Məhkəmə qərarları › İş №2-1(107)-288/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-288/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-288/2023 14.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X24 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi və bununla əlaqədar X5 adına olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Zaqatala şəhəri Sabir küçəsi 29-da, 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi və yaşayış evi DƏDRX Zaqatala rayon ərazi idarəsində qeydə alınmışdır. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinin 0,03 ha hissəsinə X27 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Həmin ev əvvəllər Əlizadə Şirxanın, sonradan onun oğlu, iddiaçının atası Fikrət Əlizadənin adına olub. X36 Əlizadənin adına keçmişdir. Alvina Əlizadə isə həmin evi qızı İddiaçı, yəni iddiaçıya bağışlayıb. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,0605 ha olmasına baxmayaraq aqrar islahat zamanı sənədləşmədə müəyyən səhvlər olmuşdur. Həyətin bir hissəsi bələdiyyədə saxlanılmış, bir hissəsi Şirxanın, bir hissəsi isə Fikrətin adına işlənmişdir. Bundan əlavə həyətin bir hissəsindən X9 qanunsuz istifadə edərək yol açmışdır, hal-hazırda da həmin yoldan istifadə edir. Həmin yoldan istifadə etməyə əvvəllər Şirxan və Fikrət Əlizadələr icazə vermişlər. Lakin bu icazə rəsmi olmamışdır. Həmin torpağın bir hissəsi sonradan heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq Rasimə Babayevanın mülkiyyətinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,02 ha torpaq sahəsinin 60 kv.m hissəsi iddiaçıya məxsusdur.

3. İddiaçının nümayəndəsi X32 hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin olunması 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli etiraz məktubunda iddiaçının nümayəndəsi Alvina Əlizadəyə ünvanladığı imtina məktubunda göstərilənləri qeyd edərək məhkəmədən qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir..

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2057/2022 nömrəli qərardadı ilə X24 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur.

6. Üçüncü şəxs Rasimə Babayeva məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia əsassızdır. Belə ki, onun mülkiyyətində olan (60 kv.m sahə) giriş-çıxış yolu ona məxsusdur və Zaqatala Xalq Məhkəməsinin N2-131 nömrəli qətnaməsi ilə 1997-ci ildə vərəsəliklə verilmişdir. Ali Məhkəmənin 2(102)-39/2022 nömrəli qətnaməsində qeyd etdiyi kimi Sabir küçəsi 27 nömrəli fərdi yaşayış evində iddiaçının heç bir mülkiyyət hüququ yoxdur. Qeyd edilən mübahisəli 60 kv.m sahə Rasimə Babayevanın yaşayış evinin altında yerləşir. Sabir küçəsi 29 nömrəli ünvanda yaşayan İddiaçı ayrıca giriş-çıxış yolu var və həmişə olmuşdur.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 “Elektron Məhkəmə” sistemi vasitəsilə hazırlanmış və elektron imza ilə imzalanmış ərizəni məhkəməyə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə apardığını bildirmiş və “X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 15 fevral 2023-cü il tarixli 2- 1(116)-337/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Üçüncü şəxs X24 həmin qərardan apellyasiya şikayəti vermişdir.

11. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına vəsatət göndərərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2-1(107)- 288/2023 nömrəli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi, cavabdeh X5 mülkiyyətinə qanunsuz olaraq verilmiş 60 kv.m hissəsinin onun mülkiyyətindən çıxarılaraq iddiaçının mülkiyyətində olması faktının müəyyən edilməsinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-543/2022 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 11 noyabr 2022-ci il tarixli rəyində MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0605 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0208 ha torpaq sahəsinin 44 kv.m hissəsi üst-üstə düşməsi müəyyən olunmamışdır. Görünən odur ki, həmin rəyin surəti və digər sənədlər məhkəməyə təqdim edilməsinə baxmayaraq inzibati işə baxılması zamanı qərəzli olaraq araşdırma predmeti olmamış və hazırkı qeyri-obyektiv və ədalətsiz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, həmin rəy nəzərə alınmış olsa idi, məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəlməzdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədov tərəfindən verilmiş 11 noyabr 2002-ci il tarixli, 10/5726 nömrəli rəydə ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, mübahisələndirilən 60 kv.m torpaq sahəsi cavabdeh X5 adına tərtib edilmiş xx.xx.2013cü il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışla hüquqları dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mübahisələndirilən 60 kv.m torpaq sahəsi cavabdeh X5 (xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən) mülkiyyətindədir və hazırda İddiaçı tərəfindən istifadə olunur. Rəyin digər hissəsində qeyd olunur ki, mübahisəli 60 kv.m torpaq sahəsi 2006-cı il tarixdən əvvəl 02 dekabr 1968-ci ildə X16 adına "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiyası və qiymətləndirilməsinə aid pasport"un cizgiləri daxilində yerləşir. Mübahisəli 60 kv.m torpaq sahəsi 10 noyabr 1978-ci il ildə X27 adına "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiyası və qiymətləndirilməsinə aid pasport"un cizgiləri daxilində yerləşmir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin (JN-1372A, JN-1371A) cizgilərinə əsasən, mübahisəli 60 kv.m torpaq sahəsi cavabdehlərin sənədlərində öz əksini tapmışdır. Tərəflərin faktiki istifadəsində iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin ölçüləri 0,0750 ha, cavabdehin naturada istifadə etdiyi torpaq sahəsinin ölçüləri 0,0353 hektardır. Hər iki tərəfə məxsus torpaq sahəsinə dair mülkiyyət qeydləri (bu torpaq sahələrinin sərhədləri) yəni DƏDRX-dən verilmiş ******* nömrəli çıxarışa əsasən xx.xx.2007-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala şəhəri, X54 küçəsində 0.0605 ha torpaq sahəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə, eləcə də ******* nömrəli çıxarışa əsasən xx.xx.2008-ci ildə ümumi mülkiyyət hüququ üzrə 2/3 payla X5, 1/3 payla X10 adına qeydiyyata alınmış Zaqatala şəhəri, X54 küçəsində 0.0208 ha torpaq sahəsində yerləşən 27 nömrəli fərdi yaşayış evinə aid mülkiyyət sənədləri nəzərə alınmaqla mübahisəli 60 kv.m torpaq sahəsi X5 adındadır. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsi kifayət qədər araşdırma aparmadan məhkəmə tikinti-texniki ekspertizasının 11 noyabr 2022-ci il tarixli rəyinə zidd olan və cavabdehin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə istinad etməklə, üçüncü şəxs X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması kimi qərar verməklə səhv nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdil.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayarq məhkəməyə vəsatət təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. 16 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin etiraz məktubuna əlavə olunmuş: - JN-1372A kod 40201004 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 saylı qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi X33 verilmişdir. - 287 inventar nömrəli, xx.xx.2006-cı il tarixdə tərtib olunmuş "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X39 və X11 bərabər paylı mülkiyyətində olmuşdur. Texniki pasportda evin yerləşdiyi sənəd üzrə torpaq sahəsi 605 kv.m, faktiki 677 kv.m qeyd olunmuşdur. - xx.xx.1971 -ci il tarixli "Müqavilə”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X2 29 ünvanında yerləşən fərdi yaşayış evinin özünə düşən % hissəsini oğlu X17 bağışlamışdır. - xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 2 ünvanında mülkiyyətdə olan 0,0605 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X28 və X27 ümumi birgə mülkiyyətində olmuşdur. - xx.xx.2007-ci il tarixli, 2V/04 nömrə ilə reyestrdə qeydiyyata alınmış "Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi arvadı X25r. Miras əmlak Sabir küçəsi 29 ünvanında 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 218,2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin % hissəsindən ibarətdir. - xx.xx.2007-ci il tarixli, 2V/05 nömrə ilə reyestrdə qeydiyyata alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X28, X27 vərəsəsi X25r. Miras əmlak Sabir küçəsi 29 ünvanında 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 218,2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin % hissəsindən ibarətdir. - xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyası, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 29 ünvanında mülkiyyətində olan 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X18 mülkiyyətində olmuşdur. - xx.xx.2007-ci il tarixli "Müqavilə”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X32 xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli MH seriyası, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini İddiaçı bağışlamışdır. - xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 29 ünvanında olan 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. - xx.xx.2007-ci il tarixdə tərtib olunmuş "Daşınmaz əmlakın texniki pasportu”nun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Sənəddə evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0,0605 ha, faktiki 0,0677 ha olması göstərilmişdir. - JN-1371A kod 40201004 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala AİK-nın xx.xx.2005-ci il tarixli, 117 nömrəli qərarı ilə 0,02 ha həyətyanı torpaq sahəsi X34, X35, X29 və X30 ayrılmışdır. - xx.xx.1996-cı il tarixli "Qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X19 mülkiyyətindədir. - xx.xx.2008-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş X20 vərəsələri X24 və X21r. Miras əmlak mülkiyyətində olan 0,02075 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 100,3 kv.m yaşayış, 53,16 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarətdir. 2/3 hissə X12, 1/3 hissə X22 miras ayrılmışdır. - xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 27 ünvanında mülkiyyətində olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2/3 hissəsi X24, 1/3 hissəsi X10 mülkiyyətində olmuşdur. - xx.xx.2013-cü il tarixli "Bağışlama müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X1 27 ünvanında yerləşən mülkiyyətində olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini qohumu X12 bağışlamışdır. - xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0208 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. - xx.xx.2013-cü il tarixdə tərtib olunmuş 2965 inventar nömrəli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Sabir küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. Sənəddə evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,02 ha, faktiki 0,0345 ha olaraq göstərilmişdir. - Zaqatala Rayon Məhkəməsinin 2-131 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin iş üzrə iddiaçı X6 həmin iş üzrə cavabdeh X26 qarşı "miras evə vərəsəlik hüququ verilməsi və mirasın bölünməsi” tələbinə dair iddiası qismən, X10 qarşılıqlı olaraq "vəsiyyətnamənin ləğv edilməsi və mirasa vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddiası tam təmin edilmiş, ünvan 4 ünvanda yerləşən mərhum X7 miras qalan evin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X13, 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X23 mülkiyyətinə və 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında X10 mülkiyyətinə verilmiş və giriş-çıxış yolu, mətbəx, hamam və həyətyanı torpaq sahəsi vərəsələrin ümumi istifadəsində saxlanılmış, X14 miras evin öz payına düşən hissəsini bacısı X13 etdiyi xx.xx.1991 -ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir. İddianın qalan hissəsi rədd edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, elektron baza məlumatlarına əsasən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0605 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0208 ha torpaq sahəsinin 44 kv.m hissəsi üst-üstə düşür. Üst-üstə düşən hissənin cizgiləri, yerləşmə vəziyyəti və koordinatları tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Sabir küçəsi 29 ünvanında 0,0605 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 218,2 kv.m yaşayış, 46,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. xx.xx.2007-ci il tarixdə tərtib olunmuş "Daşınmaz əmlakın texniki pasportu”nun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, sənəddə evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0,0605 ha, faktiki 0,0677 ha olması göstərilmişdir. Sonrakı tarixə tərtib edilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışla isə Sabir küçəsi 27 ünvanında olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2/3 hissəsi X24, 1/3 hissəsi X10 adına qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli "Bağışlama müqaviləsi” ilə X1 27 ünvanında yerləşən mülkiyyətində olan 0,0208 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,2 kv.m yaşayış, 51,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini qohumu X12 bağışlamışdır. xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışla Sabir küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0208 ha torpaq sahəsi X5 xüsusi mülkiyyəti olaraq qeydə alınmışdır.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, elektron baza məlumatlarına əsasən MH seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0605 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0208 ha torpaq sahəsinin 44 kv.m hissəsi üst-üstə düşür.

30. Göründüyü kimi, inzibati orqan olan cavabdeh R.Babayevaya münasibətdə daşınmaz əmlakın ilkin və sonrakı qeydiyyatının aparılması zamanı faktiki xarakterli hərəkətlərində səhvə yol verərək, artıq əvvəllər qeydə alınmış hüquq üzərində qeydiyyatı yenidən aparmaqla mübahisəli 44 kv.m torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydə alınmasına baxmayaraq, xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyatını həyata keçirmişdir. xx.xx.2013-cü il tarixli çıxarış bağşlama müqaviləsi əsasında verilməsinə baxmayaraq, torpaq sahəsinə münasibətdə qeydiyyat bağışlama müqaviləsi əsasında aparılmamış, müqavilə üzrə bağışlanan pay fərdi yaşayış evinə münasibətdə olmuşdur (bağışlama müqaviləsində torpaq sahəsinin bağışlamnası ilə bağlı müddəa öz əksini tapmamış, torpaq sahəsi fərdi yaşayış evinin təsviredici vasitəsi kimi qeyd olunmuşdur).Cavabdeh tərəfindən təkrar qeydiyyatın aparılması ilkin qeydiyyat zamanı həyata keçirilmiş olan faktiki xarakterli hərəkətlərin təkrarlanmasından ibarət olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə də iddiaya inzibati mühakimə icraatı çərçivəsində hüquqi qiymət verilməlidir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X5 adına xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında verilmiş xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın İddiaçı məxsus xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışla üst-üstə düşən 44 kv.m hissədə ləğv edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-337/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar