Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-284/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdehnə qarşı “DSMF-nin İsmayıllı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-213/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı əlilliyə görə əmək pensiyanın təyin edilməsi ilə bağlı DSMF-nin İsmayıllı rayon şöbəsinə müraciət etmişdir və xx.xx.2017-ci il tarixdə ona 2 qrup əlillik dərəcəsi verilərək pensiya təyin edilmişdir. Lakin DSMF-nin İsmayıllı rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli **********8 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Əmək və X3 Nazirliyi Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Nazirlik yanında Dövlət X6 İsmayıllı rayon şöbəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixədək olan dövr ərzində funksional vəzifələrin icrası vəziyyəti araşdırılması zamanı pensiya işi nöqsanlı hesab edilmiş və əmək kitabçası üzrə xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək “Bakı Sanitariya Təmizlik Kombinatı”-ndakı iş stajının yoxlanılması barədə şöbəyə tapşırıq verilmişdir. İş stajının yoxlanılması ilə əlaqədar Nazirlik yanında DSMF-nin Nərimanov rayon şöbəsinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmiş, lakin “Bakı Sanitariya Təmizlik Kombinatı”-nın sənədləri mövcud olmadığı üçün yoxlamaq mümkün olmamışdır. Odur ki, əlilliyə görə pensiya təyinatı məsələsinə şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixdə keçirilən iclaslarında baxılarkən sığorta stajı təsdiq olunmadığı üçün ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün sayılmamışdır. İddiaçının xx.xx.2020-ci il taixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi daxil olmuş və o, “DSMF-nin İsmayıllı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya rəsmi münasibət bildirilməmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya xx.xx.2017-ci il tarixində əlilliyə görə pensiy təyin edildiyini, lakin sonradan yoxlama zamanı onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995- ci il tarixinədək “Bakı Sanitariya Təmizlik Kombinatı”-ndakı iş stajını yoxlamaq mümkün olmaması səbəbindən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixdə keçirilən iclaslarında baxılarkən sığorta stajı təsdiq olunmadığı üçün ona əlilliyə görə əmək pensiyasının ödənişinin davam etdirilməsinin mümkün hesab edilməməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 213/2020 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh Əmək və X3 Nazirliyi yanında Cavabdeh əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməsi, cavabdeh Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in İsmayıllı rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki,İddiaçı İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunması ilə əlaqədar xx.xx.2017-ci tarixdə Əmək və X3 Nazirliyi yanında Cavabdehnə ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə şöbənin pensiya təyin edən komissiyasının xx xxxx 2017-ci il tarixdə keçirilən iclasında baxılaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1,-ci maddəsinə uyğun olaraq İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Əmək və X3 Nazirliyi Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Nazirlik yanında Dövlət X7 İsmayıllı rayon şöbəsinin xx.xx.2017- xx.xx.2019-cu il tarixədək olan dövr ərzində funksional vəzifələrin icrası vəziyyətinin araşdırması zamanı pensiya işi nöqsanlı hesab edilərək A.X1 Kombinatındakı iş stajının yoxlanılması barədə şöbəyə tapşırıq verilmişdir. Verilmiş tapşırığa əsasən iş üzrə inzibati icraata başlanılmaqla 1992-1995-cı illərin iş stajının yoxlanılması ilə əlaqədar aidiyyaat üzrə sorğular göndərilmişdir. Lakin, dəfələrlə edilmiş cəhdlərə baxmayaraq arxivin saxlanılmaması səbəbindən iş stajını yoxlamaq mümkün olmamışdır. Təcrübədə arxiv sənədlərini bilərəkdən məhv edərək sonradan ayrı ayrı vətəndaşlara əsassız iş stajlarının yazılması hallarına rast gəlinir. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşaması və orda işləməsi, əmək kitabçasına əsasən onun 1992-ci ildən əvvəl və 1995-ci ildən sonra Azərbaycan respublikası ərazisində işləməsinə dair hər hansı qeydin olmaması, 1992-1995-cı illərin iş stajının doğruluğuna şübhə yaratmışdır. Bu səbəbdən İddiaçı pensiya təyinatı məsələsinə şöbənin pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixdə keçirilən iclasında təkrar baxılarkən, 1992-1995-cı illərin iş stajının ümumi iş stajına daxil edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Hesab edirlər ki, məhkəmə ən azından əmək kitabçasının 7 və 8-ci səhifəsindəki qeydlərin doğruluğuna əmin olmaq üçün həmin qeyidlərin nə vaxt yazıldığını müəyyən etmək məqsədilə ekspertizanın keçirilməsi barədə qərardad qəbul etməli və ekspertin rəyi alındıqdan onra yekun qərar qəbul etməli idi. Lakin məhkəmə ekspertizanın keçirilməsini zəruri hesab etməmiş, məcəllənin 12.1 .-ci maddəsinin tələbinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa səy göstərməyərək əmək kitabçasına istinad edərək əsassız qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 2020-ci il 15 ay tarixli, 2-1 (116)-213/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-in İsmayıllı rayon şöbəsinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-213/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-213/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli qərarın təsdiqlənmiş surəti, 025908 nömrəli əlillik vəsiqəsi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparıtının xx.xx.2019- cu il tarixli K-111-112 nömrəli, xx.xx.2020-ci il tarixli 7676/17 nömrəli məktubları və xx.xx.1995-ci il tarixli 159 nömrəli sərəncamının təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli K-23 nömrəli AR Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məktubu, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-213/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddia təmin edilərək Cavabdeh Əmək və X3 Nazirliyi yanında Cavabdeh əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməsi, cavabdeh Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyini qoymuşdur. İş materiallarından görünür ki, İddiaçıya xx.xx.2017-ci ildən 2 qrup əlillik dərəcəsi verilərək pensiya təyin edilmişdir. Cavabdehin iddiaçının əlilliyə görə pensiyasını dayandırmasının səbəbi “Bakı Sanitariya Təmizlik Kombinatı”-nın sənədləri mövcud olmadığı üçün yoxlamanın mümkün olmaması, sığorta stajının təsdiq olunmaması olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçının əlilliyə görə pensiyasını dayandırmasının səbəbi “Bakı Sanitariya Təmizlik Kombinatı”-nın sənədləri mövcud olmadığı üçün yoxlamanın mümkün olmamasına, sığorta stajının təsdiq olunmamasına görə imtinası əsasszıdır. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxx 2017ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki,birinçi instansiya haqlı olaraq hesab etmişdir ki, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və cavabdehin üzərinə iddiaçıya əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərində əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Bununla yanaşı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Üçüncü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,DSMF-in İsmayıllı rayon şöbəsinin iddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-213/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-213/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-284/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-284/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver