Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-285/2020 11.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdehnə qarşı "mərhum əri X1 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-690/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Göyçay şəhərində yaşayır. O, xx.xx.1980-ci ildə X3 ilə nikah bağlamışdır. İddiaçının əri X3 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işləmiş və xx.xx.2016-cı ildə vəfat etmişdir. İddiaçı pensiya hüququ yarandığdan sonra xx.xx.2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir, lakin cavabdeh xx.xx.2020-ci il tarixli ********** nömrəli cavab məktubu ilə bildirmişdir ki, tələb olunan sosial sığorta stajı mövcud olmadığından ona ailə başçısını itirən kimi əmək pensiyası hesablamaq mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, mərhum əri X1 adına olan əmək kitabçasında xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi illərə aid əmrlər tapılmadığı üçün cavabdeh ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasının qanuna müvafiq olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməmiş və imtina məktubunun məzmununa uyğun izahat vermişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, X1 adına olan xx.xx.1975-ci il tarixli əmək kitabçasından görünür ki, X3 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib vəzifəsində işləmişdir. İşdə olan, Göyçay Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 287 nömrəli arxiv arayışından görünür ki, X7 1978-1991-ci illər ərzində Göyçay rayonu Ləkçıplaq kənd N.Nərimanov adına kolxozda işləmişdir. İşdə olan, AZ-İ seriyalı 841894 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı ildə vəfat etmişdir. İşdə olan, İİ-ЖГ seriyalı 344397 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X3 ilə xx.xx.1980-cı ildə nikah bağlamışlar. İşdə olan, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarixli yazılı məlumatından görünür ki, X1 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövrə aid sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən həmin iş stajını yoxlamaq mümkün olmamışdır. Əgər X1 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı ailə başçısı itirən kimi əmək pensiyası təyin oluna bilər. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-690/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı mərhum əri X1 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. CavabdehAzərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 690/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ailə başçısını itirən kimi əmək pensiyası hüququ yarandığı üçün ƏƏSMN-İ yanında DSMT Göyçay rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı mərhum həyat yoldaşı X1 xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Göyçay Sənaye Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (xx.xx.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7 maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri- dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarş!llqlı yoxlanılmasını həyata keçirir. X1 xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Göyçay Sənaye Kombinatında işlədiyi illər əmək kitabçasında qeyd edilsə də həmin dövrə aid olan stajı müəssisə fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün 'olmamışdır. X1 iş stajı aşağıdakı kimidir: 1975.xx.xx-1975.12.04 = 0 il 3 ay 9 gün 1975.xx.xx-1977.11.14 = 1 il 11 ay 9 gün (h/x illəri) 1977.xx.xx-1981.10.22 =3 il 10 ay 24 gün 1982.xx.xx-1989.06.19 = 7 il 2 ay 10 gün 1993.xx.xx-1995.09.17 = 1 il 10 ay 27 gün (stajı yoxlamaq mümkün olmadı) Ümumi staj: 15 il 2 ay 19 gün. X1 xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Göyçay Sənaye Kombinatında işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla onun sosial sığoıta stajına daxil edildiyi halda, onun həyat yoldaşı İddiaçı (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiya almaq hüququ yarana bilər. Bütün bunları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 690/2020 nömrəli qərarının ləğv edilməsini və Əmək və X5 Nazirliyi yanında Cavabdeh xeyrinə qərar çıxarılmasını Sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-690/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasına teleqram göndərərək qeyd etmişdir ki, səhhətiylə əlaqədər məhkəmə iclasında iştirakı edə bilməyəcəyini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-690/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sadalanan normalara uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. Onun əri xx.xx.1956-cı il təvəllüdlü olmaqla, xx.xx.2016-cı ildə 60 yaşında vəfat etmişdir. Belə olduqda, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün onun mərhum ərinin sosial sığorta stajının 15 ildən az olmaması (60 il - 15 il = 45 il x 4 ay = 180 ay = 15 il) tələb olunur. Mərhum X1 adına olan əmək kitabçasından və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək (3 ay 9 gün) Göyçay Məişət Xidməti Kombinatında işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilədək (3 il 10 ay 24 gün) Göyçay Məişət Xidməti Kombinatında, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək (7 il 2 ay 10 gün) Göyçay "Rayonkəndkimya" Birliyində, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək (4 il 3 ay 7 gün) Göyçay rayonu "Əzəmət" kooperativində, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 10 ay 27 gün) Göyçay Sənaye Kombinatında, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək (2 il 8 ay) Göyçay Kommunal Təsərrüfat İdarəsində işləmişdir. Müəyyən edildi ki, iddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. Onun əri xx.xx.1956-cı il təvəllüdlü olmaqla, xx.xx.2016-cı ildə 60 yaşında vəfat etmişdir. Belə olduqda, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün onun mərhum ərinin sosial sığorta stajının 15 ildən az olmaması (60 il - 15 il = 45 il x 4 ay = 180 ay = 15 il) tələb olunur. Mərhum X1 adına olan əmək kitabçasından və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək (3 ay 9 gün) Göyçay Məişət Xidməti Kombinatında işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilədək (3 il 10 ay 24 gün) Göyçay Məişət Xidməti Kombinatında, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək (7 il 2 ay 10 gün) Göyçay "Rayonkəndkimya" Birliyində, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək (4 il 3 ay 7 gün) Göyçay rayonu "Əzəmət" kooperativində, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 10 ay 27 gün) Göyçay Sənaye Kombinatında, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək (2 il 8 ay) Göyçay Kommunal Təsərrüfat İdarəsində işləmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Birinci istansiya məhkəməsi həm də hesab etmişdir ki, iddiaçının mərhum ərinin xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olduğu müddət onun sosial sığorta stajına daxil edilməlidir. Hazırkı iddiada iddiaçı mərhum ərinin xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 10 ay 27 gün) Göyçay Sənaye Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını tələb edir. Cavabdeh isə bundan imtinasını belə əsaslandırır ki, həmin müəssisə hazırda fəaliyyət göstərmədiyi və sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Mərhum X1 Göyçay Sənaye Kombinatında işlədiyi vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-690/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-285/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-285/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver