Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-284/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (açar sözlər: Hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X9 və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-958/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.
2. İş materiallarında olan Azərbaycan Arespublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2023cü il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.
3. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, N/2-N127 nömrəli arxiv arayışından görünür ki, İddiaçı ondan ötrü ki, N65-ci il təvəllüdlü, Qəbələ RHK-dan çağrılmış X7 N nömrəli hərbi hissə komandirinin N aprel N9N-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir (əsas: § 8, sıra 72, əmrdə soyadı Ağasiyev yazılıb). - 2 MAT-ın hərbi qulluqçusu, sıravi X1 müalicə olunmaq üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin N may N9N-cü il tarixli 121 №-li nizami hissə üzrə əmrilə xx.xx.N9N-cü ildən qazan təminatından çıxarılmışdır (əsas: § 7, sıra 3, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). - 3 (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MAT-ın hərbi quliuqçusu, sıravi X8 N nömrəli hərbi hissə komandirinin N sentyabr N9N-cü il tarixli 99 №li təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır (əsas: səh.279, sıra 39N, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb).
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx N65-ci ildə Qutqaşen (Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarında xx.xx.N8N-xx.xx.N86-cu illərdə müddətli hərbi xidmətdə sıravi əsgər olmuşdur. N aprel N9N-cü ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün Qəbələ rayon Hərbi Komissarlığından səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.N9N-cü il tarixindən N nömrəli hərbi hissə komandirinin N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına sıravi əsgər olaraq daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir. xx.xx.N9N-cü ildə döyüşlərdə yaralandığından stasionar müalicə olunmaq 223 nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 121 №-li nizami hissə üzrə əmrilə xx.xx.N9N-cü ildən qazan təminatından çıxarılmışdır. Müalicə olunduğu hərbi hospitalda stasionar müalicədə 3 aydan artıq qaldıqdan sonra yenidən N9N-cü ilin sentyabr ayının ortalarında N0 №-li hərbi hissəyə qayıtsa da onu hərbi hissə qəbul etməyərək xx.xx.N9N-cü il 99 №-li təşkilati əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır. Bildiyinə görə ən azı 3 gün döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara müharibə veteranı adı və statusu verilir. Lakin hal-hazıradək Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə və ya yaralanaraq hərbi xidmətə yararsız hesab olunmağına baxmayaraq, nə əlillik qrupu, nə də müharibə veteranı statusu ala bilməmişdir. Bunun nəticəsində yuxarıda qeyd edilən qanunda müharibə veteranları üçün nəzərdə tutulmuş bir sıra güzəşt və imtiyazlardan istifadə etmək imkanından məhrum olmuşdur.
6. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı İ.C.Ağasevin döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N9N-cü il tarixdən sonra müalicədən xidmət yerinə qayıtması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına və bununla əlaqədar N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 99 nömrəli əmrlə ştatdan kənar edildiyinə görə ona ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 iyun 2023-cü il tarixli, 2- 1(116)-958/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N96-cı il tarixli, N33 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.
9. Ona görə də birinci instansiya məhkəməsi kollegiyası hesab etmişdir ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir.
10. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(107)-525/2023 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)- 958/2023 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
1N. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 08 fevral 202Ncü il tarixli, 2-1(102)-593/202N saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(107)- 525/2023 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-958/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, N0 saylı hərbi hissədə təxminən, üç ay hərbi xidmət keçmişdir. Həmin hərbi hissə, o cümlədən kazarma da Ağdam rayonunun Güllücə kəndində yerləşirdi. O, N may N9N-cü il tarixdə, Ağdam rayonunun Güllücə kəndində başımdan və qarın boşluğundan qəlpə ilə yaralanmışdır. Yaralandıqdan sonra öncə onu Ağdam Sarıcalı Hərbi Hospitala apardılar, ondan sonra isə X6 çatdırdılar və orada 3 aydan artıq müddət olmaqla müalicə olunmuşdur. Hospitaldan çıxdıqdan sonra qulluq etdiyi hərbi hissəyə qayıtsa da, onu qəbul etməmiş, deyiblər ki, sənin adın şəxsi heyətin siyahısından çıxarılıb. Apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-958/2023 saylı qərarının ləğv olunnaraq iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir N. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
21. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
22. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 2N. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
25. Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N2-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
26. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
V. Apellyasiya məhkəməsinin mövqeyi
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 3N.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 3N.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
30. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəllənin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
31. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır.
32. Müəyyən edilmişdir ki, iddiaçı X7 xx xxxxxx N65-ci ildə Qutqaşen (Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarında xx.xx.N8N-xx.xx.N86-cu illərdə müddətli hərbi xidmətdə sıravi əsgər olmuşdur. N aprel N9N-cü ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün Qəbələ rayon Hərbi Komissarlığından səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.N9N-cü il tarixindən N nömrəli hərbi hissə komandirinin N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına sıravi əsgər olaraq daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir. xx.xx.N9N-cü ildə döyüşlərdə yaralandığından stasionar müalicə olunmaq 223 nömrəli hərbi hospitala göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 121 №li nizami hissə üzrə əmrilə xx.xx.N9N-cü ildən qazan təminatından çıxarılmışdır.
33. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N96-cı il tarixli, N33 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. 3N. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır.
35. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-958/2023 saylı qərarı ləğv edilərək iddia tələbi təmin olunmalıdır.
36. Belə ki, iddiaçının kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Ali Məhkəmənin İnzibati kollegiyası 08 fevral 202N-cü il tarixli, 2-1(102)-593/202N saylı qərarında qeyd etmişdir ki, ...iddiaçının 1-ci Qarabağ müharibəsində aparılmış döyüşlərdə hansı şəraitdə iştirak etməsi, necə və harada yaralanması, ümumiyyətlə N0 saylı hərbi hissənin döyüşlərdə iştirak etməsi araşdırılmamış, məhkəmələr sözügedən məsələlərin təhqiq edilməsinə çox səthi və formal yanaşmış, əslində bu istiqamətdə araşdırma aparmamışlar. Apellyasiya məhkəməsi qərarında “iddiaçının xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur”, yazdığı halda, növbəti cümlədə göstərir ki, “hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N96-cı il tarixli, N33 nömrəli Fərmandan sonra başlamışdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir”. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən sözügedən Fərmandan əvvəl, yəni 23 yanvar N96-cı il tarixindən öncə hərbiçilərin ordudan tərxis olunmasının hansı qaydada aparılması qeyd edilməli və bu qaydanın iddiaçıya tətbiq olunub-olunmamasına aydınlıq gətirilməli idi.
37. Hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və həmin Nazirliyin katibliyinin mərkəzi arxivinə müvafiq sorğular göndərilmiş, cavab olaraq Nazirlikdən İddiaçı barəsində N0 №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli, N №-li, xx.xx.N9N-cü il tarixli, 121 №-li və xx.xx.N9N-cü if tarixli, 99 №-li əmrlərindən X11 Apellyasiya Məhkəməsinə təqdim edilmişdir.
38. X5 görünür ki; - N nömrəli hərbi hissə komandirinin N aprel N9N-cü il tarixli, N №-li nizami hissə üzrə əmrilə N65-ci il təvəllüdlü X7 hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2-ci motoatıcı batalyonuna göndərilmişdir (Əsas: adlı siyahı) - N nömrəli hərbi hissə komandirinin N may N9N-cü il tarixli, 121 nömrəli nizami hissə üzrə əmrilə Siravi X1 müalicə olunması üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən, xx.xx.N9N-cü ildən qazan təminatından çıxarılmışdır (Əsas: həkim rəyi). - “3 aydan artıq hospitalda olan hərbi qulluqçuların ştatdan kənarlaşdırılması haqqında” N nömrəli hərbi hissə komandirinin N sentyabr N9N-cü il tarixli, 99 nömrəli əmrilə siravi X1 müalicə alması ilə əlaqədar ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır (Əsas: həkim rəyi).
39. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 may 202N-cü il tarixli 1320 saylı məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissnin xx.xx.N93-cü il tarixdən xx.xx.N9N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. N0. Göründüyü kimi iddiaçı qulluq etdiyi hərbi hissədə fərarilik etməmiş, hərbi xidmətdən hansısa digər formada yayınmamış, qaçmamış, sözügedən məsələlərlə bağlı cinayət təqibinə məruz qalmamışdır ki, bu da işdə olan məhkəmənin hüquq müdafiə orqanlarına göndərmiş olduğu sorğuların çoxsaylı cavablarından aşkar şəkildə müəyyən olunur. N1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N91-ci il oktyabrın 9-dan N9N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N9N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. N2. Qeyd olunmalıdır ki, iddiaçı məhz 3 aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün xx.xx.N9N-cü il tarixli, 99 nömrəli əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır, yəni faktiki olaraq qulluq etdiyi hərbi hissədən tərxis olunmuşdur. N3. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.N9N-cü il tarixli, 99 nömrəli əmrilə tərxis olunduğundan ona Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N96-cı il tarixli, N33 nömrəli Fərmanı şamil edilə bilməz. Yəni həmin Fərmanla hərbiçilərin ordudan tərxis olunması qaydası iddiaçıya tətbiq oluna bilməz. NN. “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. N5. Göstərilənlərə əsasən işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. N6. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-958/2023 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. İddiaçı İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov