Məhkəmə qərarları › İş №2-1(107)-288/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-288/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-288/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı "2002-ci ildən 01.04.2019-cu ilədək müharibə veteranları üçün nəzərdə tutulan müavinətin, 01.04.2019-cu ildən 2020-ci ilin iyul ayınadək "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2- 1(116)-1514/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin müddətinin bərpasına dair ərizəsinə məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1514/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı "2002-ci ildən 01.04.2019-cu ilədək müharibə veteranları üçün nəzərdə tutulan müavinətin, 01.04.2019-cu ildən 2020-ci ilin iyul ayınadək "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı 03.05.2021-ci il tarixdə həmin qərardan аpеllyаsiyа şikаyəti və apellyasiya şikayəti müddətinin bərpasına dair ərizə vermişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1514/2020 saylı qərarından qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qeyd etmişdir ki, həmin müddətin ötürülməsinə səbəb respublika ərazisində koronavirus pandemiyasının yayılması ilə əlaqədar vaxtında şikayət yazıb göndərə bilməməsi olmuşdur. Buna görə də ondan asılı olmayan səbəbdən qanunvericiliklə nəzərdə tutulmuş şikayət müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)- 1514/2020 saylı qərarından qanunla müəyyən olunmuş buraxılan şikayət müddətini üzürlü hesab etməklə, müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya verilmiş аpellyаsiyа şikаyətinin müddətinin bərpası ilə bağlı 22 iyul 2021ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2- 1(116)-1514/2020 saylı qərarı 12 noyabr 2020-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən qərarın surəti 18.11.2020-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)- 1514/2020 nömrəli qərarın surətini 18 noyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi və həmin qərardadan şikayət vermə müddəti 18 dekabr 2020-ci il olan tarixədək olan halda həmin qərardan şikayəti 03 may 2021-ci il tarixdə poçta vasitəsi ilə göndərmiş və bununla da qanunla müəyyən edilən 4 ay 15 gün şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1514/2020 saylı qərarından qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətinin ötürülməsinə səbəb respublika ərazisində koronavirus pandemiyasının yayılması ilə əlaqədar vaxtında şikayət yazıb göndərə bilməməsi olmuşdur. Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)- 1514/2020 saylı qərarından qanunla müəyyən olunmuş buraxılan şikayət müddətini üzürlü hesab etməsini xahiş etmişdir. Göründüyü kim, İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1514/2020 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim etməmişdir. İddiacı apellyasiya şikayəti vermə müddətinin ötürülməsinə səbəb kimi respublika ərazisində koronavirus pandemiyasının yayılması ilə əlaqədar vaxtında şikayət yazıb göndərə bilməməsi dəliləri ilə razılaşmayan kollegiya bununla baglı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 9 nömrəli qərarına əsasən koronavirus (COVİD-19) xəstəliyi ilə bağlı sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1514/2020 nömrəli qərardadından apellyasiya şikayətinin verilmə müddətini 5 ay 15 gün ötürmüş, izah edilməsinə baxmayaraq müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən appleyasiya şikayətinin dəlilləri məhkəmə tərəfindən nəzərə alınsa belə, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin 4 aydan çox ötürülmüş olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X1 Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1514/2020 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1514/2020 nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar