Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-285/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X6 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin planölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarına izah verilməsinə dair” ərizə ilə bağlı inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-61/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
3. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın xx.xx.2023-cü il tarixli 2- 1(107)-44/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Bundan sonra cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1432/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-44/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək məhkəmə qərarına izah verilməsini xahiş etmişdir.
7. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 saylı qərarının “qərara aldı” hissəsində göstərilmişdir ki, iddia təmin edilir, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin (Seriya MH 0009064, **********13 reyestr nömrəli) plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyi qoyulur.
8. Həmin inzibati iş üzrə cavabdeh tərəfdən apellyasiya və kasasiya şikayətləri verilsə də şikayətlər təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 saylı qərarı qüvvədə saxlanılmışdır.
9. Qeyd olunan qərara əsasən torpaq sahəsinin sxem ölçüləri: X-739381.29, 739364.39, 739345.56 739365.43, Y-4538479.84, 4538455,38, 4538471.24, 4538493.31 koordinatlarına uyğun yeni plan-ölçü sənədinin işlənib verilməsi olmuşdur.
10. Yəni, onun iddia tələbinin məğzi X2 adına verilmiş, sonradan ona satılmış torpaq sahəsinin sxem ölçünün: X-739381.29, 739364.39, 739345.56 739365.43, Y-4538479.84, 4538455,38, 4538471.24, 4538493.31 koordinatlarına uyğun yeni plan-ölçü sənədinin işlənib verilməsi olmuşdur.
11. Lakin qərarın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərdiyiniz 20 oktyabr 2023-cü il tarixli 2-1(116)-61/2022 saylı məktubunda göstərilmişdir ki, Qəbələ bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin ilkin yerquruluşu sənədində qeyd olunmuş 0.06 ha torpaq sahəsinin yerləşmə yeri - A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinə uyğun olduğundan, cavabdeh orqan A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə, yəni mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı X - 739407.97, 739389.34, 739373.53, 739392.24, Y- 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarına uyğun olaraq plan-ölçü sənədinə düzəliş etməklə, yeni plan-ölçü sənədi tərtib etməlidir.
12. Onun iddia tələbi 2-1(116)-61/2022 saylı qərarla təmin olunsa da, yuxarıda qeyd olunan icraya göndərilən məktubda göstərilən koordinatlar üçüncü şəxsin hüquqlarının pozulması ilə nəticələnir və nəticə etibarı ilə fərqli mənzərə yaranır və həlli mümkün olmayan bir problemə çevrilir.
13. Belə ki, bu göstərilən X-739407.97, 739389.34, 739373.53, 739392.24, Y 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarına uyğun yerdə yaşayış evi var və həmin ünvanda başqa bir şəxs yaşayır. Həmin koordinatların onun torpaq sahəsinə heç bir yaxınlığı və aidiyyəti yoxdur. Bu başqa bir torpaq sahəsinin koordinatlarıdır.
14. İddia etdiyi və ona verilmiş (yəni X2 adına verilmiş) sxem ölçünün: X-739381.29, 739364.39, 739345.56 739365.43, Y-4538479.84, 4538455,38, 4538471,24, 4538493.31 koordinatlarına uyğun gəldiyi halda, heç bir ilkin sənədi olmayan başqa bir torpaq sahəsinin koordinatları ona aid torpaq sahəsinə göstərilmişdir.
15. Göstərilənlər nəzərə alınaraq Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 saylı qərarına izah verilməsi xahiş edilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndələri qərarın icrasının mümükünsüzlüyü barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 mart 2024-cü il tarixli 2- 1(116)-61/2022 nömrəli qərardadı ilə İddiaçı "Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarına izah verilməsinə dair” ərizəsi təmin edilməmişdir.
18. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyri-müəyyən koordinatlar üzərində qurulmuş mütəxəssis rəyini dəqiqliklə araşdırmamış, həmin mütəxəssislərin əvvəllərdə onun sənədləri ilə bağlı qeyri-müəyyən və səhv koordinatlar göstərmələri, aidiyyəti olmayan yerə texniki pasport tərtib etmələrini nəzərə almamış və bununla əlaqədar araşdırma aparmamış və nəticədə xx.xx.2023-cü il tarixli 2-1(116)- 61/2022 nömrəli məktubunda yanlış koordinatlar göstərmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)- 61/2022 nömrəli qərardadının ləğv edilməsini və 2-1(116)-61/2022 nömrəli qərarın icrası üçün qanuni əsaslarla izah verilməsinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-61/2022 nömrəli qərardadının ləğv edilməsini və 2-1(116)-61/2022 nömrəli qərarın icrası üçün qanuni əsaslarla izah verilməsinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-61/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
23. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinin məzmunundan aydın olur ki, qanunvericilikdə yalnız zərurət olduqda, tələblər aydın olmadıqda məhkəmə qərarına izah verilməsinə yol verilir. Həmçinin, nəzərə alınmalıdır ki, belə izah məhkəmə aktının məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, anlaşılmayan olsun. 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İş materiallarından göründüyü kimi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-61/2022 nömrəli qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ ərazi idarəsinə göndərilmişdir.
29. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə AİK-nın qərarı əsasında başqa vətəndaşların adına Dövlət Aktı hazırlanmışdır. İddiaçının adına dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü sənədində göstərilən torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə uyğun yaşayış məntəqələri torpaqları (həyətyanı) kimi dövlət qeydiyyata alınmış və həmin torpaq sahəsi tamamilə kənarda başqa ərazidə yerləşir. Qeyd edilən torpaq sahəsi dövlət qeydiyyatına alınan zaman həmin torpaq sahəsi boş ərazi olmuş, sonradan həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə inşa edilmişdir. Ona görə də iddiaçı sənəd üzrə yerdən imtina edir.
30. Birinci instansiya məhkəməsi tərəfindən növbəti dəfə cavabdeh orqana xx.xx.2023-cü il tarixdə qərarın icrası barədə məktub ünvanlanaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 21(116)-61/2022 nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilmiş koordinatlara uyğun icranın həyata keçirilməsi tələb edilmişdir.
31. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədində məhkəmənin sonuncu göstəriş məktubuna uyğun düzəliş edilməsi ilə razılaşmamışdır.
32. Beləliklə, cavabdeh orqan icranın mümkünsüzlüyünü iddia olunan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun tamamilə kənarda, başqa ərazidə yerləşməsi və iddiaçının sənəd üzrə yerdən imtina etməsi ilə əsaslandırmışdır. İddiaçı isə bildirir ki, faktiki olaraq plan-ölçü sənədinin hazırlanmalı olduğunu hesab etdiyi torpaq sahəsi məhkəmə qərarında göstərilən koordinatlarda yox, başqa ərazidə yerləşir. Ona görə də məhz tələb etdiyi ərazinin koordinatlarına uyğun plan-ölçü sənədi hazırlanmalıdır.
33. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarında iddiaçının mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
34. Həmin qərarın əsaslandırma hissəsindən göründüyü kimi xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis tərəfindən məhkəməyə təqdim edilmiş yerquruluşu planına, ilkin yerquruluşu sənədinə və mütəxəssis rəyinə baxış keçirilmiş və sorğuda qeyd edilmiş suallar cavablandırılaraq bildirilmişdir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinin naturada yeri – DT və XK Qəbələ rayon şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədi əsasında müəyyən edilmişdir. Belə ki, həmin sənəddə torpaq sahəsinin koordinatları və döngə nöqtələri qeyd olunmuşdur. İddiaçının istinad etdiyi ilkin yerquruluşu sənədində isə koordinatlar qeyd olunmamışdır və torpaq sahəsinin ayrılmasından ötən 16 il ərzində sözügedən ərazidə xeyli dəyişikliklər baş vermiş, tikililər inşa edilmiş, yol genişlənmişdir.
35. Odur ki, hazırda faktiki olaraq sözügedən ərazi, təqdim edilən ilkin yeruquruluşu sənədi ilə müqayisədə xeyli dəyişikliklərə məruz qalmışdır. Həmin torpaq sahəsinə dair tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədində koordinatlar olduğundan torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkündür. Qəbələ bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin ilkin yerquruluşu sənədində koordinatlar olmadığından, qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerini naturada tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, həmin torpaq sahəsi A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə, yəni mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı X - 739407.97, 739389.34, 739373.53, 739392.24, Y – 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarında yerləşən torpaq sahəsinə uyğun gəlir.
36. Birinci instansiya məhkəməsinin iclasında da mütəxəssis əvvəlki mövqe ilə eyni məzmunlu izahat vermiş və bildirmişdir ki, iddiaçı faktiki olaraq sənəd üzrə özünə məxsus olan torpaq sahəsinə yox, aidiyyəti olmayan başqa torpaq sahəsinə sənədin hazırlanmasını tələb edir. İddiaçıya məxsus torpaq sahəsində tikili mövcuddur və digər şəxslərin istifadəsindədir. Buna görə də, iddiaçı həmin torpaq sahəsinin sənədləşdirilməsində maraqlı deyil.
37. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə qərarına izah verilməsi ilə bağlı ərizə əsassız olduğundan təmin edilməməlidir.
38. Belə ki, izah verilməsi tələb edilən məhkəmə aktı kifayət qədər aydındır. İddiaçının izah verilməsini tələb etdiyi hallar faktiki olaraq qərarın ona aydın olmaması ilə yox, qərarda müəyyən olunmuş koordinatlara uyğun icranın həyata keçirilməsi ilə razılaşmaması ilə bağlıdır. Bununla belə nəzərə alınmalıdır ki, istinad olunan qərarda iddiaçının mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş ilkin torpaqayırma sənədlərinə uyğun plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bərabər, həmin torpaq sahəsinin yerləşmə yeri də, müəyyən edilərək qərarın əsaslandırma hissəsində aydın qeyd edilmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin istifadəsində olması iddiaçıya məhkəmə qərarını əsas gətirməklə hər hansı digər ərazidə yerləşən və ona aidiyyəti olmayan torpaq sahəsinə plan-ölçü sənədinin tərtib edilməsini tələb etmək hüququ vermir.
39. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hər hansı məhkəmə aktının izah edilməsi zərurəti o zaman yarana bilər ki, həmin məhkəmə aktında hüquqi terminlərin, ifadələrin yerində və qrammatik qaydalara uyğun işlədilməməsi müəyyən edilsin, məhkəmə aktının tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunsun və bunun nəticəsində məhkəmənin gəldiyi nəticə düzgün başa düşülməsin. Bununla da, məhkəmə aktında sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti yaransın.
40. Hazırki iş üzrə məhkəmə aktında məhz hansı torpaq sahəsinə münasibətdə iddianın təmin olunması əsaslandırılaraq aydın şəkildə ifadə olunmuşdur.
41. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmə qərarına izah verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hal mövcud olmadığından, qərar kifayət qədər aydın və anlaşılan olduğundan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarına izah verilməsindən imtina etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)- 61/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-61/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.