Məhkəmə qərarları › İş №2-1(107)-288/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-288/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-288/2025 09.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X3 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2-1(116)-886/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən iddiaçıya xx.xx.2019-cu ildə 3-cü dərəcəli-əlillik təyin edilmişdir. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntu-ları. Deprcssiv paranoid sindrom, şəxsiyyətin davamlı dəyişməsi, psix o tik hallar. Şəxsiyyətin patoloji inkişafı, kəskin ifadəli aqressiv psixopatobənzər davranış. İntellektual-nnestik funksiyaların enməsi. Tez-tez təkrarlanan dekompensasiyalarla Postkontuzion sindrom. Əlillik müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və əlillik müddətinin uzadılması üçün xx.xx.2024-cü il tarixdə yeni göndəriş verilmişdir. Lakin ona cavabdeh tərəfindən imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, diaqnoz əlillik təyin etmir. İmtina ilə razı deyiləm. İmtina cavabı ona xx.xx.2024-cü il tarixdə sms-lə ***-***-**-** nömrəli mobil telefon vasitəsilə çatdırılmışdır. Hesab edir ki, əgər diaqnoz əlillik əlaməti təyin etməsəydi dövlət səhiyyə müəssisəsi tərəfindən barəsind müvafiq göndəriş (F-82) tərtib edilərək əlillik alt sisteminə daxil edilməzdir. İddiaçı xx.xx.1993-xx.xx.1993, xx.xx.1994xx.xx.1994,xx.xx.1996-xx.xx.1997,xx.xx.1997-xx.xx.1998, xx.xx.1998-xx.xx.1999, xx.xx.2001-xx.xx.2002 və s. illərdə 2017-ci ilə qədər ilə qədər müxtəlif tibbi müəssisələrində ambulator müalicə almışam. Psixi və nevroloji vəziyyətim pisləşmiş, xx.xx.2017-ci ildə akademik Mirqasımov adna Respublika Klinik Xəstəxanaya göndərilmiş və “şəxsiyyətin patoloji inkişafı” diaqnozu ilə yaşadığım yerdə psixiatr nəzarətinə götürülməsi məsləhət görülmüşdür. xx.xx.2017-ci il tarixdə Yevlax rayon psixiatrının nəzarətinə götürülmüşəm və psixi vəziyyətimin kəskinləşməsi ilə əlaqədar xx.xx.2017-xx.xx.2017 X1 müalicə almışam. xx.xx.2017 tarixdən xx.xx.2017 tarixədək rayon psixiatrının ambulator müalicəsini qəbul etmişəm. xx.xx.2017-ci il tarixdən ambulator müalicəm və müşahidəm Mingəçevir PND davam m etdirilib. Aparılan müalicələr müsbət nəticə verməmişdir. Psixi vəziyyətimin kəskin pozulması ilə əlaqədar 01,03.2018-ci ildən xx.xx.2018-ci ilə qədər X1 effektsiz müalicə almışam. xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixlərdə TSEK-ə göndərilmiş və göndərişin natamam doldurulması imtinanın səbəbi olmuşdur. Sonuncu stasionar müalicəsi X1 02.06,2018-xx.xx.2018 ilədək olmuşdur. Aparılan müalicələr: aminazin, fenazepaın, leponeks, neuleptil, pirasetam, aıninalon, qaloperidol, tsikladol, tizersin, vitaminoterapiya, karbomazepin. sonopaks yə s. müsbət nəticə vermir. Ağırlaşma: F07.8 Depressiv paranoid sindrom, şəxsiyyətin davamlı dəyişməsi, psixotik hallar. Şəxsiyyətin patoloji inkişafı, kəskin ifadəli aqressiv psixopa.tobənzər davranış. İntellektual-mnestik fıinksiyalarm enməsi. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Tez-tez təkrarlanan dekompensasiyalarla (6 aydan çox). -xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə PX-da müalicədə olmuşdur. (Diaqnoz: Baş-beyin xəstəliyi nəticəsində qalıq əlamətləri, tez-tez baş verən psixotik hallarda, repressiv paranoid sindrom, şəxsiyyətin dəyişməsi ilə (əsas: Gəncə PXnin 004083 №-li xəstəlik tarixindən çıxarışın surəti) -04.1.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatrik Xəstəxanasından müalicədə olmuşam. (Diaqnoz: üzvi sayıqlama, şizofrena bənzər pozuntu) (əsas: Gəncə şəhər PX-nin ******* №-li xəstəlik tarixindən çıxarışın surəti) -xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Psixiatrik Xəstəxanasında müalicədə olmuşdur. (Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozğunluğu) əsas: Gəncə şəhər Psixiatrik Xəstəxanasının 11556754 №-li xəstəlik tarixindən çıxarışın surəti) -xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicədə olmuşdur. (Diaqnoz: üzvi şəxsiyyətə pozuntusu koqnitiv funksiyaların enməsi ilə) əsas: Yevlax RMX-nin 105578 №-li xəstəlik tarixindən çıxarışın surəti) -xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin RPX-nin Həkim Psixiatr Komissiyasının 3763 №-li, xx.xx.2024-cü il tarixli rəyilə iddiaçı üzvi (İ Qarabağ Müharibəsi zamanı olmuş travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitik tunksiyaların enməsilə (F-07.0) diaqnozu təyin edilmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Depressiv paranoid sindrom, şəxsiyyətin davamlı dəyişməsi, psix o tik hallar. Şəxsiyyətin patoloji inkişafı, kəskin ifadəli aqressiv psixopatabənzər davranış. İntellektual-mnestik funksiyanın enməsi. Tez-tez təkrarlanan dekompensiyalarla. Postkontuzion sindrom və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir olmuşdur. O cümlədən qeyd edirik ki, tərəfimizdən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Yevlax şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 819 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Barotravma” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, nitqinin çətinləşməsindən şikayətlənmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını söyləmişdir. Psixi statusu: Nitqində kəkələmə müşahidə edilmiş, lakin verilən suallara xəstəliyə uyğun cavablar vermiş, aktual psixoproduktiv simptomatika aşkar olunmamış, keçmişdə psixotik epizodların olması istisna olunmamışdır. Gəncə şəhər Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1205/22 nömrəli Çıxarışında diaqnoz “Üzvi sayıqlama, şizofrenə bənzər pozuntu.” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11556754 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu.” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3687 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir.” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2092/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə.” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, aparılan anamnestik və obyektiv müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv simptomatika, şəxsiyyət dəyişikliyi əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişlər.

4. İş materiallarından görünür ki, iddiaçı iddia tələbinində əlilliyin xx.xx.2024-cü il tarixdən təyin edilməsini tələb etsə də, bu tarix əlilliyin növbəti qiymətləndirilmə tarixidir və cavabdeh orqanın bu tarixdə iddiaçıya münasibətdə imtina cavabı yoxdur. Cavabdeh orqan tərəfindən iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişə imtina cavabı xx.xx.2024cü il tarixdə verilmiş və məhz həmin tarixdə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2025-ci il tarixli 2-1- (116)-288/2025 nömrəli qərardadı ilə ilə iddia mümkün sayılmamışdır.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-886/2025 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-886/2025 №-li qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Qərardadı əsassız sayır. Belə ki, iddiaçı səhhətinə görə xx.xx.2025-ci il tarixdə iş üzrə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməmişdir. Bununla əlaqədar xx.xx.2025-ci il tarixdə hakim Vüqar Musayevin adına teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin göründüyü kimi xahişi nəzərə alınmamışdır. Hesab edir ki, üzrlü səbəbə görə məhkəmə iclasında iştirak etməməyi nəzərə alınmalı və qərardad ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-886/2025 saylı qərardadının ləğv olunması və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-886/2025 saylı qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

16. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı iddia tələbinində əlilliyin xx.xx.2024-cü il tarixdən təyin edilməsini tələb etsə də, bu tarix əlilliyin növbəti qiymətləndirilmə tarixidir və cavabdeh orqanın bu tarixdə iddiaçıya münasibətdə imtina cavabı yoxdur. Cavabdeh orqan tərəfindən iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişə imtina cavabı xx.xx.2024-cü il tarixdə verilmiş və məhz həmin tarixdə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Göründüyü kimi iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığından məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

18. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

20. Belə ki, iş mаteriаllаrında olan sənədlərdən görünür ki, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2-1(116)-886/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə İddiaçı sifarişli-xəbərnaməli zərflə göndərilmiş, xx.xx.2025-ci il tarixdə qərardadı təhvil almışdır. Qərardaddan şikayət isə xx.xx.2025-ci il tarixdə verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmiş diaqnozunda qeyd etmişdir ki, üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Depressiv paranoid sindrom, şəxsiyyətin davamlı dəyişməsi, psixotik hallar. Şəxsiyyətin patoloji inkişafı, kəskin ifadəli aqressiv psixopatobənzər davranış. İntellektual-mnestik funksiyaların enməsi. Tez-tez təkrarlanan dekompensiyalarla, postkontuzion sindromu qeyd edilmişdir.

21. Birinci instansiya məhkəməsinə xx.xx.2025-ci il tarixdə iddiaçı teleqram göndərərək xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasını təxirə salınmasını xahiş etmiş, səhhəti ilə əlaqədar iclasda iştirak edə bilmədiyini qeyd etmişdir.

22. Məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı tərəfindən göndərilmiş teleqramında xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasını təxirə salınmasını xahiş etmiş və səhhəti ilə əlaqədar iclasda iştirak edə bilmədiyini qeyd etmişdir. Lakin iddiaçı teleqram göndərməsinə baxmayaraq birinci instansiya məhkəməsi iclasında təxirə salmamış iddiaçının məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuku, birinci instansiya məhkəməsi ilk öncə iddiaçının hazırkı vəziyyətdə hüquqi marağının nədən ibarət olması, onun qaldırılmış iddia tələbi ilə inzibati orqanın imtina qərarını mübahisələndirməsi, qanunvericiliyin tələblərinə cavab verib-verməməsi, arzuladığı hansı inzibati aktın qəbul edilməsini müzakirə etməli idi. Belə ollan halda, İPM-in 12, 13-cü və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala lazımıca diqqət yetirmədən, iddiaçının məhkəmə iclasında iştirak etməməsi əsası ilə inzibati iş üzrə tam araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.

23. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda inzibati prossesual normaların tələblərini pozmaqla düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

24. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2-1(116)-886/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar