Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-285/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 və onun vəkili X7, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X10 və üçüncü şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, onun əsasında tərtib edilmiş 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, X6, İddiaçı4 və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 oğlu, Ömərova X5 rayonunun Yuxarı Tala kəndində yaşayırlar. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun Zaqatala rayonu Təpəçal sovxozunda aqrar islahatın həyata keçirilməsi ilə əlaqədar olaraq 2 nömrəli fındıqçılıq sovxozunun X14 Komissiyası tərəfindən 05.09.1999-cu il tarixdə tərtib edilmiş akt ilə sovxozun üzvü İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin akt Zaqatala Rayon Dövlət Arxivində saxlanılır. Zaqatala Rayon Dövlət Arxivində saxlanılan Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun üzvlərinə əmlakın hesablanması və verilməsi sənədlərində üçüncü şəxs Cavabdeh2 adına torpaq üzərində əmlakın verilməsinə dair akt aşkar edilməmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - AİK) 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqların verildiyi yerdə saxlanılması, artıq olarsa kəsilməsi, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsinin nəzərdə tutulması və s. qərara alınmışdır. Bundan sonra 03.11.2011-ci ildə Zaqatala RİH başçısı tərəfindən "Zaqatala rayon Yuxarı Tala kənd sakinlərinin keçmiş 2 saylı fındıqçılıq sovxozu ərazisindən pay torpağı alan zaman yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəl" təsdiq olunmuşdur. Həmin cədvəldə 322-cı sırada Cavabdeh2 adının qarşısında subyektlərin sayı 3 nəfər, həyətyanı torpaq sahəsinin faktiki sahəsi 0,21 ha, qanuni sahə 0,12 ha, zəbt olunmuş sahə 0,09 ha, cəmi torpaq pay norması 1,17 ha, çöldən düşən bağ sahəsi 0,73 ha, əkin sahəsindən verilən sahə 0,35 ha göstərilmişdir. Həmin cədvəldə 522-cı sırada İddiaçı1 adının qarşısında subyektlərin sayı 4 nəfər, həyətyanı torpaq sahəsinin faktiki sahəsi 0,10 ha, qanuni sahə 0,10 ha, cəmi torpaq pay norması 1,56 ha, çöldən düşən bağ sahəsi 1,46 ha, əkin sahəsindən verilən sahə 0,10 ha göstərilmişdir. Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,5009 ha (çoxillik əkmələr) kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ilə bağlı üçüncü şəxs Cavabdeh2 adına A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 18.11.2011-ci ildə 391 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Zaqatala Rayon Yuxarı Tala kəndində yerləşən 0,4832 ha torpaq sahəsinə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 14.05.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh2 adına bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Yuxarıda qeyd olunan A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında 15.05.2018-ci ildə sənəd üzrə 0,5009 ha, faktiki isə 0,4832 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) ilə bağlı üçüncü şəxs Cavabdeh2 adına A-263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0,48 ha torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına tərtib edilmiş A-379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsini, həmin torpaq sahəsinin özünün və ailə üzvlərinin adına sənədləşdirilməsi xahiş etmiş, lakin cavabdeh 29.11.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpaq sahəsinin planı və ölçüsü"nün, habelə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi İdarənin səlahiyyətinə daxil deyil. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Zaqatala Rayonu Yuxarı Tala Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinə qarşı "Zaqatala Rayon AİK-in 25.09.2003-cü il tarixli 110 nömrəli qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 14.05.2018-ci ildə verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, ailələrinə düşən 0,48 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topasının yerləşdiyi əraziyə dair adlarına "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala LayihəTədqiqat İdarəsinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 üçüncü şəxs qismində göstərilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, onun əsasında tərtib edilmiş 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddiaçılar iddianı belə əsaslandırmışlar ki, 1999-cu ildən indiyədək 0,48 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topası onların istifadəsində olmuşdur. Bu səbəbdən də cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi birinci instansiya məhkəməsinə göndərdiyi 25.02.2019-cu il tarixli məktubda bildirmişdir ki, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da qeyd olunan 0,4832 ha torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin çıxarışda qeyd olunan şəxslərin zəbt torpaq sahəsi ilə bağlı İdarədə məlumat aşkar edilməmişdir. Bundan başqa, torpaq islahatı zamanı sözügedən çıxarışda adları qeyd olunan şəxslərə ümumilikdə 1,263 ha pay torpaq sahəsi verilmişdir. Onlardan 1,08 ha-nın məqsədli istifadə növü çoxillik əkmə (fındıq bağı), 0,1831 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün (kəndaltı) torpaq sahələridir. Həmin torpaq sahələrinə müvafiq olaraq A-379945, A-379179, A-380274, A-264182, A263897 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 həmin qərardaddan apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 04.12.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçılar tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 04.12.2019-cu il tarixli qərardadı ləğv edilərək iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.07.2020-ci il tarixli 2-1(107)-255/2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, 05.09.1999-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun Təpəçal sovxozunda aqrar islahatın həyata keçirilməsi ilə əlaqədar olaraq 2 nömrəli fındıqçılıq sovxozunun X14 Komissiyası tərəfindən sovxozun üzvü İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan, "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən sənəd üzrə 0,5009 ha, faktiki 0,4832 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üçüncü şəxs Cavabdeh2 verilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Zaqatala Rayon Yuxarı Tala kəndində yerləşən həmin torpaq sahəsinə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 14.05.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin 07.06.2018-ci il tarixli 405 nömrəli arxiv arayışından görünür ki, İddiaçı1 adına 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə tərtib edilmiş aktında 0,48 ha torpaq sahəsinin və 64 ədəd fındıq ağacının onun xüsusi mülkiyyətinə verilməsinə dair qeydiyyat vardır. İşdə olan, cavabdehin 29.11.2018-ci il tarixli imtina məktubundan görünür ki, müraciətdə qeyd olunan halların aradırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İşdə olan, cavabdehin 25.02.2019-cu il tarixli məktubundan görünür ki, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da qeyd olunan 0,4832 ha torpaq sahəsi başqa şəxslərə məxsusu torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin çıxarışda qeyd olunan şəxslərin zəbt torpaq sahəsi ilə bağlı İdarədə məlumat aşkar edilməmişdir. Bundan başqa, torpaq islahatı zamanı sözügedən çıxarışda adları qeyd olunan şəxslərə ümumilikdə 1,263 ha pay torpaq sahəsi verilmişdir. Onlardan 1,08 ha-nın məqsədli istifadə növü çoxillik əkmə (fındıq bağı), 0,1831 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün (kəndaltı) torpaq sahələridir. Həmin torpaq sahələrinə müvafiq olaraq A-379945, A-379179, A-380274, A-264182, A263897 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.03.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1, İddiaçı2 Əmiralı qızının, X3, İddiaçı4 adına ümumi birgə payı RX seriyalı ******* nömrəli çıxarışla qeydə alınmış 0,8781 ha, A seriyalı 380057 nömrəli "Torpaq sahəsinin plaı və ölçüsü" sənədində qeyd olunmuş 0,0921 ha torpaq sahələri işlənilmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə payına RX seriyalı ******* nömrəli çıxarış ilə qeydiyyata alınmış 0,4832 ha, A seriyalı 380274 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,2217 ha, A seriyalı 264182 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,0851 ha, A seriyalı 263897 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,0981 ha, A seriyalı 379179 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 0,3575 ha torpaq sahələri işlənilmişdir. İddiaçı1 naturada istifadə etdiyi torpaq sahəsi Cavabdeh2 adına hazırlanmış 14.05.2018-ci il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.08.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 adına işlənmiş 18.11.2011-ci il tarixli A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsinin sənəd üzrə koordinatları üst-üstə düşür. Şəki İnzibati Məhkəməsinin (hakimi Vidadi Qasımov) 30 mart 2021-ci il tarixli, 2- 1(116)-162/2021nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, X3 və İddiaçı4 adına "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayət vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş DTXK-si tərəfindən 3-cü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A№ 379945 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün, onun əsasında tərtib edilmiş 15.05.2018-ci il tarixli, 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün, həmin sənəd əsasında 3-cü şəxslərin adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə tərtib edilmiş və mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarı ilə iddiaçıların iddiası təmin olunmuşdur. Məlumat üçün bildiririk ki, İddiaçı1 istifadəsində olan 0,48 ha torpaq sahəsinə dair Cavabdeh2 adına tərtib edilmiş A№ 379945 saylı plan-ölçü sənədi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışı ləğv edərək, həmin torpaq sahəsinin özünün və ailə üzvlərinin adlarına sənədləşdirilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan məsələnin həlli ərazi idarəsinin sələhiyyətləri daxilində olmadığından ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə 29.11.2018-ci il tarixdə **********02 nömrəli məktub ünvanlanmışdır. Daha sonra, İddiaçı1 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə - Tədqiqat İdarəsinə qarşı “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003cü il traixli, 110 saylı qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında 14 may 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, onlara düşən 0,48 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topasının yerləşdiyi əraziyə dair adlarına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bildiririk ki, iş üzrə 3-cü şəxlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Ləğv edilmiş DTXK-si tərəfindən A№ 379945 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. A№ 379945 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müayinəyə əsasən faktiki 0,4832 ha hissəsi üzərində iş üzrə 3-cü şəxlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumbirgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 14 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Aşağıdakı göstərilən səbəblərdən hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin qeyd olunan qərarı qismən ləğv edilməlidir. Belə ki, Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarı ilə iddiaçıların iddiası təmin edilərək, 3-cü şəxlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A№ 379945 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün, 15.05.2018-ci il tarixli, 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi və Zaqatala rayon 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Nəsrulah oğlunun adına “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Lakin, məhkəmə həmin qərarı qəbul edərkən nəzərə almamışdır ki, Zaqatala rayon 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçıların adına tərəfimizdən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi üçün həmin torpaq sahəsinin yerini müəyyən edən məlumatlar (cizgi, ayrıc aktı, kadastr məlumatları, katiqoriyası, məqsədli istifadə növü və digər məlumatlar) mövcud olmalıdır. Müvafiq torpaq sahələrinə qeyd olunan məlumatlar olmadıqda tərəfimizdən müvafiq torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi mümkün olmur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə uyğun olaraq mövcud hüququmüəyyənedici sənədlər (Dövlət Aktı, Şəhadətnamə, Torpaq sahəsinin planı və ölçüsü və digər sənədlər) əsasında aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, apellyasiya instansiyasından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə uyğun olaraq Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2- 1(116)-162/2021 nömrəli qərarını qismən ləğv edilməsini, iddia tələbinin iddiaçıların adına “Torpaq sahəsini planı və ölçüsü”nün verilməsi hissəsində mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətində qeyd etmişlər ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Azarbaycan Respublikası Dövlat Torpaq va Xaritaçakma Komitasi tərəfindən X4, X1 va X2 adına işlənmiş A seriyalı 379945 nönırali "Torpaq sahəsinin planı və ölçüsünün onun əsasında tərtib edilnıiş 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsünün, həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlat qeydiyyatı haqqında daşınmaz əmlakın dövlat reyestrindən çıxarış"ın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999cıı ildə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" iddia ərizəsi ilə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2- 1(116)-162/2021 nömrəli qərar ilə, iddia təmin edilmiş, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsünün 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 Əmrah qızının, X3 və İddiaçı4 adına "Torpaq sahəsinin planı və ölçüsü 'nün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi 30 mart 2021-ci il tarixli, 2- 1(116)-162/2021 iş nömrəli qərarını aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edirik. X14 Komissiyalarının torpaq islahatı apannaq və vətəndaşların mülkiyyətinə torpaq sahəsi vermək kimi bir hüquqları olmamışdır. Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 iş nömrəli qərarından da göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin, tələbi qanuni hesab etməsinin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18 fevral 2020-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyııl 2020-ci il tarixli qərarlarındakı hüquqi mövqelərinə istinad etmişdir. Belə ki, Ali Məhkəməsinin İnzibati Kollegiyası 18 fevral 2020-ci il tarixli qərarında qeyd edilir ki, "... fındıq bağının iddiaçıya bilavasitə YAİK tərəfindən təhvil verilməsi barədə 1999-cn il 5 sentyabr tarixli aktın YAİK tərəfindən təsdiq edildiyi də nəzərə alındıqda, həmin sənəddə təsdiq edilən fakt (bay sahəsinin yerində göstərilməklə iddiaçıya təhvil verilməsi) hüquqi əhəmiyyət kəsb edir bay/torpaq sahəsinin üçüncü şəxsə təhvil verildiyinə dair belə bir akt müəyyən edilməmişdir - İ cild, işin>.150). Buradan, iddiaçı, 1999-cu il 5 sentyabr tarixdən hesablandıqda, təxminən 20 il sahiblik etdiyi (səlahiyyətli orqan tərəfindən yerində göstərilməklə iddiaçıya təhvil verilən) əmlaka dair əşya hüquqlarının müdafiəsi barədə tələb irəli sürə bilər. Bunun əksi üçün (məsələn, birinci instansiya əhkəməsinin qeyd etdiyi kimi - sahiblik faktının hüquqi əsasının olmaması) məhkəmə səlahiyyətli orqanın (YAİK-in) torpaq sahəsinə dair Dövlət aktının verilməsinədək icra etdiyi, hər hansı şəxs tərəfindən mübalıisələndirilməyən, yaxud nəticələri hər hansı orqan tərəfindən aradan qaldırılmayan faktiki xarakterli hərəkətin (və ya qərarın) əhəmiyyətsiz (heç bir hüquqi əsasa söykənməyən) olduğunu əsaslandırmalıdır. Hazırkı işdə bu, baş verməmişdir.'' Eyni mövqe Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərardadında da təkralanmışdır. Halbu ki, həm Ali Məhkəməsinin İnzibati Kollegiyası 18 fevral 2020-ci il tarixli qərarındakı hüquqi mövqe, həm də Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərardadındakı hüquqi mövqe iddianın mümkün sayılması ilə bağlıdır. Bununla yanaşı həm həmin dövürdə, həm də hazırda qüvvədə olan milli qanunvericiliyin tələblərinə əsasən, X14 Komissiyalarının torpaq islahatı aparmaq və vətəndaşların mülkiyyətinə torpaq sahəsi vermək kimi bir hüquqları olmamışdır. 05.09.1999-cu ildə tərtib edilmiş aktda "İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsində yerləşən 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilməsi" qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsi 30 mart 2021-ci il tarixli, 2-1 (116)-162/2021 iş nömrəli qərarında məhkəmə qeyd edir ki, ".... İşdə olan, 05.09.1999-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun Təpəçal sovxozunda aqrar islahatın həyata keçirilməsi ilə əlaqədar olaraq 2 nömrəli fındıqçılıq sovxozunun X14 Komissiyası tərəfindən sovxozun üzvü İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilmişdir. İlk olaraq qeyd edilməlidir ki, nə 05.09.1999-cu il tarixdə tərtib edilmiş aktda, nə də Zaqatala Rayon Dövlət Arxivinin 07.06.2018-ci il tarixli 405 nömrəli arxiv arayışında "İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilməsi" ifadəsinə yol verilməmişdir. Belə ki, hər iki sənəddə "İddiaçı1 özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsində yerləşən 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilməsi" qeyd edilmişdir. Yəni, torpaq sahəsində yerləşən 64 ədəd fındıq kolu iddiaçının mülkiyyətinə verilmişdir. 05.09.1999-cu ildə tərtib edilmiş aktda torpaq sahəsinin yerləşdiyi yer qeyd edilmədiyi halda Şəki inzibati Məhkəməsi iddiaçıların mülkiyyətlərinə verildiyini iddia etdikləri torpaq sahəsi ilə üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin eyni torpaq sahəsi olması qənaətinə heç bir əsas və sübut olmadan gəlmişdir. Belə ki, hətta YAİK-nın aqrar islahat aparmaq və torpaq sahələrini xüsusi mülkiyyətə vermək kimi bir səlahiyyəti olmuş olsa idi belə Səki İnzibati Məhkəməsi necə müəyyən etdi ki, YAİK-nın qərarı ilə iddiaçılar İddiaçı1. İddiaçı2 Ərnralı qızı. X6 və İddiaçı4 mülkiyyətinə verilmiş 0,48 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsi ilə eyni sahədir..?! Şəki İnzibati Məhkəməsi püşkatmanı nəticələri barədə protokol və kompleks yerquruluşu layihəsi olmadan, iddiaçıların mülkiyyətlərinə verildiyini iddia etdikləri torpaq sahəsi ilə üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin eyni torpaq sahəsi olması qənaətinə gələ bilməzdi. İş üzrə hərtərəfli araşdırma aparılacağı təqdirdə müəyyən ediləcəkdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Ərnralı qızı, X6 və İddiaçı4n mülkiyyətində torpaq sahəsidə var, fındıq kolları da. Yəni, 05.09.1999-cu ildə tərtib edilmiş aktda qeyd olunan fındıq kollarının da iddiaçılara məxsus olması qənaətinə gəlinməsi qanunsuz və əsassızdır. Niyə məhkəmə belə bir qənaətə gəlməkdə zorluq çəkir ki, iddiaçıların 05.09.1999-cu ildə tərtib edilmiş aktla verilmiş fındıq ağacları da var, torpağı da. Həmçinin məhkəmə baxışında 05.09.1999-cu il tarixdə tərtib edilmiş aktda nə "Fındıqçılıq soxvozunun" möhürü, nə də direktorun imzası yox idi. Belə olan halda həmin sənəd ümimiyyətlə qanuni və əsaslı hesab edilə bilərmi..?! İddiaçılar İddiaçı1, İddiaçı2 Əmrah qızı, X6 və İddiaçı4 Zaqatala rayonu, Yuxarı Tala kəndində adambaşına düşən torpaq payı norması həddində torpaq sahələri verilmişdir. Lakin, işə baxan Şəki İnzibati Məhkəməsi işin bu halını ümumiyyətlə araşdırmamışdır. Belə ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılara həm fındıq bağı şəklində, həm də boş torpaq sahəsi mülkiyyətinə verilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)- 162/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2- 1(116)-162/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun vəkili X7 apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi Cavabdehin və üçüncü şəxslərin apelyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayətlər əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinin birinci cümləsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Hazırkı iddianın mümkün sayılmaması barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli qərardadında və həmin qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli qərardadında göstərilmişdir ki, torpaq islahatı zamanı 05.09.1999cu ildə iddiaçıya 2 nömrəli fındıqçılıq sovxozundan dəyəri ******* manat olan fındıq bağı əmlak payı kimi verilərək akt tərtib edilmişdir, fındıq bağının yerləşdiyi 0,48 ha torpaq sahəsinin isə iddiaçıya verilməsinə dair sübut mövcud deyil. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası özünün 18.02.2020-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etməyərək bildirmişdir ki, fındıq bağının iddiaçıya bilavasitə YAİK tərəfindən təhvil verilməsi barədə 1999-cu il 5 sentyabr tarixli aktın YAİK tərəfindən təsdiq edildiyi də nəzərə alındıqda, həmin sənəddə təsdiq edilən fakt (bağ sahəsinin yerində göstərilməklə iddiaçıya təhvil verilməsi) hüquqi əhəmiyyət kəsb edir (bağ/torpaq sahəsinin üçüncü şəxsə təhvil verildiyinə dair belə bir akt müəyyən edilməmişdir – İ cild, iş v.150). Buradan, iddiaçı, 1999-cu il 5 sentyabr tarixdən hesablandıqda, təxminən 20 il sahiblik etdiyi (səlahiyyətli orqan tərəfindən yerində göstərilməklə iddiaçıya təhvil verilən) əmlaka dair əşya hüquqlarının müdafiəsi barədə tələb irəli sürə bilər. Bunun əksi üçün (məsələn, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi – sahiblik faktının hüquqi əsasının olmaması) məhkəmə səlahiyyətli orqanın (YAİK-in) torpaq sahəsinə dair Dövlət aktının verilməsinədək icra etdiyi, hər hansı şəxs tərəfindən mübahisələndirilməyən, yaxud nəticələri hər hansı orqan tərəfindən aradan qaldırılmayan faktiki xarakterli hərəkətin (və ya qərarın) əhəmiyyətsiz (heç bir hüquqi əsasa söykənməyən) olduğunu əsaslandırmalıdır. Hazırkı işdə bu, baş verməmişdir. Bundan sonra ikinci dəfə apellyasiya qaydasında işə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.07.2020-ci il tarixli qərardadında da eyni hüquqi mövqe ifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş torpaq sahəsi torpaq islahatı zamanı 05.09.1999-cu il tarixli aktla iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsidir. Bu səbəbdən də sadalanan sənədlərin üçüncü şəxslərin adına verilməsi qanuni olmamışdır. İşdən göründüyü kimi, üçüncü şəxs Cavabdeh2 müxtəlif orqanlara ünvanladığı ərizələrdə İddiaçı1 tərəfindən birinci instansiya məhkəməsinə saxta sənədlərin kserosurətlərinin təqdim olunduğunu bildirmiş, lakin konkret olaraq hansı sənədlərdən bəhs etdiyini bildirməmişdir. Ona görə də məhkəmənin 23.11.2020-ci il və 13.01.2021-ci il tarixli məktubları ilə Cavabdeh2 hansı sənədlərdən bəhs etdiyini birinci instansiya məhkəməsinə bildirməsi təklif edilmişdir. Cavabdeh2 isə həmin məktublara cavab olaraq məhkəməyə göndərdiyi ərizədə bildirmişdir ki, şikayət ərizələrində "saxta sənəd" adlandırdığı sənədlər, məhkəməni yanıltmaq üçün iddiaçıların məhkəməyə təqdim etdiyi və qanunsuz yolla əldə edildiyini hesab etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı, o cümlədən, torpaq sahəsinin özlərinə aid olması ilə bağlı sübut qismində məhkəməyə təqdim etdiyi sənədlərdir; ola bilsin ki, fikrini düzgün ifadə edə bilməyərək ərizələrində həmin sənədləri saxta adlandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-285/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-285/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver