Məhkəmə qərarları › İş №2-1(107)-286/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-286/2020

18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-286/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı "xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək və xx.xx.1975-ci ildən xx.xx.1998-ci ilədək Göyçay Rayon Qaraməryəm kənd R.Rza adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 423/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə Göyçay rayonu Şahsoltanlı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək ünvan 2za adına sovxozda işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildə yenidən həmin sovozda işə qəbul olunmuş və xx.xx.1998-ci ilədək orada işləmişdir. İddiaçı xx.xx.2019-cu ildə (64 yaş) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********0 nömrəli cavab məktubu ilə bildirmişdir ki, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək ünvan 2za adına sovxozda işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildə yenidən həmin sovxozda işə qəbul olunmuş və xx.xx.1998-ci ilədək orada işləmişdir. Onun əmək kitabçası olmasa da, bu hallar müvafiq əmrlərlə təsdiq edilir. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. Lakin İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək və xx.xx.1975-ci ildən xx.xx.1998-ci ilədək ünvan 2za adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Əgər İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək və xx.xx.1975-ci ildən xx.xx.1998-ci ilədək ünvan 2za adına kolxozda işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı əmək pensiyası təyin oluna bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********8 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. Lakin İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək və xx.xx.1975-ci ildən xx.xx.1998-ci ilədək ünvan 2za adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. İşdə olan, Göyçay Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 73 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək, bundan sonra, xx.xx.1975-ci ildən xx.xx.1987-ci ilədək ünvan 2za adına kolxozda işləmişdir. Həmin kolxozun 1990-2000-ci illərə aid əmr kitablarında İddiaçı işdən çıxması və ya başqa əmri barədə məlumat yoxdur. Həmin kolxoz xx.xx.2000ci ildə ləğv olunmuşdur. İşdə olan, Göyçay Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2020ci il tarixli 108 nömrəli məktubundan görünür ki, ünvan 2za adına kolxozun aqrar islahatlarla əlaqədar xx.xx.2000-ci ildə sonuncu əmri verilmiş və 6 nəfər işçi işdən azad olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-423/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək və xx.xx.1975-ci ildən xx.xx.1998-ci ilədək Göyçay Rayon Qaraməryəm kənd R.Rza adına sovxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmasıqərara alınmışdır. CavabdehAzərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 423/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı xx.xx.1972-xx.xx.1973-cü illər və xx.xx.1975-xx.xx.1998-ci illərdə Göyçay rayonu Qaraməryəm kəndində yerləşən R.Rza adına sovxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-423/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh üzərinə İddiaçı xx.xx.1972-xx.xx.1973, xx.xx.1975- xx.xx.1998-ci illərdə Göyçay rayon Qaraməryəm kənd R.Rza adına sovxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmçinin, qeyd edirik ki, məhkəmə qərarı əsasında İddiaçı xx.xx.1972-xx.xx.1973-cü və xx.xx.1975xx-xx.1998-ci illərdəGöyçay rayonu Qaraməryəm kəndində yerləşən R.Rza adına sovxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil edildiyi halda vətəndaşın pensiya almaq hüququ yarana bilər. Bütün bunları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-423/2020nömrəliqərarının ləğv edilməsini və X6 Nazirliyi yanında Cavabdeh xeyrinə qərar çıxarılmasını Sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-423/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasına teleqram göndərərək qeyd etmişdir ki, səhətiylə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-423/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 il) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 73 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, ünvan 2za adına sovxozun xx.xx.1972-ci il tarixli 173 nömrəli əmri ilə İddiaçı mal fermasına qarovulçu təyin edilmişdir. İddiaçının hərbi biletindən görünür ki, o, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 73 nömrəli arxiv arayışı ilə bu da müəyyən olunur ki, ünvan 2za adına sovxozun xx.xx.1975-ci il tarixli 77 nömrəli əmri ilə iddiaçı fəhlə təyin edilmişdir. Aqrar islahatla əlaqədar sovxozda sonuncu əmr xx.xx.2000-ci ildə verilmiş və həmin vaxtadək İddiaçı işdən çıxması barədə əmr verilməmişdir. Lakin onun öz izahatına görə, o, sonuncu dəfə əmək haqqını xx.xx.1998-ci ildə almış və həmin gündən sonra sovxozda işləməmişdir. Cavabdeh iddiaçının sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtinasını belə əsaslandırır ki, həmin müddət iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. x xxxxxx 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X4” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-423/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar