Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-288/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X17 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili X6, cavabdehin nümayəndəsi X13, üçüncü şəxs, eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə Ağaələkbər oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qanuni istifadədə olan 0,0451 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin Texniki Pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-140/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qanuni istifadədə olan 0,0451 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-140/2024 nömrəli qərardadı ilə İsmayıllı rayon Basqal Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-140/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Basqal” X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 1965-ci il tarixdə iddiaçı X8 ilə evlənmiş və ona məxsus atasından miras qalmış İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hal-hazırdada həmin evdə oğlu Təhmasiblə birlikdə yaşayır. X2 1994-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinin mülkiyyətində fərdi yaşayış evi və evin yerlədiyi İsmayıllı Rayon Dövlət Arxivinin təqdim etdiyi 201 saylı arayışına əsasən 0,10 ha. torpaq sahəsi qanuni istifadəsində olmuşdur. Ölkələrində torpaq islahatı aparılan zaman, bizə məlum olmayan səbəbdən qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət sənədi olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanıb verilməmişdir. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir.Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, İsmayıllı rayon Torpaq Şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN-087A nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir
8. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 14 fevral 2024-cü il tarixli 2- 1(116)-140/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-140/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mütəxəssis rəyində 175 kv.m torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə əlaqədar göstərilənlər həqiqəti əks etdirmir, həmin torpaq sahəsi İctimai tikili kimi göstərilmiş köhnə hamamla əlaqəli deyil və köhnə hamam və onların qanuni istifadələrində olan “dövlət mülkiyyəti kimi göstərilmiş torpaq sahəsi arasında ictimai yol var. Bunu qəsəbə icra nümayəndəsi, qəsəbə bələdiyyəsi və Qoruq idarəsi tərəfindən verilmiş arayışlarda təsdiq edir. Əlavə olaraq bildirir ki, Basqal Qoruq İdarəsində saxlanan köhnə hamam tarixi tikilinin texniki sənədindəndə göründüyi kimi xəritədə heç bir dəyişiklik aparılmamış, onların qanuni istifadələrində olan 175 kv.m torpaq sahəsi dövlət mülkiyyətində deyil, vətəndaşın qanuni istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Yəni mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istədikləri 445 kv.m torpaq sahəsi 100 ildən çoxdur qanuni istifadələrindədir. Heç bir başqa tikilinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür, islahat aparılan zaman onların mülkiyyətlərinə verilməli idi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2- 1(116)-140/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı vəkili X14 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-140/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-140/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs, eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə Ağaələkbər oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-140/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən digər üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Basqal X4 nümayəndəsi X26 qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də digər üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsinin nümayəndəsi və X9 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.
17. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X28 bildirdi ki, X16 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsinin 177 kv.m hissəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan ( köhnə hamam) Dövlət mülkiyyətinə aid ərazidə yerləşir.
19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2- 2444/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 2003-cü il tarixli İsmayıllı rayon Basqal kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və onun ailə üzvlərinin adı qeyd olunmuşdur. - İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarının surəti. - Arxiv İdarəsi Respublika X22 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1990-2000-ci illərin Təsərrüfatbaşına kitabından mərhum X1 ailə başçısı kimi olmaqla ailə tərkibi, istifadəsində olan ev və həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. X1 adının üzərindən xətt çəkilərək xx.xx.1994-cü ildə ölməsi və ailə başçısı arvadı İddiaçı qeyd olunub. Torpaq sahəsi qeydi qrafasında 1990-1992-ci illərdə pozuntu (düzəliş) olunub. - Arxiv İdarəsi Respublika X22 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 2006-2013-cü illərin Təsərrüfatbaşına kitabında İddiaçı adı qeyd olunub. - Cavabdehin xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu və əlavə olunan sənədlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər 01 dekabr 2023-cü il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, JN-087A kod 40700016 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,10 ha torpaq sahəsi Basqal qəsəbəsi ərazisində aparılmış torpaq islahatı nəticəsində tərtib olunmuş Kompleks yerquruluşu xəritəsində öz əksini tapmadığından iddia edilən torpaq sahəsi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir, JN-087A kod 40700016 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,10 ha torpaq sahəsi Basqal qəsəbəsi ərazisində aparılmış torpaq islahatı nəticəsində tərtib olunmuş Kompleks yerqruluşu xəritəsində öz əksini tapmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyildir, İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı rayon Basqal qəsəbəsinin inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində, 1238 BB -də yerləşir. X16 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsinin 270 kv.m hissəsi İsmayıllı rayon Basqal qəsəbəsinin inzibati ərazi dairə sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası tikinti altı torpaqlar olan bələdiyyə mülkiyyətinə aid ərazidə, 175 kv.m hissəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan (köhnə hamam) Dövlət mülkiyyətinə aid ərazidə, 2 kv.m hissəsi isə yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ümumi istifadə olan torpaqlarda - yol kimi qeyd olunmuş ərazidə yerləşir. X16 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsinin 175 kv.m hissəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan ( köhnə hamam) Dövlət mülkiyyətinə aid ərazidə, 2 kv.m hissəsi isə yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ümumi istifadə olan torpaqlarda - yol kimi qeyd olunmuş ərazidə yerləşir. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsi hər tərəfdən bərkidilmiş sərhəd daxilində olmaqla iddiaçının faktiki istifadəsindədir.İlkin texniki sənəd təqdim olunmadığına görə faktiki istifadə olunan torpaq sahəsi ilə eyni olub-olmamasını təyin etmək mümkün deyildir. - Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Basqal X12 tərəfindən verilmiş məktubdan görünür ki, “Basqal” X5 olan və Bazar Meydanında yerləşən İddiaçı evinin meydan tərəfdən sərhədləri metal məhəccər ilə hasara alınmışdır. Bundan əlavə hal hazırda qəzalı vəziyyətdə olan evin arxa tərəfindəki kiçik həyət də ümumi sərhəddə daxildir. Lakin, hamam muzeyi ilə metal məhəccər arasındakı yol sözügedən sahəyə daxil deyildir. Bundan başqa müəyyən edildi ki, torpaq sahəsinin evinin yerləşdiyi ərazi ilə birlikdə ümümi ölçüsü 162 kv.m –dir. İddiaçıların iddia etdiyi 162 kv.m torpaq sahəsi “Basqal” X10 balansıda və mülkiyyətinə daxil deyildir. - Məhkəmə kollegiyasına təqdi edilmiş üçüncü şəxs X3 ərizəsindən görünür ki, o, Basqal kəndində yerləşən torpaq sahsinin və fərdi yaşayış evinin anası İddiaçı adına sənədləşdirilməsinə heç bir etiraz etmir. - JN – 087A kod 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu Basqal kənd sakini İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
23. Torpaq Məcəlləsinin 88-ci maddəsinin hazırkı tələb üzrə mübahisə yaranarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri).
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb).
24. Mülki Məcəllənin 245-ci maddəsində də (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
25. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış. ...
26. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənəd aşkar olunmamış, iddiaçı tərəfindən də belə sənəd təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı JN-087A kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinə mülkiyyətinə verildiyi müəyyən edilmişdir. Lakin,hazırda iddia olunan torpaq sahəsi ilə həmin torpaq sahəsi eyni deyildir. Digər tərəfdən təqdim olunan mütəxəssis rəyindən göründüyü kimi iddia olunan topraq sahəsinin 270 kv.m hissəsi İismayıllı rayon Basqal bələdiyyəsinin mülkiyyətinə aid ərazidə, 175 kv.m hissəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan (köhnə hamam) Dövlət mülkiyyətinə aid ərazidən ibarətdir.
33. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının hüquqi marağı 0,0451 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-087A kod 40700016 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,10 ha torpaq sahəsi Basqal qəsəbəsi ərazisində aparılmış torpaq islahatı nəticəsində tərtib olunmuş Kompleks yerquruluşu xəritəsində öz əksini tapmadığından iddia edilən torpaq sahəsi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir. JN-087A kod 40700016 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,10 ha torpaq sahəsi Basqal qəsəbəsi ərazisində aparılmış torpaq islahatı nəticəsində tərtib olunmuş Kompleks yerqruluşu xəritəsində öz əksini tapmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyildir. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı rayon Basqal qəsəbəsinin inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində, 1238 BB-də yerləşir.
35. Göründüyü kimi İddiaçı sözügedən torpaq sahəsi ayrılan zaman dövlət mülkiyyətində olmamışdır.
36. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən kollegiyaya təqdim edilmiş İddiaçı və övladları Nümayəndə Ağaələkbər oğlu və Cəfərova (Ələkbərova) Şəlalə Ağaələkbər qızına torpağın mülkiyyətə verilməsinə dair JN – 087A kod 40700016 nömrəli şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsi ilə eyni olması təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şəhadətnamənin qanunamüvafiq verilməsi şübhə doğurmur
37. Bundan əlavə qeyd olunan şəhadətnamənin qanunamüvafiq verilmədiyi, yəni hüquqmüəyyənedici sənəd kimi qəbul edilmədiyi halda belə, işdə olan təsərrüfatbaşına kitabından çıxarış və torpaq paylarının verilməsinə dair subyektlər siyahısından iddiaçının istifadəsində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin olması təsdiq edilir.
38. Arxiv İdarəsi Respublika X22 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 2006-2013-cü illərin Təsərrüfatbaşına kitabında İddiaçı adı qeyd olunub.
39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2- 2444/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 2003-cü il tarixli İsmayıllı rayon Basqal kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və onun ailə üzvlərinin adı qeyd olunmuşdur
40. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından görünür ki, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.
41. Basqa bələdiyyəsinin və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal Qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışlarından müəyyən olunur ki. iddiaçının İsmayıllı rayonu Basqal qəsəbəsində, “Basqal” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində ona məxsus, 1903-cü ildə tikilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi var. Sözügedən ərazinin qonşuluğunda XVİİ əsrə aid tarixi Basqal hamamı yerləşir. Hamam “Basqal” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun balansındadır və yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur. Basqal hamamı vətəndaşın iddia etdiyi torpaq sahəsinə aid deyil.
42. Həmçinin məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Basqal X12 tərəfindən verilmiş məktubdan görünür ki, “Basqal” X5 olan və Bazar Meydanında yerləşən İddiaçı evinin meydan tərəfdən sərhədləri metal məhəccər ilə hasara alınmışdır. Bundan əlavə hal hazırda qəzalı vəziyyətdə olan evin arxa tərəfindəki kiçik həyət də ümumi sərhəddə daxildir. Lakin, hamam muzeyi ilə metal məhəccər arasındakı yol sözügedən sahəyə daxil deyildir. Bundan başqa müəyyən edildi ki, torpaq sahəsinin evinin yerləşdiyi ərazi ilə birlikdə ümümi ölçüsü 162 kv.m –dir. İddiaçıların iddia etdiyi 162 kv.m torpaq sahəsi “Basqal” X10 balansıda və mülkiyyətinə daxil deyildir.
43. Bundan başqa məhkəmə kollegiyasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş JN – 087A kod 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu Basqal kənd sakini İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir.
44. Həmçinin iş materiallarında olan Arxiv İdarəsi Respublika X22 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1990-2000-ci illərin Təsərrüfatbaşına kitabından müəyyən olunur ki, mərhum X7 ailə başçısı kimi olmaqla ailə tərkibi, istifadəsində olan ev və həyətyanı torpaq sahəsi qeyd olunmuş, X1 adının üzərindən xətt çəkilərək xx.xx.1994-cü ildə ölməsi və ailə başçısı arvadı İddiaçı qeyd olunmuşdur.
45. Göründüyü kimi ölkədə aqrar islahatın aparıldığı və ondan sonrakı dövrdə iddiaçının və üçüncü şəxslərin istifadəsində 0,0447 ha torpaq sahəsi və onun üzərində yerləşən ev olmuşdur. İddiaçı isə istifadəsində olan 0,0451 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir.
46. Mütəxəssis rəyi və işdə olan digər sənədlərdən müəyyən olunur ki, iddiaçı halhazırda İddiaçı faktiki istifadəsində 0,0447 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə “Basqal” Dövlət Tarixi-Mədəniyyət Qoruğununa məxsus olan hamam muzeyi arasında yol vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən yəni, 0,0447 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hissədə təmin edilməlidir.
47. İş üzrə üçüncü şəxslərin işdə olan ərizələrindən görünür ki, onlar sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etməmişlər.
48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxslər İsmayıllı rayon Basqal Bələdiyyəsi və “Basqal” X12 iddia edilən torpaq sahəsini mübahisələndirmirlər.
49. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qanuni istifadədə olan 0,0447 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin Texniki Pasportunun hazırlanıb verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir.
51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(116)-140/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qanuni istifadədə olan 0,0447 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin Texniki Pasportunun hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.