Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-287/2023 15.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X6 nümayəndəsi X2 və üçüncü şəxs X6 vəkili X16 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X3 adına 13 noyabr 2009cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 2-1(116)-503/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X6 nümayəndəsi X10 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddia ərizəsinin əsaslarına görə, mərhum X3 ünvan 1ində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövrdə, yəni 1996-cı ildə həmin təsərrüfatda X11, X17, İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən mərhum X4 məxsus fərdi yaşayış evinə aid 0,20 ha həyətyanı torpaq sahəsi X11, X17, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir və hazırda həmin qərar qüvvədədir. Lakin 13 oktyabr 2009-cu il tarixdə mərhum X3 ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi X11 göstərilmişdir. Aparılan araşdırma əsasında isə məlum olmuşdur ki, mərhum X11 iddiaçıların razılığı və xəbəri olmadan həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahəsini 08 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X12 bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir.
3. İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onların müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********65 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizə əsasında qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********96 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ünvan 1i ünvanında 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 13 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 adına rəsmiləşdirilmişdir. Daha sonra notariat qaydada təsdiqlənmiş 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən həmin daşınmaz əmlak X13 hədiyyə edilmiş və həmin əmlak üzərində X7 tam mülkiyyət hüququ 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məlumat üçün bildirilir ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş elektron baza məlumatlarında (DBF siyahılarında) X3 adına hazırlanmış A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,20 ha torpaq sahəsinə dair X3, X14, X18 və İddiaçı2 İsa qızının adları qeyd olunmuşdur. Bundan sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (3-cü şəxs X19) “mərhum X4 məxsus olmuş ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində mərhum X5, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdilər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2-1(84)-817/2019 nömrəli qərardadı ilə iddiaçıların iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə və 3-cü şəxs X13 qarşı “X3 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MH seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinin və 3-cü şəxs X7 adına 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MA seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdilər. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi ilə iddiaçıların həmin iddia tələbi rədd edilmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdilər. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin olunmamış və Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxs X12) qarşı “A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, həmin sənəddə X11 ilə yanaşı, X17, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)686/2022 nömrəli qərardadı ilə iddiaçıların iddia ərizəsi mümükün sayılmamışdır. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-503/2023 nömrəli qərardadı ilə X20 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb olunmuşdur.
6. Üçüncü şəxs xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində hazırkı mübahisəyə xx.xx.2020-ci il tarixdə Zaqatala Rayon Məhkəməsində baxıldığını, iddiaçıların iddiasının rədd olunması barədə qətnamə qəbul edildiyini bildirmiş və hazırkı iddianın rədd olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 02 mart 2023-ci il tarixli, 2- 1(116)-503/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X6 nümayəndəsi X10 həmin qərardan apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmışdır və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 2-1(116)-503/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı analoji iddia tələbi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmiş, araşdırma aparılmış və nəticə etibarı ilə iddiasının əsassız olmasına görə tələbi təmin edilməmişdir. İddiaçı eyni tələbi irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışmaqla yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yol verilməzdir. Bütün iddiaların mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hesab edilir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli və ya iddianı rədd etməli idi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 2-1(116)-503/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi X10 və üçüncü şəxs X6 vəkili X22 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 2-1(116)-503/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdilər.
14. .Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 02 mart 2023ci il tarixli, 2-1(116)-503/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X23 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 2-1(116)-503/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, 57 nömrəli arxiv arayışının surətindən görünür ki, Bazar kənd “İşıqlı ulduz” kolxozunun YAİK-nın torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 303, 304, 305 və 306-cı sırada müvafiq olaraq Qurbanov İsa, Qurbanova Səadət, Qurbanov Nəsif və Qurbanov Cəmilənin adları yazılmış, “həyətyanı torpaq” qrafasında “0,20” qeyd olunmuşdur. - Cavabdeh tərəfindən tərtib olunmuş arayışın surətindən görünür ki, DTXK-nın təqdim etdiyi elektron məlumatlar bazası və arxiv fonduna əsasən Zaqatala rayonu Bazar kəndində 2002,04 kv.m həyətyanı torpaq sahəsi X11 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və bununla bağlı A seriyalı 533507 nömrəli plan-ölçü sənədi tərtib olunmuşdur. - Cavabdehin xx.xx.2019-cu il tarixli, **********69 nömrəli məktubunun surətində qeyd olunur ki, Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş elektron baza məlumatlarına (DBF siyahıları) əsasən X3 adına verilmiş A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,20 ha torpaq sahəsi X3, X5, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir. DBF siyahılarında subyektlərin adları, soyadları və atasının adlarında texniki səhv aşkar edildiyi üçün Zaqatala RlH-nin Çobankol kənd İƏD-nin xx.xx.2019-cu il tarixli, 1150, 1151, 1152 və 1153 nömrəli arayışlarına əsasən düzəliş edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 1151 nömrəli arxiv arayışından görünür ki, Çobankol kənd İƏD-nin 1996-2000-ci illərinin təsərrüfatbaşına kitablarında iddiaçıların ailə üzvləri X11, X17, İddiaçı1 və İddiaçı2 olaraq göstərilmişdir. Fərdi yaşayış evi 1964-cü ildə tikilmiş, həyətyanı torpaq sahəsi 0,20 ha-dır. - Elektron baza siyahısının surətindən görünür ki, həmin siyahıda 82-ci sırada X11, X17, İddiaçı1 və İddiaçı2 adları yazılmış, 0,20 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. - JN-0082 nömrəli Dövlət Aktının surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 47/67 nömrəli cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı təyinatlı 1,45 ha torpaq sahəsi X11, X21, X27 və İddiaçı2 ayrılmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubuna əlavə olunmuş, Zaqatala rayon AİK-nın sədri tərəfindən təsdqi edilmiş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, həmin siyahıda 82-ci sırada X15, X17, İddiaçı1 və İddiaçı2 adları yazılmış, “qanuni istifadədə olan həyətyanı sahə” qrafasında “0,20” qeyd olunmuşdur. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş MH seriyalı ******* nömrəli,xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Çobankol kənd İƏD-nin xx.xx.2009-cu il tarixli, 1280 nömrəli arayışının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Bazar kənd ərazi nümayəndəliyinin 12 nömrəli təsərrüfatbaşına kitabının 959-cu səhifəsində X3 adına 1964-cü ildə tikilmiş fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi vardır. - A seriyalı 197360 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 2000 kv.m həyətyanı torpaq sahəsi X4 ayrılmışdır. - İş üzrə üçüncü şəxs tərəfindən təqdim olunmuş xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 rayonu Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini X12 bağışlamışdır. - Çobankol İƏD nümayəndəliyin xx.xx.2010-cu il tarixli, 296 nömrəli arayışının surətindən görünür ki, nümayəndəliyin 11 saylı təsərrüfatbaşına kitabının 71-ci səhifəsindəki qeydlərə əsasən Bazar kənd sakini X4 məxsus təsərrüfatda 1964-cü ildə tikilmiş fərdi yaşayış evində X11 və X8 adları qeyd olunmuşdur. - 25.01.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,20 ha torpaq sahəsi iş üzrə üçüncü şəxs X6 xüsusi mülkiyyətindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
20. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsinin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, Bazar kənd “İşıqlı ulduz” kolxozunun YAİK-nın torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 303, 304, 305 və 306-cı sırada müvafiq olaraq Qurbanov İsa, Qurbanova Səadət, Qurbanov Nəsif və Qurbanov Cəmilənin adları yazılmış, “həyətyanı torpaq” qrafasında “0,20” qeyd olunmuşdur.
29. DTXK-nın təqdim etdiyi elektron məlumatlar bazası və arxiv fonduna əsasən Zaqatala rayonu Bazar kəndində 2002,04 kv.m həyətyanı torpaq sahəsi X11 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və bununla bağlı A seriyalı 533507 nömrəli plan-ölçü sənədi tərtib olunmuşdur.
30. Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş elektron baza məlumatlarına (DBF siyahıları) əsasən X3 adına verilmiş A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,20 ha torpaq sahəsi X3, X5, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir. DBF siyahılarında subyektlərin adları, soyadları və atasının adlarında texniki səhv aşkar edildiyi üçün Zaqatala RlH-nin Çobankol kənd İƏD-nin xx.xx.2019-cu il tarixli, 1150, 1151, 1152 və 1153 nömrəli arayışlarına əsasən düzəliş edilmişdir.
31. Çobankol kənd İƏD-nin 1996-2000-ci illərinin təsərrüfatbaşına kitablarında iddiaçıların ailə üzvləri X11, X17, İddiaçı1 və İddiaçı2 olaraq göstərilmişdir. Fərdi yaşayış evi 1964-cü ildə tikilmiş, həyətyanı torpaq sahəsi 0,20 ha-dır.
32. Elektron baza siyahısının surətindən görünür ki, həmin siyahıda 82-ci sırada X11, X17, İddiaçı1 və İddiaçı2 adları yazılmış, 0,20 ha torpaq sahəsinin olması qeyd olunmuşdur.
33. Zaqatala rayon AİK-nın sədri tərəfindən təsdqi edilmiş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, həmin siyahıda 82-ci sırada X15, X17, İddiaçı1 və İddiaçı2 adları yazılmış, “qanuni istifadədə olan həyətyanı sahə” qrafasında “0,20” qeyd olunmuşdur.
34. xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 rayonu Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini X12 bağışlamışdır.
35. Müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıların adı 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında, subyektlər siyahısında, həmçinin plan-ölçüsü sənədlərində qeyd edildiyi halda, torpaq sahəsi barədə mülkiyyət hüququna dair qeydiyyat aparılarkən və həmin qeydiyyat əsasında çıxarış rəsmiləşdirilərkən iddiaçıların məlumatları daxil edilməmiş, torpaq sahəsinin mülkiyyətçisi olaraq yalnız X3 adı qeyd olunmuşdur. Bununla da iddiaçıların mülkiyyət hüququ pozulmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
37. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X3 adına 13 noyabr 2009cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X6 nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 mart 2023-ci il tarixli, 2-1(116)-503/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.