Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-287/2024 24.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)- 700/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 yanvar 2024-cü il tarixli 2- 1(116)-700/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsində qeyd etmişdir ki, apellyasiya şikayəti göndərilərkən əlavə edilmiş sənədlərdə İddiaçı birinci instansiya məhkəməsinin qərarının poçt vasitəsi ilə onun ünvanına 5 mart 2024-cü il tarixdə çatdırıldığını təsdiq edən zərfin surətini və “poçt izləmə” sistemindən çıxarış əlavə edilmişdir. Lakin “elektron məhkəmə” informasiya sistemində və “elektron imza” sistemində texniki xətanın baş verməsi səbəbindən apellyasiya şikayəti “elektron məhkəmə” informasiya sisteminə 4 aprel 2024-cü il tarixdə, saat 23:59-da deyil, 5 aprel 2024-cü il tarixdə, saat 00:00 saatda yüklənmişdir. 4 aprel 2024-cü il tarixdə, saat 23:59-da tərəfindən (iddiaçının nümayəndəsi və vəkili olaraq) apellyasiya şikayəti “elektron məhkəmə” informasiya sisteminə yerləşdirilərkən texniki xətanın baş verəcəyini öncədən bilməsi mümkün olmadığından apellyasiya şikayətini göndərərkən (yerləşdirərkən) qanunamüvafiq qaydada apellyasiya şikayətinin müddətin bərpasına dair ərizə ilə müraciət etməmişdir. Apellyasiya şikayətini “elektron məhkəmə” informasiya sisteminə 4 aprel 2024-cü il tarixdə, saat 23:59-da yerləşdirdiyi (icra etdiyi) halda şikayətin 5 aprel 2024-cü il tarixdə, saat 00:00-da yüklənməsi (yerləşdirilməsi) apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin ötürülməsi anlamına gəlməməsi qənayətindədir. Çünki apellyasiya şikayətinin (məlumatın) 1-2 dəqiqə gecikməsi ilə “elektron məhkəmə” informasiya sistemində yüklənməsi onun təqsirindən deyil, texniki problemlərlə əlaqəli olmuşdur. Lakin, məhkəmə texniki qüsurlarla bağlı olsa belə, apellyasiya şikayətinin “elektron məhkəmə” informasiya sisteminə 1 dəqiqə yubanması ilə yerləşdirilməsini prosessual müddətin ötürülmüş hesab edəcəyi təqdirdə apellyasiya şikayəti ilə eyni vaxtda prosessual müddətin bərpası haqqında ərizə verilməsi tələb edilir. Apellyasiya şikayətinin “elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi 4 aprel 2024-cü il tarixdə, saat 23:59-da icra edildiyini və yuxarıda sadaladığı işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab etmişdir ki, Məcəllədə “apellyasiya şikayətinin müddətinin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməli” tələbi”nə əsasən apellyasiya şikayəti və apellyasiya şikayətinin müddətin bərpası haqqında ərizə “elektron məhkəmə” informasiya sisteminə təkrar olaraq yerləşdirilməlidir (yüklənməlidir). “Elektron məhkəmə” informasiya sistemində olan məlumata və təqdim edilmiş ekranın fotoşəkillərinə baxış keçirildikdə açıq və aydın şəkildə görünür ki, apellyasiya şikayəti 4 aprel 2024-cü il tarixdə, saat 23:59-da yerləşdirilmiş (icra edilmiş), lakin “Elektron məhkəmə” informasiya sisteminə 5 aprel 2024-cü il tarixdə, saat 00:00-da yerləşdirilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2- 1(116)-700/2024 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 24 aprel 2024-cü il tarixə, saat 15:30-a təyin edilmiş, iddiaçıya və vəkilinə bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-700/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemində” yaradılmış iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçının ünvanına poçt vasitəsilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən xəbərnaməyə imza edilərək təhvil alınmış, lakin apellyasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 01:00-da “Elektron Məhkəmə İnformasiya Sistemində” yerləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk öncə birinci instansiya məhkəməsinin qərarı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemində” yaradılmış iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş, bununla belə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemində” yerləşdirilmişdir. Bununla da iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət 11 gün ötürülmüşdür. Eyni zamanda birinci instansiya məhkəməsinin qərarının xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən xəbərnaməyə imza edilərək təhvil alınmasına baxmayaraq, apellyasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə, saat 01:00-da “Elektron Məhkəmə İnformasiya Sistemində” yerləşdirilmişdir. Ona görə də iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Göründüyü kim, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-700/2024 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)- 700/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024cü il tarixli 2-1(116)-700/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-287/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-287/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver