Məhkəmə qərarları › İş №2-1(107)-285/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-285/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-285/2022 09.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMC-yə kompensasiya şəklində ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2-1(116)-1537/2022 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMC-yə kompensasiya şəklində ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddianın əsaslarına görə, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu, Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. "xxxx" QSC tərəfindən X2rulmasına 2011- ci ildə başlanmışdır və 17 noyabr 2011-ci ildə Qəbələ Aeroportu açılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 69s saylı, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən tikintisi başa çatdırılmış və beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən “Qəbələ” hava limanına beynəlxalq status verilmişdir. İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsinin 0,32 ha hissəsi “Qəbələ” X1 mövcud hüdudları daxilində yerləşir. Bununla bağlı İddiaçı MMC xx.xx.2021-ci il tarixli, 137/2021 saylı və xx.xx.2022-ci il tarixli, 002/2022 saylı məktubları ilə "xxxx" QSC-yə müraciət ünvanlamışdır. Müraciətlərə əsasən Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsinin 0,32 ha hissəsi “Qəbələ” X1 mövcud hüdudları daxilində yerləşdiyindən İddiaçı MMC "xxxx" QSC-dən kompensasiya ödənilməsini xahiş etmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 12/219 saylı məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunduğu qeyd edilmişdir. Lakin xx.xx.2022-ci il tarixindən "xxxx" QSC hərəkətsizlik göstərərək İddiaçı MMC-yə hər hansı kompensasiya ödəməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xx.xx.2022-ci il tarixli, **********72 saylı İddiaçı MMC-yə daxil olan məktubda limanın hüdudları daxilində qalmış ərazidən dövlət ehtiyacları üçün alqı-satqı edilmiş torpaq sahələrinə dair sənədlərin təhlil edilməsi və digər məsələlər araşdırılmaqda olduğu qeyd edilmişdir. İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı, xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə Müqavilə bağlanılmışdır. Həmin Müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı Əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla torpaq sahəsinin qiymətləndirilməsi keçirilmişdir. "xxxx" MMC-nin 0276/22/AGC/FS saylı, xx.xx.2022-ci il tarixli “Torpaq sahələrinin qiymətləndirilməsinə dair” Hesabatına əsasən Qəbələ rayonu, Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60.0 AZN olmaqla, 0,31 ha torpaq sahəsi cəmi 1860,0 AZN qiymətləndirilmiş, Qəbələ rayonu, Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, 0,32 ha torpaq sahəsi cəmi 2240,0 AZN qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Həmin Nizamnaməyə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsindən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən ibarətdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçının hüquqi marağı zəbt edilmiş torpaq sahələrinə görə kompensasiya almaqdan ibarətdir. Bununla bağlı yardım məktubda iddiaçının nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmənin səlahiyyətlərinə aid deyil, bu səbəbdən həmin tələbə inzibati qaydada baxıla bilməz. İddiaçı arzuladığı məqsədə müvafiq iddia tələbini müəyyən edərək, mülki mühakimə icraatı qaydasında tələb etməklə nail ola bilər. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan hüquqi yardım məktubunda göstərilənlərə münasibət bildirməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə hüquqi yardım məktubunda qeyd olunanlara dair münasibət bildirilməsi barədə məktub daxil olmuşdur. İddiaçı məktubunda qeyd etmişdir ki, təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 2.0 1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər də həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bır subyektə məhdudlaşdırıcı təsir göstərə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda "xxxx" QSC inzibati orqan kimi nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikasında mülki aviasiyadan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su. qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər. İddiaçı məktubunda iddianın mümkün sayılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 12 avqust 2022-ci il tarixli 2- 1(116)-1537/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMCyə kompensasiya şəklində ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı MMC həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş, iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərardad ləğv olunmalı və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Nəzərinizə çatdırırıq ki, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 0.307 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 4.6529 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu, Kürd kəndində yerləşən 1.237 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. "xxxx" QSC tərəfindən X4rulmasına 2011-ci ildə başlanmışdır və 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Qəbələ Aeroportu açılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 69s saylı, xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən tikintisi başa çatdırılmış və beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən “Qəbələ” hava limanına beynəlxalq status verilmişdir. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən beynəlxalq və hərbi aerodromlar strateji əhəmiyyətli obyektlər hesab olunur və dövlət mülkiyyətindədir. İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 0.307 ha torpaq sahəsi, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 4.6529 ha torpaq sahəsinin 0.0187 ha hissəsi və Qəbələ rayonu, Kürd kəndində yerləşən 1.237 ha torpaq sahəsinin 0.32 ha hissəsi “Qəbələ” X1 mövcud hüdudları daxilində yerləşir. Bununla bağlı İddiaçı MMC xx.xx.2021-ci il tarixli, 137/2021 saylı və xx.xx.2022-ci il tarixli, 002/2022 saylı məktubları ilə "xxxx" QSC-yə müraciət ünvanlamışdır. Müraciətlərə əsasən Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 0.307 ha torpaq sahəsi, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 4.6529 ha torpaq sahəsinin 0.0187 ha hissəsi və Qəbələ rayonu, Kürd kəndində yerləşən 1.237 ha torpaq sahəsinin 0.32 ha hissəsi “Qəbələ” X1 mövcud hüdudları daxilində yerləşdiyindən İddiaçı MMC "xxxx" QSC-dən kompensasiya ödənilməsini xahiş etmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 12/219 saylı məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunduğu qeyd edilmişdir. Lakin xx.xx.2022-ci il tarixindən "xxxx" QSC hərəkətsizlik göstərərək İddiaçı MMC-yə hər hansı kompensasiya ödəməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xx.xx.2022-ci il tarixli, **********72 saylı İddiaçı MMC-yə daxil olan məktubda limanın hüdudları daxilində qalmış ərazidən dövlət ehtiyacları üçün alqı-satqı edilmiş torpaq sahələrinə dair sənədlərin təhlil edilməsi və digər məsələlərin araşdırılmaqda olduğu qeyd edilmişdir. İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı, xx.xx.2022- ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə Müqavilə bağlanılmışdır. Həmin Müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı Əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla torpaq sahəsinin qiymətləndirilməsi keçirilmişdir. "xxxx" MMC-nin 0276/22/AGC/FS saylı, xx.xx.2022-ci il tarixli “Torpaq sahələrinin qiymətləndirilməsinə dair” Hesabatına əsasən Qəbələ rayonu, Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60.0 AZN olmaqla, 0.31 ha torpaq sahəsi cəmi 1860.0 AZN qiymətləndirilmiş, Qəbələ rayonu, Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70.0 AZN olmaqla, 0.32 ha torpaq sahəsi cəmi 2240.0 AZN qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Qərarlar üzrə axtarış sistemində mövcud olan 2-2(102)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli e-2-2(113)- 379/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.7-ci maddələrinə müvafiq olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (hakim - F.Qasımov). Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xəttlərinin keçirilməsi inzibati orqanların qərarları (aktları) və ya hərəkətləri əsasında həyata keçirilmişdir. Yəni mübahisənin predmetini inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etmişdir. Bu tələblərə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.2. və 2.2.7-ci maddəsinə müvafiq olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 mart 2022-ci il tarixli 2-2(103)-308/2022 saylı qərardadı ilə iddiaçının şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılaraq iddiaçıya hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur (sədrlik edən - V.Məmmədov, hakimlər - R.Qurbanov və V.Baxışova). Apellyasiya məhkəməsi bildirmişdir ki, hazırkı mübahisə üzrə cavabdehin həyata keçirdiyi fəaliyyət ictimai idarəetmə ilə bağlı, habelə iddiaçının istifadəsində olan torpaq sahəsinə quraşdırılan dövlətlərarası hava elektrik verilişi xətləri dövlət mülkiyyətində olan əmlak, mübahisəyə tətbiq olunan hüquq isə ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan yaxud belə statusa malik hüquqi şəxs qanunla ona həvalə edilmiş funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri icra etməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Hazırkı mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamaqla, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün qanunla müəyyən edilən üç şərtdən (subyektiv tərkib, predmet, münasibətlərin xarakteri) heç biri mövcud deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, mübahisə üzrə cavabdehin həyata keçirdiyi fəaliyyət ictimai idarəetmə ilə bağlı, habelə İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahələrində "Azərbaycan Hava Yollan” QSC tərəfindən inşa edilmiş X3 Proqramlarının icrası çərçivəsində beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən beynəlxalq statuslu “Qəbələ” hava limanı dövlət mülkiyyətində olan əmlak, mübahisəyə tətbiq olunan hüquq isə ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan yaxud belə statusa malik hüquqi şəxs qanunla ona həvalə edilmiş funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri icra etməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2-1(116)-1537/2022 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə müvafiq prosessual hərəkətlərin davam etdirilməsi üçün işi Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardadını belə əsaslnadırmışdır ki, mübahisənin predmeti cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya kompensasiyanın ödənilməsi ilə bağlı olmaqla, mülki xarakter daşımaqdadır. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının ərizəsində "xxxx" QSC-nin təbii inhisar subyekti olması mövqeyi ilə razılaşmamış, qeyd etmişdir ki, "xxxx" QSC-nin fəaliyyəti onun təbii inhisar subyekti kimi nəzərə alınmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Təbii inhisarlar haqqında” Qanun) 5.1.3-cü maddəsinə görə elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və ötürülməsi "xxxx" ASC tərəfindən həyata keçirilir. Bu təşkilat Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1996-cı il tarixli Fərmanına əsasən yaradılmış, onun səhmləri bütövlükdə dövlətə məxsusdur və o, elektroenergetika sahəsində təbii inhisar subyekti qismində fəaliyyət göstərir. Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar. Bu münasibətlərdə təbii inhisar xarakterli orqanlar bildiriş və xəbərdarlıq xarakterli aktlar qəbul edə bilərlər. Ehtiyac olduğu halda bu aktlar ümumi məhkəmələrdə mülki prosessual qaydada mübahisələndirilir. Lakin təbii inhisar subyektinin mülki hüquq fəaliyyətini həyata keçirməsi onun inzibati orqan olub-olmaması məsələsinin müəyyən edilməsi üçün həlledici meyar deyildir. Bu subyektlər digər şəxslərə münasibətdə məcburi olan aktlar da qəbul və icra edə bilər. Belə halda onların qəbul etdikləri aktlar inzibati akt kimi inzibati-iqtisadi məhkəmələrdə mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Lakin təbii inhisarçı iştirak etdiyi bütün hüquq münasibətlərində inzibati orqanın xüsusiyyətlərini daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli qərarında qərara almışdır ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Həmin Nizamnaməyə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsindən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən ibarətdir. Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1 -ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Qərarlar üzrə axtarış sistemində mövcud olan oxşar işlər üzrə 2-2(102)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli e-2-2(113)- 379/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.7-ci maddələrinə müvafiq olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xəttlərinin keçirilməsi inzibati orqanların qərarları (aktları) və ya hərəkətləri əsasında həyata keçirilmişdir. Yəni mübahisənin predmetini inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etmişdir. Bu tələblərə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.2. və 2.2.7-ci maddəsinə müvafiq olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 mart 2022-ci il tarixli 2- 2(103)-308/2022 saylı qərardadı ilə iddiaçının şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılaraq iddiaçıya hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Apellyasiya məhkəməsi bildirmişdir ki, hazırkı mübahisə üzrə cavabdehin həyata keçirdiyi fəaliyyət ictimai idarəetmə ilə bağlı, habelə iddiaçının istifadəsində olan torpaq sahəsinə quraşdırılan dövlətlərarası hava elektrik verilişi xətləri dövlət mülkiyyətində olan əmlak, mübahisəyə tətbiq olunan hüquq isə ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan yaxud belə statusa malik hüquqi şəxs qanunla ona həvalə edilmiş funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri icra etməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Hazırkı mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamaqla, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün qanunla müəyyən edilən üç şərtdən (subyektiv tərkib , predmet, münasibətlərin xarakteri) heç biri mövcud deyil. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2-1(116)-1537/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMC-yə kompensasiya şəklində ödənilməsi” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar