcəsi verildiyinə görə əlilliyə görə əmək pensiyası təyin olunması üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmiş lakin, iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd edildiyinə baxmayaraq ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Bildirdilər ki, xx.xx.1992-ci ildən sonrakı dövrün iş stajları aylar üzrə hesablanmış əmək haqlarına əsasən müəyyən edilir. Onun xx.xx.1989-cu ildən xx.xx.2001-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən idarələrdə işlədiyi dövrün aylar üzrə əmək haqları barədə məlumatları təqdim etməlidir. Lakin iddiaçı həmin idarələr ləğv edildiyinə və həmin idarələri tapa bilmədiyinə görə həmin məlumatları təqdim edə bilməmişdir. Bu səbəbdən o, “xx.xx.1989-cu ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tardən 2-ci qrup əlillik dərəcəsi verilmiş və həmin tarixdə ona tələb olunan pensiya kapitalı 14650 manat olmuşdur. Onun təqdim etdiyi sənədlərə əsasən 13 il iş stajı və hər ilə 701 manat 47 qəpik kapital olmaqla 13 il x 701,47 = 9119,11 manat kapitalı olmuşdur. Beləki, xx xxxxxx 1992- ci ildən sonrakı dövr üçün iş stajları sığorta haqlarına əsasən müəyyən edilir. Yəni işçiyə ödənilmiş əmək haqqından ayrılmış sığorta haqları hesabına həmin illər iş stajı kimi, sığorta stajına daxil edilə bilər. İddiaçı xx.xx.1992-ci ildən 2005-ci ilədək olan dövr üçün aylar üzrə əmək haqları alması barədə məlumatları şöbəyə təqdim edə bilməmişdir. Ona görədə həmin dövr sığorta stajına daxil edilərsə, tələb olunan pensiya kapitalı 15853 manat edərdi, bu da ona əlilliyə görə əmək pensiyası hüququnu yaradardı. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-299/2020 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh Dövlət X4 Balakən Rayon Şöbəsinin üzərinə İddiaçı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Balakən rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, DSMF-nin Balakən rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-299/2020 №-li qərarının ləğv edilməsini zəruri hesab edir. Belə kı, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasda əsasən müəyyən edilir.İddiaçı müəssisədəki iş stajları əmək kitabçasında qeyd edilməsinə baxmayaraq həmin idarələr ləğv edildiyinə görə iş stajlarını və əmək haqqı barədə məlumatları qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Belə ki, xx.xx.1992-ci ildən sonrakı illər aylar üzrə qazanılmış əmək haqqlarına əsasən sığorta stajına daxil edilir. Bu səbəbdən həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Ona görə də qeyd olunanların nəzərə alaraq Fondun Balakən rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2-1(116)- 299/2020 nömrəli qərarının ləğv edərək iddiaçının tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Onlara AZE seriyalı 0******* nömrəli ş/v surəti, TSEK-də sonuncu müayinəyə dair məlumat, AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 278 nömrəli imtina məktubu və xx.xx.2019cu il tarixli **********9 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi bilet, AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçası, БТ-İ seriyalı ******* nömrəli əmək kitabçası, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********452600 nömrəli məktubu daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-299/2020 nömrəliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “X3” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh Dövlət X4 Balakən Rayon Şöbəsinin üzərinə İddiaçı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, İşdə olan AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-cu ildən xx.xx.2001-ci il tarixədək Azərsənayexüsusitikintiquraşdırma trestində 4-cü dərəcəli çilingər-santexnik, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “xxxxxxxxxxxxxxxxx” Dövlət Şirkəti Bakısənayemülkitikinti” Birliyi Mülkitikinti idarəsində 4cü dərəcəli çilingər işləmişdir. İddiaçı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-ci il tarixli 278 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “01.01 1992-cı ildən sonrakı dövrün ış stajları aylar uzrə əmək haqqlarına əsasən müəyyən edilir, lakın Sızın xx.xx.1989-eu ildən xx.xx.2001 cı ilədək Bakı şəhərində yerləşən sənaye X1 və xx.xx.2002-ci ildən xx.xx.2005-cı ilədək Bakı şəhərində yerləşən Mülki Tikinti idarəsində çilingər işlədiyiniz illərin aylar üzrə haqqı barədə məlumatları tapa bilmədiyinizə görə həmin illəri sığorta stajınıza əlavə edilməsi qanunauyğun deyil”. x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixindən xx.xx.2005- ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. “X3” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Dövlət X4 Balakən Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi verilmiş və həmin tarixdən ona tələb olunan pensiya kapitalı 14650 manat olmuşdur. Onun təqdim etdiyi sənədlərə əsasən 13 il iş stajı və hər ilə 701 manat 47 qəpik kapitalı olmaqla 13 il x 701,47 = 9119,11 manat kapitalı olmuşdur. İddiçaının xx.xx.1992-ci ildən 2005-ci ilədək olan dövr sığorta stajına daxil edilərsə, tələb olunan pensiya kapitalı 15853 manat edərdi, bu da ona əlilliyə görə əmək pensiyası hüququnu yaradardı. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Apelyasiya şikayətində “xx.xx.1992-ci ildən sonrakı illər aylar üzrə qazanılmış əmək haqqlarına əsasən sığorta stajına daxil edilməsinin qanunauyğun olmaması ilə baglı dəliləri ilə razılaşmayan kollegiya qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin həmin idarənin əmr kitabları və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmasının mümkün olmaması səbəbi ilə iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi, habelə arxivdə mövcud olub-olmaması sığortaolunan iddiaçının vəzifəsi deyildir. O cümlədən, məcburi dövlət sosial sığorta yuxarıda qeyd olunan müəssisələrə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət X4 vəzifəsidir. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli 278 nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Balakən rayon şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “X3” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “X3” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları X3 qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,DSMF-in Balakən rayon şöbəsinin iddiaçının “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-299/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-299/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar