Məhkəmə qərarları › İş №2-1(107)-284/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-284/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-284/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən xx.xx.1989-cu” ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)- 937/2022 nömrəli qərarından İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən xx.xx.1989-cu” ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı xx.xx.1989-cu ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Onun doğumu barədə Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə 136 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X4r. Onlar xx.xx.1987-ci il tarixdə 70 nömrə ilə Balakən rayonu Katex kənd İƏD-də rəsmi nikaha daxil olmaqla evlənmişlər. Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən iddiaçı barəsində xx.xx.1989-cu il tarixdə 136 saylı doğum haqqında akt qeydi tərtib olunarkən doğum tarixi səhvən 16 iyul 1989-cu il göstərilmişdir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət etmişdir. Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində xx.xx.2021ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilmişdir. Lakin həmin düzəliş qanunauyğun olmadığına görə Cavabdehnə xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək doğum tarixinin “xx.xx.1989-cu” ildən “xx.xx.1989-cu”ilə düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya məktub təqdim edərək göstərmişdir ki, Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən “xx.xx.1989-cu”ilə düzəliş edilməsi şöbədə mümkün deyildir. Belə ki, Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifavət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından, həmçinin xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin rəyinə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu iə düzəliş edildiyindən, yenidən xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. İddiaçı qeyd edir ki, ona məxsus olan bütün sənədlərdə doğum tarixi 09 avqust 1989-cu il göstərilmişdir. Lakin Cavabdeh onun doğum tarixini 08 avqust 1989-cu il qeyd etməsi doğum haqqında şəhadətnamə ilə ona məxsus olan şəxsiyyət vəsiqəsi və digər sənədlərin arasında uyğunsuzluq yaradır. Belə olan halda iddiaçı nə işə girə, nə qeydiyyata düşə, nə də digər notariat əməliyyatları apara bilmir. Ona görə də doğum akt qeydində düzəliş edilməsini istəyir. Cavabdehin iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/76- 48/09 nömrəli imtinası iddia ərizəsinə əlavə edilmişdir. Tərəflər birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaya imtinasına uyğun məlumatları qeyd etməklə münasibət bildirmiş və iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İş materiallarında olan: xx.xx.1989-cu il tarixli 136 nömrəli İddiaçı aid Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, ilkin olaraq iddiaçının ikinci övlad olaraq xx.xx.1989-cu il tarixdə dünyaya gəldiyi qeyd edilmiş, sonradan doğum tarixi xx.xx.1989-cu il tarixə dəyişdirilmişdir. Doğum haqqında akt qeydinin üzərində “Düzəliş və əlavə: Balakən ASAN xidmət mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən uşağın doğum tarixi xx.xx.1989-cu ilə düzəliş edilib. xx.xx.2021” qeydi aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli 2-18/85 nömrəli məktubla məhkəməyə təqdim edilmiş iddiaçıya aid məlumatlarda onun doğum tarixi xx.xx.1989-cu il göstərilmişdir. Həmin məktuba əlavə edilmiş “Doğum haqqında kat qeydi”ndə doğum tarixli xx.xx.1989-cu il qeyd olunmuşdur. X1 (xx.xx.1951), anası X4r (xx.xx.1962). Cavabdehinin xx.xx.2022-ci il tarixli 05/a-591 nömrəli məktubuna əlavə edilmiş X5 adına tərtib edilmiş 810 nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”də uşağın cinsi oğlan, doğum tarixi xx.xx.1989-cu il, doğum saatı 23:40 göstərilmişdir. Balakən Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci il tarixli rəyin müəyyən etdi hissəsində qeyd edilmişdir ki, Balakən rayon Katex icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 136 nömrəli xx.xx.1989-cu il tarixli doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında uşağın doğum tarixi xx.xx.1989-cu il yazılmışdır. Yoxlama nəticəsində aşkar edilir ki, Balakən rayon Mərkəzi xəstəxanasının xx.xx.2021-ci il tarixli 810 nömrəli doğum haqqında tibbi şəhadətnaməsində İddiaçı doğum tarixi xx.xx.1989-cu il qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 iyun 2022-ci il tarixli, 2- 1(116)-937/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı vəkili Vəkil apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-937/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı vəkili Vəkil apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 09 avqust 1989cu ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Onun doğumu barədə Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə 136 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X3r. Onlar 17 dekabr 1987-ci ildə 70 nömrə ilə Balakən rayonu Katex kənd İƏD-də rəsmi nikaha daxil olmaqla evlənmişlər. Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən onun barəsində xx.xx.1989-cu il tarixdə 136 saylı doğum haqqında akt qeydi tərtib olunarkən doğum tarixi səhvən 16 iyul 1989-cu il göstərilmişdir. Bununla bağlı o Cavabdehnə müraciət etmişdir. Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən onun doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilmişdir. Lakin həmin düzəliş qanunauyğun olmadığına görə Cavabdehnə xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək doğum tarixinin “xx.xx.1989-cu” ildən “xx.xx.1989-cu” ilə düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh 15 yanvar 2021-ci il tarixdə ona məktub təqdim edərək göstərmişdir ki, Cavabdehnə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirir ki, Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydinizdə etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən “xx.xx.1989-cu” ilə düzəliş edilməsi şöbəmizdə mümkün deyildir. Belə ki, Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən göndərilmiş xx.xx.2021 -ci il tarixli rəyə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından, həmçinin xx.xx.2021 -ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin rəyinə əsasən İddiaçı doğum tarixi xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edildiyindən yenidən “xx.xx.1989” cu ildən “xx.xx.1989-ci ilə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. Qeyd etmək istəyirəm ki, iddiaçıya məxsus olan bütün sənədlərində doğum tarixi 09 avqust 1989-cu il göstərilmişdir. Lakin Cavabdeh onun doğum tarixini 08 avqust 1989-cu il qeyd etməsi doğum haqqında şəhadətnamə ilə iddiaçıya məxsus olan şəxsiyyət vəsiqəsi və digər sənədləri arasında uyğunsuzluq yaradır. Belə olan halda o nə işə girə, nə qeydiyyata düşə, nə də digər notariat əməliyyatları apara bilmir. Birinci instansiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını tam və hərtərəfli tədqiq etməmiş, geniş həcmdə sübutları tələb etməli və onları araşdırdıqdan sonra məhkəmə qərarını qəbul etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə cavabdehin kifayət qədər əsaslar olmadığından, həmçinin xx.xx.2021-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin rəyinə əsasən İddiaçı doğum tarixinin hansı əsasla xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə düzəliş edilməsinin, yenidən “xx.xx.1989”-cu ildən “xx.xx.1989-ci ilə düzəliş edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının iddiaçıya izah edilməsinin səbəblərini araşdırmadan, X5 adına tərtib edilmiş 810 nömrəli “Doğum haqqında tibbi şəhadətnamənin” hansı orqan tərəfindən hansı məlumatlar əsasında tərtib edilməsi araşdırılmamış, bununla bağlı rəsmi sənədlər sorğu vasitəsi ilə alınaraq məhkəmədə tədqiq edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2- 1(116)-937/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)- 937/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişlər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2- 1(116)-937/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166-cı maddəsi doğumun qeydə alınması qaydasını tənzimləməkdədir. Həmin maddənin tələbinə görə: 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 13-N nömrəli Qərarının 7.1-ci bəndinə əsasən qeydiyyat şöbəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1.7. doğumun, nikahın bağlanmasının, övladlığa götürmənin, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamələr vermək; “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. İşin hallarının araşdırılması zamanı X10 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş “Doğum aktı qeydi”nə və “Doğum haqqında tibbi şəhadətnamə”yə əsasən müəyyən edilmişdir ki, iddiaçının doğum tarixi xx.xx.1989-cu il, saat 23:40-dır. İddiaçının doğum akt qeydində olmuş yalnışlıqlar Balakən ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən düzəldilmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə tərtib edilmiş 136 saylı doğum haqqında akt qeydində İddiaçı doğum tarixinin “xx.xx.1989-cu” ildən xx.xx.1989-cu” ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-937/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar